"Əkinçi" - milli oyanışa,

tərəqqiyə yol açan qəzet

 

Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmağı bacardı

 

"Əkinçi”nin beşiyi başında durmuş, vətən millət təəssübkeşi, dövrünün ən görkəmli ziyalılarından olan Həsən bəy Zərdabi xalqımızın milli dirçəlişi üçün o vaxta qədər heç kəsin etmədiyi edə bilmədiyi bir gördü. O, xalqı ilə danışmaq, sözünü demək, ideyalarının həyata keçirilməsində əsas vasitə olaraq ana dilində qəzetin nəşrini görürdü.

 Öz mütərəqqi ideyaların həyata kecirilməsi üçün qəzet dilindən istifadə etməyi qarşısına məqsəd qoyan, “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsundeyən Həsən bəy ana dilindəƏkinçibaşlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna gondərdiyi məktublardan, 7 illik ağır əzab-əziyyətdən sonra qəzetin nəşrinə hökumətdən icazə alır. O dövrdədoğru söz”ə düşmən olan ictimai quruluşda belə bir proqramla meydana çıxıb qəzet çap etdirmək asan deyildi nəhayət, Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulundaƏkinçiadlı qəzetin Azərbaycan dilində nəşrinə nail olur. Bununla da o, həmin tarixdən etibarən Azərbaycan milli mətbuatının əsasını qoymuş olur.

Əkinçiqəzetinin nəşr olunmasında fəaliyyət gostərməsində Həsən bəyin böyük məhəbbət hörmətlə yanaşdığı silahdaşları, Azərbaycanın gorkəmli şəxsiyyətləri M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Əsgər bəy Adıgözəlov (Gorani) başqalarının böyük xidmətləri olmuşdur. Bəli, Azərbaycanın belə gorkəmli ziyalılarıƏkinçi”nin ətrafında toplanmışdılar. Həsən bəy ZərdabiƏkinçi”nin əsas yazarı olmaqla yanaşı, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin muəllifi həm korrektoru, texniki bir işcisi kimi fəaliyyət gostərmişdir. Bütün Qafqazda əks-səda doğuranƏkinçitezliklə Gürcüstan, Dağıstan, Özbəkistan başqa yerlərdə yayılmağa başladı. “Əkinçiqəzetinin nəşrinə başladığı ilk gündən onun elə bir nömrəsi yoxdur ki, Zərdabi orada kənd təsərrufatına dair kəndlilərə səmərəli, elmi, təcrubi tövsiyələr verməsin. Bu qəzetdəKənd əhalisinin fəaliyyətiadlı xüsusi şöbə yaradaraq burada cap edilən məqalələri yerlərə, zəhmətkeş kəndlilərə çatdırması məhz onun öz elinə, obasına, millətinə, xalqına bağlılığının dərin məhəbbətinin təcəssumü idi. “Əkinçinəşr olunduğu gündən bağlananadək Həsən bəy Zərdabi çarizmə, köləliyə qarşı barışmaz mübarizə aparmış rejimin torpaq məsələlərində yeritdiyi haqsızlığa, kortəbii hərəkətlərinə öz mənfi münasibətini bildirmişdir. Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərəksiyasi cəhətdən təhlükəli etibarsızhesab etmişdir. Mətbuat tariximizdən məlumdur ki, ermənilərin naqis əməllərinəfitvaverənMşaqqəzetinin redaktoru Arsurinin, eyni zamandaƏkinçiqəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına bəhanə olmuşdur. Ermənilərin böhtan dolu donoslarının açıqlaması zamanı Minasov həyasızcasına Həsən bəyin üzünə durmuşdur. Həsən bəy Zərdabi dərin zəkası əməlisalehliyi ilə bütün çətinlikləri aradan qaldırmış, ermənilər ifşa olunmuşdur. Lakin, bunlara baxmayaraq nəticədə 1877-ci ilin sentyabr ayındaƏkinçiqəzeti çar hökuməti tərəfindən bağlanır. Ümumilikdə götürdükdə, zəngin dünya görüşüna malik Həsən bəy Zərdabinin çox böyük elmi uzaqgörənliklə nəşr etdiyiƏkinçiqəzetinin 1875-1877-ci illər ərzində işıq üzü görən cəmi 56 nömrəsi dövrün elmi, mədəni, ictimai-siyasi, maddi-texniki, hadisələrini işıqlandırmaqla, millətin cəhalət yuxusundan oyanmasında tarixi bir hadisə olmuşdur.

