İnsanları bir məqsəd, amal

naminə birləşdirən Dahi

 

Taleyinə əbədi yaşam qisməti yazılan Ulu Öndər Heydər Əliyevin zəkasının məntiqi nəticəsi bu günkü qüdrətli Azərbaycandır

 

Xalqı, dövləti üçün böyük işlər görənlər çox olsa da xidmətləri bəşəri əhəmiyyət daşımadığı üçün «tarixiləşmək» şansı qazanan dahilər barmaqla sayıla biləcək qədər nadir şəxsiyyətlərdir. Müasirləri arasında olduğu kimi, özündən sonra da formalaşdırdığı zəngin dövlətçilik məktəbi şöhrət qazanan Ulu Öndər Heydər Əliyevin canından artıq sevdiyi Vətəni, xalqı üçün gördüyü işlər, zəngin siyasi irsi zəkasının məntiqi nəticəsi kimi daim öyrənilməyə ehtiyac duyulan təcrübədir. «Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi» sözləri Ulu Öndərin həyat şəcərəsinin ana xəttini təşkil edir.

Tarixi şəxsiyyətləri zaman yetişdirdiyi kimi, dahilərin əməlləri ilə yazdıqları tarixdə zamanın səhifələrində əbədi qalır. Liderlərin « müəllifləri olduqları tarixə» müasirləri qiymət verir, sınaqdan çıxmış təcrübələri sonrakı nəsillərin həyatında davam edir. Fenomen istedadları ilə dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edən dahilər qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirir, qiymətləndirir, qeyri -adi istedadı, zəkası ilə xalqını irəliyə aparır, milyonların qəlbində əbədi yaşayırlar.

Ulu Öndər həyatında dərin iz buraxan, tarixi hadisələrə təsadüf edən məqamları ömür şəcərəcəsinin unudulmaz anları kimi dəyərləndirirdi. 1969-cu il iyul ayının 14-də keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda respublika rəhbərliyinə namizədliyi təsdiqlənən müdrik şəxsiyyət Heydər Əliyev sonralar həyatının yeni səhifəsinin başlanğıcı hesab etdiyi həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı. «Bu vəzifənin icrasına başlamaqla mən öz məsuliyyətimi dərk edirəm. ,- səsvermənin nəticələri bəlli olduqdan sonra o çıxışında belə söylədi- qarşımda duran vəzifələrinin ağırlığını çətinliyini dərk edirəm əmin etmək istəyirəm ki, bütün qüvvə bacarığımı bu böyük yüksək etimadı doğrultmağa sərf edəcəyəm» söyləyən Ulu Öndər vədini böyük məsuliyyətlə yerinə yetirdi. Azərbaycanın dövlətçilik tarixinə qələbələr dövrü kimi yazılan sonrkı illərin uğurları müasirlərinin onun haqqında söydədikləri «Azərbaycan xalqının bəxti onda gətirdi ki, XX əsrin ikinci yarısında millətin lideri Heydər Əlirza oğlu Əliyev oldu» sözlərini təsdiqlədi. Amerika tarixində Corc Vaşinqtona, Hindistanda Mahatma Qandiyə, Türkiyədə Mustafa Kamal Atatürkə, Fransada Şarl-de Qola xalqlarının yaddaşında əbədi yaşam qisməti nəsib edən Tanrı Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər Heydər Əliyev şəxsiyyətini bəxş etmişdir. 1969-cu ildən 1982-ci ilədək SSRİ tərkibində olan Azərbaycanı aqrar respublikadan siyasi, iqtisadi qüdrəti ilə seçilən diyara çevirən Ulu Öndər 1993- 2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi müstəqilliymizin əbədi qarantı, xalqımızın xilaskarı oldu. Müdrikliyin əlamətlərini şəxsiyyətində formalaşdıran, dünyagörüşünə, hadisələri təhliletmə bacarığına həsəd aparılan fenomen siyasətçi Heydər Əliyevin adının dahilər arasında ilk sıralarda çəkilməsi taleyinə yazılmış əbədi yaşam qisməti idi.

