Ulu Öndərin xarici siyasətinin
möhtəşəm uğurları
Xarizmatikliyi, reallığı qiymətləndirmək
bacarığı, geosiyasi
hadisələrə çevik
münasibəti dahi rəhbərin liderlik missiyasının üstün
cəhətləri idi
Böyük dövlət adamlarının
çox mühüm siyasi üstünlükləri
ondadır ki, daxili siyasətlə bərabər, xarici siyasətdə də üstünlüklər əldə
edərək dövlətlərinin
siyasi manevr imkanlarını davamlı
olaraq artırırlar.
Həmin tendensiya qlobal dünya siyasətində fəal və çevik siyasət yürütməyin
əsas şərtidir.
Bu mənada Ulu Öndər Heydər Əliyev böyük bir yolu qısa müddətdə qət edərək ölkəmizə
yeni siyasi dividendlər qazandırmışdı.
Xüsusən artıq
tarixin arxivinə atılmış Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
bu böyük dövlət adamının
xarici siyasətində
başlıca yer tuturdu.
Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə
tarixi qayıdışından
sonra münaqişənin
aradan qaldırılmasına
nail olmaq üçün göstərdiyi
fəaliyyət genişmiqyaslı
idi. Dövlət başçıları və
nümayəndə heyətləri
ilə ikitərəfli
və eləcə də çoxtərəfli
yüksək səviyyəli
görüşlərdə, beynəlxalq forumlarda,
ATƏT-in zirvə toplantılarında , keçmiş Minsk qrupunun həmsədrləri ilə
aparılan müzakirələrdə,
həmçinin Ermənistan
prezidenti ilə təkbətək danışıqlarda
göstərdiyi ardıcıl
səylər Ulu Öndərin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi
və mahiyyəti, onun törətdiyi nəticələr dünya
birliyinə yaxşı
məlumdur. Bu münaqişə əzəli
Azərbaycan torpağı
olan keçmiş Qarabağı qoparıb özünə birləşdirməyə
çalışan Ermənistanın
Azərbaycana ərazi
iddiaları nəticəsində
yaranmışdır. 1988-ci ildə münaqişə
başlananda keçmiş
Sovetlər Birliyinin rəhbərliyinin Azərbaycana
qarşı ədalətsiz
və qərəzli mövqeyi, problemin qarşısını vaxtında
almaq istəməməsi
münaqişəni dərinləşdirərək
mühaibəyə çevirdi.
1991-1992-ci illərdə hərbi
əməliyyatlar geniş
vüsət almağa
başladı. Erməni
silahlı birləşmələri
ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Qarabağ
bölgəsində 613 nəfər
azərbaycanlının qətli
ilə nəticələnən
Xocalı soyqırımını
həyata keçirdi.
1992-ci ilin mayında isə bu hücumlar
Şuşanın, sonra
da Laçının
işğalı ilə
nəticələndi. Beləliklə,
erməni silahlı qüvvələri Yuxarı
Qarabağın ətrafındakı
rayonların da işğalına başladı.
BMT-nin Təhlükəsizlik
Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində
erməni silahlı birləşmələrinin işğal
etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və
qaçqınların öz
doğma yerlərinə
qaytarılması tələb
olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin
səylərinə və
çağırışlarına məhəl qoymayan Ermənistan Azərbaycan rayonlarını işğal
etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam,
Cəbrayıl, Qubadlı,
Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd
etmək lazımdır
ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti
beynəlxalq ictimaiyyət
tərəfindən pislənsə
də, faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar
kimi tanınmadı. Yalnız 1993-cü ildə
Pakistanın Kəraçi
şəhərində İslam
Konfransı Təşkilatının
21-ci konfransında Ermənistanın
təcavüzkar dövlət
olduğu bəyan edildi. Azərbaycana Ulu Öndərdən əvvəl rəhbərlik
edənlərin səriştəsizliyindən,
ölkədə baş
verən hərc-mərclikdən,
hakimiyyət uğrunda
gedən qanlı münaqişələrdən istifadə
edən Ermənistan Azərbaycanın əzəli
torpaqları olan Qarabağda qeyri-konstitusion
hakimiyyət stukturlarını
yaratmağa başladı.