Çar hökuməti üçün təhlükəli hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (sonralar Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə o, Bakı gimnaziyasından uzaqlaşdırılır. Zərdabinin getdiyini eşidən şagirdlərə bu hal çox pis təsir gostərir. Onlar tez-tez, dəstə-dəstə sevimli müəllimlərigilə gəlir onu yad etməklə, dərin hörmət rəğbətlərini bildirirlər. Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə, ona verən yox idi. Bu zaman onun həyatında faciə baş verir, üc yaşlı qızı Fatma dünyasını dəyişir bunun dalınca bir yaşına çatmamış üçüncu qızı da vəfat edir. Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birgə doğma kəndi Zərdaba köçür. Çar hökumətinin addımları böyük maarifpərvər, demokrat ictimai-siyasi xadim, torpaq islahatçısı H.Zərdabini öz məqsədindən uzaqlaşdıra bilmir. O, burada məktəb açmaq, təsərrufatla məşğul olmaq fikrinə düşür, lakin orada da ona mane olurlar, hər addımını izləyirlər. Bir tərəfdən aldığı acı bir xəbər, Şamaxıda S.Ə.Şirvaninin vəfatı xəbəri onu sarsıdır. Sadiq dostunun ölümü Zərdabini qocaldır. Məqsədinə nail ola bilməyən Zərdabi Ucarda məhkəmədə vəkillik etməli olur. 1896-cı ilə kimi Zərdabda yaşayır 16 il ərzində burada ictimai-siyasi haqsızlıqlara qarşı mübarizəsini davam etdirir.

Dahi maarifpərvər elmə yiyələnməyin başlıca yolunu kənd şəhərlərdə məktəblərin açılmasında görur. Zərdabdan yuxarı instansiyalara müraciətlər göndərir, məsələ ilə bağlı mətbuatda məqalələr dərc etdirir. 1883-cü ildəKaspiqəzetinin 42-ci nömrəsindəZərdabda məktəb olacaqdırmı?” adlı məqaləsində yazırdı: “Məni məzəmmət edib deyə bilərlər ki, kənd camaatı məktəb əleyhinə olduğu halda, bu haqda düşünməyə dəyməz. Bu, düz deyildir. Guman edirəm ki, heç bir ağıllı ana uşağını çimizdirərkən onun qışqırtısına məhəl qoymaz. Uşaq çimizdirilməyinin faydasını başa düşmür, ağlayır, dəcəllik edir, lakin bu heç o demək deyildir ki, onu çirkab içərisində saxlamaq lazımdır. Bizim yerli camaatımız da bu cür uşaqlıq vəziyyətindədir, onun maarifin faydasını özu başa düşüb qiymətləndirə biləcəyini güman etmək çox dardüşüncəlilik olardı”.

Nəhayət, Həsən bəyin bu sahədə çox gərgin fəaliyyətindən, mübarizəsindən sonra, doğma kəndi Zərdabda məktəb açılmasına icazə verilir. Bu sevinci zəhmətinin bəhrəsi ilə əlaqədarKaspiqəzetinin 1885-ci il tarixli, 91-ci nömrəsində yazırdı: “Nəhayət ki, bizim küçədə bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi, batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda İsmayıllıda iki sinifli məktəb açılacaqdır”. Zərdabi Zərdabda yaşadığı dövrdə mətbuatdan kənarda qalmamış, müntəzəm olaraq tənqidi digər müxtəlif məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunanKavkaz”, “Tifliski listok”, “Novoe obözrenie”, “Ziya”, Bakıda çıxanKaspi s. qəzetlərdə dərc etdirmişdir.

