Vətən müharibəsində tarixi Zəfər:

Əbədi qürurumuzun mənbəyi

 

Dünya hərb tarixində xüsusi yer tutan İkinci Qarabağ savaşında qazandığımız tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin nəticəsidir. Bu hadisə tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur.8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir.

Həmin tarixin üç qəhrəmanı var: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu "dəmir yumruğ"a çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir. Bu tarixi Zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər Sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti  vətənpərvərliyi sözdə deyil, döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı, alnımızdan xəcalət təri birdəfəlik silindi.

Vətən müharibəsindən sonra rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması qondarma rejimin buraxılması idi.

Bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən 2023-cü il aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərindəLaçınsərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşısoyqırım”, “blokadahumanitar böhranbarədə yalan əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.

Hər dəfə müzəffər ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş düşmən layiqli cəzasını almışdı. Lakin görünən o idi ki, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyildilər. Bu baxımdan üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.2023-cü il sentyabrın 19-20-də şanlı ordumuz gizli yollarla Ermənistandan daşıyıb gətirdiyi silahlarla Qarabağı qan çanağına döndərmək istəyən erməni separatçılarına qarşı lokal antiterror həyata keçirməyə başladı. İllərdən bəri atəş səslərinin kəsilmədiyi Qarabağa sülh gətirmək üçün hərbi qulluqçularımız torpaqlarımızdan çıxmaq istəməyən separatçıları məhv etmək məqsədilə böyük hünərlə döyüşə girdilər. Cəsur zabit əsgərlərimiz qısa müddət ərzində ermənilərin neçə vaxtdan bəri möhkəmləndirdikləri mövqelərini, çəkdikləri beton sədləri darmadağın etdilər. Əməliyyatların elə ilk dəqiqələrindən separatçılar ağır itki verib geri çəkildilər. Bu itkilər terrorçuların məğlubiyyətindən, ordumuzun zəfərindən xəbər verirdi. Artıq Qarabağda separatçıların, separatizmin sonu çatmışdı. Döyüş əməliyyatlarının ilk anlarından qələbəyə köklənmiş qətiyyət, əzmkarlıq özünü açıq şəkildə göstərdi. Antiterror  tədbirlərinə başlayandan 23 saat 43 dəqiqə sonra erməni separatçıları məğlubiyyətin rəmzi olan bayraq qaldırdılar. Düşmən sentyabrın 20-də ordumuzun gücü, qüdrəti qarşısında diz çökdü. Sentyabrın 19-u tariximizə separatçılara qarşı sonuncu döyüşün başlandığı gün kimi düşdü. Ermənilər Qarabağdan könüllü olaraq çıxdılar. Əli xalqımızın qanına batmış cinayətkarların "liderləri"nə isə qaçmaq şansı verilmədi onlar həbs edilərək Bakıya gətirildilər. Silahlı Qüvvələrimizin qazandığı qələbə uzun illər işğalda qalmış Ağdərəni, Əsgəranı, Xocavəndi, Xocalını, Xankəndini başqa yaşayış məntəqələrini erməni separatçılarından azad etdi. Zəfər dalınca Zəfər gəldi. Oktyabrın 15-də Xankəndiyə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını şəhərin mərkəzində dalğalandırdı. Bu hadisə bütün azərbaycanlıları sevindirdi. Qürurverici kadrları izlədikcə ürəyimiz iftixarla, fərəhlə doldu. İllərdən bəri xəyal etdiklərimizi Müzəffər Ali Baş Komandan qətiyyəti ilə, dəmir iradəsi ilə reallaşdırdı.

2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş Zəfər paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidəki Zəfər meydanında xalq, ordu, dövlət birliyinin təcəssümünü böyük Qələbəni təsdiqlədi. Qarabağda ucalan azadlıq bayrağı isə müzəffər ordumuzun şərəf əsəri, milli kimlik simvolu kimi dəyərləndirildi.

Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən qüdrətli hərbi gücləri sırasına yüksəlib. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşıb. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda sülhün təhlükəsizliyin təminatına bundan sonra da böyük töhfə verəcək. Hər zaman malik olduğu yüksək döyüş əzmi, ruhu dünya orduları arasında qabaqcıl mövqeyini qoruyub saxlamasına şərait yaradacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd edir. 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir: “İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmışKomandosilahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz gələcəkdə belə bir fikirdə ola bilməz.”

Tarixi faktlar, reallıqlar göstərir ki. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 21 il çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazılıb. Ulu Öndər Heydər Əliyevin  müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında suverenliyini tam təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. Qədirbilən xalqımız isə hər zaman öz Prezidentinə inanıb, güvənib və bütün dövrlərdə dövlət başçısına öz dəstəyini nümayiş etdirib. Şübhəsiz ki, bu cür qarşılıqlı inam şəraitində qətiyyətli Liderimiz hələ uzun illər Azərbaycanı daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2024.- 5 noyabr, ¹204.- S.2.