Bütün şəhidlərin xatirəsinə əbədi ehtiram
31 Mart- Azərbaycanlıların
soyqırımı günüdür
1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953, 1988,
1992--ci illər qətliamları, deportasiyalar erməni faşizminin, vəhşiliyinin
bariz nümunələridir
Etnik təmizləmə siyasətini
açıq, gizli həyata
keçirən, son iki əsrdə
günahsız azərbaycanlılara qarşı saysız-hesabsız
soyqırımları törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin
müəllifləridirlər. Daşnakların məkrli «böyük Ermənistan»
xülyalarının qurbanı olan
Azərbaycan xalqı
yaşadığı dəhşətləri
unutmur. 1918-ci ilin mart ayının 31-də ermənilərin törətdikləri
soyqırımı
görünməmiş qəddarlığı ilə
tarixə yazılıb.
Xalqımız ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımlarının
tarixi köklərini də
unutmur.
...1721-ci ildə I Pyotr İsveçlə Nişdat sülh müqaviləsini
bağladıqdan sonra diqqətini
Qafqaza, Xəzərətrafı ərazilərə
yönəltdi. Bu regiona sahiblənmək üçün
Bakıda, Gilanda, Mazandaranda, Dərbənddə
ermənilərin və xristianların yerləşdirilməsi
siyasəti başlandı və sonralar daha böyük miqyasda
davam etdirildi. Satqın ermənilərə himayədarlıq
edən II Yekaterina bu istiqamətdə aparılan yerdəyişmənin sürətləndirilməsi
üçün 1768-ci ildə fərman imzaladı. Ənənəni
davam etdirən çar I
Aleksandrın 1802-ci ildə
Qafqaz canişini N.D.
Sisiyanova göndərdiyi məktubunda yerləşdirmə
prosesinə xususi diqqət yetirilməsi
tapşırılırdı: « Hər vəchlə ermənilərdən
Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir.» Gülüstan və
Türkmənçay müqavilələrindən sonra isə
Azərbaycan xalqı daha böyük faciələrə
düçar oldu. İrəvan
və Naxçıvan xanlıqları ərazisində « erməni vilayəti»nin
yaradılması, bu ərazilərə erməni ailələrinin
köçürülməsi ilə
torpaqlarımızın sonrakı işğalına zəmin
yaradıldı.
İmperiyanın dəstək və yardımına arxalanan, məskunlaşdıqları Azərbaycan
torpaqlarını özününküləşdirmək
üçün yerli əhaliyə
qarşı məkrli siyasətlərini davam etdirən
daşnaklar Rusiyada baş verən inqilabi proseslərdən özlərinə məxsus məkr
və hiyləgərliklə yararlanaraq yerli əhalini ata-baba
yurdlarında belə sıxışdırmağa
başladılar. Azərbaycanlılarla
ermənilər arasında baş verən kiçik münaqişələr 1918-ci ildə
xalqımızın soyqırımı ilə nəticələndi. «İdeoloqları» Şaumyanın,
qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və
bu kimi qaniçən daşnakların rəhbərliyi ilə
Naxçıvanda, Bakıda,
Şamaxıda, Quba qəzasında, Qarabağda ... bir sözlə, Azərbaycanın
bütün yaşayış məskənlərində kütləvi
qırğınlar, talanlar
törədildi. Eyni
qırğınlar1920- ci illərdə daha geniş miqyasda təkrarlandı.
1918-ci ilin martında Bakıda
azərbaycanlıların tamamilə məhv edilməsi kimi
cinayətkar planın icrasına başlanıldı.
Şaumyanın başçılıq etdiyi silahlı dəstə 1918-ci ilin
30-31 mart hadisələrində
təkcə Bakıda minlərlə
soydaşımızı amasızcasına, xüsusi qəddarlıqla
qətlə yetirdi. Dinc azərbaycanlıların
kütləvi
qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri,
eyni zamanda «Daşnaksütyun»” partiyasının 4 minlik
silahlı dəstəsi iştirak etmişdir.
Qırğın zamanı erməni silahlıları
bolşeviklərin köməyi ilə azərbaycanlıların
yaşadıqları məhəllələrə qəflətən
basqınlar edərək uşaqdan böyüyədək hər
kəsi qətlə yetirirdilər. Yüz nəfərə
yaxın şahidin söylədiyinə görə Şamaxı qəzasında törədilmiş qətliamlar nəticəsində 7 min nəfər, o cümlədən
1653 qadın və 965 uşaq öldürülmüş, 120
kəndin 86-sı daşnaklar tərəfindən tamamilə
dağıdılmışdı. Erməni silahlıları təkcə Şamaxı şəhərində
təqribən 14-16 min soydaşımızı qətlə
yetirmişdilər. Şamaxı qəzasından didərgin
düşənlərin sayı isə 18 min nəfərdən
çox idi. Soydaşlarımızı diri-diri oda atan, divara mıxlayan
Tatevos Əmiryan, Styopa Lalayan,
Andranik Ozanyan qadınlara,
uşaqlara, qocalara belə aman verməmişdilər.
Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə
yetirilənlərin,
dağıdılan kəndlərin, tarixi abidələrin sayını
hesablamaqla qurtarmaz. Təxmini hesablamalara görə, ermənilərin müxtəlif illərdə azərbaycanlılara qarşı
törətdikləri kütləvi
qırğınlarda ölənlərin sayı 2 milyondan
artıqdır. Təkcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bakılıların
sayı 15-20 min arasında olub.
İ.L. Seqalın 1912-ci ildə
Tiflisdə çap etdirdiyi « Krestyanskoye zemlevladeniye v
Zakavkazye» kitabında
yazılır ki,
Naxçıvanda
hökmranlıq edən xəfiyyə yerli sakinlərin əllərindən
xeyli torpaq sahəsini alıb Məlik Eynatyana, Karapet Adamoviçə, Saak Yeqizarova bağışladı. Həmin dəhşətli
günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər
müsəlman (azərbaycanlı) məhəllələrinə
soxularaq hər kəsi öldürür, qılıncla
parçalayır, süngü ilə dəlmə-deşik
edirdilər. Qırğından bir neçə gün sonra
bir çuxurdan çıxarılan 87 azərbaycanlının
burunları kəsilmiş, qarınları yırtılmışdı.
Erməni qəddarlığının qan donduran nümunəsi olan Quba qırğınları
zamanı şəhərdə
öldürülənlərin təxmini sayının
2900-dək, Quba qəzası üzrə ümumilikdə isə
4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu
soyqırımı nəticəsində Quba qəzasının
122 kəndi tamamilə dağıdılmış, 2750-dən
çox ev tamamilə yandırılmışdı. 2007-ci
ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar
aparılan qazıntı işləri nəticəsində
aşkarlanan kütləvi məzarlıqda 500-dək insan kəlləsi
tapılmışdı. Onlardan 50-dən çoxu uşaqlara,
100-dən çoxu qadınlara aid idi. Bu sümüklərin
1918-ci ildə ermənilərin Qubada törətdiyi
soyqırımı qurbanlarına aid olduğu sübuta
yetirilib. Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı
yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26
mart 1998-ci ildə
imzaladığı Fərmanla verən Ümummilli Lider
Heydər Əliyev daha bir tarixi missiyasını şərəflə
yerinə yetirdi.
Bu həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması,
xalqımızın gələcək nəsillərinin
milli yaddaşında qorunması və soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu
il tarixli Sərəncamı ilə Quba şəhərində
Soyqırımı Memorial Kompleksi
yaradıldı. Tədqiqatlardan aydın oldu ki,
soyqırımı qurbanları xüsusi vəhşiliklə, qəddarlıqla, başlarına
mismar vurulmaqla öldürülmüş, bəziləri su arxlarına, quyulara doldurularaq üstü torpaqla
örtülmüşdü. Quba Soyqırımı memorial
kompleksinin açılışında erməni vəhşiliyinin heç
vaxt unudulmayacağını
bildirən Prezident İlham Əliyevin
vurğuladığı kimi, 1918-ci ilin mart-iyul aylarında erməni
quldur dəstələri Azərbaycanın demək olar ki,
bütün ərazilərində dinc əhaliyə
qarşı soyqırımı törətmişlər:
«Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda,
Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda,
demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə
qarşı soyqırımı törədilmişdir...
Bakı soyqırımı, Quba soyqırımı, İkinci
Dünya müharibəsində erməni faşizminin törətdiyi
cinayətlər və keçən əsrin sonlarında
növbəti dəfə erməni faşizminin təzahürləri
Azərbaycan tarix elmində geniş şəkildə tədqiq
edilməlidir.»
Ümumiyyətlə, erməni vəhşiliyinin
nümunəsi, daşnakların etnik təmizləmə siyasətinin qanla
yazılmış hər səhifəsi monoetnik dövlət yaratmaq siyasətindən
qaynaqlanan deportasiyalar da , ermənilərin azərbaycanlılara
qarşı törətdiyi ayrı- seçkilik, mənəvi
soyqırımı idi. Ötən əsrin sonlarında- 1988-ci ildə artıq tarixə
çevrilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlanan və daşnak siyasətinə,
ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda- Vardenisdə,
Qukarkda, Qacaranda, Qafanda, Gorusda,
Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq
soydaşımızın
doğma yurdunu tərk etməsi ilə nəticələndi. SSRİ-nin dağıdılması
üçün xarici dövlətlər tərəfindən
hazırlanan məkrli planların reallaşmasında
«Qarabağ kartı»ndan istifadə nəticəsində həlak olan minlərlə şəhidimiz
də erməni soyqırımının qurbanları
siyasına daxil edilsə qətlə yetirilən
soydaşlarımızın sayı 2 milyondan artıq olar.
