Milyonların ümid pənah yeri

 

Heydər Əliyev Fondu - 20

 

Heydər Əliyev Fondunun prezidenti kimi ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyələrdə insanları düşündürən problemlərin həllinə çalışan, öz sözünü əməli ilə deyə bilmək bacarığına malik Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə gerçəkləşən, insanları həmrəylik, xoş məram naminə birləşdirən layihələrin hər biri nəcib əməllərin, xeyirxahlığın təcəssümüdür

 

Azərbaycan dövlətinin memarı qurucusu Ulu Öndərin dünyasını dəyişməsindən altı ay sonra, onun doğum günündə – 10 may 2004 – ildə Heydər Əliyev Fondunun yaradılmasını milli tariximizin ilk Ümummilli Liderinin mənəvi ölümsüzlüyünün , amal əməllərinin yaşadılmasının, müstəqilliyimiz uğrunda mübarizəsinin davam etdirilməsinin təzahürü adlandıran Prezident İlham Əliyev xeyirxah təşəbbüsü bu sözləri ilə xarakterizə etmişdir: «Heydər Əliyev Fondu xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatlar Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyev ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır bundan sonra da əbədi yaşayacaqdır

Fondun yaranmasını böyük siyasətin davamına ictimai dəstək adlandıran Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi, o dövrün ciddi siyasi- mənəvi tələbatının cavablandırılması zərurətindən yaranan qurumun fəaliyyət prinsiplərini mərhəmət, insanpərvərlik, qayğı kimi ülvü duyğular təşkil edəcək. Qarşıda duran məqsəd bəlli idi: Ümummilli Liderin zəngin irsinin öyrənilməsinə, ölkəmizin tərəqqisi Azərbaycan xalqının rifahı naminə bu siyasi məktəbin təcrübəsindən istifadə, genişmiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq məfkurəsinin Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı layihələrin həyata keçirilməsinə nail olmaq. Fəaliyyətinin ilk günündən Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək vəzifəsini layiqincə yerinə yetirən Fond 20 ildir ki, ölkəmizin müasir dünyanın yeni qabaqcıl ideyalarla zənginləşən təsisastlardan biri kimi nəcib işini davam etdirir. Azərbaycanda qadın hərəkatının güclənməsində genişlənməsində xüsusi rolu olan respublikamızın Birinci xanımı, humanist dəyərlərə mənəvi sahiblik missiyasını məsuliyyətlə doğruldan Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə dəstəklənməsi təşkilata marağı daha da artırır. Milli Məclisin deputatı olduğu dövrdə millət vəkili funksiyasının öhdəsindən yüksək peşəkarlıqla gələn, Yeni Azərbaycan Partiyası Sədrinin müavini kimi üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasını Birinci vitse-prezidenti kimi ona göstərilən etimadı doğruldur.

Qadın, ana adının qarşılığı kimi xarakterizə olunan səmimiyyət, xeyirxahlıq, humanistlik kimi insani keyfiyyətləri şəxsiyyətində formalaşdıran Azərbaycanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın respublikamızda, müxtəlif xarici ölkələrdə həyata keçirdiyi layihələr bəşəri dəyərlərə hörmət sədaqətdən qaynaqlanır. «Biz mədənyyətlərin sivilizasiyaların dialoqu haqqında ayrı-ayrı dillərdə danışırıq. Burada «ayrı-ayrı dillər» dedikdə, müxtəlif xarici dilləri nəzərdə tutmuram. Dialoqdan həm alimlər, həm siyasətçilər, həm ictimai mədəniyyət xadimləri söz açırlar. Biz sivilizasiyaların dialoqu ya qarşıdurması ilə bağlı müxtəlif siyasi elmi doktrinaları müzakirə edirik. Lakin siyasətdən uzaq, adi insanlar bir yana, çox vaxt peşəkarlar belə biri-birini anlamağa, müəyyən konsensusa gəlməkdə çətinlik çəkirlər» söyləyən mədəni inkişafından, savadlılıq dərəcəsindən, rifah səviyyəsindən asılı olmayaraq hər kəsi düşündürən, «Biz hara gedirik? Bizi gözləyir» sualları ilə həyat yoluna bələdçilik edən Mehriban xanım qadınlarımızın hamisi, tolerantlıq multikultural dəyərlərə sadiqliyi ilə seçilən nümunəvi örnək olduğunu fəaliyyəti ilə doğruldur. İnsanlığa xidmət olan bu yolda Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmaqla ilk addımlarını atan, Heydər Əliyev Fondunun, Bədii Gimnastika Federasiyasının prezidenti, millət vəkili, beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə davam edən Mehriban xanım adı kimi səmimiyyəti ilə təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə böyük hörmət, nüfuz qazanmışdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycanın mədəni-mənəvi dəyərlərinin, tarixinin öyrənilməsi, gerçəkliklərinin dünyada qiymətləndirilməsi Heydər Əliyev Fondunun başlıca amalı, ideyasıdır. Mehriban xanım Əliyevanın « Azərbaycan tanıdaq sevdirəkçağırışının ifadəsi olan xarici ölkələrdə keçirilən müxtəlif tədbirlər ölkəmizin daha geniş miqyasda tanıdılması baxımından önəmlidir.

Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, dahi şəxsiyyətin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılan Fondun xətti ilə həyata keçirilən layihələrin hər biri xalqımızın kimliyinin tanıdılması baxımından böyük önəm daşıyır. Azərbaycanın birinci xanımı kimi ölkəmizin ictimai-siyasi həyatında böyük rolu olan, fədakarlığı ilə seçilən Mehriban Əliyeva rəhbərlik etdiyi Fondun beynəlxalq aləmdə tanınması üçün əsl mənada fədakarlıq göstərir. Mədəniyyətimizin hamisi kimi yorulmadan çalışır. «Qarabağ xanəndələri» adlı musiqi albomunun, «Qarabağ həqiqətləri» bukletlər toplusunun, «Müharibə tarixi mədəniyyət abidələrimiz», Parisdə ingilis dilində «Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması», «Muğam haqqında əlyazmalar toplusu», «Qarabağ xanəndələri» musiqi albomlarını hazırlanması Fond tərəfindən həyata keçirilən dəyərli layihələrin cüzi hissəsidir. Azərbaycan musiqisinin fəlsəfəsi adlandırılan, xalqımıza xas , eyni zamanda, bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin qorunması, ənənəvi olaraq ölkəmizdə keçirilən Beynəlxalq Muğam, Qəbələdə Beynəlxalq Musiqi, Şuşada «Xarı bülbül» festifallarının keçirilməsi yorulmaz səylərin nəticəsidir. Muğam aşıq, tar ifaçılıq sənəti, eləcə Azərbaycan xalçasının, Novruz bayramının, kəlağayı sənətinin, İçərişəhərin, Qız Qalası Şirvanşahlar Sarayı kompleksinin, Şəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Mehriban xanımın başçılıq etdiyi Fondun beynəlxalq səviyyədə dəstəklənən səmərəli fəaliyyətinin nəticəsidir.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin, xüsusilə Məhəmməd Füzulinin 500, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileylərinin UNESCO səviyyəsində qeyd olunması, «Leyli Məcnun”» operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileylərinin təşkili Fondun təşəbbüsü ilə reallaşan layihələr insanlar arasında ortaq təmas xəttinin yaradılmasına töhfədir. Vətəndaşlıq mövqeyinə sadiqlik, zəngin idarəçilik təcrübəsinə malik lider qadın obrazını şəxsi fəaliyyətində gerçəkləşdirən, «Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”» sözlərini real həyatda əməli fəaliyyəti ilə təsdiqləyən Mehriban xanım Birinci vitse-prezident kimi milli-mənəvi dəyərlərimizin fəal təbliğatçı kimi xalqımıza xidmətini əsirgəmir. Təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə adı ilk xanım diplomat kimi daxil olan, böyük ağıl, mətanət, müdriklik cəsarət sahibi Sara Xatun, Turan şahzadəsi Tomris ana, dünyanı fəth etmək üçün ölkələr dolaşan Makedoniya padşahı İsgəndəri zəkası ilə məğlub etmiş Bərdə hökmdarı Nüşabə kimi tarixi şəxsiyyətlərdən miras qalan Azərbaycan qadınlarına məxsus müdrikliyi, qətiyyəti, Vətənə bağlılığı fəaliyyətində birləşdirən Mehriban xanımın « Azərbaycan qadını tarix boyu ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə torpağına olan hədsiz məhəbbəti gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti qadın həmişə mərdliklə, cəsarətlə çəkmiş bu zəhmətdən heç vaxt inciməmişdir» sözləri bütünlükdə qadınlara hörmət ehtiramın ifadəsidir.

