Yaşıl dünyaya uzanan polad yollar...

 

 Azərbaycan Dəmir Yolları” “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində həyata keçirilən tədbirlərə davamlı olaraq töhfə verir

 

Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində beynəlxalq səviyyədə nüfuzu günbəgün artan, dünyada multikulturalizmin təşviqinə böyük önəm verən bu istiqamətdə özünün nümunəsini ortaya qoyan, milli, regional qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verən Azərbaycan son illərdə  nüfuzlu mötəbər tədbirlərin, qlobal forumların, müxtəlif missiyaların görüşlərinin  ənənəvi olaraq keçirildiyi məkana çevrilib. 2024-cü ilin noyabrında isə ölkəmiz  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək.

Yaşıl dünyaya Azərbaycan platformasından baxış

COP29-un yaşıl enerjiyə qlobal keçid, istixana qazı emissiyalarının iqlim dəyişikliyinin azaldılması üçün güclü stimul olacağı gözlənilir. COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi o mesajı verir ki, bu ölkələr öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlayır ətraf mühit məsələlərinə həssas yanaşırlar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu, COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, “yaşıl ideya”lar yaşıl proqram”larla bağlı məsələlərə Azərbaycan platformasından baxılacağı onun təcrübəsinin öyrəniləcəyi deməkdir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin bir sıra mühüm nəticələrə gətirib çıxaracağı ölkədə yaşıl keçidə əhəmiyyətli təsir göstərəcəyi gözlənilir. Birincisi, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakı onun iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamağa dayanıqlı iqtisadi modelə keçməyə hazır olduğunu təsdiqləyir. Bu, ölkənin müsbət imicini yaratmağa yaşıl sənayenin inkişafı üçün investisiya cəlb etməyə kömək edir. İkincisi, COP29 Azərbaycana digər ölkələrlə təcrübə ən yaxşı təcrübə mübadiləsi imkanı verəcək. Ölkə bərpaolunan enerji, enerji səmərəliliyi, tullantıların idarə edilməsi yaşıl inkişafın digər aspektləri sahəsində qabaqcıl texnologiyalar innovativ yanaşmalar haqqında məlumat əldə edə biləcək. Bu, Azərbaycana ekoloji siyasətini təkmilləşdirməyə yaşıl məqsədlərinə nail olmaq üçün effektiv strategiyalar hazırlamağa imkan verəcək. Bundan əlavə, COP29-un nəticələri iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirəcək yeni beynəlxalq saziş müqavilələrin hazırlanması üçün əsas ola bilər.

Azərbaycan yaşıl hədəflərini inkişaf etdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə özünün iradəsini ortaya qoyur. Azərbaycanın Qoşulmama Hərəkatında (QH) körpü rolunu oynamaqda böyük təcrübəsi var. Respublikamız  Hərəkata dörd il ərzində sədrlik həyata keçirib. Azərbaycanın 120 ölkənin birləşdiyi quruma sədrliyi dönəmində QH böyük tərəqqiyə nail oldu, onun funksionallığı beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, respublikamız Avropa İttifaqına  (Aİ) üzv olan ölkələrlə fəal işləyir. Bundan başqa, respublikamız geniş İslam coğrafiyasında böyük nüfuza malik olan ölkədir. Bütün bunlar Azərbaycanın birləşdirici rolunu gücləndirən amillərdir. Əsas məqamlardan biri Azərbaycanın xoş niyyəti siyasi iradəsi ilə bağlıdır. Ölkəmiz malik olduğu potensialdan imkanlardan heç vaxt başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə etmir, əksinə daim qlobal həmrəyliyi, barışığı, ümumi məqsədləri hədəfləyən təşəbbüslər irəli sürür.

Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraqyaşıl mühitquruculuğunda dayanmadan səylərini artırır. Məlum olduğu kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit "yaşıl artım" ölkəsi" olmaqdır. Həmin prioritetə uyğun şəkildə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Prezident İlham Əliyev Qarabağı Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji" zonası adlandırıb bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistemin bərpası istiqamətində ardıcıl işlər aparılır. Artıq Qarabağda Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Bu ərazilərin 2050-ci ilədəkNetto sıfır emissiyazonasına çevrilməsi nəzərdə tutulub.

Dəmir yolu nəqliyyatı daha az karbon izi buraxır enerjidən daha səmərəli istifadə edir

Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə dəmir yolu nəqliyyatını inkişaf etdirmək ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə davamlı olaraq dəstək olmaq üçün ölkənin tranzit potensialını artırmaq ekoloji dayanıqlılığı təmin etmək önəmli faktorlardır. Çünki dəmir yolu nəqliyyatı, digər nəqliyyat növləri ilə müqayisədə daha az karbon izi buraxır enerjidən daha səmərəli istifadə edir. Elektriklə işləyən dəmir yolları, xüsusilə sıfır emissiya səviyyəsinə nail olmaq baxımından böyük potensiala malikdir.  Bu baxımdan, dəmir yolu infrastrukturu üçün bərpaolunan enerji mənbələrindən istifadə genişlənir. Günəş külək enerjisi, dəmir yolu stansiyaları digər infrastruktur obyektlərinin enerji tələbatını qarşılamaq üçün tətbiq edilir. Azərbaycan, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək dəmir yolu nəqliyyatının inkişafında ən son yenilikləri innovativ həlləri tətbiq edir. Bu əməkdaşlıq, ekoloji standartların yüksəldilməsinə dayanıqlı nəqliyyat sistemlərinin yaradılmasına yönəlib.