Nəticədə Qarabağ
separatçıların və
Ermənistan silahlı
qüvvələrinin tam
hərbi nəzarəti
altına düşdü.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi
baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi
bütövlüyünün pozulması, torpaqların işğalı, digər
tərəfdən ölkənin
parçalanması təhlükəsi
qarşısında qaldığını
hiss edən xalq
özünün əbədi
lideri Heydər Əliyevi hakimiyyətə
gətirdi. Bu böyük siyasətçi
ölkədə baş
qaldırmış separatçı
qüvvələri, Azərbaycan
dövlətçiliyinə, müstəqilliyinə, ərazi
bütövlüyünə qəsdlər törədən
cinayətkar qrupları
zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi
sabitliyi, dövlət
ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini,
ərazi bütövlüyünü
qorumaq, ölkədə
ictimai-siyasi sabitliyə
nail olmaq istiqamətində təxirəsalınmaz
vəzifələrindən biri davam etməkdə
olan Ermənistan-Azərbaycan
münaqişəsi ilə
bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində Milli Ordumuzun formalaşdırılması və
döyüş qabiliyyətinin
yüksəldilməsi, torpaqlarımızın
müdafiə olunması
üçün genişmiqyaslı
tədbirlərin həyata
keçirilməsi hərbi
qarşıdurmada tarazlıq
yaratdı. Cəbhə
bölgəsindəki yeni
vəziyyət erməni
tərəfini atəşin
dayandırılması barədə
ciddi düşünməyə
vadar etdi. Məhz Ulu Öndərin
təşəbbüsü, qətiyyəti, əzmkarlığı
və uzaqgörənliyi
nəticəsində 1994-cü il may ayının
12-də atəşkəs haqqında
razılaşma əldə
olunmaqla beş ildən artıq davam edən hərbi əməliyyatlar
dayandırıldı, münaqişənin
sülh yolu ilə aradan qaldırılması üçün
ilkin şərait yarandı.
Atəşkəsə nail olduqdan sonra
ölkənin dirçəldilməsi,
dövlətin güclənməsi
kimi strateji hədəflərə doğru
irəliləyiş baş
verdi. Azərbaycanın
dövlət başçısı
məsələnin sülh
yolu ilə həllinə tərəfdar
olduğunu bildirdi və Onun gərgin
fəaliyyəti nəticəsində
ATƏT-in Minsk qrupu çərçivəsində
intensiv sülh danışıqları aparıldı.
ATƏT-in 1994-cü il
Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin
dinc və siyasi yollarla həlli istiqamətində
bir sıra mühüm təkliflər
irəli sürüldü.
Xüsusilə 1996-cı ildə
ATƏT-in Lissabon Zirvə görüşü
zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində
Azərbaycanın mövqeyi
Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən
qəbul edildi, tanındı və müdafiə olundu. Ulu Öndər 1993-cü ildən 2001-ci ilədək
68 ölkənin prezidenti
və dövlət başçısı ilə
485 görüş keçirmiş
və görüşlərin
hamısında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi müzakirə
olunmuşdur. Konkret rəqəmlərlə ifadə
etsək, Heydər Əliyev ABŞ-ın prezidenti, dövlət katibi ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə
78 dəfə müzakirə
etmişdir. BMT-nin baş katibləri ilə onlarla görüş olmuşdur,
NATO-nun, Müstəqil
Dövlətlər Birliyinin
Zirvə görüşlərində,
İslam Konfransı Təşkilatının iki,
İqtisadi Əməkdaşlıq
Təşkilatının dörd
Zirvə görüşündə,
Türkdilli ölkələrin
dövlət başçılarının
Zirvə görüşlərində
hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini
gündəliyə çıxarmışdır.
