Əli Kərimlinin uğursuz “boykot” tamaşası və özünüifşa
Bu absurd teatrda
AXCP sədrinin qaragüruhçu
dəstəsindən başqa
heç kim rol almayacaq
AXCP-nin sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament
seçkilərində iştirak
etməyəcəyi əvvəlcədən
bəlli idi. Təşkilatın sədri
Əli Kərimlinin, onun müavinlərinin, sosial şəbəkələrdə
at oynadan trollarının,
muzdlu mirzəsi Qənimət Zahidin “Facefook”da, internet tv-lərdəki qərəzli
çıxışları, “statusları” onların əsl niyyətlərini açıq-aşkar ortaya
qoyurdu.
Əslində bütün seçkilər,
o cümlədən sentyabrın
1-də baş tutacaq növbədənkənar parlament
seçkiləri siyasi
partiyaların sağlam
yarışı üçün
ən əlverişli
paltformadır. Təbii
ki, güclü elektoratı,
ictimai və sosial dayağı olan siyasi partiyalar
1 sentyabr seçkilərində
iştirak edəcəklərini
artıq bəyan ediblər. Həmin siyasi təşkilatalar artıq bu istiqamətdə hazırlıq
işlərini aparırlar.
Bütün bunların fonunda
daim seçkiləri demokratiyanın ifadəçisi,
eləcədə təməl
prinsiplərindən biri
olduğunu hesab edən “cəbhəçilər”
yenə öz təxribatçı xislətlərinə
sadiq qalaraq, xaricdən aldıqları
sifarişlərlə növbədənkənar
parlament seçkilərini
əsassız iddialarla,
gülünc arqumentlərlə
“boykot” etdilər.
Əslində1 sentyabr növbədənkənar
parlament seçkisini boykot etməklə bağlı AXCP-nin bəyanatı bəzi qaranlıq mətləblərin
üzərinə işıq
salır. Həmin bəyanatın mətninin
bəzi məqamalrına
diqqət edək:
“...AXCP bəyan edir
ki, bu şəraitdə
və bu şərtlərlə keçən
hər hansı seçki legitim sayıla bilməz və 1 sentyabr seçkisi ilə formalaşacaq parlament Azərbaycan xalqının iradəsini
ifadə etməyəcək,
Prezident Administrasiyasının
yenilənmiş dəftərxanasından
başqa bir şey olmayacaq. AXCP xalqın bu seçkiyə etinasız
münasibətini anlayır
və təqdir edir, xalqı onun iradəsini ifadə etməyəcək
seçki şousunda iştirakdan kütləvi
imtinaya çağırır.
AXCP beynəlxalq birlikdən
nəticələri əvvəldən
müəyyən edilmiş
bu saxta seçkiyə prinsipial münasibət göstərməyi,
onun müşahidəsindən
imtina etməyi gözləyir”...
Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, Ə.Kərimli xaricdəki ağalarından,
qərəzli qrant fondlarından aldığı
tapşırıqlar əsasında
AXCP adından xalqı
bu seçkidə iştirak etməməyə
çağırır. İkincisi,
beynəlxalq təşkilatları
1 sentyabr seçkilərini
müşahidə etməkdən
imtina etməyə səsləyir.
Birmənalı demək olar ki, bütün bunlar hiyləgər, təxribatçı,
həm də Azərbaycanın beynəlxalq
imicinə ləkə
yaxmaq üçün
“kirli” texnologiyalardan istifadə edən qərəzli dairələrin
sifarişi ilə edilən çağırışlardır.
Başda AXCP sədri Ə.Kərimli olmaqla radikal müxalifətin-inkarçı, pozucu dəstənin növbədənkənar parlament
seçkiləri ilə
bağlı mülahizələri,
iddiaları, eləcə
də “boykot” tamaşası absurd olduğu
qədər də məntiqsiz, gülünc və ikrahdoğurucudur. Bu
marginallar növbədənkənar
parlament seçkilərinin
elan olunduğu ilk gündən
etibarən sosial şəbəkə seqmentlərində
əsassız iddiaları,
total yalanları ilə
ictimai rəyi çasdırmaq üçün
dezinformasiyalar yayaraq
yeni qarayaxma kampaniyasına
start verdilər. O vaxtdan
etibarən AXCP sədri
Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmanlının, “Milli Şura” adlı amorf qurumun Koordinasiya
Mərkəzinin üzvü
Gültəkin Hacıbəylinin
və digərlərinin
ölkəmizdə demokratik
proseslərin davamlılığının
təmin edilməsinə
xidmət edəcək
yeni parlament seçkiləri
ilə bağlı “təhlilləri”, uzun-uzadı,
yalan-palan dolu zəhlətökən çıxışları
bunu bir daha təsdiq edir.
Məsələ orasındadır ki, əslində bu merkantilləri seçki-filan
heç maraqlandırmır.
Bu antimilli ünsürlərin
əsas məqsədi
bir tərəfdən
anti-Azərbaycan mövqeyi
ilə tanınan qərəzli qrant təşkilatlarının diqqətini
çəkməkdirsə, digər yandan cəmiyyətdə seçkilərlə
bağlı süni ajiotaj yaratmaqdır. Təbii ki, Ə.Kərimli
kimi siyasi möhtəkirlərin seçkilərdə
sivil, demokratik mübarizə aparmaq əvəzinə, qeyri-konstruktiv
mövqe nümayiş
etdirərək sosial şəbəkələrdə populist çıxışlarla seçkilərlə
bağlı
mənəviyyatsızcasına apardığı qarayaxma
və gözdənsalma
kampaniyası əvvəllər
olduğu kimi, yenə də fiaskoya uğrayacaq. Onun absurd “boykot” tamaşasında özündən
və qaragüruhçu
dəstəsindən başqa
heç kim rol almayacaq. Çünki ictimaiyyətimiz
yaxşı bilir ki, “boykot” siyasi rəqabət vasitəsi, metodu deyil, əksinə,
acizliyin, tükənmişliyin
elə AXCP sədrinin
özünün də
etiraf etdiyi kimi, çarəsizliyin nümunəsidir...
Zahid Rza
İki sahil.
- 2024.- 13 iyul, ¹123.- S.6.