Yaddaşlardan silinməyən qanlı tarix
1918-ci ildə azərbaycanlılara
qarşı törədilmiş
soyqırımın 106 ili
tamam olur. Tarix boyu dəfələrlə
ermənilər azərbaycanlılara
qarşı qırğınlar
törədiblər. Bunların
sırasında miqyasına
görə 1918-ci ilin
mart ayında törədilmiş
qətliyam daha böyükdür. Ümummilli
Lider Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il Azərbaycanlıların
Soyqırımı Günü
kimi qeyd edilir. Ulu Öndər vurğulayırdı ki, Azərbaycan
xalqı müstəqilliyini
qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini
araşdırmaq, üzləşdiyi
faciələri unutmamaq
və onlara işıq salmaq imkanı əldə edib. Bu mənada XX əsrin 18-20-ci illərində
yaşanmış faciələrə
də siyasi, elmi və tarixi
nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə Ulu Öndərin
1998-ci il martın 26-da imzaladığı
"Azərbaycanlıların soyqırımı haqqında"
Fərman bu sahədə tədqiqat işi aparan tarixçilər üçün
hüquqi əsas yaratdı. Bu, gələcək
nəsillərin tarixi
hadisələri unutmaması,
keçmişimizin obyektiv
öyrənilməsi üçün
çox mühüm bir sənəd oldu. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların
soyqırımının 100-cü ildönümü ilə bağlı imzaladığı
18 yanvar 2018-ci il tarixli
Sərəncam isə
bu siyasətin ən bariz davamı
oldu.
İstər 1918-ci il 31 mart soyqırımı, istərsə də 1992-ci
il fevralın 26-da törədilmiş
Xocalı qətliamı
ermənilərin xarici
havadarları tərəfindən
dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə
gəldikdə isə
qeyd etmək lazımdır ki,
1813-cü ildə imzalanmış
Gülüstan sülh
müqaviləsindən sonra
Azərbaycan torpaqlarında
yerləşdirilən ermənilərin
iştirakı ilə
XX əsrin əvvəllərindən
etibarən azərbaycanlılara
qarşı soyqırımlar
törədilib. Yəni
bu dövrdən etibarən, hadisələr
etnik təmizləmə,
deportasiya mərhələsindən
soyqırım mərhələsinə
keçib. İlk növbədə, azərbaycanlıların
sahib olduqları ərazilər əllərindən
alınmağa başlandı.
Konkret olaraq, ermənilərin köçürülməsi
ilk olaraq İrəvan quberniyası
ərazisində başlandı,
oraya Naxçıvan qəzasının ərazisi,
Zəngəzur qəzasının,
Qarabağ xanlığının
ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay
sülh müqaviləsi
imzalandıqdan sonra
1829-cu ilin 21 martında
bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə
ermənilərin sayı
1 milyon 300 mindən nəfərdən çox
oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə
qədər bu ərazidə 1 nəfər
də olsun erməni yaşamayıb.
1918-ci ilin martın
30-dan aprelin 2-dək Bakı
və onun ətraf kəndlərində
müsəlman əhalisi
məqsədli şəkildə
soyqırıma və
talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirildi. Ermənilər meyitləri od-alova bürünmüş evlərə,
dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda
«Kaspi» qəzeti redaksiyasını, «Dağıstan»,
«İsgəndəriyyə» və «İsmailiyyə»ni yandırmışdılar. «Kaspi»
qəzeti redaksiyasında
"Quran-Kərim"in yenicə
çap edilmiş 5 min nüsxəsi də yandırıldı.
1918-1920-ci illərdə Zəngəzur
qəzasında 115 kənd
üzrə 3257 kişi,
2276 qadın və
2196 uşaq öldürülmüş,
1060 kişi, 794 qadın
və 485 uşaq yaralanmışdır. Zəngəzur
qəzasında komissiyanın
məruzəsi hazırlanana
qədər 10068 nəfər
azərbaycanlı öldürülüb.
1918-ci ildə İrəvan
quberniyasında 211, Qars
vilayətində 92, İrəvan
şəhəri və
onun çevrəsində
88 kənd dağıdılmış,
1920 ev yandırılmış,
132 min azərbaycanlı
məhv edilmişdi. Lənkəran və Astarada 1000 nəfərdən
çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox,
Kürdəmirdə 2000, ümumilikdə
6 minə qədər
müsəlman qətlə
yetirildi, evləri yandırıldı, əmlakları
talan olundu. 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli
talan və vəhşiliklərə məruz
qalmışdı. S.Lalayanın
rəhbərliyi ilə
təkcə Şamaxı
şəhərində bir
neçə gündə
8 minə qədər
müsəlman qətlə
yetirilmiş, 13 məscid,
eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə
məscidi yandırılmışdı.
Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərinə
əsasən ermənilər
Şamaxı şəhərində
8100, Şamaxı qozasının
53 kəndində isə
8027 azərbaycanlını qətlə yetirmişlər.
Onlardan 4190 nəfəri
kişi, 2560 nəfəri
qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Vhşilik nəticəsində 1918-ci ilin
ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən
çox insan məhv edilmişdi. 1918-ci
ilin qırğınları
zamanı daşnak-bolşevik
birləşmələri Quba
qəzasında 162 kəndi
dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir. Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas,
Təbriz şəhərlərində
100 minə qədər
türk-müsəlman qətlə
yetirilib. Bütövlükdə,
qəddarlığı baxımından
ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
soyqırımı bəşər
tarixinin ən qanlı səhifələrindən
biridir.
Tarix boyu
erməni düşüncəsində
türk-müsəlmana düşmənçilik
təbliğ olunub. Qaragen Njde özünün
«Qaragen Njde və onun təlimi»
kitabında türk-müsəlmana
münasibətini belə
bildirir: «Vaxtilə
1919-cu ildə italyanlar
Mussolinin simasında faşizmi yaratdılar, amma onlar bir
şey edə bilmədilər. 1933-cü ildə
Hitler almanların simasında nasizmi yaratdı, o da bir şey edə
bilmədi. Amma biz nə istəyirik?
Dünyada sonuncu türk lal-kar, kor olsa belə,
biz onu öldürməliyik».
Yəni erməni ideologiyasında rəhm deyilən bir şey yoxdur. Necə ki, 1992-ci ilin fevral ayında
törədilmiş Xocalı
qətliyamı buna əyani misaldır. Ötən illər ərzində aparılmış
araşdırmalar sayəsində
çoxlu sayda yeni faktlar və
sənədlər toplanıb,
Quba şəhərində
kütləvi məzarlıq
aşkar olunub. Üzə çıxmış
tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə
erməni millətçilərinin
həyata keçirdikləri
qanlı aksiyaların
coğrafiyasının daha
geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu sübut edib.
Ən böyük
müəllim tarixdir,
zamandır. Ondan dərs götürməyəndə
qisası amansız olur. Dövlətimizin başçısı İlham
Əliyev azərbaycanlıların
soyqırımı haqqında
bunları qeyd edib: “XIX əsrin əvvəllərində Qarabağa
və Zəngəzura
İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin
köçürülməsi, 1905-ci və 1918-ci illərdə
erməni hərbi dəstələrinin Qafqazın
müxtəlif bölgələrində
həyata keçirdiyi
kütləvi qətllər
və talanlar,
1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan
Respublikası ərazisindəki
ata-baba yurdlarından deportasiya edilməsi,
1988-ci ildən başlayaraq
Dağlıq Qarabağı
Azərbaycandan qoparmaq
məqsədi güdən
genişmiqyaslı müharibə
və 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin
azərbaycanlılara qarşı
planlı surətdə
həyata keçirdiyi
soyqırımı siyasətinin
qanlı səhifələridir”.
Ermənilərin nifrət doğuran hərəkətləri XX əsr
boyu aşkar və gizlin tərəfləri ilə
daim funksional oldu. Türkə qarşı içlərində
açdıqları savaş,
məkrli planları, qəzəb və həsəd hissləri bir an belə
səngimədi. Əsrin
sonunda alovlanan Qarabağ münaqişəsi
bu qəzəbin sonuncusu kimi meydana çıxdı. Bütün bu kimi çətinliklərin
qarşısında başı
uca dayanan Azərbaycan Ordusunun gücü, qüdrəti
İkinci Qarabağ savaşında özünü
bir daha göstərdi. Eyni zamanda, dünya mənfur düşmənimizin
insanlıqdan kənar
yırtıcı obrazına
bir daha şahid oldu. Tərtər, Bərdə,
Gəncəyə atılan
mərmilər, dinc əhalinin, məsum körpələrin qanında
boğulması özünü
bəşəriyyətə əzabkeş xalq olaraq tanıtmağa çalışan ermənilərin
əslində humanist dəyərlərdən, sivilizasiya
anlayışından nə
qədər uzaq olduğunu sübut etdi. Ermənilərin Qarabağın hər kəndində sərgilədiyi
vandalizm, yerlə-yeksan
etdiyi abidələr, dağıtdığı qəbirlər,
işğal etdiyi hər ərazidə törətdiyi cinayət əməlləri onların
yüz il ərzində heç dəyişmədiklərinə, xislətlərini qorumaqlarına
əyani nümunə
idi.
Sevinc Azadi
İki sahil.- 2024.- 29 mart, ¹54.- S.4.