Əgər Zəngəzur
varsa!...
Dekabrın 5-6-da Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı ilə
«Qayıdış hüququ – Ermənistandan zorla
çıxarılan azərbaycanlılar üçün ədalətin
təşviqi» mövzusunda keçiriləcək ikinci beynəlxalq
konfransda xalqımızın əsrlər boyu məruz
qaldığı etnik təmizləmə siyasəti,
qırğınlar, soyqırımlar, siyasi, ekoloji terrorlar,
tarixi abidlərimizə qarşı törətdilən vəhşiliklər,
soydaşlarımızın doğma torpaqlarına
qayıdış hüququnun sülh yolu ilə rəsmiləşdirilməsi
məsələləri müzakirə ediləcək
Qərbi Azərbaycan İcmasının
inzibati binasının açılış mərasimində
ötən əsrdə bir neçə dəfə
daşnakların etnik təmizləmə siyasətinin,
deportasiyaların qurbanı olan soydaşlarımızın
ata-baba yurdlarına qayıdacağını inamla bildirən
Prezident İlham Əliyevin sözləri bu gün də Ermənistanda
vahimə yaradır.
Həmin mərasimdəki çıxışı ilə Qərbi Azərbaycana qayıdışın yol xəritəsini müəyyənləşdirən dövlət başçımızın vurğuladığı kimi, tarixi silmək üçün azərbaycanlıların əsrlər boyu yaşadıqları şəhər və kəndlərin adlarını dəyişdirib özününküləşdirməklə, başqalarının torpaqlarına yiyələnməklə özlərinə dövlət quran ermənilərin cəhdləri baş tutmayacaq. 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, ötən ilin sentyabrında Qarabağda separatizmə qarşı aparılan qısamüddətli antiterror tədbirləri, ən başlıcası isə xalqımızın yaddaşı, torpaq həsrətinin tükənməzliyi, Vətən sevgisi Qərbi Azərbaycana qayıdışın uzaqda olmadığını göstərir.
Əzəli, əbədi torpaqlarımız olan Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da erməniləşdirmə siyasətini aparmaqla soydaşlarımızı ata-baba yurdlarından zorla, kütləvi qırğınlar törətməklə çıxaran daşnaklar tarixdə görünməyən soyqırımlarla vəhşiliklərini davam etdirmişlər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi, 1988-ci ildə 300 minə yaxın artıq soydaşımızın Qərbi Azərbaycandan çıxarılması xalqımıza qarşı növbəti cinayət olsa da bu gün ermənilər üçün göz yaşı axıdanlar o illəri, ən azından Xocalı faciəsini xatırlamaq istəmirlər. «Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan» sözləri ilə tarixi ərazilərimizə qayıdacağımız vədini verən Prezident İlham Əliyev bu ədalətsizliyə göz yummayacağını da bildirir. 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası prosesində Azərbaycanın Mil-Muğan bölgəsində yerləşdirilən soydaşlarımızın əksəriyəti Vətən həsrətinə, iqlim dəyişikliyinə dözməyərək vəfat etdi. 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və doğma yurdlarından qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, tarixi Azərbaycan torpaqları olan Qarabağa və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir” . «Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur» söyləyən dövlət başçımız torpaqlarımızın itirilməsi ilə heç vaxt razılışmayacağımızı da bildirir.
Ötən əsrin sonlarına qədər mərhələlər üzrə aparılan etnik təmizləmə nəticəsində Qərbi Azərbaycanda ancaq azərbaycanlıların yaşadıqları 300-dən çox şəhər və kənd 3 il ərzində boşaldıldı. Soydaşlarımızın əmlakları , yaşadıqları evlər erməni dığaları tərəfindən mənimsənildi. Xalqımıza qarşı törədilən erməni qəddarlığı heç bir sözlə ifadə olunmayan qədər dəhşətli vəhşiliklər idi. Qarabağın və Şərqi Zəngəzurun işğalı isə xalqımızın məruz qaldığı ən ağrılı faciəmiz idi. «Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər» sözləri ilə ATƏT-i , Avropa İttifaqını (Aİ) Fransanı, Almaniyanı, ermənipərəst dairələri ikili standartlardan əl çəkməyə çağıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisə, torpaqlarımıza sahiblənmək ruhumuzun əbədiyaşar ifadəsidir.
Guya COP29-da iştirak üçün Bakıya gələn, konfransın mahiyyətindən kənar ermənipərəst təxribatçı çıxışları ilə Azərbaycanla bağlı əsassız ittihamlar səsləndirən Almaniyanın xarici işlər naziri Annalena Berbokun bir qədər əvvəl ölkəmizdə olarkən Qərbi Azərbaycandan olan soydaşlarımızla görüş təklifindən yayınması illərdən bəri xalqımıza edilən ədalətsizliyin ifadəsidir. İşğalçı Ermənistana, separatizmə, revanşist qüvvələrə dəstək bu günlərdə də davam edir.
