Əsrin dörddə birində: Ölkənin 25 yaşlı
suveren fondu
Neft - Azərbaycanın ən böyük sərvəti
olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə
mənsubdur
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan dünyada qədim
neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində
Bakı dünyanın
ən iri neft mərkəzlərindən
birinə çevrilmişdi.
Azərbaycan müstəqilliyini
əldə etdikdən
sonra neft ölkənin inkişafında
mühüm rol oynadı. Bu gün hər kəs təsdiqləyə bilər
ki, müstəqil Azərbaycanın
davamlı dinamik inkişafının təmin
olunmasında Ümummilli
Lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib
hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması
xüsusi rola malikdir. 1994-cü il sentyabrın
20-də yeni neft strategiyasının
reallaşdırılmasında çox mühüm bir addım atıldı - Ulu Öndər
Heydər Əliyevin səyləri sayəsində
Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan
sektorundakı “Azəri”,
“Çıraq”, “Günəşli”
yataqlarının işlənməsinə
dair “Əsrin müqaviləsi” imzalandı.
Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının
əsası da məhz
“Əsrin müqaviləsi”
ilə qoyulub.
Neft strategiyasının reallaşdırılmasının
növbəti mərhələ
- Neft Fondu
“Əsrin müqaviləsi”nin
işə düşməsi
ilə yeni neft strategiyasında qarşıya
qoyulan prioritet hədəflərdən birinə
nail olunmuşdu. Ölkəyə
gələn neft gəlirlərinin getdikcə
artması fonunda isə başqa bir aktual çağırış
gündəmə gəlmişdi:
Neft gəlirlərini harada toplamalı və necə xərcləməli? Müdrik
siyasətçi Heydər
Əliyevin yanaşması
o dövrdə meydana çıxan yeni çağırışa
ən yaxşı cavab oldu. Ümummilli
Lider vurğulayırdı
ki, neft - Azərbaycanın
ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.
Elə yeni neft strategiyasının reallaşdırılmasının
növbəti mərhələsi
kimi Dövlət Neft Fondunun yaradılmasında
da məhz bugünkü
və gələcək
nəsillər arasında
ədalətli resurs bölgüsü prinsipi əsas götürüldü.
Beləliklə, Ümummilli
Liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu
il tarixli 240 nömrəli
Fərmanı ilə Azərbaycan Respublikası
Dövlət Neft Fondu
təsis edildi. Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin
iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının
Prezident Fərmanı
ilə təsdiq edilməsindən sonra başladı.
Əsas
vəzifə...
Neftlə
zəngin olan ölkələrdə belə
fondların təsis edilməsi bu təbii sərvətdən
gələn qazancın
nəsillər arasında
bərabər bölgüsünə,
onların səmərəli
və məqsədyönlü
şəkildə idarə
edilməsinə şərait
yaradır. Bu baxımdan
da, ARDNF-in fəaliyyətində Azərbaycan xalqı və dövləti qarşısındakı aşağıdakı
3 mühüm vəzifənin
yerinə yetirilməsinə
yönəlib: 1) ölkədə
makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi
intizamının təmin
edilməsi və qeyri-neft sektorunun inkişafının təmin
edilməsi; 2) ölkənin
sosial-iqtisadi tərəqqisi
naminə mühüm
ümummilli layihələrin
maliyyələşdirilməsi; 3) neft və qazın
bərpa edilməyən
təbii ehtiyat olduğunu nəzərə
alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün
ehtiyat vəsaitin toplanması. Beləliklə,
“Neft - Azərbaycanın
ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”,
- deyən Ümummilli
Liderin əsasını
qoyduğu neft strategiyasının həyata
keçirilməsi istiqamətində
ARDNF-in fəaliyyəti tükənən
təbii sərvətlərdən
əldə olunan gəlirlərin toplanması
və Azərbaycan xalqının bugünkü
və gələcək
nəsillərinin arasında
bərabər bölünməsi,
onların səmərəli
və məqsədyönlü
şəkildə idarə
edilməsinə şərait
yaradır.
