Muxtariyyətin və müstəqilliyin
ali təntənəsi
Tarixdən məlumdur ki, Naxçıvan ərazi, bir coğrafiya olaraq, təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda, böyük
dövlətçilik ənənələrinin
də mövcud olduğu diyardır. On ikinci əsrdə Atabəylər
dövlətinin paytaxtı
olmuş, daha sonralar, yəni 18-ci əsrdə yaranmış
xanlıqlardan biri olan Naxçıvan xanlığı bölgənin
inkişafına, müdafiə
qabiliyyətinin gücləndirilməsinə,
inzibati idarəçiliyin
formalaşmasına özünəməxsus
töhfələr vermişdir.
Beynəlxalq təcrübədə muxtariyyətlərin müxtəlif formalarına təsadüf edilir. Muxtar qurumlar bir qayda olaraq yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan muxtariyyəti dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətdə - "anklav" ərazi kimi geosiyasi əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və qismən özünüidarə hüququnun tanınmasına yol açmışdır. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, yəni milli-etnik cəhətdən deyil, həmin illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. Belə ki, 1920-ci ildə Rusiya və Ermənistan arasında bağlanmış sazişə görə, tarixi Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın digər ərazilərindən təcrid olunmuş və bu da onun muxtariyyət məsələsini zəruri etmişdir.
Dünyada azsaylı muxtariyyətlər vardır ki, onlar beynəlxalq müqavilələr əsasında yaradılıb.Qeyd olunmalıdır ki, qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət statusunun əsası da 1921-ci il Moskva və Qars müqavilələri ilə qoyulmuş və sözügedən müqavilələrlə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu, onun heç bir zaman digər ölkəyə verilməyəcəyi təsdiq edilərək ərazi hüdudları dəqiqləşdirilmişdir. Lakin qeyd olunmalıdır ki, Moskva və Qars müqavilələri ilə Naxçıvana muxtariyyət statusu verilsə də, onun Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü il 9 fevral tarixli dekreti ilə müəyyən edilmişdir. Belə ki, Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq olunmuş, bununla da bu diyarın statusu müəyyənləşdirilmişdir. Beləliklə, Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Burada bir məsələ də qeyd olunmalıdır ki, Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunsa da, 30-cu illərin ortalarına qədər bütün rəsmi sənədlərdə Naxçıvan SSR yazılmışdır.
Bu illər ərzində qəbul olunmuş konstitusiyaların (1926,1937,1978 və 1998-ci illər konstitusiyaları) hər biri Naxçıvanın muxtariyyət statusuna aid normaları da özündə ehtiva etmişdir ki, bu da muxtar ərazi statusunun möhkəmləndirilməsində xüsusi əhəmiyyət daşımışdır.
Hər şeydən əvvəl qeyd edək ki, Naxçıvanın Konstitusiyasının işlənib hazırlanması onun muxtar respublika kimi formalaşması zərurətindən qaynaqlanmışdır. Bu baxımdan Naxçıvan MSSR-in ilk Konstitusiyası 1926-cı il qəbul edilmişdir. 4 bölmədən və 62 maddədən ibarət olan bu Konstitusiyaya görə, Naxçıvan MSSR ərazisində ali hakimiyyət orqanı Naxçıvan Sovetlər Qurultayı idi. Qurultaylararası müddətdə onun səlahiyyətlərini Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi həyata keçirirdi. Lakin Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi (MİK) Naxçıvan Sovetlər Qurultayından fərqli olaraq ali qanunverici, sərəncamverici və nəzarətedici orqan idi.
Naxçıvan Sovetlər Qurultayının və MİK-in səlahiyyətinə Naxçıvan MSSR Konstitusiyasına dəyişikliklər və əlavələr etmək, muxtar respublikanın ərazisinin ümumi inzibati bölgüsünü aparmaq, büdcəyə baxmaq və onu qəbul etmək, Xalq Komissarları Soveti heyətini və ya ayrı-ayrı hökumət üzvlərini təyin və azad etmək məsələləri daxil idi. Bundan əlavə, Konstitusiyada Naxçıvan MSSR-də Azərbaycan SSR-in gerb və bayrağından istifadə edilməsi, həmçinin paytaxtın isə Naxçıvan şəhəri olması təsbit edilmişdir.
