Heydər Əliyev elmi

potensialın inkişaf dinamikası

 

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev elmi potensialın inkişaf dinamikasımövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ölkəmizdə elmi potensialın inkişafının müstəqil Azərbaycanın memarı qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Rektor bildirib ki, Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi, ölkədə ümumi ali təhsilin əhatə dairəsi genişləndirildi, fundamental elmi tədqiqatların həyata keçirilməsinə başlanıldı. Bu çoxşaxəli siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, elm təhsil sahəsində davamlı islahatlar yeniliklər həyata keçirilir.

Sonra mövzu ətrafında məruzələr dinlənilib.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərovTarix yaradan tarixi yazan Dahi”, “İki sahilqəzetinin baş redaktoru professor Vüqar RəhimzadəHeydər Əliyev Azərbaycan mətbuatı”, ADPU-nun prorektoru professor Asəf Zamanov isəHeydər Əliyev Azərbaycan gəncliyimövzularında məruzə ediblər.

ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov məruzələr ətrafında çıxış edib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuşİlin gənc alimi tədqiqatçısımüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, riyaziyyat təbiət elmləri üzrə Arəstə Həbibova Eldar Muradlı II yerə, Ülviyyə Aslanova Xumarə Qəhrəmanlı III yerə, humanitar, ictimai, pedaqoji-psixoloji elmlər üzrə isə Könül Həsənova Sərxan Cəfərov I yerə, Aygün Kərimova isə III yerə layiq görülüblər.

Qaliblərə diplom mükafatlar təqdim olunub.

 

İki sahil.- 2024.- 10 may, ¹82.- S.5.