Humanizm, mərhəmət, vətənpərvərlik xeyirxahlıq missiyası

 

Ümummilli lider Heydər Əliyev-101

 

Ulu Öndər Heydər Əliyevin ali ideyalarına əsaslanaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verən Heydər Əliyev Fondunun yarandığı 20 il ərzində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətimizin inkişaf etdirilməsi dünyada təbliği, cəmiyyətimizdə xeyirxahlıq, saflıq, alicənablıq dəyərlərinin təbliğində əvəzsiz xidmətləri vardır. Fond Ümummilli Lider Heydər Əliyevin xeyirxah nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir. Vətəndaşlarımızın vacib olan istək arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Ümummilli Lider Heydər Əliyevin ideyalarını özünə əsas fəaliyyət proqramı kimi qəbul edən Fonda 10 may 2004-cü il tarixdən Mehriban xanım Əliyeva rəhbərlik edir. Ötən illər ərzində məhz Mehriban xanımın tövsiyə təşkilatçılığı ilə ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərinin abadlaşdırılması maddi bazalarının yaxşılaşdırılması da daxil edilməklə  təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar həyata keçirilmişdir.

Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır. Fond məktəb tikintisindən tutmuş, UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş spektri əhatə edir.  Ötən müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən Fondun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini səmərəliliyini daha da artırır.

Humanizm, mərhəmət, vətənpərvərlik xeyirxahlıq missiyası ilə ictimaiyyətdə  böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun layihələri sırasında ölkəmizdə təhsil sisteminin inkişafı əsas yerlərdən birini tutur. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı I Dövlət Proqramında da yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılmışdı. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri qabaqlayaraq, bölgələrdə mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir.

Fondun rəhbərliyi altında  ölkəmizdə "Uşaq evləri internat məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata keçirilməsi öz uğurlu bəhrəsini vermişdir. Xatırladaq ki, respublikamızdakı uşaq evləri internat məktəblərindəki mövcud problemlərin həll olunmasına yönəldilən bu layihə Fondun təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. İlkin mərhələdə aparılmış monitorinqdən sonra uşaq müəssisələrində təhsil sosial sahədə problemlərin həllinə yönələn 4 mühüm istiqamət: texniki dəstək, təhsil, səhiyyə ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir.

Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerli xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olmuşdur.

Heydər Əliyev Fondunun layihələri sırasında əsas istiqamətlərdən biri gənc nəslin maariflənməsidir. Məhz bu məqsədlə Fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır. Neçə illərdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində  qurulmasına imkan verən yeni məktəb binalarının inşasına istiqamətlənmişdir. Layihə çərçivəsində paytaxtda regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib, neçə-neçə məktəb cari ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait kompüter avadanlığı ilə təchiz olunubdur.

"Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq fond hər il  keçmiş qaçqın məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində hədiyyə etdiyi çanta dərs ləvazimatı ilə sevindirir. Rusiya paytaxtında ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı da bu qəbildəndir.

Fondun humanitar sahədə həyata keçirdiyi layihələrdən biri kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına, zənginləşməsinə imkan yaratmışdır. Fond, eyni zamanda, Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi sahəsində uğurlu layihələr həyata keçirmişdir.

2020-ci ilin 27 sentyabrında başlanan tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Heydər Əliyev Fondu fəal çalışaraq bu tarixi qələbəmizə mühüm tövlələr vermişdir. Həm daxili, həm beynəlxalq arenada Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək qazanmaq üçün mümkün olan hər şeyi etmişdir. 1992-ci ildə azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondu mühüm işlər görmüşdür.

Dünyada məşhur insanların adını daşıyan xeyriyyə fondları çoxdur. Yeni yaradılarkən çoxunun həmin fondlar kimi xeyriyyə məqsədləri daşıyacağını zənn etdiyi Heydər Əliyev Fondu gözlədiyimizdən xeyli böyük amalları reallaşdırmağa başlamışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir. Bu məsuliyyətli seçim Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji siyasət kursunun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

Bundan sonra da Heydər Əliyev Fondu bir-birindən dəyərli layihələri insan hüquq azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfəsini verəcəkdir.

 

Anar Alışov,

YAP Yardımlı rayon təşkilatının sədri

 

İki sahil.- 2024.- 3 may, ¹77.- S.3.