Ulu Öndər Heydər Əliyev
ideyaları yaşayır və inkişaf edir
Ümummilli lider Heydər Əliyev-101
Dünya tarixinin inkişafının
məntiqi təhlili onu göstərir ki, ölkələrin tərəqqiyə nail olaraq ölkələr sırasında öz layiqli yerini tutması üçün
zəruri şərtlərdən
biri də xalqın özünə lider seçdiyi şəxsin özünəməxsus
keyfiyyətləridir. Belə
ki, ölkələrin
ərazi və iqtisadi imkanlarından asılı olmayaraq, onun hərtərəfli inkişafını təmin
edən əsas amillərdən biri və ən əsası olan lider amilidir.
Bunu demək
yerinə düşər
ki, hər bir azərbaycanlının
qəlbində əbədiyaşarlıq
zirvəsini fəth etmiş Ulu Öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz
dövlətçilik konsepsiyası,
siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı
qoydu. Dünya şöhrətli siyasətçi
və dövlət xadimi Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi dövrlərdə bənzərsiz
fəaliyyəti Azərbaycanın
iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın
firavanlığı və
xoşbəxtliyi, ölkəmizin
dünya birliyində özünəməxsus layiqli
yer tutması uğrunda mübarizəyə
həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla
işləyib hazırladığı
milli dövlətçilik
strategiyasının əsas
nüvəsini müstəqil
Azərbaycanın iqtisadi
qüdrətinin dirçəldilməsi,
artırılması və
möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli
inkişafı, qloballaşan
dünya iqtisadiyyatına
inteqrasiyası sahəsində,
həqiqətən, misilsiz
fəaliyyəti nəticəsində
ölkəmiz sürətli
tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və
tariximizin ən şanlı dövrünü
təşkil edir.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər
Heydər Əliyev zəkasının işığında
qədəm qoymuşdur.
Davamlı yüksəliş
yolunda inamla irəliləyən müasir
Azərbaycan Ümummilli
Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin
birinci dövründə
Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı,
polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində,
uzaqgörən və
məqsədyönlü qərarları
ilə çox qısa müddətdə
respublikamızda sosial-iqtisadi,
elmi-texniki və mədəni sahələrin
inkişafında böyük
sıçrayışa nail
olmuşdur.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə
malik olan Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət
idarəçiliyi istedadı
Onun SSRİ-nin rəhbərlərindən biri
kimi çalışdığı
və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə
özünü bir daha parlaq surətdə
təzahür etdirmişdir.
Ulu Öndər bütün varlığı
ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş
və respublikamızın
inkişafı üçün
malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Ötən əsrin
80-ci illərinin sonlarında
dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı.
Yeni geosiyasi düzənə transformasiya
sürətlənmiş, yeni
qlobal dəyərlər
sistemi meydana çıxmağa başlamışdı.
Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində
mümkün olmuşdu.
1990-cı ilin 20 Yanvar
hadisələrini proseslərin
dönüm nöqtəsi
hesab etmək olar. Həmin dövrdə də yenə məhz Ulu Öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə
baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
nümayəndəliyinə gələrək bəyanat
vermiş, Azərbaycan
xalqına qarşı
törədilmiş cinayətin
təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı
siyasət etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk
etmişdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət
müstəqilliyinə doğru
irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin
dövrdə Naxçıvan
Muxtar Sovet Sosialist Respublikasının
adı dəyişdirilərək,
"Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan
Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı
Ümummilli Liderin təşəbbüsü ilə
Naxçıvanın dövlət
bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan
Ali Soveti qarşısında vəsatət
qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar
qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində
Sovet İttifaqının
saxlanılmasına dair
Azərbaycanda referendum
keçiriləndə muxtar
respublikada məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
referendum keçirilməmişdir.
Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik
uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir.
1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu
müstəqilliyi qoruyub
saxlamaq üçün
dövlətçiliyin əsasları
yaradılmamış, cəmiyyətdə
milli həmrəylik, milli birlik təmin
olunmamışdı. Ermənistanın
Azərbaycana qarşı
işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında
ölkəmizdə siyasi
böhran son həddə çatmış,
vətəndaş müharibəsi
təhlükəsi yaranmışdı.