Dünyanın 60 ən şəffaf
suveren fondu siyahısında
4-cü...
ARDNF dünyanın 25-dən çox
iri fondunun təmsil olunduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) fəal üzvüdür.
Bundan başqa, Dövlət Neft Fondu
Mineral Ehtiyatların Hasilatı
ilə Məşğul
olan Sənaye Sahələrində Şəffaflıq
Təşəbbüsünün
(MHŞT) Azərbaycanda tətbiqi
prosesində fəal iştirak edir. 2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə
“BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. 25 yaşlı ARDNF institusional cəhətdən
yüksək səviyyədə
inkişaf etmiş, beynəlxalq səviyyəli
maliyyə təşkilatına
çevrilib. Ötən
25 il ərzində institusional
cəhətdən yüksək
səviyyədə inkişaf
etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilən
ARDNF qarşısına qoyduğu
məqsədlərə çatmaq
üçün üzərinə
düşən öhdəlikləri
layiqincə yerinə yetirməyə nail olub. Beynəlxalq səviyyədə
tanınan və Azərbaycan brendinə çevrilən Dövlət
Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondu siyahısında 4-cü sırada
qərarlaşıb. Bu gün
ARDNF tərəfindən vəsaitlər
səmərəli şəkildə
idarə edilir, ölkəmizin sosial-iqtisadi
tərəqqisi naminə
mühüm layihələrin
maliyyələşdirilməsi həyata keçirilir.
Fond hazırda mühüm
sosial-iqtisadi layihələr
maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına
xidmət edir.
Şəffaflıq əsas şərtdir
ARDNF-in hesabat sistemində şəffaflığın təmin
edilməsi ilk növbədə
Fondun maliyyə fəaliyyəti haqqında
hesabatının müstəqil
auditor tərəfindən yoxlanılmasının
həyata keçirilməsindən
asılıdır. ARDNF təbii
ehtiyatların idarə
olunmasından əldə
edilən gəlirlər
və onların xərclənməsi istiqamətlərinin
ictimaiyyətə çatdırılmasında
şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük,
ARDNF-in fəaliyyəti barədə
illik hesabatları mətbuatda, ARDNF-in internet səhifəsində
və sosial media səhifələrində mütəmadi
olaraq dərc etdirir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard
268,3 milyon manat, büdcə xərcləri
isə 3 milyard 205,4 milyon manat təşkil
edib. Bu, 2023-cü ilin
eyni dövrünə
nisbətən müvafiq
olaraq 31,1 % az və 2 dəfə çoxdur. Məlumata görə, I rübdə
ARDNF-nin neft və qaz sazişlərinin
həyata keçirilməsi
ilə bağlı gəlirləri 3 milyard
421,4 milyon manat (illik müqayisədə
38,9 % az), o cümlədən,
mənfəət neftinin
və qazın satışından 2 milyard
645,5 milyon manat (45,2 % az), bonus ödənişləri
775,9 milyon manat (1,4 % çox), tranzit gəlirləri 0,3 min manat
(100 % az) təşkil
edib. Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəliri 9,8 % azalaraq 1 milyard 846,9 milyon manata enib.
Hesabat dövrü ərzində ARDNF-nin
2024-cü il büdcəsinin icrası çərçivəsində
3 milyard 195,3 milyon manat (2 dəfə çox )
vəsait dövlət
büdcəsinə transfert
edilib.
İnvestisiya siyasətində əsas
hədəf
Suveren
fond olan ARDNF-də investisiya və risklərin idarə olunması “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar” (İnvestisiya Qaydaları) və hər il Müşahidə
Şurası tərəfindən
baxıldıqdan sonra
Azərbaycan Respublikası
Prezidenti tərəfindən
təsdiq olunan “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə (İnvestisiya siyasəti) əsaslanır. İnvestisiya
Qaydaları ARDNF-in vəsaitlərinin
idarə edilməsinin
ümumi prinsiplərini
müəyyən edir.
