Azərbaycan ədəbi dilinə akademik baxış

 

Hər bir kəs özündən sonra qoyub getdiyi həyat əhəmiyyətli yaratdıqlarının hesabına həmişə yad edilir, xatırlanır hər yerdə yaratdıqlarına istinad edilir.

 

Belə şəxsiyyətlərdən biri hər bir kəsin Tofiq müəllim kimi tanıdığı, ömrünü öz xalqının ana dilininAzərbaycan türkcəsinin keçdiyi yolu qarış-qarış izləyən, ümumtürk dünyasında həmişə barmaqla göstərilən akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.

May ayının 1-i bu görkəmli şəxsiyyətin anadan olduğu gündür. Yaşasaydı bu gün 88 yaşı tamam olacaqdı. Onu da deyim ki, bu görkəmli şəxsiyyət 1 may 1936-cı ildə Qarabağ mahalında, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, 27 noyabr 2016-cı ildə vəfat etmişdir. Görkəmli alim İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Dünyanı dərk edib başa düşəndən qələmini silaha çevirib öz dilinin qədimliyi, saflığı Qafqazda aparıcı dil olduğunu sübut etmək üçün bu sahəyə aid onlarla kitab yüzlərlə məqalə yazıb çap etdirmişdir. Onun yaradıcılığının geniş bir hissəsini Azərbaycan ədəbi dilinin tarixinə həsr etdiyiAzərbaycan ədəbi dilinin tarixidərsliyi təşkil edir. Dərslik iki hissədən (iki kitabdan ibarətdir) son nəşri Azərbaycan Respublikası təhsil nazirinin 10.07.2012-ci il 1325 saylı əmri ilə təsdiq edilərək həmin ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmişdir.

Dərsliyin birinci hissəsiÖn sözFənnin mövzusu bir neçə anlayış haqqında”, “Azərbaycan dili terminoloji anlayışı, etnik mənşəyi, ən qədim izləri təşəkkülü”, “Azərbaycan ədəbi dilinin dövrləri”, “Dədə Qorqud kitabı”nın dili sair bölmələrdən ibarətdir.

Bunun ardınca akademik Azərbaycan xalqının yaşadığı tarixi dövrlərdə ədəbi dilinin hansı göstəricilər üstündə bərqərar olduğunu dəqiq göstərmək üçün bu dilin keçdiyi tarixi yolu müxtəlif əsrlərə bölərək tədqiq edib araşdırmışdır.

Dərsliyin bölmələrindən biri XIII-XVI əsrlər ədəbi dili adlanır. Bu bölmədə müəllif ilk olaraq XII-XIII əsrlərdə Azərbaycan dilinə digər dillərin təsirindən söhbət açır yazır: “Artıq XIII əsrdən başlanan yeni mərhələdə ərəb, fars dillərindən türkcəmizə güclü lüğət axını özünü göstərir. Bununla da alınmaların türkcəmiz tərəfindən mənimsənilməsi, özününküləşdirilməsi prosesi gedir. Xalq dili , ədəbi dil sınaq qarşısında durur”.

Akademik Azərbaycan türkcəsinə müxtəlif dövrlərdəki təsirlərə həmin dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılığına istinad etməklə qiymət verir zərgər dəqiqliyi ilə hesablayaraq hansı əsrdə dilimizə əcnəbi sözlərin daha çox daxil olduğunu nümunələr əsasında qeyd edir.

Məsələn, müəllif XIV əsrin görkəmli söz ustası İzzəddin Həsənoğlunun iki qəzəlini götürüb həmin qəzəllərdə işlənən sözlərin ümumi sayının neçəsinin əsl türk, neçəsinin alınma söz olduğunu qeyd edərək yazır: “XIII əsrdən Həsənoğlunun əlimizdə olan qəzəllərindən ikisinin lüğət tərkibinə diqqət yetirək. Qəzəllərin dilində 100 söz var. Bunlardan 59-u türk, 41-i ərəb-fars sözləridir”.