Belə bir şəraitdə Azərbaycan
xalqının diqqəti
yenidən xalqımızın
böyük oğlu, Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. 1993-cü il
iyun ayının 15-də
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm
tariximizdə müstəsna
əhəmiyyətə malikdir.
Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini
təşkil edir. Xalqımızın böyük
oğlunun rəhbərliyi
ilə parlament ali qanunverici orqan kimi ölkəmizin
problemlərinin həlli
ilə bağlı demokratik müzakirələrin
keçirildiyi və siyasi mədəniyyətin
hökm sürdüyü
bir tribunaya çevrilmişdi. Parlamentin
ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm
qanunlar qəbul olunmuşdu.
Həmin dövrün
reallıqları fonunda
müstəsna tarixi-siyasi
əhəmiyyətə malik
və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş
nöqtələrindən hesab
edilən hadisələrdən
biri də 1992-ci ilin noyabr ayının
21-də Naxçıvanda Ulu
Öndər Heydər
Əliyevin rəhbərliyi
ilə Yeni Azərbaycan Partiyasının
təsis konfransının
keçirilməsi, Ulu
Öndər Heydər
Əliyevin partiyanın
Sədri seçilməsi
xalqımızın gələcək
taleyini, ölkəmizin
perspektivini müəyyənləşdirən
çox mühüm,
əlamətdar hadisə
oldu. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli
Liderin ətrafında
yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq
partiyası kimi fəaliyyətini uğurla
davam etdirəcək, Azərbaycana möhtəşəm
nailiyyətlər qazandıracaq.
Ona görə ki, Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan
Partiyası dünənin,
bu günün və gələcəyin partiyasıdır!
1993-cü il oktyabr ayının 3-də
keçirilən seçkilərdə
Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
qısa müddətdə
ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin
sarsılmaz əsasları
yaradılmış, qanunsuz
silahlı birləşmələr
tərk-silah edilmiş,
nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi
dünyəvi dövlət
quruculuğu prosesinə
start verilmiş, müstəqil Azərbaycanın
Konstitusiyası qəbul
olunmış, ölkəmizdə
çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır.
Ulu Öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin
təşəkkülü, milli-mənəvi dəyərlərə
qayıdışı və
elmin, təhsilin, mədəniyyətin inkişafını
təmin etmişdir. Yeni neft strategiyasının
hazırlanması, bunun
əsası olan "Əsrin müqaviləsi”nin
imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv
iştirakının təmin
olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi
və uğurla həyata keçirilməsi
həmin dövrdə
ölkəmizin qarşısında
tamamilə yeni inkişaf paradiqmalarının
meydana gəlməsini
şərtləndirmişdir.
Azərbaycan Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə
məharəti sayəsində
1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış,
müstəqilliyini möhkəmləndirmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətində tarazlaşdırılmış
dövlət siyasəti
təliminin müəllifidir.
Ümummilli Lider
Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını
yeni çağırışlar
şəraitində layiqincə
davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri,
xalq və dövlət qarşısında
müstəsna xidmətləri
ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə
yüksəlmişdir. Onun
rəhbərliyi ilə
20 il öncə həyata keçirilməyə
başlanan uzaqgörən
daxili və xarici siyasət Azərbaycanı dünyanın
ən dinamik inkişaf edən dövlətləri sırasına
çıxarmışdır. Prezident İlham Əliyevin siyasət sənətinin incəliklərinə
dərindən bələd
olması, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü,
yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə
yanaşı, Cənubi
Qafqaz bölgəsinin
geosiyasi mənzərəsini
kökündən dəyişmişdir.
Milli və dövlətçilik maraqlarımızın
qorunması və irəli aparılması, ölkəmizin potensialının
artırılması üçün
görülən ardıcıl
tədbirlər Azərbaycanı
öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.
