Ümummilli Liderin türk dünyasının

birliyi yüksəlişi strategiyası

 

Ümummilli Lider Heydər Əliyev-101

 

İki yüz milyon insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının birliyi naminə misilsiz xidmətlər göstərən, Azərbaycan-Türkiyə dostluğuna qardaşlığına böyük töhfələr verən, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin işıqlı xatirəsi qardaş ölkədə, eləcə bütün türk dünyasında daim uca tutulur. Ulu Öndər Heydər Əliyev deyirdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”.

Böyük  dühaya sahib olan fonemen şəxsiyyətin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı, bütövlükdə türk dünyası qarşısındakı əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə yazılıb. Ulu Öndər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyanı Qazi Mustafa Kamal Atatürk, ötən əsrin sonlarından başlayaraq isə Ulu Öndər Heydər Əliyev uğurla həyata keçiriblər. Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində böyük bir uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi Qərbə doğru nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində qardaş Türkiyənin gücünü durmadan artıran yeni bir güc mərkəzi yaradıb. Məhz buna görə qardaş ölkədə Ulu Öndərin adının əbədiləşdirilməsi dahi şəxsiyyətin tarixi missiyası qarşısında türk xalqının mənəvi borcudur.

Dahi rəhbər Heydər Əliyevin düşünülmüş cəsarətli qərarları, qətiyyətli addımları təməlini qoyduğu uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri bütün dünyada bənzəri olmayan dostluq, qardaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib. Ulu Öndər 1997-ci il mayın 6-da Türkiyə Böyük Millət Məclisində çıxışında bildirmişdi ki, Türkiyə-Azərbaycan dostluğu əbədi sarsılmazdır.

Ümummilli Liderin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi bir daha təsdiqlədi ki, Heydər Əliyevin türk dünyası qarşısındakı əvəzsiz xidmətləri qardaş, dost Türkiyədə yüksək qiymətləndirilir. Mükafatın təqdim edilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Ulu Öndər demişdir: “Mən bu gün böyük həyəcan içindəyəm, çünki Türkiyə dövlətinin qurucusu, böyük öndər Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatına layiq görülmüşəm. Bu mükafatı mənə belə təntənəli şəraitdə-ən yüksək vəzifəli şəxslərin iştirakı ilə Türkiyə Cümhuriyyətinin başçısı, əziz dostum, qardaşım Süleyman Dəmirəl təqdim etdi. Mən həyatımda çox mükafatlar almışam. Ancaq Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan sülh mükafatını almaq mənim üçün böyük şərəfdir. Bu mükafat indiyə qədər aldığım mükafatların hamısından yüksək qiymətlidir”.

Türk dünyasının birliyi naminə misilsiz xidmətlər göstərən, Azərbaycan-Türkiyə dostluğuna qardaşlığına böyük töhfələr verən Ümummilli Liderimizin işıqlı xatirəsi qardaş ölkədə daim uca tutulur. Belə ki, 2012-ci ildə Ulu Öndərin vəfatının 9-cu ildönümü ilə əlaqədar Ankaranın Yeniməhəllə rayonunda Heydər Əliyev Parkının Heydər Əliyev adına orta məktəbin açılış mərasimi olub.

Qürurverici haldır ki, “Əsrin müqaviləsi”nin tərkib hissəsi olan, XXI əsrin ən böyük enerji layihəsi adlandırılan, 2006-cı il iyulun 13-də Prezident İlham Əliyevin iştirakı ilə Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qardaş Türkiyə Cümhuriyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin adı verilib. Həmçinin 2018-ci ildə İzmir şəhərinin Karşıyaka rayonunda Ümummilli Lider Heydər Əliyevin adına salınmış parkın abidənin açılışı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ən çox sevdiyi ömrünün çox hissəsini keçirdiyi bu şəhərdə dahi şəxsiyyət Heydər Əliyevin adının əbədiləşdirilməsi türk dünyasının hər iki şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də Cəbrayıl şəhərində səfərdə olarkən bildirib ki, türk xalqı 2023-cü ilin AzərbaycandaHeydər Əliyev İlielan edilməsindən məmnunluq duyur: “Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik. Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.

İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu.  Bu gün türk dünyasının birliyi ölkəmizin işğaldan azad edilmiş ərazilərində geniş miqyas alan bərpa-quruculuq işlərində özünü parlaq şəkildə büruzə verir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb tikintisinin həyata keçirilməsi böyük türk dünyasının sarsılmaz birliyinin bariz nümunəsididr.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən, uğurlu xarici siyasəti bu gün qardaş türk dövlətləri arasında əməkdaşlığın yüksələn xətlə inkişafına böyük töhfələr verir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

 

Zahid Rza

 

İki sahil.- 2024.- 10 may, ¹82.- S.2.