Akademikin apardığı hesablamadan dilimizin saflığının XIII əsrdə hansı vəziyyətdə olduğu açıq-aydın ortaya çıxır. Ərəb istilasından sonra xalqımızın özü ilə bərabər, dilimizin hansı dərəcədə istilaya məruz qalması müəllifin bu hesablamasında açıq şəkildə özünü göstərir. Tofiq Hacıyev Həsənoğlunun qəzəllərinin hamısında ərəb fars sözlərinin türk sözləri ilə eyni nisbətdə işlənmədiyini apardığı tədqiqatın nəticəsi kimi ortaya çıxararaq yazır: “Qəzəllərdə türkcə ərəb-farsca sözlərin nisbəti müxtəlifdir. “Apardı könlümü...” qəzəlində 47 sözdən iyirmisi türkcə, iyirmi yeddisi ərəbcə, farscadırtürkcə ümumi lüğətin 42,5 faizidir. “Necəsən, ey gül üzü ağum...” qəzəlində 68 sözdən cəmi on altısı ərəbcə, farscadırtürkcə ümumi lüğətin 76, 5 faizidir. Bütövlükdə hər iki qəzəldə lüğətin 59 faizi türkcədir”.

Digər əsrlərdə (XIII, XIV, XV, XVI) yazılan əsərlərin tipoloji cəhətdən uyğun gəldiyini qeyd edən müəllif, eyni zamanda, bu əsrlərdə yaranan ədəbi nümunələrin bir-birindən müəyyən dərəcədə fərqli olduğunu, fərqləndiyini qeyd edir.

Ərəb istilasından sonra monqol işğalına da məruz qalan xalqın dilində yenə yeni gəlişmələr baş verməyə başlayır. İşğala məruz qalan xalqların danışdığı dilə işğalçı xalqların dillərinin göstərdiyi mənfi təsiri qeyd edən akademik bununla bərabər, işğala məruz qalan xalqların həyatında bəzən müsbət xüsusiyyətlərin olduğunu da qeyd edir. Müəllif bununla bağlı yazır: “XIII əsrə (monqollara) qədər ancaq əski MidiyaAtropaten ərazisinə, indiki təbirlə ölkəmizin cənubuna Azərbaycan deyirdilər, şimalı, əski Albanıyanı Arran, Şirvan s. kimi tanıyırdılar. Məhz monqollar Şimalı Cənubu birləşdirib, hər ikisinə birlikdə Azərbaycan dedilər”.

Tofiq Hacıyev yadelli işğalçıların təsirlərinə baxmayaraq türkdilli şeir nümunələrinin öz ənənələrinə qoruyub saxladığını belə səciyyələndirir: “Uzun illər boyunca ərəb farsların, sonradan isə monqolların işğalı altında əzilməsinə baxmayaraq XIII əsrdən tarixi, ictimai-siyasi şəraitlə bağlı ölkədə ədəbi dilin üçləşməsi müşahidə olunur. Ərəb-fars dilləri ilə yanaşı Azərbaycan dili dövlət, sənət elm dili kimi işlənmək hüququ qazanır”.

Müəllif XIII əsrdən başlayaraq Azərbaycandilli ədəbi dil nümunələrinin Nəsiminin yaradıcılığında kamil şəkildə ortaya çıxması məsələsini diqqətə çatdırır. Akademik Nəsimi yaradıcılığının ədəbi dilin püxtələşməsi işində xüsusi rola malik olduğunu qeyd edir bununla bağlı yazır: “Nəsimi dilində ərəb, fars lüğəti ilə müqayisədə türkcənin Füzulidən üstünlüyü, həm onun şeirlərinin təbliğat məqsədi ilə bağlı idi: Nəsimi şeirini yayan, təbliğ edən dərvişlər aşıqlar, ozanlar kimi camaat içində olur, sözlərini üz-üzə insanlara deyirdilər. Şeirini yazanda Nəsimi bunu düşünürdü”.

