Elimizə bahar gəlir, xonçalı Novruz gəlir!
Novruz xalqımızın əsrlərdən
bəri qoruyub saxladığı və bütün dövrlərdə
həmişə əziz
tutduğu bayramdır
Elimizin müqəddəs bayramı
olan Novruz bayramıdır. Novruz bayramı xalqımızın
milli-mənəvi irsini
təcəssüm etdirən,
xalqın tarixi kökünü, yaddaşlardan
süzülüb gələn
ənənələri yaşadan,
keçmişimizi və
gələcəyimizi bir-biri
ilə bağlayan
milli bayramdır. Prezident
İlham Əliyevin Novruz
bayramı münasibətilə
Azərbaycan xalqına
təbrikində qeyd edildiyi kimi öz
mənşəyini tariximizin
dərin qatlarından
alan qədim Novruz bayramı ulu babalarımızın yüksək
həyat eşqini, zəngin mənəviyyatını,
geniş dünyagörüşünü
və gələcəklə
bağlı nikbin düşüncələrini dolğun
təcəssüm etdirir.
Onda cəmiyyətin təbiətlə
vəhdətinin və
insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin,
şəfqətin təntənəsi
vardır. Milli özünüdərkin
təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş
ovqatda rəngarəng
mərasimlər və
çoxsaylı el şənlikləri ilə
qarşılanır. Builki
Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və
suverenliyinin tam bərpası
şəraitində həyatımızın
yeni mərhələsinin başlanğıcına
təsadüf etməsi
ilə əlamətdardır.
Yaz fəslinin yeniləşdirici ab-havası
daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Novruz bayramının təşəkkül tapmasında,
inkişaf etməsində
xalqımızın mühüm
töhfəsi var. Sovet
dövründə Novruz
bayramının keçirilməsinə
sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə,
o cümlədən Novruz
bayramına yüksək
qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri
qoruyub saxladığı
və bütün dövrlərdə həmişə
əziz tutduğu bayramlardan biridir. Onun tarixi də
Azərbaycan xalqının
tarixi kimi keşməkeşli, enişli-yoxuşlu
olmuşdur. Bu ulu bayramın
müstəqil respublikamızda
dövlət səviyyəsində
qeyd edilməsi öz milli köklərimizə,
adət-ənənələrimizə, tarixi keçmişimizə
dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə
bağlı olduğumuzu
nümayiş etdirir”.
Bolluğun, bərəkətin və
xeyirxahlığın təcəssümü
olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq
səviyyədə qeyd
olunur. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
böyük zəhməti
nəticəsində bu
bayram UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın
23-də isə BMT Baş
Məclisi martın
21-ni Beynəlxalq Novruz
Günü elan edib.
Bu bayramın ən əhəmiyyətli hissələrindən
biri də Novruz çərşənbələridir.
Novruz çərşənbələri,
qədim zamanlardan bəri Novruz bayramının müqəddəs
hissəsi kimi qeyd edilir və
hər bir çərşənbə xüsusi
mənası və ənənələri ilə
seçilir.
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent İlhamə Qəsəbova
mövzu ilə bağlı İki sahil”ə eksklüziv açıqlamasında
bildirdi ki, Novruz bayramı yazın gəlişi ilə əlaqədar olaraq təbiətin oyanmasını
və ölüb-dirilmə
mərhələsini əks
etdirir: “Novruz- çilə çəkdiyimiz
qış gecələrinin
yekununda yaza açılan yeni gün deməkdir. Bayram öncəsi
dörd çərşənbə
gerçəkləşir. Hər çərşənbə
də Novruza bir addımın qalmasını göstərir.
Bu il çərşənbələr fevralın 27-dən başladı.
Bu da boz ayına təsadüf etdi. Bu, həm də qışla yazın mübarizəsi deməkdir.
Dörd çərşənbədən
öncə hələ
bir çərşənbə
də yalançı
çərşənbədir ki, o da bu il fevralın 21-nə təsadüf etdi. Yalançı
yəni beşinci çərşənbədə heç
bir özəlliklə
heç təam bişirilmir, süfrələr qurulmur.