Bu Fondun prezidenti kimi ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyələrdə insanları düşündürən problemlərin həllinə çalışan, öz sözünü əməli ilə deyə bilmək bacarığına malik Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə gerçəkləşən, insanları həmrəylik, xoş məram naminə birləşdirən layihələrin hər biri nəcib əməllərin, xeyirxahlığın təcəssümüdür. İSESCO-nun xoşməramlı səfiri kimi müəllifi olduğu layihələri gerçəkləşdirməklə dünyada mədəniyyət sahəsində çevik diplomat adını qazanan Mehriban xanımın çıxışlarının hər biri insanlığa xidmət naminə bəşəriyyətə edilən çağırışdır. Bakıda keçirilən Beynəlxalq Humanitar forumlar, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya Dini Liderlərinin Zirvə görüşləri, Krans Montana Forumu, BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumukimi digər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində Fondun rolu vardır. Mehriban xanımın humanizminin, bacarığının, təşəbbüskarlığının nəticəsi kimi Azərbaycanın ev sahibliyi etdiyi Fond tərəfindən həyata keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədbirlər göstərir ki, ölkəmiz beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verən qüdrətli dövlətdir.

Fondun təşəbbüsü ilə xarici ölkələrdə həyata keçirilən layihələr xalqımızın humanizminin, tolerantlığının, multikultural dəyərlərə sadiqliyinin nümunəsidir. Heydər Əliyev Fondunun xətti ilə Parisdə Notr-Dam, Strasburqda Kafedral kilsələrində, Versal , Berlin şəhər saraylarının bərpası ilə əlaqədar görülən işlər xalqımızın müxtəlif din millətlərə məxsus millətlərin birgəyaşayış prinsipinə verdiyi dəyərdir. Mehriban xanımın xidmətlərindən olan, Parisin Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin mədəni irsinin təbliği üçün ən əhəmiyyətli addımlardandır. «Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizm təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu Azərbaycan xalqının çoxəsrlik həyat tərzi fəlsəfəsidir» söyləyən Mehriban xanım dünyada dini zəmində baş verən antisemitizm hallarına qarşı çağırışları ilə diqqəti cəlb edir. Azərbaycanı müsəlman aləminin ayrılmaz parçası adlandıran Mehriban xanım « Eyni zamanda bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir» sözləri ilə ölkəmizin sivilizasiyalararası multikultural mərkəz olduğunu bildirir. Ölkəmizin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr bir məqsədə, amala xidmət edir: Qarşılıqlı hörmət, dözümlülük, ksenofobiya, radikalizm terrora qarşı birgə mübarizə ilə narahat dünyamızda əmin-amanlığı qorumaq.

Ölkəmizdə ailə institutunun formalaşmasında böyük rolu olan, qadınlara, körpələrə , gənclərə gələcəyimizin təminatçısı kimi qayğı ilə yanaşan Fond insanların sağlamlığının qorunmasına yönələn layihələri ilə fərqlənir. Müalicəyə ehtiyacı olan bəzi şəxslərin, xüsusilə İkinci Qarabağ müharibəsində yaralanan əlillərin başqa ölkələrə göndərilməsi prosesi davam edir. Fond tərəfindən fiziki cəhətdən qüsurlu, hemofiliyalı, diabetli uşaqların sağlamlığı naminə həyata keçirilən layihələr ailələrə göstərilən qayğının ifadəsi kimi razılıqla qarşılanır. Ailədə qadının rolunu müstəsna hal adlandıran Mehriban xanımın « Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir» sözlərinin əyani təzahürü respublikanın birinci xanımı kimi ölkədə fəaliyyət göstərən internatlara, körpələr evlərinə göstərdiyi qayğı, valideyn himayəsindən məhrum balaca fidanlara ana nəvazişi ilə yanaşmasıdır. Mehriban xanımın diqqət qayğısı ilə həyata keçirilən «Talassemiyasız həyat naminə», «Diabetli uşaqlara ən yüksək qayğı», «Kor zəif görən uşaqların İKT- çıxışının təmin olunması» kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması vətənpərvərlik hisslərinin, ana şəfqətinin vəhdətidir. Fondun xətti ilə «Təhsilə dəstək» proqramı çərçivəsində «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsinin həyata keçirilməsi ilə respublikanın ən ucqar kəndlərində belə müasir avadanlıqlarla təmin olunmuş təhsil ocaqları inşa bərpa olunur. «Uşaq evləri internat məktəblərinin inkişafı» Proqramına uyğun mühüm layihələr həyata keçirilir, aztəminatlı ailələrin uşaqlarının təhsilə cəlbi istiqamətində mühüm addımlar atılır. «Hər bir uşağın ailəyə ehtiyacı var» kampaniyasının təşəbbüsçüsü olan Mehriban xanımın «Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin» çağırışı gələcəyimizə təminatdır.

