Məktəblərdə klassik musiqinin
tədrisi
İnsanda estetik tərbiyənin, mədəniyyətin formalaşmasında,
hər bir fərdin şəxsiyyət
kimi yetişməsində
müsiqinin rolu danılmazdır. Müasir
təlim-tərbiyə konsepsiyasında
gənc nəslin incəsənət vasitələri
ilə tərbiyəsinə
xüsusi diqqət yetirilməsi, forma və metodlarının optimal şəraitə uyğunlaşdırılması daim yenilik tələb
edən tədqiqatlardandır.
Pedaqogika elmləri doktoru, professor J.Qədimovanın «Musiqinin
tədrisi metodikası»
dərsliyində qeyd edildiyi kimi, təhsil illəri şüurun təkmilləşməsi,
öyrənmək həvəsinin
formalaşdırılması baxımından ən optimal, emosiyalara maksimum açıq dövrdür. Burada müasir təşkil olunmuş tədris və tərbiyə prinsipləri, əlbəttə
ki, həlledici rol oynayır”.
Şagirdlərdə klassik musiqiyə marağın və qavrama duyğularının mənəviyyatlarının zənginləşməsi, bədii zövq və təfəkkürlərinin inkişafı, düşüncə və fikirlərinin düzgün istiqamətə yönəldilməsi, bəşəri klassik musiqinin forma və janrları barədə biliklərin toplanması ilə birbaşa bağlıdır. Sadə təhlil aparmaq bacarığına yiyələnmək üçün orta təhsil məktəblərində, kolleclərdə klassik musiqisinin tədrisi böyük əhəmiyyət kəsb edir.
Klassik musiqi güclü təsir vasitəsidir. Klassiklər səslərin
və intonasiyaların dilindən istifadə edərək
insanların bütün hiss və duyğularını
çatdıra bilirlər. Klassik musiqini dərk edən insan səs
formasına bürünən dünyanın bütün
gözəlliklərini, zənginliyini dərk edir. Müəyyən
bir əsərə xas olan bədii həyəcanların təsiri
insanda müsbət hissləri oyadır. Klassik bəstəkarlar
öz ideyalarını əsrlərin süzgəcindən
keçən və ölməzlik ruhu qazandıran bədii
formaya uyğunlaşdırmağı bacarıblar. Yüz illərlə
yaşam haqqı qazanan sehrli melodiyalar bu gün də
insanların qəlblərində yer alır, yaşamağa
ruhlandırır, heyrətləndirir. Buna görə də
klassik musiqidən istifadə, onun təbliği dolğun və
harmonik şəxsiyyətin formalaşmasında zəruri və
çox mühüm vasitədir.
Kiçik yaşlarından başlayaraq
musiqi tərbiyəsi prosesində klassik
musiqi nümunələrindən istifadə etməklə
şagirdlərimizin musiqi qabiliyyətlərinin
inkişafında müəyyən irəliliyişə
çatmaq mümkündür. Bu məqsədlə klassik
musiqi janrlarının məktəbdə istifadə
olunmasının imkan və yollarının düzgün təyin
edilməsinin xüsusi əhəmiyyəti vardır.
Təcrübə göstərir ki, şagirdlər
müasir musiqi janrlarına (pop, rok, rep) daha çox meyl
göstərirlər. Buna görə klassik musiqinin tədrisi
prosesində şagirdlər tərəfindən klassik musiqini
daha yaxşı, daha asan və dərindən mənimsəməsi
və klassik musiqi ənənələrinin onların
şüurunda yer alması üçün müasir
janrların klassik musiqi janrları ilə sintez şəkildə
tədris etmək daha faydalı olar.
Simfonik,
opera, kamera və vokal
musiqi janrları yeniyetmələrin ümumi inkişafında
böyük rol oynayır. Klassik musiqi nümunələrinin
dinlənilməsi və təhlili şagirdlərin yüksək
bədii zövqünü formalaşdırır, həm də
onların bədii təfəkkürlərinin və musiqi
qabiliyyətlərinin inkişafına təkan verir. Şagirdlərin
musiqi qabiliyyətləri dedikdə musiqini eşitmə qabiliyyəti,
lad və ritm hissiyatını, harmonik və tembr eşitmə
qabiliyyətlərinin inkişaf edilməsi nəzərdə
tutulur. Gənclərdə klassik musiqiyə marağın
formalaşdırılması üçün
dünyagörüşünün, mənəvi, musiqi ilə
ünsiyyət ehtiyacının nəzərə
alınması önəmlidir. Ümumtəhsil məktəblərində
icbari «Musiqi» fənninin tədrisində klassik musiqinin proqrama
salınması bu sahə üzrə çalışan
pedaqoqlar üçün həmişə aktual olub.
V.A.Suxomlinskinin fikrincə,
musiqi təhsili olmadan
tam zehni inkişaf mümkün deyil. Musiqi təhsilinin əsasını
isə klassik musiqi təşkil edir. Orta məktəblərdə
tədris edilən «Musiqi» fənni klassik bəstəkarların
əsərlərinin təbliği baxımından yeganə
vasitədir. Məktəblilərin yalnız kiçik bir hissəsi
konsert salonlarına, filarmoniyalara və musiqili teatrlara gedir. Evdə
uşaqlar ən çox televizor, kompüter oyunları və
radio musiqisi ilə məşğul olurlar. Bu cür musiqi
monotonluğu uşaqların zehnində tərəddüdlər
yaradır. Halbuki, klassiklərlə tanışlıq
yaxşı bədii zövqün və ciddi musiqiyə
marağın formalaşması yolunda bələdçidir.
Uşaqların ibtidai siniflərdən başlayaraq tərbiyə
aldığı musiqi dili ən asan, ən başa
düşülən və gözəl olmalıdır.
