Şanlı tariximizin nəsillərə

bir əsrlik əmanəti

 

Azərbaycanın qədim diyarı, dilbər guşəsi Naxçıvanın çoxəsrlik tarixində gərgin hərbi-siyasi diplomatik mübarizələrin nəticəsi olaraq yaradılan muxtar respublikanın bir əsrlik tarixinin xüsusi yeri vardır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası PrezidentininNaxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı ilə bu yubiley möhtəşəm şəkildə qeyd olunmaqdadır. Həmin tarixi sənəddə Naxçıvanın əsrlər boyu Azərbaycanın ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında müstəsna layiqli yer tutmasından, onun işğala, müstəmləkəçiliyə qarşı mübarizə tarixindən danışılır. Vaxtilə qəhrəman yerli əhalinin bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarması, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə cəsarətli addımlar atması müstəqilliyin, milli dövlətçiliyin bərpası, qorunub saxlanılması möhkəmləndirilməsi naminə fədakarlıq kimi qiymətləndirilir. Sərəncamda Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs olunur.

Burada bir zəruri məsələni qeyd edək ki, muxtar respublikanın 100 illik yubileyi mühüm əlamətdar tarixi-siyasi dövrə təsadüf etməsi ilə səçiyyələnir. Belə ki, Azərbaycan 2020-ci ildə işğalçı Ermənistanın təhrik etdiyi Vətən müharibəsini tarixi ədaləti bərpa etməklə, 30 illik erməni işğalına son qoymaqlaşanlı Zəfər ilə sona çatdırdı. Bu, ermənilərin birdəfəlik, özü təkcə hərbi deyil, həm siyasi-ideoloji məğlubiyyəti demək idi. Qeyd etmək yerinə düşər ki, Ali Baş Komandan xalqa qələbə müjdəli müraciətindən başlayaraq bu günə kimi İkinci Qarabağ müharibəsində igid naxçıvanlıların da fəal iştirak etdiklərini, şəhidlər verdiklərini, böyük fədakarlıq göstərdiklərini ehtiramla xatırlayır bu bəhs etdiyimiz Sərəncamda da əksini tapıb. Bu qələbə eyni zamanda erməniləri ən itiiştah dişiolan Naxçıvandan əllərini birdəfəlik üzməyə məcbur edən tarixi Zəfər idi.

Yüzillik yubiley həm ona görə mühüm bir tarixi dövrə təsadüf edir ki, bir əsrdən çox tarixə malik, böyük tarixi, hərbi-siyasi diplomatik mübarizələrin məntiqi nəticəsi olan, Naxçıvanın beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edən Qars müqaviləsi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə yeni siyasi məna əhəmiyyət qazanmışdır. Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycan Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki dost qardaş ölkənin Qars müqaviləsinə sadiqliyini bir daha isbat etdi, Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi iki dövlət arasındakı sarsılmaz müttəfiqliyin, əbədi sülh sabitliyin təminatı kimi Naxçıvanın da gələcək müdafiəsinə inkişafına etibarlı zəmanətdir. Lakin təəssüf ki, bu gün Unitar dövlətin tərkibində muxtariyyətin olması düzgün deyil”, “Şuşa Bəyannaməsi imzalandıqdan sonra Qars müqaviləsi hüquqi əhəmiyyətini itirir Naxçıvanın muxtariyyət statusuna zərurət qalmırkimi populist çağırışlarla ictimaiyyəti çaşdıranlar, onilliklər boyu məhz muxtariyyətin ləğvinə nail omaqla Naxçıvanı işğal etməyə can atan ermənilərin dəyirmanına su tökənlər vardır. Ölkə başçısınınNaxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqındaSərəncamı bütün bu məsələlərə aydınlıq gətirməklə muxtariyyət statusunun tarixi-siyasi əhəmiyyətini bir daha təsdiqlədi. Bu tarixi Sərəncam Naxçıvanın Ümummilli Lider Heydər Əliyev siyasəti işığında, bu siyasətin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişafını səciyyələndirmək baxımından da çox mühüm əhəmiyyətə malikdir.