ARDNF uzunmüddətli dövr ərzində optimal portfelin
qurulması ilə gəlirliliyin artırılması,
eləcə də baş verən makrotrendləri izləmək
məqsədilə alternativ
maliyyə alətlərinə
investisiyalar həyata keçirir. Ümumilikdə,
ARDNF-in investisiya fəaliyyətinin
ana xəttini təşkil
edən qlobal indekslər və müvafiq bençmarklara uyğun olaraq fondun portfelinin əhəmiyyətli hissəsini
inkişaf etmiş ölkələrə olan
yatırımlar təşkil
edir. Bununla yanaşı, fond inkişaf
kursu götürmüş
və yüksək böyümə potensialına
malik regionların və
müvafiq sektorların
da səciyyəvi xüsusiyyətlərini
nəzərə alaraq
müvafiq investisiyalar
həyata keçirir.
Körfəz ölkələri
regionu, xüsusilə
də BƏƏ qlobal
olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə
artan əhalisi, qlobal biznes və
maliyyə mərkəzi
kimi formalaşması
ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə
yüksəkkeyfiyyətli təhsil
müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən
az təsirlənir. Fondun investisiya siyasətinin məqsədi
2024-cü ildə Fond əsas
kapitalın itirilməsi
riskinin aşağı
olması şərtilə
maksimum gəlirliliyin əldə edilməsinə
imkan verən investisiya siyasəti həyata keçirməkdir.
2024-cü
il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu
dəyəri (ortaçəkili
həcmi) 52,6 milyard
ABŞ dollarına bərabər
götürülür. Fondun
investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən
edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin
beynəlxalq kredit agentlikləri tərəfindən
verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı
olmayan ölkələrin
valyutalarında ifadə
edilən aktivlərdə
olması şərtilə
Fondun investisiya portfelinin məcmu dəyərinin 65 faizi
ABŞ dollarında ifadə
olunan aktivlərə,
20 faizi avroda ifadə olunan aktivlərə, 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə, qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya portfelinin hədəf gəlirliliyində
borc öhdəlikləri
və pul bazarları alətləri
altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark)
kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices”, səhm
(pay) altportfelinin hədəf
gəlirliliyi (bençmark)
kimi “MSCI Stock Market Indexes” əsas
götürülür.
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli
511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar”ın 4.2-ci bəndinə əsasən,
qızıl altportfelinə
hədəf gəlirliliyi
(bençmark) tətbiq
edilmir. İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə əsas tələblər faiz dərəcəsi, kredit riski, likvidlik, xarici menecerlər üzrə tələblərdir.
Qısa
təhlil əsasında
bu qənaətə gəlirik ki, ARDNF də öz fəaliyyətində
dünyada mövcud olan suveren fondların
müsbət təcrübəsindən
bəhrələnir. Neft
gəlirlərinin toplandığı
fondun ölkənin cari və perspektiv
maraqlarının uzlaşdırılması
ilə yaradılması
Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini və
milli təəssübkeşliyini ifadə edir. Bu gün ARDNF-in peşəkar
kollektivi Prezident
İlham Əliyevin davamlı
diqqət və qayğısı sayəsində
quruma həvalə olunan missiyanı böyük uğurla həyata keçirir. Mütəxəssislərin də
bildirdikləri kimi, Dövlət Neft Fondu Azərbaycanın bugünkü
və gələcək
nəsilləri arasında
etibarlı körpü
yaradır. 25 yaşlı
fondun fəaliyyətinə
nəzər saldıqda
bu əminlik yaranır ki, ARDNF aktivləri
ildən-ilə artacaq,
beynəlxalq səviyyədə
müasir standartlara cavab verəcək, şəffaflığın təmin
edilməsi baxımından
digər dövlətlərlə
öz təcrübəsini
bölüşdürməyə qadir olan maliyyə
qurumu kimi bundan sonra uğurlardan-uğurlara
imza ataraq, nümunəvi fəaliyyəti
seçilməyi bacaracaqdır.
Yaqut Ağaşahqızı,
İki sahil.
- 2024.- 13 iyul, ¹123.- S.6.