Dərsliyin digər bir bölməsi “XV-XVI əsrlər (ədəbi) diliadlanır. Bu bölmədə müəllif “XVI əsr Azərbaycan ədəbiyyatının istedadlı lirik şairi, XVI əsr Səfəvilər dövlətinin yetişdirdiyi böyük Füzulidən söhbət açır. Onun sənət müəlliminin Şah İsmayıl sarayının məlikiş-şüərası Həbibi olduğunu qeyd edir. eyni zamanda göstərir ki, “İraq məhz M.Füzulinin zamanında Osmanlı imperiyasının tərkibinə daxil oldu”.

Müəllif yenə kitabın həmin bölməsində Xətai hakimiyyəti dövründə müxtəlif şəhərlərdə müxtəlif şairlər məclisinin fəaliyyət göstərdiyindən söhbət açır. Cahan şah Həqiqi sarayında Azərbaycandilli farsdilli şairlərin, Şah İsmayıl sarayında isə Həbibinin başçılıq etdiyi şairlər məclisinin fəaliyyət göstərdiyini tarixi faktlara əsaslanaraq qeyd edir. Bütün bu deyilənləri yekunlaşdıraraq Tofiq Hacıyev yazır: “Şah İsmayıl hakimiyyəti Füzulinin sənət dili Azərbaycan ədəbi dilini ən qüdrətli türkcə kimi qeyd edir”.

Azərbaycan ədəbi dilinin üslublarının bu dövrdə formalaşıb bitkin bir forma alması da bu bölmədə geniş şəkildə qeyd edilir. Müəllif apardığı araşdırmalardan belə bir nəticəyə gəlir ki, “ədəbi dil xalq dilindən seçilən fonetik, leksik, qrammatik faktların vahid orfoqrafik orfoepik tələblər çərçivəsində təzahürüdür”.

Dərsliyin digər bölmələrində ilkin olaraq Qurbaninin, onun ardınca isə Xətainin anadilli şeirləri haqqında söhbət açılır bu dövrdə poetik nümunələrlə yanaşı, nəsr əsərləri nümunələrinin yarandığı haqqında məlumat verilir.

Kitabın “XVII-XVIII əsrlərdə ədəbi dilbölməsində isə bədii üslub, Qövsi Təbrizi M.P.Vaqifin dili haqqında geniş məlumat verilir. Burada nəsr dili elmi üslub rəsmi epistolyar üslub məsələləri ayrı-ayrı bölmələr şəklində verilir geniş şəkildə aydınlaşdırılır. XVII-XVIII əsrlər ədəbi dili haqqında düşünən müəllif yazır: “XVII-XVIII əsrlərdə tarixi şərait, iqtisadi, siyasi vəziyyət, dövlətçiliyin səviyyəsi ədəbi dilin varlığına, inkişafına öz möhürünü vurur. XVI əsrin sonu, XVII əsrin əvvəllərindən Səfəvilər dövlətinin keçirdiyi böhran nəticəsində Azərbaycan ədəbiyyatı yuxarıdan himayəsini itirir ədəbi dil dövlət nəzarətindən çıxır”.

Azərbaycan ədəbi dilinin tarixidərsliyinin II cildində isə ilk əvvəl XIX əsrin tarixi-mədəni şəraitindən, həmin əsrin ədəbi dilindən, dövrün elmi-dilçilik mühitindən fonetik, leksik sintaktik normalardan söhbət açılır hər bir məsələdən bədii nümunələrə əsaslanaraq bəhs edilir.

XIX əsrdə yaranan bədii əsərlərdə üslub mənzərəsinin necə olduğundan söhbət açılır bu barədə yazılır: “Üslub mənzərəsi dövrün ədəbi dilində özünəməxsus xüsusiyyətləri, yeniliyi, eyni zamanda istisnaları ətalətlə davam edib kommunikativ fakta çevrilməyən elementləri əyani əks etdirir.”

