Humanitar çağırışların
səsləndiyi platforma
Azərbaycan
diplomatiyasının əsas
istiqamətlərini təşkil
edən bu prinsiplər bəşəri
dəyərlərdən qaynaqlanır
Mürəkkəb tendensiyaların və qlobal problemlərin artdığı, çoxtərəfli
diplomatik əlaqələrin
aktuallaşdığı, transmilli korporasiyaların və qeyri-hökumət təşkilatlarının beynəlxalq
danışıqlar prosesində
rolunun intensivləşdiyi
müasir dövrümüzdə
dünyada sabitliyin qorunması ümdə məsələ kimi böyük əhəmiyyət
daşıyır. BMT, ATƏT, Avropa Şurası, MDB,
ASEAN (Cənub-Şərqi Asiya
Ölkələri Assosiasiyası),
APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı),
ŞƏT (Şanxay Əməkdaşlıq
Təşkilatı), BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası), eyni zamanda digər
regional və sahəvi ittifaqlar arasında əməkdaşlığın
genişlənməsi dünya
siyasətinin aktual problemlərindəndir. Tanınmış
nüfuzlu təşkilatları,
blokları ilə əlaqələrini müasir
dövrün tələbləri
baxımından inkişaf
etdirən Cənubi Qafqazın lider dövləti Azərbaycanın
milli maraqlarını
və dövlətçilik
mənafeyini əks etdirən xarici siyasətinin dəstəklənməsi
ölkəmizin diplomatik
səylərinin nəticəsidir.
Çoxtərəfəli və
ikitərəfli əməkdaşlığı
genişləndirməklə xarici siyasətini şaxələndirmə prinsipləri
əsasında təkmilləşdirən
Azərbaycanın diplomatiya
modelinin ölkəmizin
inkişaf strategiyasına,
yeni hədəflərə
uyğun inkişafı
nəticəsində ölkəmiz
regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı
faydalı əməkdaşlıq
və tərəfdaşlıq
mühiti formalaşdırmağa
nail olub. Hərbi-siyasi blokların üzvü olmayan Azərbaycanın xoşməramlı
siyasət vasitəsilə
«yumşaq təhlükəsizlik»
mühiti yaradılması
naminə göstərdiyi
səylər qarşılıqlı
əməkdaşlıq prinsiplərinə
əsaslanır.
BMT Baş Assambleyasının
76-cı sessiyasının dövlət
və hökumət başçıları səviyyəsində
keçirilən illik
ümumi iclasında, üç il sədrlik etdiyi Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik
və əməkdaşlıq
məsələsinə həsr
olunmuş Zirvə görüşlərində bütün
xalqları «vaksin millətçiliyi»nə qarşı
birgə mübarizəyə
səsləyən Prezident
İlham Əliyevin xeyirxahlıq və humanizm səylərinin yekdilliklə dəstəklənməsi
Azərbaycanın həmrəyliyə
çağırış siyasətinin uğurudur.
Şərqlə Qərb dəyərlərini
bəşəri ideyalar
ətrafında birləşdirən
ölkə adını
son aylarda ev sahibliyi etdiyi
tədbirlərin əhəmiyyəti
ilə doğruldan Azərbaycan qazandığı
siyasi, iqtisadi, humanitar platforma adını, sivilizasiyalararası
körpü rolunu ləyaqətlə davam etdirir. Respublikamızda keçirilən Qlobal Bakı forumlarında, Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumlarında Avropa ilə Şərq ölkələri
təmsilçilərinin iştirakı,
aktual problemlərin birgə müzakirəsi, insanlıq naminə bəşəri dəyərlərin
qorunması ilə bağlı çağırışların
vəhdət halında
səslənməsi etibarlı
tərəfdaş kimi
tanınan Azərbaycanın
diplomatik uğurları
olmaqla, ölkəmizin
dünyada sabitliyin qorunmasına töhfəsidir.
SPECA-ya üzv
dövlətlərin-Azərbaycanın, Əfqanıstanın, Qazaxıstanın,
Qırğızıstanın, Tacikistanın, Türkmənistanın
və Özbəkistanın,
eyni zamanda, müxtəlif beynəlxalq
təşkilatlarda Avropa
təsisastları ilə
birlikdə təmsil olunmaları ölkələrarası
əməkdaşlığı genişləndirməklə Dayanıqlı
İnkişaf Məqsədlərinə
(DİM) nail olmaq imkanlarını artırır.
SPECA-ya sədrlik edən Azərbaycanın təşəbbüsü, dövlət
və hökumət başçılarının iştirakı
ilə Bakıda keçirilən Zirvə görüşündə iqtisadi
maraqları birləşdirən
ən mühüm amil kimi siyasi
sabitliyin vacibliyini diqqətə çatdıran
Prezident İlham Əliyev «Dünyada uğursuz, asılı, iki və ya
daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin
qarşıdurma arenasına
çevirən ölkələrin
sayı az deyi» sözləri ilə taleyi xarici ağalarının əlində olan itaətkar dövlətləri
sülh naminə birliyə çağırdı.