Ölkə başçısının rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək təşkilatçılığı ilə bu yubiley Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipinin, bununla bağlı veb sayt, poçt markası posterlərin hazırlanması, Azərbaycan Milli Kitabxanasında yaradılanNaxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazasının istifadıyə verilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının, AMEA-nın Naxçıvan Bölməsimim, AMEA A.A.Bakıxanov adına Tarix Etnologiya İnstitutunun, Naxçıvan Dövlət Universitetinin Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı iləNaxçıvan Muxtar Respublikasının yaradılması: tarix müasirlikmövzusunda respublika elmi konfransının keçirilməsi, digər elmi, mədəni-kütləvi tədbirlər dediklərimizə əyani sübutdur. Şərqin qapısı ulu Naxçıvanda muxtar respublikanın yaradılmasının 100 illiyininin Türkiyənin Kayseri şəhərində, Qazaxıstanın Türküstan vilayətində təntənəli şəkildə qeyd olunması isə bu əlamətdar hadisənin təkcə Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti üçün deyil, bütövlükdə türk dünyası üçün əhəmiyyətini səciyyələndirir.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, AMEA Naxçıvan Bölməsinin Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilənNaxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə sabahamövzusunda elmi konfrans isə elmi, siyasi, tarixi əhəmiyyəti ilə yüzilliyin möhtəşəm zirvə tədbiri kimi yadda qaldı. Konfransın Naxçıvan Dövlət Universitetində keçirilən açılış mərasimi plenar iclasındakı çıxışlar muxtariyyət tarixinə düz bir əsr sonra, müasir müstəqil Azərbaycanın inkişaf kontekstində yenidən nəzər salınmaqla muxtar diyarımızın ölkəmizin dövətçilik tarixindəki, ictimai-siyasi, iqtisadi həyatındakı rolunu, geostrateji əhəmiyyətliliyini bir daha təsdiq etdi.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında Naxçıvanın inkişafında Ulu Öndərin mühüm xidmətləri bir daha dərin minnətdarlıq, ehtiram duyğusu ilə xatırlandı. Akademikin Ulu Öndərin həyat fəaliyyətinin Naxçıvan mərhələsi, nəinki Naxçıvanı məhv olmaq təhlükəsindən xilas etmək, Azərbaycana əbədilik müstəqillik qazandırmaq məqsədilə taleyüklü qərarların qəbul edilməsi ilə bağlı fikirləri o dövrün şahidləri olan  konfrans iştirakçılarının xəyalında yenidən canlandı.     

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov isə 100 illik möhtəşəm tarixə malik muxtar respublikanın sosial-iqtisadi inkişaf tarixi ilə bağlı bir sıra məqamlara toxunaraq regionda aqrar sənayenin inkişafı, logistik potensialının yerli səviyyədən regional səviyyəyə qaldırılması, “yaşıl enerji turizm potensiallarının inkişaf etdirilməsi, Zəngəzur dəhlizinin açılması ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin ümumilikdə, kontinentin logistik marşrutlarının yenidən formalaşdırılması kimi inkişaf prioritetlərindən danışdı.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikanın yeni mərhələdə özünün fərqli inkişaf dövrünü yaşamasına diqqət çəkdi. Vurğulandı ki, yarım əsrdən çox tarixə malik Naxçıvan Dövlət Universiteti Ümummilli Liderin ideyaları tövsiyələri əsasında inkişaf etməkdədir.

AMEA-nın prezidenti İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının keçdiyi şərəfli tarixi yola müasir  inkişaf səviyyəsinə bir daha işıq saldı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutduğunu diqqətə çatdıran AMEA rəhbərinin təqdim etdiyi Atabəylər dövləti, Naxçıvan xanlığı, Araz-Türk Cümhuriyyəti, Naxçıvan MSSR- yaradılması ilə bağlı tarixi faktlar konfrans iştirakçılarında böyük maraq doğurdu.   

Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru Famil Mustafayev isə Naxçıvan Muxtar Respublikasında yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində əldə olunan  nailiyyətləribu diyarda 2019-2024-cü illər üzrə elmin inkişaf tempini əks etdirən statistik məlumatları təqdim etdi. Ali Attestasiya Komissiyası sədrinin muxtar respublikada fəaliyyət göstərən bir qrup tədqiqatçıya yeni elmi dərəcə adlarını təsdiq edən diplomları Naxçıvanda şəxsən təqdim etməsi isə yubiley tədbirinə bayram ovqatı qatmaqla Naxçıvanda elmin ən müxtəlif sahələrinin dinamik inkişafı üçün böyük stimul oldu. Plenar iclas digər maraqlı çıxışlardan sonra əsl bayram təntənəsi iləNaxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin möhtəşəm bayram konserti ilə yekunlaşdı.      

Konfransın bölmə iclasları Naxçıvanın tarixinin, mədəniyyətinin, sosial-iqtisadi mədəni-mənəvi inkişafının tədqiqi təbliği məsələlərinə dair, eləcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti, muxtar diyarın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında blokadadan çıxarılmasındakı tarixi xidmətləri, Naxçıvanda elm təhsilin inkişafı strategiyası, Prezident İlham Əliyevin Naxçıvanın çoxcəhətli inkişaf etdirilməsi, Naxçıvanın coğrafi ərazi etibarilə Azərbaycana birləşdirilməsi itirilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ilə bağlı yeni maraqlı elmi tədqiqatların təqdimatı ilə yaddaqalan oldu.

 

Mehriban Sultan,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru,

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

İki sahil.- 2024.- 12 iyun, ¹104.- S.6.