1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olundu və bütün müttəfiq və muxtar respublikalar öz konstitusiyalarını ona uyğunlaşdırmaq məcburiyyətində qaldılar. X Fövqəladə Ümumnaxçıvan Sovetlər Qurultayı 18 sentyabr 1937-ci ildə Naxçıvan MSSR-in ikinci Konstitusiyasını qəbul etdi. 7 aprel 1941-ci il tarixli qanunla Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilən bu Konstitusiya Azərbaycan SSR-in 1937-ci il Konstitusiyası əsasında hazırlanaraq onun əsas prinsiplərini özündə əks etdirməklə, 11 fəsil və 115 maddədən ibarət idi. Naxçıvan MSSR-in 1937-ci il Konstitusiyasında Naxçıvan MSSR Azərbaycan SSR-in tərkibinə muxtariyyət hüquqlarında daxil olan sosialist dövləti elan edilmişdir.
Azərbaycan SSR növbəti Konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdir. İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində “xalq hakimiyyəti” və “demokratiya” terminləri məhz bu Konstitusiyada qəbul olunmuşdur. Burada deyilirdi ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur. O da qeyd edilməlidir ki, 1978-ci ildə qəbul edilən yeni Konstitusiyada dil məsələsi əsas prinsiplərdən olmuşdur. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və bununla da Ümummilli Lider gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.
Beləliklə, 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyası
muxtar respublika konstitusiyalarını təsdiq
etmək hüququnu yenidən Naxçıvanın
özünə verdi.
30 may 1978-ci ildə Naxçıvan
MSSR-in üçüncü Konstitusiyası qəbul edildi. 10 bölmə, 16 fəsil, 163 maddədən
ibarət olan bu Konstitusiyanın hüquqi əsasını
SSRİ Konstitusiyasının 18-ci və Azərbaycan SSR Konstitusiyasının 8-ci fəsilləri
təşkil edirdi. Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti
və idarəetmə
orqanlarının səlahiyyətlərinə
Konstitusiyanı qəbul
etmək və onda dəyişikliklər
aparmaq, Konstitusiyaya əməl olunmasına nəzarət etmək, Naxçıvan MSSR qanunvericiliyini,
dövlət asayişini,
vətəndaşların hüquq
və azadlıqlarını
qorumaq, sosial-iqtisadi, xalq maarifi, mədəniyyət,
səhiyyə və sair sahələrin inkişafını təmin
etmək, respublika əhəmiyyətli digər
məsələləri həll
etmək daxil idi.
1978-ci il Naxçıvan MSSR Konstitusiyasına
görə, Naxçıvan
MSSR-in ali dövlət
hakimiyyəti orqanı
5 il müddətinə seçilən
110 nəfərlik deputat
korpusu ilə təmsil olunan Naxçıvan MSSR Ali Soveti
idi. Qanunlar Naxçıvan Ali Soveti tərəfindən qəbul
edilirdi və bütün muxtar respublika ərazisində məcburi hüquqi qüvvəyə malik idi.
Naxçıvan MSSR-in ali icraedici
və sərəncamverici
orqanı Naxçıvan
MSSR Nazirlər Soveti olub, muxtar respublikanın
səlahiyyətinə aid edilən
bütün idarəetmə
məsələlərini həyata
keçirməklə yanaşı,
Naxçıvan MSSR Ali Soveti
qarşısında məsul
idi və ona hesabat verirdi.
Tarixi proseslər, o cümlədən
80-ci illərin sonlarında
başlayaraq respublikada
mürəkkəbləşən siyasi vəziyyət Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxmasına
gətirib çıxardı.
Bu çətin dövrdə
Ulu Öndər Heydər
Əliyevin Naxçıvana
gəlməsi, Azərbaycan
və Naxçıvan
parlamentlərinə deputat
və sonrakı mərhələdə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisin Sədri
seçilməsi və
fəaliyyəti bu qədim diyarı xilas etdi. Məhz
Heydər Əliyevin uzaqgörənliyi sayəsində
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının dövlət
rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb
ictimai-siyasi proseslərinə
həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə
sürətlə yaxınlaşdırmışdır.