Sadəcə bəzi yerlərdə xüsusən
Qarabağ bölgəsində evlərin
giriş qapısının
ağzında kiçik
ocaq qalanır. Bu da yazın gəlişinə
inam və ümidlərin artdığına
bir işarədir. Təbii ki, dörd çərşənbə ilə
gerçəkləşən Novruz bayramında artıq insanın, təbiətin, həyatın
və dünyanın yaradılışı ilə
bağlıdır.”
Folklorşünas qeyd etdi ki, çərşənbəmiz Su
çərşənbəsi ilə başlayır. Hər kəsə bəllidir ki, su yaradılış
və törəniş
deməkdir. Su həm də varlıq və var olmaq deməkdir. İnanca görə, ilk dəfə dünya bərqərar olanda suyun üzərində qurulub. Bununla da bərabər insan da dünyaya gələndə
ana bətnində döl
olaraq suda mayalanır. Biz arınmaq,
sudan durulmaq, suda paklanmaq və yeni doğulmaq missiyasını daşıyan
bu çərşənbədə
su kultunu icra edirik, insanların
suya olan inamını müqəddəsləşdiririk.
Su çərşənbəsində bir-birimizin üzərinə
su çiləyər,
suyun üzərindən
atlanar, ağrımızı, dərdimizi
suya danışar, suya niyyət edərik. Suyu içib durularaq evdə olan xəstələrin, körpələrin üzərinə
su çiləyərik
ki, köhnə ildən
qalma bütün neqativ ağrılarımız
o su ilə yuyub, axınıb getsin. Bu çərşənbədə
suyun mələklərinə
inam etiqadı var. Suyun öz sahibləri
var. Suyun üzərinə
gedən böyüklərimiz
ona salam verərdilər, suyu müqəddəsləşdirən böyüklərimiz suyun
mələklərinə and içərdilər.
Həmsöhbətimiz ikinci çərşənbənin əhəmiyyət
və özəlliklərindən
də söz açdı: “Od çərşənbəsi
təbiəitin, havanın isinməsi
və odun, ocağın qalanması ilə yanaşı, həm də xeyirin şər üzərində
qələbəsi, insanların
oda, ocağa sitayiş edib, od kultunu müqəddəsləşdirməsi
və odun üzərindən atlanaraq
ağrı-acılarını dərd-sərlərini odda
yandırıb,
oddan arınmaq, paklanmaq və durulmaq deməkdir. Od çərşənbəsində
odun üzərindən
keçdikdən sonra
insanların antik düşüncəsindən günümüzə
qədər odda
yandırılan bir il
öncəki bütün
problemlər , ağrı-acı
növbət ildə daha sağlam ruhda həyata qədəm qoymasını
simgəsidir”.
İlhamə Qəsəbovanın sözlərinə görə,
ilk çərşənbə el arasında su çərşənbəsi,
əzəl çərşənbə,
cıvrıxçı, cıdırçı,
yaxud xəbərçi
çərşənbəsi adlanır. Üskü çərşənbə, Addı
çərşənbə kimi tanınan Od çərşənbəsidir. Üçüncü çərşənbə
adlanan Yel çərşənbəsi Qarabağ
və Qərb bölgəsində Torpaq çərşənəbsi
adlandırılır. Belə
adlandırılmasının səbəbi odur ki, insanın oddan, sudan, torpaqdan güman edirlər və oddan, sudan yaranan insan
əslində su biz tərpətdisə, oyatdısa,
bizə paklıq, müqəddəslik verdisə,
su bizim dirilişimizdirsə, odda bizə istilik verdisə bu dirilişi, təbiətin
istiliyini əks etdirdisə bundan sonra günəniş istiliyi torpağa istilik keçir.