DərsliyinFolklor danışıq dilinin davamıadlı bölməsində isə Vaqif məktəbinin şimaldakı davamçısı Qasım bəy Zakir, cənubdakı davamçısı Əbdülqasım Nəbatidən danışılır. Müəllif bu dövrdə yaşayıb-yaradan müəlliflərin əksəriyyətinin şifahi xalq ədəbiyyatı ənənələrindən qidalandığı məsələsini digər məsələləri qabarıq şəkildə nəzərə çarpdırır. Digər bölmələrdə isə A.A.Bakıxanov, S.Ə.Şirvani M.F.Axundzadənin bədii dili araşdırılır. Q.Zakirindilinəxüsusi bir bölmə həsr edən akademik T.Hacıyev onun yaradıcılığı haqqında deyir: “Q.Zakir bədii nitqi ilə, bir tərəfdən, Vaqif demokratizminin davamçısı, digər tərəfdən, Mirzə Fətəlinin yeni sənət dilinin bilavasitə başlanğıcıdır”.

Dərsliyin digər bir bölməsi isəSeyid Əzim Şirvaninin diliadlanır. Bu bölmədə akademik Tofiq Hacıyev müəllifin əsərlərindən götürülən nümunələri təhlil edib aydınlaşdırır. S.Ə.Şirvani yaradıcılığının Xətai Axundov yaradıcılığı arasında bir körpü rolunu oynadığını qeyd edir. Bunu nəzərə alan akademik yazır: “S.Ə.Şirvani klassik kitab dilini ikili şəkildə davam etdirir: O, şeirdə , nəsrdə həm Füzuliçi kimi, həm yenilikçi kimi çıxış edir. Əlbəttə, yenilik daha çox fikrin məzmunu ilə bağlıdır”.

Dərsliyin daha bir bölməsi diqqəti xüsusilə cəlb edir. Bu, Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuş, həm dramaturq, həm şair, həm publisist, həm nasir kimi özünə şöhrət qazanmış, ömrünükomediyalarımızahəsr etmişM.F.Axundzadənin bədii diliadlanır. Bu bölmədə Mirzə Fətəlinin hansı səviyyədə insan olması müxtəlif bənzətmələrlə oxuculara çatdırılır. Axundzadə kimi bir şəxsiyyətə sahib olan xalqı bəxtəvər, sayılıb seçilən xalq adlandırır bununla bağlı yazır: “M.F.Axundzadə bütün təfəkkür hüceyrələri ilə yenilikçidir. O, təkcə ədəbiyyatımızda deyil, bütövlükdə mədəniyyət tariximizdə era başlıyır. V.Q.Belinskinin Lomonosov haqqındabu bizim ilk universitetimizdirtəyini Azərbaycan mədəniyyəti tarixində M.F.Axundzadəyə düşür. O, dramaturgiyamızı başladı, nəsrimizi yeni məcraya saldı, ilk dəfə ədəbi dil nəzəriyyəsi ilə məşğul oldu, orfoqrafiya, orfoepiya, durğu işarələri, terminologiya kimi dil quruculuğu işləri gördü, əlifba ilə bağlı ideyası fəaliyyəti dil quruculuğu dairəsindən çıxıb xalqın bütöv maarif, pedaqogika mədəniyyət sahələrini əhatə etdi.”

Kitabın digər bölmələri Azərbaycan ədəbi dilinin üslublarına həsr edilmiş, norma üslublar haqqında geniş danışılmışdır.

Dərsliyin “Norma üslublarbölməsində Azərbaycan ədəbi dilinin əsas üslublarından bədii üslub, publisist üslub, elmi üslub, şəriət üslubu rəsmi-epistolyar üsluba aid nümunələr müxtəlif yazıçı şairlərin əsərlərindən mətnlər ilə verilmiş, norma üslubi baxımdan şərh edilmişdir. Dərsliyin sonunda ardıcıl olaraq Azərbaycan Xalq Cümhuriyyəti, həm sovet dövründə Azərbaycan ədəbi dilinin bütün istiqamətləri ətraflı şəkildə işıqlandırılmışdır.

Dərslik müəllifinin ədəbi dil haqqında birinci kitaba yazdığıÖn söz”də söylədiyi fikirlər daha diqqətçəkəndir. Bununla bağlı o, yazırdı: “Azərbaycan ədəbi dili qədim zəngin türk yazılı ədəbi dillərindən biridir. O, qədim zəngin ümumtürk mədəniyyəti bazasında, qardaş türk dilləri ilə qarşılıqlı əlaqədə dolğun inkişaf yolu keçmişdir.