Bütün bu uğurlu fəaliyyətlər
nəticədə öz
bəhrəsini verdi. Belə ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Müzəffər
Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti
ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin
hərbi Qələbəsi
xalqımızın qəhrəmanlıq
salnaməsində yeni
şanlı səhifə
açdı. Azərbaycan
tarixinə qızıl
hərflərlə yazılmış
8 Noyabr Zəfəri sayəsində işğalçı
Ermənistan təslim
olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi
bütövlüyü bərpa
olundu. Azərbaycanın
əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun
işğaldan azad edilməsi son iki yüz ilə
yaxın dövrdə
xalqımızın məruz
qaldığı torpaq
itkiləri və etnik təmizləmələr
silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş
dünya erməniliyinə
sarsıdıcı zərbə
endirdi. Ermənistanın
davam edən hərbi-siyasi təxribatlarına
son qoyulması məqsədi ilə
2023-cü il sentyabrın
19-20-də Müzəffər Ali Baş Komandan
İlham Əliyevin məharətli rəhbərliyi
ilə Qarabağda həyata keçirilən
lokal antiterror tədbirləri xalqımızın
milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı
və fədakarlığı
sayəsində erməni
silahlı dəstələri
tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə
son qoyuldu, dövlətimizin suverenliyi
onun bütün ərazisində bərpa edildi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən
əzəli torpaqlarımız
olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində,
eləcə də Əsgəran qəsəbəsində
üçrəngli dövlət
bayrağımızın ucaldılması
və Prezident İlham Əliyevin Xankəndi şəhərindən
xalqımıza müraciəti
ölkəmizin bütün
ərazilərində suverenliyimizin
bərpasının təntənəsi
olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.
Hazırda Azərbaycan
beynəlxalq münasibətlər
sisteminin nüfuz və güc iyerarxiyasında davamlı
yüksəlişə malikdir.
Şübhəsiz, bütün
bunların əsasında
güclü siyasi iradəyə söykənən
müstəqil strateji
kurs dayanır. Məhz bu Ulu
Öndər Heydər
Əliyevin görmək
istədiyi müstəqil
və güclü Azərbaycandır!
Heydər Əliyevin
xatirəsinə xalqımızın
ehtiramını ifadə
etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin
ölkəmiz üçün
əhəmiyyətini vurğulamaq,
milli dövlətçilik
ideyalarını yeni nəsillərə aşılamaq
zərurətindən irəli
gələrək 2004-cü ilin may ayının
10-da Heydər Əliyev
Fondu yaradılmışdır.
İctimai-siyasi, mədəni
həyatda aparıcı
qüvvəyə çevrilmək,
əməli fəaliyyətilə
böyük nüfuza
sahib olmaq, örnəyə çevrilmək
böyük məsuliyyət
və zəhmətin bəhrəsidir. Əlbəttə
ki, vətənpərvərlik,
vətənə bağlılıq
insanı xalqı, milləti üçün
böyük amallara xidmət etməyə sövq edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın
ictimai-siyasi, mədəni
həyatında müstəsna
rola malik olması onun Vətənə bağlılığından
irəli gəlir. Müstəqil Azərbaycanda
Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən Heydər
Əliyev Fondu genişmiqyaslı fəaliyyəti
onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurub.
Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət
edən genişmiqyaslı
proqram və layihələr böyük
rəğbətlə qarşılanır.
Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata
keçirilməsi vətəndaşların
qayğı və problemlərinin həllində
müstəsnadır. Həyata
keçirilən bütün
layihələr vətəndaşların
hərtərəfli qayğı
ilə əhatələnməsi,
sosial rifahının yüksəldilməsi məqsədini
daşıyır. Uşaq
bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin
təmir və inşası, eləcə
də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi
dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından
əziyyət çəkənlərə
pulsuz və yüksək səviyyədə
yardım və kömək göstərilməsi
Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində
gördüyü işlərin
uğuru olaraq qəbul edilir.
Heydər Əliyev
Fondu əsas fəaliyyət istiqamətlərindən
biri kimi ilk olaraq təhsil
sferasını seçdi.
Fondun fəaliyyətinin
ilk mərhələsindən
bu istiqamətdə görülən işlər
sırasında Mehriban
xanım Əliyevanın
təşəbbüsü ilə respublikamızın
müxtəlif bölgələrində
reallaşdırılan "Yeniləşən Azərbaycana
yeni məktəb"
proqramı müstəsna
əhəmiyyət kəsb
edir. 2006-cı ildə
proqramın ikinci mərhələsinə başlanıldı.
Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə
dəstək" layihəsi
də xüsusi əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində
həyata keçirilən
layihələr təşkil
edir. Heydər Əliyev Fondunun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biri də "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramıdır.