Artıq bütün beynəlxalq ictimaiyyət də başa düşür ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış günahsız insanlardır. Amma Fransa , Almaniya kimi bəzi Qərb dövlətləri bu reallıqdan qorxaraq soydaşlarımızın doğma torpaqlarına qayıdışından isterikaya düşür, Azərbaycanın guya ermənilərə qarşı zorakılıq etməsi barədə yalan informasiyaları gerçəklik kimi qələmə verirlər. Buna görə də beynəlxalq səviyyədə fəallıq bu gün daha önəmlidir. Azərbaycanın tarixi irsinin silinməsi ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini artıran Qərbi Azərbaycan İcmasının fəallığı təqdirəlayiqdir. Azərbaycana qarşı aparılan təxribatlara qarşı etirazını bəyanatları ilə bildirən İcmanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə müəyyənləşdirdiyi fəaliyyət istiqamətləri yol xəritəsi üzrə davam edir.
Dünyada 6000-ə qədər millət və
xalq var. Bəzilərinə
etnos da demək olar. Azərbaycan torpaqları hesabına
özlərinə dövlət formalaşdıran ermənilər
yeganə toplumdurlar ki, bu siyahıda adları yoxdur. Tarixi əraziləri,
milli mənəvi-dəyərləri olmayan qəbilə kimi
yaşayan insanların dövləti də olmur. Dövlət
qurmaq üçün, Qərbi Azərbaycan torpaqlarını
Ermənistan adlandırmaq üçün əhalinin sayı,
yerli azərbaycanlılardan çox olmalı idi. Tarixi mənbələrdən,
statistik rəqəmlərdən də aydın olur ki, Qərbi
Azərbaycanda aborigen soydaşlarımızın sayı ermənilərdən
dəfələrlə çox olub. İlk yarananda 9000 kvadrat
kilometr torpağı qopardıqdan sonra yerli azərbaycanlıları
sıxışdırıb deportasiyaya məruz qoyan ermənilər
bilməlidirlər ki, soydaşlarımız Qərbi Azərbaycana
sülh yolu ilə qayıdacaqlar. İlk addım kimi Dərələyəzdən
başlayaraq, Mehri, Göyçə, Ağbaba mahalları, Zəngəzur,
İrəvan əsl sahiblərinə qovuşacaq.
Bu istiqamətdə
fəaliyyətini davam etdirən İcmanın ötən il
dekabrın 5-də Qərbi azərbaycanlıların
1987-1991-ci il deportasiyasının anım günündə
keçirdiyi konfrans tarixi əhəmiyyəti ilə
seçildi. Həmin tarixdə «Ermənistandan didərgin
salınmış azərbaycanlıların təhlükəsiz
şəkildə və ləyaqətlə geri
qayıdışını təmin etmək: qlobal kontekst və
ədalətli həll»” mövzusuna həsr olunan beynəlxalq
konfransda 44 ölkədən 100-dən çox nümayəndə
iştirak etmişdi. Ənənə bu il də davam etdiriləcək.
Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının təşkilatçılığı
ilə «Qayıdış hüququ – Ermənistandan zorla
çıxarılan azərbaycanlılar üçün ədalətin
təşviqi»” mövzusunda ikinci beynəlxalq konfransı
keçiriləcək. Konfransda Qərbi azərbaycanlıların
məruz qaldıqları dəhşətlər ,
daşnakların törətdikləri soyqırımlar,
siyasi, ekoloji terrorlar, tarixi abidələrimizə qarşı
həyata keçirilən vəhşiliklər,
soydaşalırmızın doğma torpaqlara
qayıdış hüququnun sülh yolu ilə rəsmiləşdirilməsi
ilə bağlı müzakirələr aparılacaq. Tədbirə
51 ölkədən 100-dən çox xarici
iştirakçının qatılacağı gözlənilir.
Tədbirdə
həmçinin, Qərbi azərbaycanlıların Ermənistandan
zorla çıxarılmasının tarixi, onların
qayıdış hüququnun əsasları, mədəni
irsinin bərpası və bu sahədə diplomatik səylər
müzakirə ediləcək. Hədəfimiz Zəngəzurlu,
Göyçəli, Ağbabalı… Qərbi Azərbaycana,
soydaşlarımızın yurdlarına
qaytarılmasıdır.
«Bizim
tarixi torpaqlarımız İrəvan xanlığıdır,
Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək
biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm.
Buna nail olmaq üçün hər birimiz öz səylərimizi
qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs
günü yaxınlaşdırmalıyıq» söyləyən
Prezident İlham Əliyevin vədi də gerçəkləşəcək.
Türk birliyini parçalamaq üçün imperiya xəyanətinin
qurbanı olan Zəngəzur dəhlizi bərpa edilərək
Türkiyəyə qədər uzanacaq. Türk əsrinin
töhfəsi kimi həmrəyliyimizi daha da möhkəmləndirəcək.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2024.- 27 noyabr, ¹218.- S.4.