Təbii ki, milyonların dəstəyini qazanan xidmətlər əvəzsiz qalmır. Bu baxımdan Mehriban xanımı « zəngin adlandırmaq olar. «Qızıl Ürək» Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın «Əsrlərin xeyriyyəçiləri» Beynəlxalq Fondunun «Yaqut Xaç»” ordeninə, «XXI əsrin böyük qadını» laureatı adına, UNESCO-nun «Qızıl Motsart» medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi illərdən bəri çəkilən zəhmətin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. Ölkə daxilində dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali «Heydər Əliyev» Ordeni ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Fransanın «Şərəf Legionu» ordeninə layiq görülən Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi , bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir.

Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Rus Provoslav Kilsəsinə göstərdiyi köməyə Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi onun çoxsahəli xidmətlərinə verilən dəyərlərdəndir. Moskvadakı Xilaskar İsa Məbədində keçirilən təltifetmə mərasimindəki çıxışında Mehriban xanıma xeyirxahlıq əməllərinə, genişmiqyaslı fəaliyyətinə görə minnətdarlıq edərək Azərbaycan xalqına firavanlıq arzulayan Patriarx Kirill ölkəmizin birinci xanımına ən xoş arzularını da bildirdi: « Siz ölkənizin xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada gözəl mənəvi keyfiyyətlərə malik insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz

Göründüyü kimi, yaradıcılıq təşkilatçılıq Mehriban xanımın həyat amalıdır. «Eurovision-2012» mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının mütəşəkkilliklə keçirilməsi Təşkilat Komitəsinin sədri Mehriban xanımın müstəsna xidmətlərinin nəticəsidir. «Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi var» söyləyən Prezident İlham Əliyevin bu fədarlığın nəticəsi kimi Mehriban xanım Əliyevanı «Heydər Əliyev» Ordeni ilə təltif etməsi layiqli xidmətə verilən dəyərdir.

Torpaqlarmızın 30 il Ermənistanın işğalı altında qaldığı müddətdə Azərbaycan həqiqətlərinin təbliğatçısı kimi erməni faşizminin törətdiyi vəhşiliklərin beynəlxalq aləmə çatdırılmasında Fondun əvəzedilməz xidmətləri danılmazdır. Bu ənənəni davam etdirən Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiya nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədənyyətlərarası Dialoq üzrə Baş ələaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi Leyla Əliyevanın iştirakı ilə keçirilən tədbirlər, «Xocalıya ədalət, Qarabağa ədaləttəşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsi artıq Azərbaycan gəncinin cəmiyyət üçün aktual məsələlərin həllində söz sahibinə çevrildiyini, daha ciddi siyasi fəaliyyətə uzanan yolun başlandığını göstərir.

«Həyatda hər bir kəsin yerini taleyini tarix müəyyən edir. Odur ki, böyük, kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» söyləyən Mehriban xanım çalışqanlığı ilə siyasi fəaliyyətinin yeni səhifələrini zənginləşdirir. Geniş, çoxşaxəli ictimai- siyasi fəaliyyətində böyük təcrübə nüfuz qazanmış Mehriban xanım Əliyevanın 2017-ci ilin fevral ayında Azərbaycanın idarəçilik sistemində ilk təcrübə olaraq Birinci vitse- prezident vəzifəsinə təyinatı illərdən bəri çəkilən zəhmətə verilən dəyər idi. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin « Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm fəal rol oynayır. Bax bu, çoxşaxəli fəaliyyət eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır» sözləri Azərbaycan qadınının siyasətdə özünü təsdiqinin ifadəsidir.”