Qərb və Şərq dəyərlərini
bəşəri ideyalar
ətrafında birləşdirməklə
humanizm prinsiplərinin
mütləq qələbə
çalacağına inamını
ifadə etdi.
Enerji diplomatiyasında
Qərb ölkələri
ilə əməkdaşlığa
prioritet kimi diqqət yetirən, Avropa bazarını ən sərfəli əməkdaşlıq məkanı
adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən
enerji diplomatiyası, şaxələndirmə siyasəti
Azərbaycanın beynəlxalq
səviyyədə önəmini
daha da artırır,
mövqeyini möhkəmləndirir.
Avropa üçün
sabit və mühüm enerji mənbəyi hesab edilən ölkəmizin Səudiyyə Ərəbistanının,
İtaliyanın tanınmış
şirkətləri ilə
əməkdaşlığı «yaşıl enerji» gündəliyini daha da aktuallaşdırır.
Bəllidir ki,
Azərbaycan təkcə
zəngin karbohidrogen ehtiyatlarına malik ölkə deyil, eyni zamanda, Mərkəzi
Asiyadan Avropa istiqamətində göndərilə
biləcək karbohidrogen
məhsullarının nəqlində
mühüm tranzit ölkə kimi də mühüm önəm daşıyır.
Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin
şaxələndirmə siyasətinə
qoşulan qitə ölkələri də daxil olmaqla digər
dövlətlər də
Azərbaycanın bölgədə
müstəqil siyasət
yeritməsini, enerji asılılığı olmayan
bir dövlət kimi söz sahibliyini
etiraf edirlər.
Ötən aylarda
Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində
mühüm sənədlərin
imzalanması iki ölkə arasında əməkdaşlığa verilən
böyük önəmin
təcəssümü idi.
Səfər çərçivəsində
iki ölkə arasında tərəfdaşlıq
haqqında Birgə Bəyannamənin, müdafiə
sənayesi ilə bağlı sənədlərin
imzalanması, Avropanın
enerji təhlükəsizliyinin
təmin olunmasında
mühüm rola malik «Həmrəylik Halqası»na verilən dəyərdir. Slovakiyaya təbii qazın ixracı iqtisadi əməkdaşlığı daha da gücləndirəcək.
Türk dövlətlərinin
həmrəylik ənənələrinin
davamı kimi dəyərləndirilən Slovakiyanın
Ağdamın Qərvənd
kəndinin yenidən qurulmasında iştirakı
ilə bağlı humanist addımı ölkəmizin sülh təşəbbüslərində fəal iştirakına verilən dəyərdir. Prezident İlham Əliyevə səmimi duyğularını «Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz
praqmatik şəxsiyyətsiniz
və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib.
Siz ərazi bütövlüyünün nə
dərəcədə vacib
olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının
üzvü olan ölkənin nümayəndəsi
kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə
təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç
vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük
verirəm» sözləri
ilə ifadə edən Robert Fitso ikili standartlara qarşı mübarizliyi ilə fərqlənən
dövlət başçımızla
həmrəyliyini bildirdi.
Azərbaycanın beynəlmiləl
dəyərlərə əsaslanan
diplomatiyasının uğurlarını
dəstəklədi.
Mayın 16-da Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkonun
azərbaycanlı həmkarı
Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə dövlət səfəri,
hər iki ölkə arasındakı
iqtisadi, siyasi əlaqələrin möhkəmlənməsinə
müsbət təsir
göstərəcək mühüm
əhəmiyyətli sənədlərin
imzalanması dostluğa
və əməkdaşlığa
əsaslanan kreativ tərəfdaşlığın ifadəsi idi. Mərasimdə Bakı –Minsk, Gəncə – Qomel, Qəbələ- Qrodno şəhərləri
arasında qardaşlaşma
əlaqələrinin qurulmasına
dair Anlaşma memorandumlar”ının imzalanması hər iki ölkədə müasir şəhərsalma
mədəniyyətini əks
etdirən təcrübə
mübadiləsinə göstərilən
diqqətin təzahürüdür.
Müasir dövrün
tələbinə, çağırışına
uyğun, regional və beynəlxalq məsələlər üzrə
aparılan müzakirələrin,
möhkəmlənən münasibətlərin
strateji xarakterinə uyğun davamını sınaqdan çıxan təcrübə adlandıran
Prezident İlham Əliyevin vurğuladığı
kimi, yalnız çoxplanlı, yaxşı
keçmişə və
yaxşı gələcəyə
hesablanmış, qarşılıqlı
etimada, ikitərəfli
dəstəyə arxalanaraq
irəliləmək mümkündür.
