Tərəqqinin təməlində Ümummilli Lider
Heydər Əliyevin inkişaf strategiyası dayanır
Ümummilli lider Heydər Əliyev-101
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus
yer tutmasını, gerçək müstəqilliyini
əldə edərək
qoruyub saxlamasını
təmin edən dahi şəxsiyyət Heydər Əliyev olub. İctimai-siyasi sabitliyin qorunmasının,
mövcud iqtisadi inkişafın, hərtərəfli
tərəqqinin təməlində
Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi
daxili və xarici siyasət xətti dayanır.
Ümummilli Lider
Heydər Əliyevin
SSRİ və müstəqillik
illərində Azərbaycana
rəhbərliyi dövründə
xalqın rifah halının yaxşılaşdırılması,
respublikamızın tərəqqisinin
təmin olunması və digər istiqamətlərdə tarixi
əhəmiyyətə malik
olan misilsiz işlər görülüb.
Keçmiş SSRİ-nin
tərkibində olan Azərbaycan 1969-cu ilədək
ciddi tənəzzül
meyilləri ilə qarşı-qarşıya idi.
1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər
seçilməsindən sonra
bütün sahələrdə
həyata keçirilən
islahatlar, görülən
tədbirlər respublikamızın
inkişafını təmin
edən strateji amil oldu. Qısa
müddətdə Azərbaycan
keçmiş İttifaq
səviyyəsində sənaye
istehsalının artım
sürətinə görə
ilk yerdə qərarlaşdı, maşınqayırma,
metallurgiya və digər sahələrdə
də əhəmiyyətli
irəliləyişlər əldə
etdi. Həmçinin milli-mənəvi dəyərlərin
qorunması və dirçəldilməsi istiqamətində
əhəmiyyətli tədbirlər
görüldü.
1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
İttifaq respublikaları
arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan
dili Azərbaycan SSR-in rəsmi dövlət
dilidir" maddəsi daxil edildi. Bundan
başqa, "Müasir
Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Siyasi-ideoloji
müstəvidə görülən
bütün işlər
milli inkişaf və həmrəyliyimizin
təmin olunması baxımından tarixi əhəmiyyətə malik
addımlar idi. 1971-ci ildə Ulu Öndərin
təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski
adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin
yetişməsində mühüm
amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə
hesablanmışdı və
müstəqil Azərbaycanın
ordu quruculuğunda həmin lisey mühüm faktor oldu. Yeri gəlmişkən,
torpaqlarımızın işğaldan
azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan
Azərbaycan zabitlərinin
bir qismi həmin liseyin yetirmələri idi. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında
misilsiz xidmətlərindən
bəhs edərkən
Onun fəaliyyətinin
Naxçıvan dövrünə
də nəzər salmaq lazımdır. 1991-ci
ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan
MSSR-in Ali Məclisinin Sədri seçilməsindən sonra
muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdı,
onun düşmənin
işğalı altına
düşməsinin qarşısı
alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin
bərpası istiqamətində
ardıcıl və məqsədyönlü işlər
görüldü. Muxtar
respublikada dövlət
rəmzləri bərpa
edildi, milliləşdirmə
siyasəti davam etdirildi. 17 noyabr 1990-cı
ildə Naxçıvan
Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız
qaldırıldı. Milli
bayraq məsələsi
ilə əlaqədar
2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı,
Naxçıvanda Kommunist
Partiyasının fəaliyyəti
dayandırıldı və
sovet ordusu Naxçıvan MR ərazisindən
çıxarıldı. "1990-cı il yanvar ayının
20-də törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında"
və 31 dekabrın Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
elan edilməsi barədə qərarlar qəbul edildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər
partiyanın Sədri seçildi. YAP-ın yaranması, Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın
ozamankı gərgin, təhlükəli ictimai-siyasi
vəziyyətindən irəli
gələn tarixi zərurət idi. Yeni Azərbaycan Partiyasının yaradılması
və milli inkişafa xidmət edən vəzifələrin
yerinə yetirilməsinə
layiqli töhfəsini
verməsi Ulu Öndərin xalqımız
və dövlətçiliyimiz
qarşısındakı misilsiz
xidmətlərindəndir. Yeni
Azərbaycan Partiyası
təşkilatlanaraq qısa
zaman kəsiyində xalqın etimadını qazanmağa nail oldu. 1993-cü ildə xalqın dəstəyi sayəsində Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi
ilə YAP hakim partiyaya çevrildi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin
siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Azərbaycanın mürəkkəb
kataklizmlərlə müşayiət
edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün
oldu. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi
əsasında atdığı
praqmatik addımlar sayəsində ölkədə
hökm sürən dağıdıcı proseslər
aradan qaldırıldı.