Ulu Öndərin liderlik bacarığını ifadə edən «Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç hamısında qədər çox istedadlı olsalar da ,- bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev, şübhəsiz bu böyük insanların sırasına daxildir» kimi sözlər dünya siyasətçiləri arasında sayılıb-seçilən, həmişə böyük hörmətlə yad olunan Ulu Öndər Heydər Əliyevin qətiyyətini, məsuliyyətli dövlət başçısı kimi müsbət keyfiyyətlərini əks etdirən dəyərləndirmələrdən yalnız biridir.

Dünya təcrübəsi göstərir ki, güclü lideri olan millətlər dövlətlər yüksək inkişaf yolu keçir tarixi uğurlar əldə edirlər. Cəmiyyətə dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik Ümummilli Lider Heydər Əliyev isə müdriklərə , uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ölkə iqtisadiyyatını, neft sənayesini aqrar sahəni inkişaf etdirərək, liderliyə xas səbr, dözüm qətiyyət kimi keyfiyyətləri özündə birləşdirərək bütün çətinliklərə qalib gəldi. Tanınmış siyasətçi Uinston Çorçillin söylədiyi bu sözlər sanki Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin formulu, məntiqi ifadəsi idi: « Heç vaxt təslim olma...Heç nədə, kiçik ya böyük, əhəmiyyətli ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın. Vicdanın hökmündən yaxşı zövqdən başqaUlu Öndər Heydər Əliyev liderlik kapitalını şərtləndirən formulu reallaşdırmaq ustadlığını, müdrikliyi, cəsarəti, inam qazanmaq qabiliyyətini, səmərəli ünsiyyət yaratmaq bacarığını dəyərlər sistemini şəxsiyyətində birləşdirməklə bildirirdi. Ən ağır zamanlarda belə canından artıq sevdiyi Azərbaycanı bütün bəlalardan, bölünmək təhlükəsindən xilas edən Ulu Öndərin mahir idarəetmə bacarığını tamamlayan Onun xalqına, Vətəninə, torpağının hər qarışına, milli adət- ənənələrimizə mənəvi dəyərlərimizə bağlılığı idi. Onun istedadına, qətiyyətinə, özünəinam keyfiyyətinə paxıllıq duyğularını ətrafındakılar da hiss edirdilər. «Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər» kitabının müəllifləri V. Solovyov Y. Klepikova keçmiş İttifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: « Əliyev həqiqətən Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü təkcə milliyyətinə görə yoxTanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o , öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadırBacarıqlı natiq, bütün çıxışları proqram xarakteri daşıyan dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən Heydər Əliyevi müasirləri beynəlxalq aləmdə tanınan siyasətçi adlandırırdılar. SSRİ-nin sabiq xarici işlər naziri Andrey Qromıko SSRİ dövründə Baş nazirin birinci müavini, ən məhsuldar kadr kimi maraq doğuran Heydər Əliyevin bacarığını belə qiymətləndirirdi: « O, MK üzvlərinin əksəriyyətinə xas olan tərbiyəsizlik, həyasızlıq yüngülxasiyyətlilik kimi keyfiyyətlərdən uzaq idiÖz özümə düşündüm: Bu keyfiyyətlər Heydər Əliyevdə var. Sovet İttifaqını idarə etmək üçün məhz belə cavan enerjili rəhbər gərəkdirİngilis şairi tənqidçisi Samuel Consonun «Gələcəyi satın ala biləcək tək şey bu gündür» sözləri Ümummilli Lider Heydər Əliyev kimi müdriklər haqqında deyilmişdir. Vaxtdan səmərəli, yerində, zamanında məqsədyönlü istifadəyə diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyevin zəkasına, təcrübəsinə həsəd aparanlar çox idi. Konseptual proqramlar əsasında Azərbaycanın gələcək inkişafını təmin edəcək islahatlar aparan Ulu Öndər hələ sovetlər dövründə C.Naxçıvanski adına hərbi məktəbi yaratmaqla bu gün dünya birliyində ən qüdrətli ordulardan olan Azərbaycan Silahlı Qüvvələrini formalaşdırdı. Bu vəzifənin məsuliyyətini dərk etmək üçün bir məqamı xatırlayaq. O dövrdə SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış qərarına görə, ali hərbi məktəblər, əsasən, Rusiya, Ukrayna Belorusiyada fəaliyyət göstərirdi. «Bunları görəndə, düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz üçün ordudan təcrid olunuruq? nəticədə bu məktəbi yarada bildik... Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub mən özümü xoşbəxt hesab edirəm» söyləyən Ulu Öndər milli zabit kadrların yetişdirilməsinin, müdafiə qüdrətimizin təməlini qoydu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə «naxçıvanskilər» kimi tanınan təcrübəli hərbçilərimizin misilsiz rolu danılmazdır.

