Mahirə Nağıqızının
bədii
yaradıcılığında “Ana” məfhumu
Ana məfhumu
bütün bəşər
övladı üçün
müqəddəs bir
sözdür desək,
yanılmarıq. Çünki
dünyaya göz açan hər bir canlı kimi insan da
ana bətnində inkişaf edib böyüdüyü, ana
fiziologiyası ilə
sıx bağlı olduğu üçün
anaya qarşı olan məhəbbət hər bir insan
üçün ülvidir,
əzizdir. Bu sevgi, bu məhəbbət
digər heç bir hislə müqayisəyə gəlməz.
Analıq və anaya olan hissi
isə hər kəs eyni cür
ifadə etmir.
Məhz elə təsadüfi deyil ki, tanınmış alim, şair, pedaqoq, ictimai xadim Mahirə Hüseynovanın yaradıcılığının şah damarını “ana” mövzusu və bu kəlimənin müxtəlif ifadə formaları, o cümlədən ana məfhumunun, ana məhəbbətinin və anaya məhəbbətin müxtəlif assosiasiyalarda ifadəsi təşkil edir.
Mahirə Nağıqızının indiyə qədər işıq üzü görmüş bütün şeir kitablarında anaya həsr olunmuş çoxsaylı şeirləri vardır. Şair bu şeirlərində öz anasına qarşı sevgisini, ürəyindəki iztirablarını, həmçinin ana məsləhətinə, ana böyüklüyünə olan ehtiyacını da ifadə etmişdir.
Mahirənin, ana, çəkmə dərdini,
Ürəyində yığma, bükmə dərdini...
Onun yaradıcılığında bəzən elə bədii təsvir vasitələrinə, elə afrizmlərə, didaktik mahiyyətli nümunələrə rast gəlmək olur ki, həqiqətən də insan qəlbinin ən incə hislərinə toxunaraq onu riqqətə gətirə bilir. Məsələn, “Anam sinəsində ocaq daşıdı.” ifadəsi ilə Mahirə xanım anasının çəkdiyi çətinlikləri, qatlaşdığı zəhmətləri ifadə etməyə çalışmışdır.
Görkəmli ziyalının şeirlərinin yüksək məziyyətlərindən biri də onun öz övladlarına, nəvələrinə, həmçinin bacı-qardaşları və onların övladlarına aid yazdığı şeirlərdə ifadə etdiyi ana məhəbbətidir. Hərçənd ki, bu tipli şeirlərində ana kəliməsi işlədilmir, bu onun qazanmış olduğu öz anasının övladlarına qarşı olan məhəbbət instinktidir ki, yalnız öz övladlarına deyil, digər doğmalarına da ana duyğuları ilə yanaşır. Bu qəbildən olan şeirlər oxucuya onu təlqin edir ki, ailə üzvləri arasındakı münasibətlərin ailənin bir ocaq kimi formalaşmağında verdiyi töhfə əvəzedilməzdir.
Ata baş qoyduğun ocaq daşındır,
Ana qəlb həmdəmin, dərd sirdaşındır,
Arxadı, dayaqdı, dağ qardaşındır
Bənzər topdağıtmaz saraya bacı.
Şair yalnız qan bağı olan ailə üzvlərinə deyil, vətən uğrunda canından keçən şəhidlərimizə də münasibətdə analıq hisləri, ana məhəbbəti ifadə edir, şəhidlərin analarının çəkdiyi iztirabları öz poeziyasında elə bir şəkildə ifadə edir ki, həmin ağrını, ana ürəyinin dağını bu şeirlərdə duymamaq mümkün deyil.
“Bir ana bətnindən düşüb, böyüyüb,
Min-min analara oğul oldular.”
Bu nümunədə şəhid
oğullarımızın əslində
yalnız öz ailə üzvlərinin deyil, bütün vədəndaşların
doğmasına, övladına çevrildiyinə işarə
edir.
Mahirə
Nağıqızı yaradıcılığında
ana kəliməsi nəinki sözün həqiqi mənasında
işlədilir, eyni zamanda müqəddəslik, böyük dəyər
ifadə etmək üçün də istifadə edir. Məsələn,
“ana dili”, “ana vətən”, “ana südü” kmi ifadələrdə
ana sözü müqəddəslik təcəssümüdür.
Bütün bunlarla bərabər
onu da qeyd etmək lazımdır ki, Mahirə
Nağıqızı yaradıcılığında “ana”
sözünün işləndiyi digər dillərdə olan
şeirlər də vardır. Xüsusən Türkiyə
türkcəsindəki aşağıdakı parça buna
misal ola bilər.
...Senin annen – demi Nazlı,
Düz dünyası güllü
turnam.
Mahirə
Nağıqızının bədii yaradıcılığı
yalnız poeziya ilə məhdudlaşmır, o, həmçinin
bir neçə hekayənin də müəllifidir. Həmin
hekayələri təhlil edərkən məlum olur ki, ədibin
nəsrində də
əsas obraz böyük əksəriyyət
hallarda “ana”dır, başqa sözlə desək, “ana” kəliməsinin
keçmədiyi hekayəsi yoxdur.
Müxtəlif yaradıcılıq nümunələrinin təhlilindən
görürük ki, Mahirə Nağıqızı
yaradıcılığının əsasını təşkil
edən “ana” məfhumu nəinki ana sözü ilə ifadə
olunur, eyni zamanda müəyyən situasiyalarda kəlimə
işlənməsə də, ana məhəbbəti,
qayğısı öz ifadəsini müxtəlif yollarla
tapır. Bu isə hələ kiçik yaşlarda Nazlı
ananın övladlarına aşıladığı, miras
qoyduğu ana məhəbbətinin nə qədər qüvvətli
olduğunun göstəricisidir. Müasir texnologiya əsrində
insanlar arasında ünsiyyətin, milli yaddaşımızda
kök salmış doğmalıq münasibətlərinin
get-gedə zəiflədiyi
bir dövrdə Mahirə xanımın
yaradıcılığındakı ana konteksti “ana” məfhumunun
nə qədər müqəddəs olduğunu yeni nəslə
aşılamaqda olduqca əhəmiyyətlidir.
Qanadın yox idi, amma mələkdin,
Bu elə, obaya, vallah, gərəkdin,
Ocaqdın, pir idin, din-bərəkətdin.
Qayıt
gəl, balanı yoxlamaq üçün.
Leyla Səfərova,
ADPU
Xarici Dillər Mərkəzinin müdir müavini,
Filologiya
üzrə fəlsəfə doktoru
İki sahil.- 2024.- 5 noyabr, ¹204.- S.4.