Bizim Əsas Qanunumuz…
12 Noyabr - Konstitusiya Günüdür!
Böyük qürur hissi ilə deyə bilərik
ki, qalib xalqımız müstəqil Azərbaycanın ilk
Konstitusiyasının qəbulunun 29-cu ilini Zəfər sevnci
ilə qeyd edir. Müstəqil Azərbaycanın Ümummilli Lider
Heydəri Əliyevin rəhbərliyi ilə hazırlanan ilk
Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul
edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də
qüvvəyə minib.
Bildiyimiz kimi, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlandı. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
1978-ci il
aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul
olundu. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci
yarısından etibarən çoxsaylı əlavə və
dəyişikliklər edildi. Bunun nəticəsində ilkin
redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə
dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası qəbul edilənədək qüvvədə
olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya
Aktının müddəalarına zidd olmayan hissələrdə).
1993-cü
ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biri müstəqil dövlətin
yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər
Heydər Əliyev demişdir: “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü –
icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır.”
Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya
Komissiyası tərəfindən müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası layihəsi
hazırlanmışdır. 1995-ci il noyabrın 12-də
keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak
etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul
edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas
Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə
minmişdir.
İlk
Konstitusiyanın milli dövlətçilik tarixində
müstəsna əhəmiyyəti nəzərə
alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15
dekabr tarixli Fərmanına əsasən hər il noyabrın
12-si Konstitusiya Günü kimi qeyd edilməyə
başlandı.
Konstitusiyanın
qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biridir. Konstitusiyamız
müstəqil dövlət quruculuğu prosesini tənzimləyən,
demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi,
sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri
özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində
hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi
sənəddir.
Müstəqil
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
prosesinə hüquqi baza yaratdı və onun inkişafına
güclü təkan verdi, hakimiyyət
bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.
İnsan və vətəndaş hüquqlarının,
azadlıqlarının müdafiəsini qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanları üzərinə
ümdə vəzifə olaraq qoydu. Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edilərkən
hüquqi dövlət quruculuğunun müasir meyillərinə
istinad olunmuş, ölkəmizin hüquq sistemi
üçün yeni bir təsisatın- konstitusiya ədalət
mühakiməsi orqanının yaradılması nəzərdə
tutulmuş, bu təsisatın dövlət hakimiyyəti
sistemində yeri və rolu müəyyənləşdirilmişdir.
Əsas
Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə
və vətəndaş cəmiyyətinin bərqərar
olmasına nail olmaq, qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, bazar
iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını
təmin etmək və s. bu kimi nailiyyətlər təsbit
olunmuşdu.
Konstitusiyanın
qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına
və onların təminatlarına həsr edilmişdir. Bir
çox beynəlxalq hüquqi sənədlər Azərbaycan
Respublikası Konstitusiyasının insan hüquq və
azadlıqlarını təsbit edən üçüncü
fəslinin əsasını təşkil etmişdir. Əsas
Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların
hüquq və azadlıqları geniş təsbit
olunmuşdur.
Dəyişilən
sosial-siyasi reallıq səbəbindən və əldə
olunan uğurların möhkəmləndirilməsi məqsədilə
Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər
edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də
referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu
il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə
və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan
dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən,
vətəndaşların hüquq və azadlıqlarına
daha etibarlı təminat verilməsindən, sosial dövlət
prinsiplərini təsbit etmək imkanlarının daha da
genişlənməsindən irəli gəlirdi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş
referendumla Konstitusiyada üçüncü dəfə əlavələr
və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində
edilən 41 əlavə və dəyişiklik müxtəlif
sahələri əhatə etməklə, ali dövlət
hakimiyyəti, məhkəmə hakimiyyəti
orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə,
insan hüquqları və azadlıqlarının daha səmərəli
təmin edilməsinə, hüquq və azadlıqların
müdafiəsində dövlət və bələdiyyələrin
məsuliyyətinin artırılmasına yönəlmişdir.
Son dəyişikliyə əsasən, idarəetmə sistemində
yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı.
Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və
hakimiyyət idarəetmə mexanizmində funksional institut
olaraq yenilənən respublikanın yeni idarəetmə modeli
oldu.
Bu gün
xalqımız 12 Noyabr-Azərbaycan Respublikasının
Konstitusiya Gününü qalib xalq kimi böyük sevinc hissi
və xoş bayram ovqatı ilə qeyd edir.
Zahid
Rza
İki
sahil.- 2024.- 8 noyabr, ¹207.- S.8.