Həsrətin bitdiyi şərəfli
gün
Abadlaşan və gözəlləşən
Kəlbəcər xoşbəxt gələcəyə
doğru inamla addımlayır
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi şərəfli gün kimi yazılıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Rayon
1993-cü il aprelin 2-də
o zamanıkı AXC-Müsavat
hakimiyyətinin bacarıqsızlığı səbəbindən erməni işğalçıları tərəfindən
işğal olunmuşdu.
İşğal nəticəsində
511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və
itkin düşmüşdü.
Artıq Azərbaycanın
dilbər guşələrindən
olan Kəlbəcərin
işğaldan azad edilməsinin dörd illiyi ərəfəsindəyik.
İkinci Qarabağ müharibəsinin ən yüksək zirvəsi olan Şuşa şəhərinin işğaldan
azad olunması artıq Ermənistanda qorxu və ciddi
narahatlıq yaratmışdı.
Onlar anlayırdılar
ki, Şuşa kimi alınmaz
qalanı fəth edən Azərbaycan Ordusunun qarşısında bundan sonra heç bir qüvvə dayana bilməz. Ona görə də 2020-ci ilin noyabrın 10-da Ermənistan
kapitulyasiya aktını
imzalamağa məcbur
oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları
üçtərəfli Bəyanatda
öz əksini tapdı. Bəyanata əsasən, Kəlbəcər və Laçın rayonları,
Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli
şəkildə Azərbaycana
təhvil verildi. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər
şəhəri də
daxil olmaqla rayonun 147 yaşayış
məntəqəsi işğaldan
azad edildi.
Müzəffər Ali Baş Komandanımız
İlham Əliyev
2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində
üçrəngli Dövlət
Bayrağımızı ucaltdı
və çıxışında
bu tarixi hadisənin əhəmiyyətindən
bəhs edərək dedi: «Ermənilər
30 il ərzində bizim torpaqlarımızı
ancaq istismar edirdi, təbii sərvətləri talayırdı,
evləri dağıdırdı,
sökürdü. Sonra
da deyirdi ki, bura erməni
torpağıdır. Bura
heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç
vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni
torpağımızdan qovaraq,
düşmən ordusunu
məhv edərək,
qəhrəmanlıq, fədakarlıq
göstərərək qayıtmışıq.»
Otuz bir
il əvvəl məcburi köçkünə
çevrilərək respublikanın
56 rayonunun 770 yaşayış
məntəqəsində müvəqqəti
məskunlaşmış kəlbəcərlilər
doğma yurda qayıdacaqları günü
səbirsizliklə gözləyirlər.
Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu
kimi, Kəlbəcərdə
də genişmiqyaslı
bərpa-quruculuq işləri
aparılır. Həmin
layihələr sırasında
Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb
edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən
bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin
avqustun 16-da Kəlbəcər
rayonuna səfərləri
zamanı Toğanalı-Kəlbəcər
avtomobil yolu üzərində - Murovdağda
inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq «Kəlbəcər»
yarımstansiyasının açılışı
olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr
uzunluğundakı tunelin
tikintisinə start verilib.
Ötən il
iyunun 26-da Azərbaycan
Prezidenti Kəlbəcər
rayonunda yeni tikilmiş «Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin
Baş planı ilə tanış olub. Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər
Rəqəmsal İdarəetmə
Mərkəzinin, rayondakı
su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli
qoyulub.
Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş
bayrağının verilməsinə
həsr olunmuş təntənəli mərasimdə
çıxış edən
Müzəffər Ali
Baş Komandanımız
bu tədbirin xüsusi məna daşıdığını vurğulayıb: «Bu gün bu hərbi
hissənin açılması
bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru
bərpa edəcəyik.
Artıq bu proses başlamışdır
və ilk növbədə, bu bölgədə - Qarabağda
və Şərqi Zəngəzurda bizim hərbi gücümüz
daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır,
rəmzi məna daşıyır».
Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən
biri də «İstisu» sanatoriyasıdır.
Təməlqoyma mərasimində
Azərbaycan Prezidentinin
də iştirak etdiyi İstisu qəsəbəsində yeni
gözəl mehmanxana və müalicə mərkəzi yaradılır.
Ölkəmizin başçısı keçən
ilin mayın
27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, «Qamışlı» və «Meydan» Kiçik Su Elektrik stansiyalarının
açılışlarında, yaşayış məhəlləsinin
və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma
mərasimlərində iştirak
edib. 2023-cü ilin avqustun 25-də
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər
ediblər. Səfər
çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub,
Zar kəndinin təməli qoyulub.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Kəlbəcərə
hər səfəri əlamətdar olur. Çünki dəniz səviyyəsindən çox
yüksəklikdə, uca
dağlar qoynunda yerləşən Kəlbəcərdə
aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün
xüsusi bir təntənəsidir. Prezident
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2024-cü ilin
sentybarın 2-də Kəlbəcərə
növbəti səfərləri
də bu baxımdan əlamətdar
oldu. Ölkə başçısı Tərtər
çayı üzərində
yerləşən 22,5 MVt
gücündə «Yuxarı
Vəng» və 4,3 MVt gücündə «Zar» su-elektrik stansiyalarının, «İstisu»
mineral su zavodunun açılışında
iştirak etdi. «İstisu zavodunun təməli 2022-ci ilin iyununda qoyulmuşdu və onun istifadəyə
verilməsi göstərir
ki, artıq Kəlbəcərin iqtisadi
potensialı hərəkətə
gətirilir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və onların bir qismi Kəlbəcərin payına düşür.
Su-elektrik stansiyalarının
inşası həm də Qarabağ və Şərqi Zəngəzurdakı yaşıl
enerjinin yaradılmasının
təsdiqidir.
Dövlət başçısı
Kəlbəcər şəhərində
inzibati binanın, ikinci yaşayış kompleksinin və İstisu
qəsəbəsinin təməlini
də qoydu. İkinci yaşayış
kompleksində 160 ailənin
yaşaması planlaşdırılır.
Şəhərdə birinci
yaşayış kompleksinin
inşası isə davam edir və
tezliklə öz doğma sakinlərini qarşılayacaq.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri əzəmətli,
nəhəng və genişmiqyaslıdır. Prezident
İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza
mütəmadi səfərləri
də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi
diqqət və nəzarətində saxlayır.
Elçin Zaman
İki sahil.- 2024.- 22 noyabr, ¹214.- S.3.