Aqrar elmlərin bünövrəsini qoyan, aqrar ölkə olan Azərbaycanda əhalinin başlıca məşğuliyyətinin əkinçiliklə bağlı olduğunu görən onun inkişaf etdirməsini qarşısına məqsəd oyan Həsən bəy Zərdabi birmənalı olaraq əkinçilik mədəniyyətinin yaradıcısı hesab edilir. Həsən bəy Zərdabinin elmi irsi ilə yaxından tanış olduqda XIX əsr alimləri, mütəfəkkirləri, ədibləri arasında Zərdabi qədər əkinçilik mədəniyyətini tərənnüm edən, eyni zamanda kənd təsərrüfatının ən mühüm sahələrindən biri hesab edilən heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsinə diqqət yetirən ikinci bir mütəxəssisin, alimin olmadığını görürük. Bütün bunları onun yerlərdə qoyduğu təcrübələr, yazdığı elmi-təcrübi əsərləri, məqalələri, ideyaları, tövsiyələri əks etdirir. “Əkinçiqəzetinin 1875-ci il 1,2,3,4,9-cu 1876-cı il 6,13,24-cü nömrələrində Zərdabi heyvandarlığın müxtəlif sahələrinə dair maraqlı məqalələr yazmaqla oxucularına kəndlilərə maraqlı məlumatlar bilgilər verirdi. Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Zərdabi bəylərin, mülkədarların əsarəti altında aclıq yaxud yoxsulluqdan əzab çəkən insanların acnacaqlı halına dözməyərəkƏkinçiqəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları xoşbəxtlikləri uğrunda mübarizəyə səsləyirdi. O, “Əkinçiqəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: “Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyək, oxşayaq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah-billah, torpaq onun dilini bilənindir. Bizim torpaq bizimdir!”. yaxud daƏkinçi”nin 3-cü sayında yazırdı: “Necə ki, lal yavrunun dilini anası bilər, torpağın da qədir-qiymətini dərk edənlər anlayar”. Bəli, vətənini hər şeydən üstün tutan Həsən bəy Zərdabi millətinin xoşbəxtliyini ana torpağına bağlılıqda görür insanları torpağın qədrini bilməyə, ondan doğru, düzgün, səmərəli istifadə etməyə səsləyirdi. Həsən bəyƏkinçiqəzetinin digər nömrəsində yazırdı: “İnsan! Atadan, anadan küsər, amma torpaqdan inciməz, ona bivec münasibət bəsləməz. Çünki sümüyü onun içində, qoynunda dinclik tapacaq”.

Qeyd edək ki, “Əkinçiilə başlanan milli mətbuatımız sonrakı illərdəHəyat”, “Kəndçi”, “Kəndli”, “Azərbaycan kolxozçusu”, “Azərbaycan kənd təsərrüfatı”, “Sovet kəndi”, “Bərəkət”, “Kənd həyatıadı ilə çap olunmuş bu günsəAqroinfoqəzeti adı ilə nəşr olunur. Həmişə torpağımızın əsl sahibi mövqeyindən çıxış edənƏkinçi”nin ənənələri bu gün aktualdır. Azərbaycan müstəqillik qazandıqdan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü xidmətlərini daha dərin anlamağa qiymətləndirməyə başladı. Hər il 22 iyul tarixindəƏkinçi”nin Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunması qəzetin naşiri, redaktoru, milli mətbuatımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi onun ruhunun şad olması deməkdir.

 

Sevinc Azadi

 

İki sahil.- 2024.- 20 iyul, ¹128.- S.3.