O günlərdə üçrəngli
bayrağımızın ilk dəfə Naxçıvan
Ali Məclisində qaldırılması,
muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması Ulu Öndərin
xalqımız qarşısında
misilsiz tarixi xidmətləri idi. Sonralar Ümummilli Lider deyirdi: “Mən 3 il Naxçıvanda
yaşamağımı və
sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyi həyatımın,
deyə bilərəm
ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm”. Müstəqilliyin
ilkin mərhələsində,
daha dəqiq desək 1995-ci il noyabrın
12-də referendumla qəbul
olunmuş ilk milli Konstitusiya
Naxçıvanın muxtariyyət
statusunu hüquqi cəhətdən daha
da möhkəmləndirdi.
Ümumiyyətlə, Konstitusiya müasir demokratiyanın ən mühüm institutlarından, bəşəriyyətin
ən mühüm nailiyyətlərindən biridir. Eyni zamanda, hər bir ölkədə Əsas Qanun kimi ali hüquqi
qüvvəyə malikdir.
Dövlətin təməl
prinsiplərini, siyasi,
hüquqi və sosial-iqtisadi əsaslarını
təsbit edən bu ali sənəd
vətəndaşların hüquq
və azadlıqlarına
zəmanət verir, ölkənin gələcək
inkişaf prioritetlərini
müəyyənləşdirir. Nəhayət, Azərbaycan
Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının qəbulu
Naxçıvan Muxtar
Respublikasında yeni Konstitusiyanın
qəbulunu yenidən zəruri
etdi. Belə ki, həmin Konstitusiyada “Naxçıvan Muxtar Respublikası” başlıqlı
VIII fəsil nəzərdə
tutulmuş, həmin fəsil daxilindəki
134-cü maddədə muxtar
respublikanın Azərbaycan
Respublikasının tərkibində
muxtar dövlət olması təsbit edilmiş, bütün bunlar isə muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmişdir. Nəticədə
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
qərarı ilə muxtar respublikada yeni Konstitusiya layihəsi hazırlayan komissiya yaradıldı.Muxtar respublikanın yeni Konstitusiya
layihəsi Azərbaycan
Respublikası Konstitusiya
layihəsini hazırlayan
komissiyada 4 dəfə
müzakirə olunmuş
və 1998-ci il aprelin
28-də Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən
qəbul edilərək
həmin il dekabrın
29-da təsdiq edilmişdir.
50 maddədən ibarət
olan Konstitusiya demək olar ki, əvvəlkilərdən həm
formasına, həm də məzmununa görə əsaslı şəkildə fərqlənir.
Bu il fevralın 9-da tarixi çətin yollardan keçən Naxçıvan
Muxtar Respublikasının
yaradılmasının 100 illiyi
tamam oldu. Bununla bağlı
2023-cü il 30 dekabr tarixdə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
“Naxçıvan Muxtar
Respublikasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncamda
Naxçıvanın Azərbaycanın
çoxəsrlik zəngin
keçmişində layiqli
yer tutması, ictimai-siyasi və elmi-mədəni həyatında
özünəməxsus rol
oynaması, əsrlər
boyu yetirdiyi görkəmli şəxsiyyətləri
ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin
və elminin tərəqqisinə töhfələr
verdiyi qeyd olunub.
Bu gün Naxçıvan qalib Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Şərq-Qərb Nəqliyyat
Dəhlizində açar
rolunu oynayan region kimi diqqət çəkir. Əminik
ki, Zəngəzur dəhlizinin
açılmasıdan sonra
da Naxçıvan Muxtar
Respublikası türk
dünyasına açılan
bir qapı kimi regionun iqtisadi
inkişafına və
təhlükəsizliyinə öz töhfəsini verəcək.
İradə Quliyeva,
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin əməkdaşı,
I dərəcəli ədliyyə
qulluqçusu
İki
sahil.- 2024.- 22 iyun, ¹109.- S.6.