Əsrlərdən bəri xalqımıza
qarşı törədilən soyqırımlar 20 Yanvar 1990-cı ildə bir daha təkrarlandı.
Azərbaycanın demokratiya və milli müstəqillik
uğrunda mübarizəsini silah gücü ilə yatırmaq
istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq
bir daha erməni xəyanətindən yararlandı. Azərbaycana qarşı siyasi təcavüz
olan 20 Yanvar hadisələrində
hərbi hissələrin tərkibində Bakıya gələn,
istefada olan erməni zabitləri yenə də qətliamlar
törətdilər. Həmin hadisələrdə 130-dan
artıq
soydaşımız
azadlıq uğrunda mübarizlər kimi şəhidlik
zirvəsinə yüksəldi.
Tökülən nahaq qanlardan doymayan erməni silahlı birləşmələrinin
Azərbaycana hərbi təcavüzü nəticəsində
Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən
7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Bir milyondan artıq azərbaycanlı evlərindən didərgin,
qaçqın düşdü. Hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirildi, günahsız azərbaycanlılar əlil oldu, yaralandı.
1992-ci ildə erməni
faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı
olan Xocalı soyqırımında
görünməmiş dəhşətlər
yaşandı. Bir gecədə dağıdılan Xocalıda
613 dinc əhali xüsusi amansızlıqla qətlə
yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir,
girov götürüldü.
31 Mart Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar ötən
illərdə xalqa müraciət
edən Prezident İlham Əliyevin vurğuladığı
kimi, indi hamının bir məqsədi
olmalıdır: «İki yüz
ildən artıq müddətdə erməni millətçilərinin
apardıqları mənfur siyasətin bütün dünya
dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar
tərəfindən tanınmasına , ermənilərin Azərbaycan
xalqına qarşı törətdikləri
qətliam və soyqırımların ümumi mənzərəsinin
tam mənada, bütün dəhşətləri ilə açıqlanmasına nail olmaq.»
1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü kimi dövlət səviyyəsində
qeyd olunur, soyqırım
qurbanlarının anma mərasimləri keçirilir. Xalqımıza qarşı törədilmiş
soyqırımı haqqında həqiqətlər, real
faktlar, dəlillər əsasında
dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara
çatdırılır, saxta erməni təbliğatı nəticəsində
formalaşmış yalan təsəvvürlər ifşa və
təkzib edilir.
31 Mart soyqırımının 100 illiyi ilə
əlaqədar Prezident İlham Əliyevin 2018-ci il yanvarın
18-də imzaladığı «1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında»” Sərəncama
uyğun aparılan işlər bu gun də davam etdirilir. Ermənistanın
işğalından azad edilmiş torpaqlarmızda aşkarlanan
kütləvi məzarlıqların hər biri erməni vəhşiliyinin
təzahürüdür.
Aşağı Əskipara, Quşçu Ayrım,
Xeyrimli, Məzəm, Edilli, Qaradağlı faciələri
erməni vəhşiliklərinin nümunələrindəndir.
Xocalı soyqırımının 32-ci
ildönümü günündə- fevralın 26-da Prezident
İlham Əliyevin Xocalı şəhərinə səfəri
zamanı Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini
qoyması dünyaya açıq mesaj idi. Bu, Azərbaycan xalqına böyük
təsəlli idi. İlk dəfə olaraq Xocalıda
günahsız soyqırımı qurbanlarının xatirəsi
anıldı, onların xatirəsi əbədiləşdirildi.
Bütün dünya gördü ki, Azərbaycan xalqı milli
faciəsini unutmur, qan yaddaşının silinməsinə
imkan vermir. Azərbaycan Ordusu Zəfər
çaldı və xalqımız düşməndən öz qisasını
döyüş meydanında aldı. İkinci Qarabağ
müharibəsində qazandığımız Zəfər,
Ermənistanın kapitulyasiya aktını imzalaması, ötən
ilin sentyabrında həyata keçrilən lokal xarakterli
antiterror tədbirləri ilə erməni separatizminin
kökünün kəsilməsi soyqırım
qurbanlarının, bütün şəhidlərin xatirəsinə
əbədi ehtiramdır.
Xuraman
İsmayılqızı
İki
sahil.-
2024.- 30 mart, ¹55.- S.2.