Təmiz enerjidən istifadə genişləndirilir: Biləcəri Gəncə lokomotiv təmiri depolarında ümumilikdə 750-dən çox günəş paneli quraşdırılıb

Bu strategiya çərçivəsindəAzərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) özünün fəaliyyətində bir sıra yenidənqurma işləri aparır,  dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi layihələrini həyata keçirir. Bu layihələr dizel lokomotivlərinin elektrik lokomotivləri ilə əvəz edilməsini beləliklə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasını təmin edir. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olan ADY ətraf mühit, sosial korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını təkmilləşdirib. ESG tədbirləri çərçivəsində ADY ekoloji təmiz enerjidən istifadəni genişləndirir. “Yaşıl enerji”nin təşviqi məqsədilə Biləcəri Gəncə lokomotiv təmiri depolarında ümumilikdə 750-dən çox günəş paneli quraşdırılıb bundan depoların işıqlandırılmasında, isti su təminatında istifadə olunur. “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olan bu kimi addımlar növbəti illərdə daha da genişlənəcək.

Ekologiya dostu

Sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edilir. ADY tərəfindən sifariş edilmiş artıq 4-ü ölkəmizə çatdırılmış 10 ədəd yeni “Stadler” qatarının 6-sı elektriklə çalışır. Bu qatarlar sayəsində dəmiryol nəqliyyatının ətraf mühitin mühafizəsindəki payı daha da artacaq. Ekoloji cəhətdən təmiz insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

ADY “yaşıl enerji”ni təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa böyük töhfə vermək  məqsədilə Yeni Biləcəri Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb. Həmçinin dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün ADY tərəfindən bütün zəruri tədbirlər görülür.

ADY-nın son illərdəki fəaliyyətində bərpaolunan enerji mənbələrinin tətbiqi əsas yer tutur. Belə ki, bərpaolunan enerjinin istehsalı üçün dəyişən cərəyanla işləyən lokomotivlərin texniki baxış təmirinin həyata keçirilməsi məqsədi ilə yeni inşa edilmiş Biləcəri lokomotiv deposunda gücü 66 kilovat olan 147 ədəd günəş paneli isitmə məqsədi ilə 160 ədəd günəş paneli, yeni inşa edilmiş Gəncə lokomotiv deposunda isə gücü 66 kilovat olan 210 ədəd günəş paneli isitmə məqsədilə 140 ədəd günəş paneli quraşdırılıb.   Ətraf mühitə təsirlərin müəyyənləşdirilməsi, təbiətin qorunması işində norma qaydalara riayət olunmasının təmin edilməsi məqsədilə İSO 14001-in tələbi ekoloji qanunvericiliklə tələb olunan ekoloji-normativ sənədlərin hazırlanması prosesi həyata keçirilir.

Dəmir yollarının tikintisi zamanı ətraf mühitə həssas yanaşma

 

 

 

Eyni zamanda, dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün bütün zəruri tədbirlər görülür. Hər bir yeni layihədə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz-Ağbənd xəttinin 85-ci km-, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. Maksimum çalışılır ki, dəmir yollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməsin. ADY-nin hər bir layihəsində dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. BərdəAğdam layihəsinin artıq bir hissəsində şam ağacları digər növ ağaclar əkilib. Bunlardan əlavə, dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur. Eyni zamanda, ADY işğaldan azad olunmuş ərazilərdəyaşıl iqtisadiyyat”a keçid, o cümlədən COP29 çərçivəsində maraqlı tərəflərlə əməkdaşlıq edir, təşəbbüsləri stimullaşdırır.

ADY şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir. Həmçinin bu ildən etibarən Abşeron dairəvi marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb.

ADY “Yaşıl dünya naminə həmrəylik iliçərçivəsində 2024-cü ildə yeni texnologiyalar rəqəmsallaşdırmanın tətbiqini sürətləndirərək şirkət tullantılardan səmərəli istifadə təkrar emal proseslərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, çirkab sularının idarə olunması, eləcə bərpaolunan enerji resurslarından istifadə istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir ekoloji məsuliyyətini daha da artıraraq bütün maraqlı tərəflərlə həmrəy olmağa can atır.

Bir sözlə, "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti ölkənin nəqliyyat infrastrukturunun mühüm bir hissəsini təşkil edir onun ekoloji təmiz nəqliyyata yönəlməsi gələcək nəsillər üçün sağlam bir mühit yaratmağa xidmət edəcək. Bununla yanaşı, dəmir yolunun yaşıl enerjiyə keçidi ilə bağlı aparılan islahatlar ətraf mühitə cəmiyyətə mənfi təsirləri azaldacaq, bu nəqliyyat sektorunun yaşıllaşdırılmasına töhfə verəcək.

 

Yaqut Ağaşahqızı,

İki sahil. - 2024.- 29 iyun, ¹113.- S.6.