Çünki bu «musiqi dilindən» istifadə yeniyetmələrin
daxili aləmlərini zənginləşdirəcək,
yaddaşı, diqqətini, nitqini inkişaf etdirəcək ən
səmərəli metoddur.
Şagirdlərdə klassik musiqini dinləmək
marağını artırmaq məqsədilə onların
kollektiv şəkildə opera və balet teatrına, filarmoniya
və müxtəlif konsert salonlarına getmələri
çoxlu miqdarda klassik musiqi əsərlərinin dinləmələri
təşkil edilməlidir. Bununla şagirdlərin
dünyagörüşləri bir daha artır və
onların hər bir musiqi əsəri haqqında müstəqil
fikir söyləmələrinə imkan yaranır.
Hamıya
yaxşı məlumdur
ki, məktəblilər ciddi klassik sənəti birmənalı
şəkildə qəbul etmirlər. Yeniyetmələrin
klassik musiqiyə tələbatının olmaması ilə
bağlı vəziyyət əsasən onların yaş
xüsusiyyətləri ilə bağlıdır. Son onilliyin tədqiqatçılarının
əsərlərində musiqi mədəniyyətinin
inkişafının müasir tendensiyaları nəzərə
alınmaqla, «ciddi musiqiyə» «yüngül musiqi» vasitəsilə
daxil olmaq ideyası daha da inkişaf etdirilir. Yeniyetmələrin
klassik musiqiyə cəlb olunması üçün müasir
musiqinin tədrisində klassik əsərlərdən istifadə
faydalı ola bilər.
Ümumtəhsil məktəblərində musiqi dərslərində
müəllim qarşısında duran vacib məsələlərdən
biri də şagirdlərə klassik musiqini dinləmək vərdişlərini
aşılamaqdır. Təcrübə göstərir ki,
musiqini dinləmə qabiliyyəti tədrisin məzmununun
ayrılmaz hissəsidir. Çünki, musiqinin canlı,
obrazlı sənət kimi qavranılması həyatla
qırılmaz şəkildə bağlıdır. «Musiqi dinləmə»
vərdişi dərsin ayrı bir bölməsi olmaqla
yanaşı, həm də xorla mahnı ifasında,
improvizasiyalarda, musiqi haqqında düçüncələrdə,
təhlildə özünü göstərən
aparıcı fəaliyyətdir. Ona görə də
uşaqların musiqi inkişafı kompleksli şəkildə
aparılmalıdır.
Musiqi dərslərində Azərbaycan
və dünya klassik əsərlərinin
dinlənilməsi, həmçinin müxtəlif musiqi
janrları ilə nəzəri və əyani
tanışlıq şagirdlərin musiqi-estetik zövqlərini
inkişaf etdirir və yüksəldir. Lakin bunun
üçün dinləmə başlıca şərt olsa
da onu təhlil etmək və qiymətləndirmək vacibdir.
Dərsin
dinləmə mərhələsi
şagirdlərin musiqi zövqünü,
hisslərini, emosiyalarını yüksək əhval-ruhiyyədə
tərbiyə edir. Klassik musiqi əsərləri nə qədər
çox dinlənilirsə eşitmə və yaddaşda
saxlama qabiliyyətləri bir o qədər təkmilləşir,
əsərin özünəməxsus xüsusiyyətlərinə
dəyər vermək bacarığını təkmilləşdirir.
Müxtəlif dövrlərdə
yaşayıb-yaratmış korifey bəstəkarların fərqli
üslubda və janrlarda yazılımış əsərlərinin
dinlənilməsi həmin dövr haqqında məlumat almaq
imkanlarını da artırır.
Qavrama –
bədii yaradıcılıq
prosesinin fəaliyyəti kimi musiqi təhsilinin nəzəriyyəsi
və praktikasında ən mühüm sahələrdən
biridir. Musiqini qavrama problemi subyektiv olduğuna görə ən
mürəkkəb prosesdir. Musiqini qavrayarkən insan onun
gözəlliyini və digər tərəflərini (ritm,
ölçü, temp, xarakterini və s.) hiss etməlidir. Sadəcə
dinləmə hələ musiqi-estetik qavrama deyil. Belə ki,
musiqini qavrama – müxtəlif səslərin mexaniki cəmi
kimi deyil, lakin musiqinin məzmununu (musiqili obrazların) bədii
bir vahidlik kimi eşitmək və emosional həyacanlanmaq
qabiliyyətidir.
Məktəblilər klassik musiqini, xüsusilə də
klassik musiqinin mürəkkəb janrlı əsərlərini
(sonata, simfoniya, opera və s.) özləri ifa edə bilməzlər.
Lakin uşaqların qavrama qabiliyyətləri nəzərə
alınmaqla onların ifaçılıq imkanlarından
istifadə mümkündür.
Nəzərə alamq lazımdır
ki, klassik musiqini anlamaq, başa düşmək emosiyaları
aktivləşdirir, istedadlarını üzə
çıxarır.
Başqa
sözlə deyilsə,
klassik musiqinin tədrisində pedaqoq bu
üsullardan istifadə etməlidir: Maraqlı giriş, şaxələndirmə,
müqayisəli təhlil, müzakirə və s. Yalnız
şagirdlərin estetik təcrübələri, problemli
düşüncələri ilə dolu olan musiqi dərsləri
onlar üçün maraqlı ola bilər. Şagirdlərlə
çalışanlar klassik musiqini sevdirməyi emosional
maraqlarla birləşdirməlidir. Məhz bu zaman istənilən
nəticəni almaq mümkün olar.
Arzu
Süleymanova,
Azərbaycan Dövlət
Pedaqoji
Kollecin müəllimi
İki sahil.- 2024.- 22 may, ¹90.- S.8.