Mehriban xanımın yeni vəzifəyə təyinatı ilə bağlı açıqlamalar da maraqlıdır: «Azərbaycanın müasir baxışları olan birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır (İsrail, «Breakinq İsrael News» portalı), tanınmış rus politoloqu Yevgeni Kriştaloyov Mehriban xanımı lider qadın kimi səciyyələndirmişdir: «O mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır

Birinci vitse-prezident kimi çıxışında «Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm. İnanıram ki, cənab Prezident, Sizin mənə inanan bütün insanların etimadını doğruldacağam» söyləyən Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi göstərilən etimadı fədakarlığı, sözünün sahibi kimi doğrultdu. Millət vəkili olduğu müddətdə seçicilərinin etimadını doğruldan, təşəbbüskarlığı, təşkilatçılığı, beynəlxalq aləmdə həyata keçirilən təşəbbüsləri ilə böyük nüfuz qazanan, ali hakimiyyət sistemində Birinci vitse-prezident səlahiyyətlərinə layiq görülən Mehriban xanıma el hörməti çəkilən zəhmətə verilən dəyərdir.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin yorulmaz təbliğatçısı Mehriban xanımın Birinci vitse-prezident təyin olunmasının bir səbəbi böyük idarəçilik təcrübəsinə malik olması idisə, digər amil Prezident İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması idi. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə ana şəfqəti, mehribanlığı ilə əsgərlərimizə dayaq olan, onların sağlamlığı qayğısına qalan Mehriban xanım bu missiyasını sonrakı illərdə davam etdirir. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə olan Mehriban xanım Əliyeva Birinci vitse-prezident, birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirir. İşaldan azad olunmuş ərazilərə səfərləri zamanı müzəffər ordumuzun qalib əsgərləri ilə görüşən, doğma torpaqlarına qovuşan keçmiş köçkünlərin sevincinə şərik olan Mehriban xanım ermənilər tərəfindən dağıdılmış tarixi abidələri, məscidləri, kilsələri ürək ağrısı ilə seyr edir. Erməni vandallarının törətdikləri dəhşətlərin, faciələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərir. Başçılıq etdiyi Fondun dəstəyi ilə quruculuq, abadlıq işlərinin önündə addımlayır. «Bütün dünya dinlərinin bir məqsədi, məramı var. Biz Tanrıya müxtəlif cür müraciət edə bilərik, ona müxtəlif dillərdə dua edə bilərik, onun şəninə müxtəlif məbədlər ucalda bilərik. Mahiyyət dəyişməz olaraq qalır. Bizim hamımızın bir Tanrısı var bu qədər sadə səslənməsə hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşəri dəyərlərlə eynidir. Bu, insanları birləşdirən barışdıran dəyərlərdir. Belə olduğu halda dindən qarşıdurmaların münaqişələrin yaradılması üçün istifadə olunması dözülməzdir» sözləri ilə insanları birliyə, həmrəyliyə çağıran Mehriban xanım dağıdılmış kəndləri, şəhərləri erməni vandalizminin, qəddarlığının nəticəsi adlandırır. Dünyaya erməni terrorunun, vəhşiliyinin mahiyyətini açıqlayır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, dağıdılımış müqəddəs abidlərimizin, məscidlərimizin bərpasına nəzarət edən Prezident İlham Əliyevlə daim qoşa addımlayan, erməni vəhşiləri tərəfindən dağıdılan şəhərlərimizi, kəndlərimizi ürək ağrısı ilə seyr edən, son illərdə Qarabada, Şərqi Zəngəzurda aparalan yenidənqurma işlərini qürurla izləyən Mehriban xanım işğaldan azad edilmiş ərazilərdə Fondun təşəbbüsü ilə həyata keçirilən layihələrin həllində əməyi olduğu vətəndaş kimi qürüru hissi keçirir. Mehriban xanım doğma torpaqlarımızın Şuşanın, Xankəndinin, Ağdamın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının, Kəlbəcərin daha görkəmli olacağına əminliyini ifadə edir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2024.- 10 may, ¹82.- S.6-7.