Proqram çərçivəsində
uşaq evləri və internatların demək olar ki, hamısı əsaslı təmir olundu, texniki təchizatı yaxşılaşdırıldı.
Azərbaycan mədəniyyəti
incilərinin qorunması
və təbliğini
də başlıca prioritet kimi müəyyənləşdirən Fond milli mədəniyyətimizin
dünyaya təqdimat forması kimi muğamı seçmiş,
onun dünyada tanıdılması istiqamətində
iş aparmışdır.
Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
xaricdə və ölkəmizdə reallaşdırılan
layihələr Azərbaycanın
uğurlarının təbliğində,
gənclərimizin fəallığının
artırılmasında və
onların fəaliyyətinin
əlaqələndirilməsində mühüm rol oyanır. Fond fəaliyyətə başladığı
ilk gündən mədəniyyət abidələrinin
bərpası və yenidən qurulması istiqamətində də uğurla iş aparır. Özü də bu işi
ölkədən kənarda
da həyata keçirir.
Məsələn,
2006-cı ildə Gürcüstanın
Tbilisi şəhərində
Azərbaycanın görkəmli
şəxsiyyətləri - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin,
Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü
abidələrinin yenidən
qurulması və xiyabanın yaradılması,
2007-ci ildə Parisdə
Versal Sarayının parkındakı ümumbəşəri
abidələrin bərpası,
2008-ci ildə Luvr Muzeyinin bərpası,
2012-ci ildə Romanın
Villa Borgeze parkında N.Gəncəvinin
abidəsinin ucaldılması,
İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda
Azərbaycanın görkəmli
yazıçısı, filosofu
M.F.Axundzadənin abidəsinin
ucaldılması və
s. buna nümunədir.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə,
Baltikyanı ölkələrində,
Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif
ştatlarında keçirilən
və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası öz fəaliyyət missiyasını
ildən-ilə genişləndirir.
Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi
və işğal olunan ərazilərdə həyata keçirilmiş
soyqırımlar, mədəni-tarixi
abidələrin dağıdılması
ilə bağlı bir sıra əcnəbi
dillərdə nəşr
olunan kitab və bukletlər xarici ölkələrdə
yayımlanır. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
“Xocalıya ədalət!”
beynəlxalq kampaniyası
çərçivəsində ingilis və rus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində
sülhsevər insanların
stolüstü kitabına
çevrilmişdir. Prezident
İlham Əliyevin xarici ölkə rəhbərləri ilə
görüşlərində, bütün çıxış
və nitqlərində
dönə-dönə vurğuladığı
kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın
tərəfindədir və
bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan
silahlı qüvvələri
üzərində qazandığı
möhtəşəm qələbədən
sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini
davam etdirir. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır.
Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış
və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına
beynəlxalq hüquqi
qiymət verilməli və bu dəhşətli
faciəni törədənlər
öz layiqli cəzalarını almalıdırlar.
2023-cü ilin fevralın 6-da qardaş Türkiyədə baş
vermiş zəlzələdən
sonra zərərçəkmişlərə
yardım göstərilməsi
məqsədilə Fondun
əməkdaşları tam
səfərbər oldular.
Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi
ilə reallaşdırılan
yardım kampaniyası,
Fondun bu istiqamətdəki fəaliyyəti
qardaş dövlətin
Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan tərəfindən
yüksək qiymətləndirildi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
altında Ulu Öndərin amallarını
yaşadan, ideyalarını
gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan
azad edilən ərazilərdə aparılan
quruculuq işlərinə
töhfə verir. Xüsusilə də Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda
tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində
mühüm layihələr
həyata keçirilir.
Bir sözlə, Azərbaycan dövləti
Qarabağın və
Şərqi Zəngəzurun
yenidən qurulması,
keçmiş məcburi
köçkünlər üçün
daha yaxşı şəraitin yaradılması,
illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın
yurdlarına qovuşması
üçün böyük
işlər gerçəkləşdirir.
Fond tərəfindən
tikilən məktəblərdə
çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən
ucalan azan səsi o yerlərə qayıdan həyatın rəmzi kimi səslənir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin
dövlət başçısı
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
reallığa çevrilməsidir.
Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon
təşkilatının sədri
İki
sahil.- 2024.- 4 may, ¹78.- S.5.