Təsadüfi deyil ki, Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş
Günü Azərbaycan
tarixinin şanlı qürur səhifəsinə
çevrilmişdir. Məhz
Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın
çoxəsrlik tarixinə
taleyüklü möhtəşəm
siyasi hadisə kimi daxil oldu.
Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycanın Konstitusiyasının
qəbul edilməsi, parlament seçkilərinin
keçirilməsi dövlətin
hüquqi əsaslarının
gücləndirilməsi, başqa
sözlə, müasir
dövlətçilik sisteminin
bərqərar edilməsi
üçün möhkəm
hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı,
insan və vətəndaş hüquq
və azadlıqları
təmin edildi. Məhkəmə islahatlarının
həyata keçirilməsi,
Konstitusiya Məhkəməsinin
və digər mühüm təsisatların
yaradılması ölkədə
demokratikləşmə prosesinin
sürətlənməsində mühüm rol oynadı. Beləliklə,
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət
quruldu, vətəndaş
cəmiyyətinin bərqərar
edilməsi istiqamətində
ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması,
ölüm hökmünün
ləğv edilməsi
kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər
tərəfdən, ölkəmizdə
milli həmrəyliyi yarada biləcək ideologiya yalnız
1993-cü ildən sonra
müəyyənləşdirildi. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası
özündə ümumbəşəri
səciyyə daşıyan
və milli dəyərlərə cavab
verən prinsipləri
ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli
və çoxtərəfli
əməkdaşlıq münasibətlərinin
formalaşmasını da
təmin etdi.
1994-cü il sentyabrın
20-də Bakıda dünyanın
8 ölkəsindən 11 iri
neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan
beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin
və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm
təməli qoyuldu.
"Əsrin müqaviləsi"ndən
başlanan enerji siyasəti Azərbaycanın
regional və qlobal miqyasda enerji təhlükəsizliyinin
təminatına müstəsna
töhfələr bəxş
etməsini şərtləndirməklə
yanaşı, ölkəmizin
gücünü və
nüfuzunu artıran faktor kimi çıxış
etdi.
Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
rasional xarici siyasət strategiyasının
mühüm prioritetlərindən
birini də keçmiş Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həll edilməsi təşkil edirdi. Məhz Heydər Əliyevin ciddi səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü,
sistemli və davamlı addımlar atılmağa başlandı.
Münaqişənin həll
edilməsi üçün
təşkil olunan Minsk qrupunda, həmçinin ATƏT-in
Zirvə toplantılarında
məsələnin mahiyyətini
dünya ictimaiyyətinin
diqqətinə çatdıran
Ulu Öndər dünya dövlətlərini
münaqişəyə yanaşmada
diqqətli olmağa və problemin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştiraka dəvət edildi. Heydər Əliyevin əsasını
qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının
və tərəfdaşlarının
sayını artırdı,
Azərbaycan nüfuzlu
dövlətə çevrildi.
Bu bir reallıqdır
ki, Ulu Öndərin
əsasını qoyduğu
daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi sayəsində Azərbaycan yüksəlişə
və dinamik inkişafa nail olub.
Prezident İlham
Əliyevin ölkəyə
rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli
və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının
rəhbərliyi ilə
daxili və xarici siyasət sahəsində görülən
işlər, əldə
edilən nailiyyətlər
Azərbaycan dövlətinin
qüdrətinin artmasında
ifadə olunur. Ötən müddət ərzində Azərbaycan
iqtisadi inkişafına,
ictimai-siyasi sabitliyinə,
beynəlxalq müstəvidə
nüfuzuna və mövqeyinə görə
güclü, qüdrətli
bir dövlətə çevrilib. Təbii ki, bu inkişafın
və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik
daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə,
o cümlədən iqtisadi
inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə
etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin
yazdıgı Qələbə
salnaməsinin əsasını
qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük
Vətən müharibəsində
və 2023-cü ilin
19-20 sentyabr tarixlərində
həyata keçirilən
lokal antiterror tədbirləri nəticəsində
azad edildi, ərazi bütövlüyümüz,
suverenliyimiz, konstitusiya
quruluşumuz bərpa
olundu. Cənab İlham Əliyev son 200 illik tariximizdə
ilk dəfə torpaqlarımızı işgaldan
azad edən Müzəffər Sərkərdə
oldu. Bu, həm də Prezidentin ATA vəsiyyətini
yerinə yetirməsi idi. Artıq Qarabağ və Şərqi Zəngəzur
azaddır. Hazırda bu ərazilərə keçmiş qaçqın
və məcburi köçkünləri Böyük
Qayıdış Konsepsiyasına
uyğun geri qayıdışları üçün
zəruri işlər
icra edilir. Məhz Ulu Öndər
Heydər Əliyevin mükəmməl strategiyasının
mahiyyəti də güclü, qalib, ərazi bütövlüyü
və suverenliyi tam təmin edilmiş Azərbaycan idi.