Çox təəssüf ki, bu nadir istedada qısqanclıqla yanaşanlar da olub. Tanrı ona zamanın bağlı saxladıqlarını görə bilmək qabiliyyəti vermişdi. 20 Yanvar 1990-cı il hadisələri zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya yeridilən qoşunları ölkənin suverenliyinə təcavüz adlandıran, SSRİ rəhbərliyində əyləşən günahkarların cəzalandırılmasını tələb edən Ulu Öndərin cəsarətindən ehtiyatlanan SSRİ-nin ilk sonuncu prezidenti Qorbaçov siyasi xadim Ulu Öndərə siyasi rəqib olanların sırasında adı ilk çəkilən ermənipərəstlərdən idi.

Kremlin məkrli oyunlarından sonra Vətəni Azərbaycana dönən, cəmiyyətə dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətini , hörmətini özlərinin süqutu hesab edənlər, onun Bakı küçələrində görünməsindən belə xoflananlar bu müdrik insanın paytaxtdan uzaqlaşdırılması üçün hər cür rəzilliyə əl atdılar. Böyüyüb boya -başa çatdığı Naxçıvanda yaşadığı, muxtar respublika Ali Məclsinin Sədri işlədiyi dövrdə belə Ulu Öndərə qarşı təxribatlarından əl çəkməyən səbatsızlar Ermənistan tərəfindən blokadaya alınan naxçıvanlıların ərzaq yanacaqla təminatına da əngəl törədirdilər. Bütün çətinliklərə baxmayaraq zəkasının qüdrəti ilə maneələri aşan Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin nüfuzu sayəsində qonşu İran Türkiyədən ayrılan yardımlar hesabına müxtar respublikanın üzləşdiyi çətinliklər aradan qaldırıldı. «Ümid körpüsü» salındı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi bərpa olundu, həmvətənlərimizin birliyinə hesablanmış 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Naxçıvan şəhərində bir neçə müddətdən bəri fəaliyyətsiz qalmış təyyarə limanının «donu» açıldı. Bakıda Naxçıvan nümayəndəliyi fəaliyyətə başladı. İnsanları bir məqsəd, amal naminə ətrafına toplayan Yeni Azərbaycan Partiyası təsis olundu.