Az müddətdə ölkəmizin siyasi həyatında baş verənlərin qısa xronologiyası, müxtəlif
dövlət və hökumət başçılarının
ölkəmizə rəsmi
və dövlət səfərləri göstərir
ki, dünyanın qlobal enerji və
nəqliyyat layihələrinin
təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı
olan Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar platforma, sivilizasiyalararası körpü,
mədəni müxtəlifliyin
məkanı, mültikultural
dəyərlərə sadiq,
tolerant dövlət olduğunu təsdiqləyir.
Son aylarda
ölkəmizdə keçirilən,
mühüm əhəmiyyətli
tədbirlərdə iştirakçıların
sayının artması,
müzakirə olunan məsələlərin aktuallığı
Azərbaycanın xarici
siyasətinin uğurlarındandır.
Möhtəbər qlobal dialoq mərkəzi,
beynəlxalq enerji ailəsinin ortaq tribunası kimi dəyərləndirilən Bakı
Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq
Xəzər Neft və Qaz – «Caspian Oil&Gas» və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian
Power» sərgilərinin açılış
mərasimləri ilə
beyənlxalq ictimaiyyətin
diqqətini cəlb edən, dünyanın enerji xəritəsini yeniləyən Azərbaycanda
irəli sürülən
təkliflərdə bütün
dövlətlərin maraqları
əks olunurdu. Enerji təhlükəsizliyinin
daha etibarlı təminatı və qorunması üçün
irəli sürülən
təkliflərin müzakirə
olunduğu, dünyanın
enerji sənayesi sahəsində iştirak edən dövlətlərin
təmsilçilərini bir
araya gətirən tədbirdə 300-dək şirkətin
iştirakı eyni zamanda ölkəmizin «yaşıl enerji gündəliyi»nə artaq maraqdan qaynaqlanır. Tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və
Abşeron-Qaradağ Külək
Elektrik Stansiyasının
təməlinin qoyulması
bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı
kimi dəyərləndirilməklə
ölkəmizin enerji ixracınını yeni istiqamətlərini də
hədəfəldi. Bu
cür yeniliklər cari ildə COP29-a ev sahibliyi edəcək,
dünyanın enerji xəritəsini yeniləyən
Azərbaycanın təşəbbüsü
ilə yaradılan əməkdaşlıq formatının
daha geniş mənada dəstəklənməsi,
təqdimatıdır.
Əməkdaşlıq coğrafiyasında türkdilli,
İslam dövlətləri
ilə həmrəyliyinin,
strateji tərəfdaşlığının
ortaq və oxşar tarixi əlaqələrin inkişafı
daim diqqətdə saxlanılan məsələlərdir.
Xarici siyasətini bütün dövlətlərlə
qarşılıqlı hörmət,
biri-birinin daxili işlərinə qarışmamaq
prinsipləri əsasında
davam etdirən ölkəmizin Avropa, ərəb ölkələri
ilə əməkdaşlığı
da sağlam münasibətlər zəminində
davam etdirilir.
Tacikistan Prezidenti
Emoməli Rəhmonun Azərbaycana səfəri
ölkəmizin siyasi həyatında yaşanan hadisə kimi yaddaşlarda qaldı. Səfər zamanı təkbətək və geniş formatda keçirilən görüşlərdə,
mətbuata bəyanatlarında
iki dost ölkənin başçıları
arasındakı münasibətlərin
sarsılmazlığını bildirən prezidentlər İlham Əliyev və Emoməli Rəhmon sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq
üzrə iqtisadi xarakterli bir çox layihələrin reallaşdırılmasına dair
müzakirələri səmərəli
adlandırdılar.
İki ölkə
arasında möhkəmlənən
əməkdaşlığın keyfiyyət baxımından
daha zəngin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Orta Dəhlizi və onun bir
hissəsi olan TransXəzər Nəqliyyat
Dəhlizini Tacikistandan
yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika
əlaqələrinə dair
məsələləri xüsusilə
diqqətə çatdırdı.
Qeyd olundu ki, geosiyasi dəyişikliklər,
dünyadakı vəziyyət,
təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi, təhsil,
mədəniyyət və
kənd təsərrüfatı
ilə bağlı məsələlər ətrafında
müzakirələrin aparılması
ölkələrarası əlaqələri
daha da gücləndirəcək.
Vurğulandı ki, Tacikistanla Azərbaycan arasındakı təmaslar,
beynəlxalq tədbirlər
çərçivəsində keçirilən görüşlər
qarşılıqlı fəaliyyətin
ən mühüm amilidir.
Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın sarsılmazlığı İslam
həmrəyliyinin bariz
nümunəsi adlandırıldı.
Tacikistan Prezidenti beynəlxalq və regional təşkilatlar çərçivəsində hər iki ölkə
tərəfindən dəstəklənən
təşəbbüslərin qarşılıqlı faydasını
qeyd etməklə bu təcrübənin davamının vacibliyini də diqqətə çatdırdı.