Folklorşünas vurğuladı ki, üçüncü
çərşənbə isə yelli, küləkli, külək
oyadan çərşənbə kimi
adlansa da, Qərb və Qarabağ bölgəsində ona qara çərşənbə,
qara bayram, torpaq çərşənbəsi
deyənlər də çoxdur. Bu çərşənbədən
bir gün öncə insanlar qəbir üstünə gedir, orada təmizlik işləri aparırlar, ziyarətə
gedəndə xonçalar
düzəldilir, səmənilər
aparılır, təamlardan,
şamlardan da istifadə
olunur. Bunun əsas məqsədi bayram günü doğmalarını
yad etməkdir. Bu ziyarətin
digər səbəbi
odur ki, qəbirüstündəki
təamlardan, azuqələrdən ehtiyacı
olan insanlar gəlib götürsünlər.
Müsahibimizin sözlərinə görə, Yel çərşənbəsi qədim
əcdadlarımızın yel tanrısına olan etiqadı ilə bağlıdır.
Onlar “yel baba” deyərək onu
çağırır, xırmandakı
dənin sovrulmasını
istəyirlər, dən
dağılıb dağ
olarsa, yel babamız sağ olsun deyərək, yelə olan inamm həm də bizim İslamdan öncəki inanc sistemimizə dayanır. Bildiyimiz kimi, o vaxt çoxallahlılığa
inam var idi. Yelə, oda, ağac kultuna müqəddəsləşdirib inanmaq və o inanc sistemi də
Novruz bayramında
sistemləşərək günümüzə
gəlib çıxmışdır.
Novruzun dördüncü
çərşənbəsi Torpaq çərşənbəsində
bayramdan gözəl, təmtəraqlı süfrələr
qurulur, Novruz bayramını çox gözəl şəkildə
qeyd edirlər. Bəzi bölgələrimizdə
ikinci və sonuncu çərşənbədə
lopaqlar yandırılır
və göyə atılır. Həmin lopalar da yerin göy üzərində,
günəşin qaranlıq
üzərində qələbəsi,
yazın da qış
üzərindəki qələbəsi
kimi simgələnir.
Novruzun axırıncı
çərşənbəsində insanlar ürəklərində
bəslədikləri arzu
və niyyətlərin
gerçəkliyə qovuşmasına
ümid edərək fallar, ayinlər icra edirlər. Sonuncu çərşənbədə
qapılar taybatay açıq olar, heç bir evdə neqativ söhbət olmaz ki, qapı pusma zamanı kiminsə arzusunun çin olmasına mane olmasınlar. Novruz bayramının ən gözəl atributlarından
biri kosa və keçəlin oyunudur. Onlar qışı və yazı tərənnüm
edirlər. Bütün
bunlar əcdadlarımızın
təbiət hadisələrinə
və kosmik inanc sisteminə dayanması ilə bağlıdır.
Onların düşüncəsinə
görə insanın,
torpağın, təbiətin
yenidən dirilməsi
həyatın yenidən
başlanğıcı sayılır. Məhz bu səbəbdən Novruz bayramı həm də Yeni gün deməkdir.
Həmsöhbətimiz bayramda süfrələri bəzəyən
ləziz təamlardan söz açdı: “Hər bölgənin özünün mətbəxinə
uyğun olan yeməklər süfrələrə
verilir. Bu yeməklərin
içərisində plovumuz süfrələrin
bəzəyidir. Bəzi
bölgələrimizdə balıqlar qoyulur süfrəyə, balığın
dişinə qızıl
üzük keçirilir,
bunun mənası odur ki, ili ruzili-bərəkətli,
bolluqla keçirilməsi
anlamındadır. Qədim
dövrdən sacın
altında bişirilən
kömbə, əydək
deyilən şirniyyat növlərimiz
var idi ki, günəşin
rəmzi sayılırdı.”
Əziz
xalqımız, qoy Azərbaycanda “Yaşıl
dünya naminə həmrəylik ili” adlandırılan 2024-cü il dünyamız,
xalqımız üçün
yaşıl-yaşıl arzu
və ümidlərin
al-əlvan çiçəklər
açdığı il olsun!
Yaqut Ağaşahqızı
İki sahil.- 2024.- 20 mart, ¹52.- S.4.