Heydər Əliyev gender siyasəti

 

Ulu Öndər hər zaman qadınlarla kişilərin cəmiyyətin həyatında bərabər iştirakının ölkənin inkişafı üçün vacib olduğunu vurğulayıb

 

Bu gün Ümummilli Liderin şah əsəri xalqımıza ən böyük mirası olan müasir müstəqil Azərbaycan dahi şəxsiyyətin əbədiyaşar ideyaları əsasında möhtəşəm nailiyyətlərə imza ataraq yeni zirvələr fəth edir. Bu reallıq Azərbaycanın dünəninin, bugününün gələcəyinin Heydər Əliyev irsi ideyaları ilə bağlı olduğunu birmənalı şəkildə təsdiqləyir.

 

İstər SSRİ dönəmində, istərsə müstəqilliyinin bərpasından sonra Azərbaycanın inkişaf yoluna nəzər saldıqda görürük ki, ölkəmizin qurtuluşu tərəqqisi bilavasitə Heydər Əliyevin adı siyasəti ilə bağlıdır. Azərbaycanın bütün uğurlarında Ulu Öndərin imzası, irsi ideyaları öz əksini tapmışdır. Heydər Əliyev məqsədyönlü uzaqgörən siyasət həyata keçirməklə bütün sahələrdə parlaq nailiyyətlərin qazanılmasını təmin edərək yeni Azərbaycan reallığını ölkəmizin parlaq gələcəyinin etibarlı bünövrəsini yaratmışdır. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdəHeydər Əliyev İlielan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.”

 

Heydər Əliyev tarixi siyasi ənənələrə, milli-mənəvi ümumbəşəri dəyərlərə xüsusi önəm verməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan çox mühüm təşəbbüslər irəli sürüb. Onun xalqımızın zəngin ənənələrinə dəyərlərinə, dövlətçilik maraqlarına uyğun dövrün çağırışlarına adekvat cavab verən gender siyasəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət müasir cəmiyyət quruculuğunun, insan hüquqları azadlıqlarının qorunması istiqamətində atılan addımların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ulu Öndər həmişə gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirib.

Xüsusi qeyd etmək lazımdır ki, “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdırdeyən Heydər Əliyev hələ Sovet İttifaqı dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir. Eyni zamanda, dahi rəhbər öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir. Peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması bir sıra digər addımlar bu baxımdan böyük əhəmiyyətə malik olmuşdur.

Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə milli-mənəvi dəyərlərə, milli maraqlara mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilmişdir. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Azərbaycan qadınını heç vaxt unutmurdu, onların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirirdi. Eyni zamanda, Heydər Əliyev Azərbaycan qadınlarının beynəlxalq platformalarda təmsilçiliyinə xüsusi həssaslıqla yanaşırdı. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni, fəallığı yüksəlişi ilə fərqlənən mərhələ başlandı. 1994-cü ildə Heydər ƏliyevPekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqındaFərman imzaladı Azərbaycan qadınları bu konfransda yüksək səviyyədə təmsil olundu. Bu da respublika qadın cəmiyyətinin formalaşmasına güclü təkan verdi. 1995-ci ilin iyun ayında ölkəmiz BMT-ninQadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv edilməsi haqqındaKonvensiyasına qoşuldu öz üzərinə müvafiq öhdəliklər götürdü.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsireferendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq hüquqi aktlarda konvensiyalarda təsbit olunmuş əsas insan hüquq azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri öz əksini tapmışdır. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox Fərman sərəncamlar birbaşa dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəlmişdir.

Müdrik dövlət xadimi Heydər Əliyevin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, AzərbaycanınQadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğviKonvensiyasına qoşulması digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmişdir. Bir sözlə, Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın müasir demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin etmişdir.

Bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. Ulu Öndərimiz tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının müdafiəsi gender bərabərliyinin təminatı ilə bağlı böyük uğurlara nail olunub. İnsan hüquqlarının tərkib hissəsi olan qadın hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Ölkəmizdə qadın siyasəti sahəsində strategiyaların uğurla davam etdirilməsinə, qadınların ictimai həyatda fəal iştirakına idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu xüsusda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət qadın siyasətinin uğurlu inkişafı istiqamətində həyata keçirdiyi mühüm fəaliyyət  xüsusi vurğulanmalıdır. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qadın hüquqlarının müdafiəsi gender bərabərliyinin təminatı məsələsinə xüsusi önəm verilir, gender problemlərinin, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində uğurlu layihələr həyata keçirilir.

Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Bu gün yüksək yaradıcılıq potensialına malik Azərbaycan qadınları, xüsusən gənc qızlar göstərilən inam etimad müqabilində fəallıq nümayiş etdirirlər. Gələcəyimizə isə daha optimist, daha böyük ümidlərlə baxırıq. Çünki Azərbaycan qadınının möhtəşəm uğurları indidən hər birimizi fərəhləndirir. Bu inamın əsasında isə milli-mənəvi dəyərlərə bağlılıqla müasirliyin ahəngində uğurlar qazanan Mehriban xanım Əliyevanın timsalında gənc qızlarımıza örnək olan mübariz vətənpərvər Azərbaycan qadınları dayanır.

 

Cavid Əkbər

 

İki sahil.- 2024.- 10 may, ¹82.- S.13.