Enerji istehsalı
və suvarma məqsədilə Araz çayı üzərində
inşa edilən, enerji güclərinin bərabər bölünməsini
təmin edəcək
«Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə
verilməsi təkcə
İranla Azərbaycan
arasında deyil, bölgənin sabitliyi, gələcək təhlükəsizlik
tədbirlərinin gücləndirilməsi
baxımından əhəmiyyətlidir.
Türk dünyasının
gücləndirilməsi, beynəlxalaq
nüfuzunun artırılması
üçün Prezident
İlham Əliyevin səyləri Türk Dövlətləri Təşkilatına
(TDT) üzv ölkələr
tərəfindən daim
yüksək dəyərləndirilir.
Diplomatiyasında əsas
xətt kimi, daim diqqətdə saxlanılan türk dövlətləri ilə
birlik və həmrəyliyin gücləndirilməsi
Azərbaycanın dövlətçilik
və milli maraqlarının da əsas prioritetlərindəndir.
Qırğızıstanın Prezidenti Sadır Japarovun ölkəmizə
səfəri TDT-nin üzv dövlətləri
arasındakı həmrəyliyə
daha bir nümunə oldu. Azərbaycanla Qırğızıstan
arasında imzalanan Birgə Bəyannamənin
əhəmiyyətini mətbuata
bəyanatlarında xüsüsilə
qeyd edən prezidentlər bu kimi sənədləri münasibətlərin gələcək
inkişafı baxımından
yüksək dəyərləndirdilər.
Bu günlərdə
TÜRKPA-nın nümayəndə
heyətini qəbul edən Prezident İlham Əliyevin vurğuladığı kimi,
istəyi, niyyəti işbirliyi, əməkdaşlıq,
dostluq olan türk birliyi heç kim üçün təhdid
mənbəyi deyil heç vaxt olmayacaq. Qərəzli qüvvələrin formalaşdırdığı
islamofobiya və dini radiaklizmə qarşı mübarizədə
öz sözünü
birliyi ilə təsdiqləyən türk
dövlətlərinin müxtəlif
təşkilatlar çərçivəsində
əməkdaşlığının genişlənməsi, Azərbaycanın
bölgədə yaratdığı
yeniliklər, dünya
siyasətinə təsiretmə
imkanlarının artması
uğurlarımızdan yalnız
bir nümunədir.
2021-ci ildə imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik
münasibətləri haqqında
Şuşa Bəyannaməsi»
bütünlükdə türk
dövlətlərinin əməkdaşlığının,
enerji və nəqliyyat infrastrukturunu genişlənməsi, təhlükəsizliklərinin
qorunması, diplomatik,
siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərinin
təkmilləşdirilməsi yolunda bələdçidir.
«İqlim məsələləri
isə bu gün Azərbaycanın gündəliyində duran
əsas vəzifələrdən
biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına
ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm
də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində,
əlbəttə ki, qardaş ölkələrlə
bu məsələləri
də müzakirə etmək böyük fayda verəcəkdir» sözləri ilə ölkəmizdə keçiriləcək
COP29-un bütünlükdə türk dövlətlri üçün də faydalı olacağını
diqqətə çatdıran
Prezident İlham Əliyevin vurğuladığı
kimi, İslam ölkələrində nəqliyyat
infrastrukturunun coğrafiyasının
genişlənməsi, səmərəli
təşkili, enerji resurslarının bolluğu,
insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması TDT-nin güc potensialıdır.
«Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət
sahələrində və
digər sahələrdə
çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə,
hərbi, hərbi-texniki
sahə və təhlükəsizliklə bağlı
olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır»
söyləyən Prezident
İlham Əliyev öz haqqını ədalət, güc yolu ilə və
beynəlxalq hüquq çərçivəsində həll edən Azərbaycanın təcrübəsinin
beynəlxalq səviyyədə
ən mükəmməl
seçim adlandıranların
sayının artması
xalqlarası həmrəyliyə
ən böyük töhfədir.
«Yaşıl dünya naminə həmrəy olaq!» çağırışı ilə bütün ölkələri planetimizin
qorunmasında həmrəyliyə
səsləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi,
ölkəmizə yüksək
səviyyəli etimadın
nümunəsi olan
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının ölkəmizdə
keçirilməsi bir
daha təsdiqləyəcək
ki, Azərbaycanın inkişaf strategiyası, enerji diplomatiyası, humanitar təşəbbüsləri,
ekoloji tərazlığın
qorunmasında göstərdiyi
səylər yaşıl
enerji gündəliyi ilə bağlıdır
Xuraman İsmayılqızı
İki sahil.
- 2024.- 29 iyun, ¹113.- S.4.