İqtidarda olduqları dövrdə səriştəsiz rəhbərlərlə danışıqlara əhəmiyyət verməyən xarici qonaqların, jurnalistlərin Azərbaycanda baş verən hadisələrin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutmaları, o zaman muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etmələri, insanların Ulu Öndərə böyük ümid bəsləmələri o dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyünü qısqandırırdı. Lakin azərbaycançılıq məfkurəsinin, xalqın milli ruhunun, şüurunun, təfəkkürünün, tarixi yaddaşının formalaşması, cəmiyyətin təkmilləşməsi, demokratikləşməsi, bazar iqtisadiyyatının prinsiplərinə əsaslanan qüdrətli dövlətin qurulması üçün imkanlarından bacarıqla istifadə edən, taleyinin ən çətin anlarında sınaqlardan qətiyyəti, cəsarəti, zəkasının qüdrəti ilə çıxan bu böyük şəxsiyyət haqqında deyilən « Azərbaycan olduqca böyük təbii ehtiyatlara malik bir ölkədir. Bu qədim diyarın ən böyük sərvəti isə Heydər Əliyevdir» sözləri mənfur niyyətlərdən daha inandırıcı idi. «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» müdrik kəlamını həyatda reallaşdıran Ulu Öndər muxtar respublikanın erməni təcavüzündən qorunmasına da yenilməz sərkərdə kimi diqqət yetirirdi. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan, 70 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü işlərdən biri respublikanın sərhədlərinin , muxtar respublikanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran Türkiyə ilə əməkdaşlıq gücləndi. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən qoruyan, xalqını vətəndaş müharibəsindən xilas edən Ulu Öndər Heydər Əliyev uzaqgörənliyinin nəticəsi respublikamızın yeni iqtisadi-siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirməsi oldu. Heç bir dahinin, liderin ağlına gəlməyən, cəsarəti çatmayan «Əsrin müqaviləsi» kimi neft strategiyasını hazırlamaqla Azərbaycanın təbii sərvətlərinin dünya bazarlarına çıxarılması imkanlarını müəyyənləşdirdi. Ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması, «Üç dəniz əfsanəsi»nin reallaşması Ulu Öndər Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanılan vəsaiti dağınıq halda olan ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin daha bir uğuru oldu. Beynəlxalq təşkilatlarda təmsil olunmaqla , Lissabon Sammiti digər Zirvə görüşlərində məntiqli çıxışları, hədəfə hesablanmış təhlilləri ilə Qarabağ həqiqətlərini, erməni təcavüzkarlarının məkrli niyyətlərini dövlətçilik təcrübəsi, zəngin dünya görüşü ilə beynəlxalq ictimaiyyətə çatdıran Ulu Öndər özünün simasında dünyaya liderin prinsipiallıq fəlsəfəsini təqdim edirdi. Ölkənin təhlükəsizliyini, iqtisadi maraqlarını, hüquqi sistemin demokratikliyini, ədaləti formalaşdırdı. Vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Yaratdığı sağlam mühitdə soydaşlarımızda milli təfəkkürü, ideologiyanı formalaşdıran, ən böyük azərbaycanlı olduğunu torpağına bağlılığ ilə sübut edən, sevilən müdrik şəxsiyyət Heydər Əliyev Tanrının da seçdiyi bir insan olduğunu da təsdiqlədi. O illərdə cəsarət tələb edən, Ulu Öndərin dühasından qaynaqlanan taleyüklü məsələlərin həllini gələcək üçün təməl adlandıran Prezident İlham Əliyevin aşagıdakı sözləri bu baxımdan daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranırAntimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Heydər Əliyev 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan Azərbaycanda dövlət çevrilişlərinə cəhdləri qətiyyəti, xalqla birliyi sayəsində aradan qaldırdı. 2003-cü ildə keçirilən prezident seçkilərində ona göstərilən etimadı Ulu Öndər Heydər Əliyev siyasətinə inam adlandıran, andiçmə mərasimində Ümummilli Liderin ideyalarının daim yaşayacağını bildirən cənab İlham Əliyevin «Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır» sözləri artıq reallıqdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycanın yüksək nailiyyətlərə imza atması, ölkəmizin iqtisadi qüdrət, hərbi güc, beynəlxalq əlaqələrin genişlənməsi vəhdətində inkişaf etməsi, torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistan üzərində Qələbə çalması Ulu Öndərin ideyalarının gerçəkliyidir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına yönəlmiş hədəfinə 44 günlük Vətən müharibəsində nail olması, qazanılmış Zəfər mahiyyət etibarilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Şuşada, Xankəndidə, Xocalıda, bir sözlə, işgaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanan üçrəngli bayrağımız, bərpa etdiyimiz müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında qazandığımız yüksək mövqeyimiz Ulu Öndərin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi fədakarlığın məntiqi nəticəsidir.

Dahiliyi şərtləndirən amillər çox olsa da Liderin qiyməti varisliklə müəyyən olunur. Yəni, rəhbər başçılıq etdiyi dövlətin inkişafını bir neçə dəfə artırmaq üçün özünə layiq davamçılar yetişdirməlidir. Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2024.- 10 may, ¹82.- S.8.