Ana dilimiz bizim toxunulmaz sərvətimizdir

 

Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynayıb

 

Ümummilli Lider Heydər Əliyev tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.

 Ulu Öndərin 2001-ci il 18 iyun tarixliAzərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  Azərbaycan əlifbası   Azərbaycan dili gününün təsis edilməsi haqqındafərmanları deyilənlərin təsdiqidir. Fərmana əsasən,  hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.

 

Bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz,

milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub

 

Son 20 ildən artıq dövrdə  Ümummilli Lider  Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir.  Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olubsöyləyən dövlətimizin başçısı qeyd etmişdir ki,  bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir: “Ana dilimizə hörmət qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.”

 

Ana dilimizin saflığının zənginliyinin qorunması

 

Müasir dövrün tələblərini reallıqlarını nəzərə alan  Prezident İlham Əliyev 2013-cü ildə   Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi.  Bu sənəd milli mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyevin  2018-ci ildə imzaladığı  Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaSərəncam Azərbaycan dilinin inkişafı tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin ilin noyabr ayında isə cənab İlham Əliyevin   imzaladığıAzərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaFərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə düzgün istifadə edilməməsi halları hələ kifayət qədər geniş yayılmışdır. Televiziya radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz ifadələrin yersiz işlədilməsi inkaredilməz həqiqətlərdir. Bu gerçəkliklər dövlətimizin başçısının məlum Fərmanında da öz əksini tapıb ki, mövcud  sahədə hüquqi tənzimləmənin daimi nəzarətin olmaması dil pozuntularının azaldılması aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu problemlərin həlli məqsədilə imzalanan sənədə əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşənAzərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzipublik hüquqi şəxs yaradıldı.

 

Xalqı onun dili, dövləti isə onun xalqı yaşadır

 

Əbəs yerə deyilmir ki, bir xalqı məhv etmək istəyirsənsə, onun dilini ziyalısını əlindən al. Dil bir xalqın varlığı, onun təqdimatıdır. Azərbaycan xalqının tarixin  sınaqlarına sinə gərərək yaşamasında, zəngin tarixinin formalaşmasında önəmli rolu xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Dil, xalq dövlət anlayışları  bəşər tarixində önəmli yer tutduğu  kimi, qloballaşma dövründə həmin dəyərini  qoruyub saxlamaqdadır.   Reallıq budur ki,  dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Bir sözlə,  xalqı onun dili, dövləti isə onun xalqı yaşadır.  Məhz bu kontekstdən yanaşdıqda  hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər sırasında  dilinin qorunması zənginləşdirilməsi  əsas yer tutur.

Ulu Öndər Heydər ƏliyevinMüxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə , xalqımızın içində Azərbaycan dilini mütləq hakim dil etməliyikfikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirir ki,  bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt ləhcələrinin öyrənilməsi kimi məsələlər gündəmə gətirilməlidir. Azərbaycan dili mədəniyyəti milli bəşəri dəyərləri ehtiva edir.

Milli varlığımız kimi dəyərləndirdiyimiz    dilimizə  hörmətlə  yanaşaq, onun tətbiqi ilə bağlı həyata keçirilən təkmilləşmə, yeniləşmə proseslərinə  töhfəmizi verək, günbəgün genişlənən əməkdaşlıq əlaqələrinin inkişafında dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığımızın kimi rol oynadığını  düzgün təbliğ edək. Azərbaycanın bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsində  bu mühüm məqamların yeri rolu inkaredilməzdir.

 

Mədəniyyətimizə, tariximizə dərin ehtiram

 

Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd etdiyimiz  AMEA-nın illik ümumi yığıncağında ədəbiyyat, tarix  üzrə araşdırmaların da  davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: “Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.”  Cənab İlham Əliyevin Sərəncamları ilə  2019-cu ilinNəsimi ili”, 2021-ci ilinNizami Gəncəvi İli”, 2018-ci ilinAzərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilinHeydər Əliyev İli  elan edilməsi tariximizin, ədəbiyyatımızın, ümumilikdə Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərində qeyd edilən sahələrdə atılan addımların təhlilinə geniş imkanlar yaratdı. Əvvəldə qeyd etdiyimiz kimi, bu ənənələrin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü  ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi yaradıcılığı geniş tədqiq təbliğ edilir. Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki,  yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətəlrini bir daha təbliğ nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət ehtiramı bildirmək deməkdir.

Qeyd etdiyimiz kimi, tariximizin öyrənilməsi, indiki gələcək nəslə çatdırılması da prioritet məsələlərdəndir. “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı əsaslı əsərlər yaradırlarsöyləyən dövlətimizin başçısı İlham Əliyev  daim diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yönümündə görülən işlərə yönəldir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2024.- 31 iyul, ¹135.- S.3.