Akademik Nizami CəfərovAkademik Tofiq Hacıyev (Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi)” mövzusunda Respublika elmi konfransının materialları 02 noyabr 2016-cı il səh.4 adlı məqaləsində bu barədə yazır: “Tofiq Hacıyevin elmi maraq dairəsinin əsasını, heç şübhəsiz Azərbaycan dilinin tarixi təşkil edir ki, bu sahədə onun gördüyü ilk ( ən fundamental)” “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilimövzusunda yazdığı doktorluq dissertasiyasıdır.

Bu dərsliklə bağlı filologiya elmləri doktoru, professor Elbrus ƏzizovTofiq Hacıyevin elmi fəaliyyətinin əsas istiqamətləriadlı məqaləsində yazır: “Ədəbi dilin dövrləşdirilməsində normanın dəyişməsi prinsipinin əsas götürülməsi kimi fikri ilk dəfə onun 1973-cü ildə Kişinyovda nəşr olunmuşAzərbaycan ədəbi dilinin tarixinin dövrləşməsi problemlərinə dairadlı məqaləsində öz əksini tapmışdır. Müəllif həmin məqalədə Azərbaycan ədəbi dili tarixində 2 dövr müəyyənləşdirir.”

Digər bir dilçi alim, filologiya elmləri doktoru, professor Sevil Mehtiyeva isə Tofiq Hacıyevin ədəbi dillə bağlı yazdığı əsərlər haqqında fikrini belə ifadə edir: “Akademik Tofiq Hacıyev Azərbaycan, ümumən, türkologiya elminin bütün sahələri üzrə öz mükəmməl qələmini sınamış, Azərbaycan ədəbi dili tarixi, tarixi qrammatika, tarixi leksikologiya, üslublar tarixi ... ilə bağlı kitablar, dərsliklər yazmış, Azərbaycan dilinin tarixi sahəsində çox saylı alim yetişdirmiş, bu sahədə həm məktəb yaratmış müəllimdir.”

Filologiya üzrə fəlsəfə doktoru İslam Əliyev isə özününAzərbaycan dilinin tarixi üzrə məktəb yaratmış alim” adlı məqaləsində professor Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixi ilə bağlı fəaliyyətini aşağıdakı kimi ifadə edir: “Azərbaycan ədəbi dilinin təşəkkülü, formalaşması dövrləşdirilməsi kimi vacib problemlər Tofiq Hacıyev yaradıcılığının əsasını təşkil edirdi. Filologiya fakültəsində Azərbaycan ədəbi dili tarixi üzrə proqramların, dərsliklərin dərs vəsaitlərinin hazırlanması zəhmətkeş məhsuldar qələm sahibi olan Tofiq Hacıyevin adı ilə bağlı idi. Onun “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (1977), “Azərbaycan ədəbi dili (təşəkkül dövrü)” (1976), “Azərbaycan ədəbi dili tarixi, II hissə” (1987), “XIII-XVI əsrlər ədəbi dil tarixi”, “Azərbaycan ədəbi dili tarixi” (1991), “Azərbaycan ədəbi dilinin tarixi” (I II cildlər, 2012) ... s. kitabları Tofiq Hacıyevin dil tarixinin bilicisi kimi həmişə axtarışda olduğunu sübut edən faktlardandır”.

Görkəmli alim, böyük şəxsiyyət, savadlı olub bu sahədə öz sözünü deməyə şəraiti olmayan gənclərə təmənnasız olaraq köməklik göstərən, yetirmələrinin uğurlarını öz uğuru hesab edən bu təkrarsız insanınakademik Tofiq İsmayıl oğlu Hacıyevin özündən sonra qoyub getdiyi əsərlərindən hələ neçə-neçə nəsillər yararlanacaq onun ruhu qarşısında özlərini borclu sayacaqlar.

 

Sərdar Zeynal,

ADPU-nun Müasir Azərbaycan

dili kafedrasının professoru

 

İki sahil.- 2024.- 2 may, ¹76.- S.5.