10 may 2004-cü ildə fəaliyyətə
başlayan Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ
etməyi, ölkəmizin
sosial-iqtisadi, mədəni
tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti
qarşısına məqsəd
kimi qoyub. Eyni zamanda Azərbaycanın
mədəniyyətinin və
tarixinin dünyada daha geniş tanıdılması Fondun
əsas amalıdır.
Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün
sahələrini əhatə
edir. Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu
ənənələri davam
etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri
də elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekoloji sahələrə aid proqram və
layihələrin hazırlanaraq
həyata keçirilməsidir.
Heydər Əliyev
Fondu Azərbaycanın
mədəniyyət tarixində
iz buraxacaq digər layihələr həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik,
təhsil, səhiyyə
və digər məsələlərlə bağlı
humanitar sahədə bir çox vacib məsələlərin
təşəbbüskarlarıdır.
Xocalı soyqırımının
beynəlxalq səviyyədə
tanıdılmasında Heydər
Əliyev Fondu, xüsusilə onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər təqdirəlayiqdir.
Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü
artıq dünyanın
müxtəlif ölkələrində,
böyük şəhər
və bölgələrində
qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!"
kampaniyası çərçivəsində
beynəlxalq informasiya
və təşviqat kampaniyası faciənin dünyaya tanıdılmasına
öz töhfəsini
verməkdədir. Eyni
zamanda, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili,
hərtərəfli inkişafı
ilə bağlı məsələlər daim
diqqət mərkəzindədir.
“Yeniləşən Azərbaycana
yeni məktəb”,
"Uşaq evləri
və internat məktəblərinin inkişafı
proqramı", "Təhsilə
dəstək", "Təhsil
hamı üçün",
"Assosiativ məktəblər"
və digər layihələr uğurla icra olunub ki,
bütün bunlar Fondun əsas prinsiplərindən biridir.
"Diabetli uşaqlara
ən yüksək qayğı", "Talassemiyasız
həyat naminə"
layihələr də
Fondun mənəvi konsepsiyasının mahiyyətindən
yarananan amillərdən
hesab olunur. Heydər Əliyev Fondu mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqa hər zaman böyük töhfə verib. Bakıdakı Müqəddəs
Məryəm kilsəsinin
yenidən qurulması,
Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri Fondun həyata keçirdiyi möhtəşəm
layihələrdəndir. Pakistanda
bir neçə məktəbin tikintisi, talassemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması, xeyriyyə
tədbirlərinin keçirilməsi
Heydər Əliyev Fondunun adı ilə bağlıdır.
Heydər Əliyev
Fondu Qarabağ ərazisində Azərbaycan
xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin, kilsələrin
bərpası üzrə
layihələri uğurla
icra edir. Şuşa şəhərində,
Ağdam məscidində
və digər ərazilərdə dağıdılmış
məscid və minarələrin bərpası,
yenidən qurulması,
tinkintisi həyata keçirilir. Qubadlıda,
Suqovuşanda və digər ərazilərdə
tikilən yeni məscidlər də Heydər Əliyev Fondunun adı ilə bağlıdır.
Heydər Əliyev Fondu Azərbaycanın görkəmli alimlərinin,
yazıçı və
bəstəkarlarının yubileylərinin keçirilməsi,
"Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin
beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə
mədəni irs nümunələrinin daxil
edilməsi Azərbaycan
milli mədəniyyətinin
dünya miqyasında təbliği sahəsində
görülən işlərdəndir.
Azərbaycan muğamının
UNESCO-nun bəşəriyyətin
qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması uğurlu fəaliyyətin bariz nümunəsidir. UNESCO-nun
xətti ilə "Qarabağ xanəndələri"
albomunun hazırlanması,
mütəmadi olaraq Qəbələdə Beynəlxalq
Musiqi Festivalı və Şuşada keçirilən mədəni-kütləvi
tədbirlər Fondun fəal proqramına daxildir.
Abbas Əliyev,
YAP Abşeron rayon təşkilatının
sədri
İki
sahil.- 2024.- 1 may, ¹75.- S.3.