Beynəlxalq münasibətlər sistemində
Heydər Əliyev şəxsiyyəti tam qəbul olunurdu. Onun siyasətdəki xarizmatikliyi, reallığı
qiymətləndirmək bacarığı,
geosiyasi hadisələrə
çevik münasibəti
və lazım gələndə müdaxiləsi bu böyük siyasətçiyə
dünya liderləri arasında inam, etimad qazandırmışdı.
Rusiya prezidentləri Boris Yeltsin və
Vladimir Putin onun
şəxsiyyəti və
beynəlxalq siyasətdəki
təcrübəsi qarşısında
ehtiram göstəridilər.
Eyni zamanda, dünyanın aparıcı
ölkələri ABŞ, Fransa,
Böyük Britaniya rəhbərləri Heydər
Əliyevin o çətin
və mürəkəb
dövrdə Azərbaycan
dövlətini necə
ustalıqla idarəetməsindən
və onu iflasdan qurtarmaq bacarığından heyranlıqlarını
gizlətmirdilər. Məhz
Onun bu siyasi
ustalığı və
nüfuzu sayəsində bu
gün Avropanın enerji təminatçısı
kimi çıxış
edən Azərbaycan dövləti «Əsrin müqaviləsi»ni imzalamaq
imkanı qazandı. Daha sonrakı illərdə isə Ulu Öndərin həyata keçirmək istədiyi qlobal enerji layihələri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı –Tbilisi-Ərzurum qaz
kəməri reallaşmağa
başladı.
Ulu Öndərin
uğurlu xarici siyasətini zamanına və məkanına görə təkmilləşdirən,
onu müasir prioritetlərə uyğun
şəkildə inkişaf
etdirən Prezident İlham Əliyev son 21 ilə yaxın müddətdə
həyata keçirilən
siyasi-iqtisadi islahatlar saəyəsində güclü
və qüdrətli bir Azərbaycan dövləti qurmuşdur.
Xüsusilə ordumuz
2020-ci ilin sentyabrın
27-də başlayan 44 günlük
tarixi savaşda tarixi Zəfər qazanaraq işğalçı
Ermənistanı və
onun havadarlarını
diz çökdürdü.
Nəticədə torpaqlarımızın
30 illik işğalına
son qoyuldu. 2023-cü ilin 19 sentyabrında başlayan və cəmi bir gün
çəkən lokal
antiterror tədbirləri
nəticəsində isə
Xankəndidəki terrorçu-separatçı xunta ləğv edildi. Üçrəngli dövlət
bayraqlarımız Xankəndidə,
Xocalıda, Agdərədə,
Əsgəranda, Xocavənddə
dalğalandı. Xankəndidə
qalib Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Bir sözlə, işğalçı Ermənistanın
həm hərb meydanında, həm də geosiyasi məkandakı iflası bir daha göstərdi
ki, Azərbaycan regional gücdür, şərtlər diktə
edən söz sahibidir.
Ölkəmizin belə tarixi qələbələri və
sürətli ikişaf
tendensiyası bu faktı bir daha təsdiqlədi ki, Ulu Öndərin
2003- cü ili oktyabrında Ali Baş Komandanımız İlham Əliyevlə bağlı xalqa müraciəti də böyük uzuqgörənlik imiş.
Xatırladaq ki, Ulu Öndər 2003-cü il oktyabrın 1- də prezident seçkiləri ərəfəsində
xalqa müraciətində demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq,
qarşıdan gələn
prezident seçkilərində
prezidentliyə namizəd,
mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm.»
Bəli, bugünkü
Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi güclü, qüdrətli, qalib Azərbaycandır. İkinci
Qarabağ müharibəsindəki
tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə
qaytardı. Bu gün qalib ölkənin müzəffər
xalqı kimi qürurluyuq. Alnımız
açıq, başımız
ucadır. Xalqımız
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan
Ordusuna minnətdarlığını
ifadə edir. Eyni zamanda Ulu Öndərin
siyasi kursuna yüksək sədaqət
göstərərək Ali
Baş Komandanımızla
həmrəylik və
birlik nümayiş etdirir.
Elçin Zaman
İki sahil.- 2024.- 10 may, ¹82.- S.10.