70 yaş
nədir ki...
Qulu Məhərrəmli
- 70
Səmimidirsə, insanlığın cəfakeşidirsə,
dünyaya ürəyinin
gözü ilə baxırsa, sözü bütövdürsə, onu
tanımağa bircə
an da bəsdi.
Tanıyırsan, düşüncələrində
tanıdığın o insanla
ünsiyyətə maraq
yaranır, ünsiyyət
qarşılıqlı münasibətlərə
çevrilir. Və onda eşitdiyin bir misra, misra
biçimində bir kəlam sənin də düşüncələrinin
haləsinə dönür:
Nə yaxşı dünyada yaxşılar varmış. Belə şükranlıq Zəngilanın
Babaylı kəndində
doğulan, Şuşada,
sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
təhsil alan, Azərbaycan Televiziyasında
işləyən Qulu
Məhərrənliyə də
ad edilir. Həm də çox, lap çox...
Qulu Məhərrəmli
söz adamıdı,
SÖZün sədaqətli
cəfakeşidi. Soruşmamışam,
düşünmüşəm: Sözə meyili, marağı, sevgisi nə zaman yaranıb?
Söhbətlərini xatırlamışam,
verilişlərini xatırlamışam,
şərhlərini xatırlamışam,
kitablarını xatırlamışam
və qətiyyətlə
qərarlaşmışam ki,
belə insanlar yazdığı SÖZlə
yaşıd olur, yəni SÖZü yaşada-yaşada sözlə
yaşayır...
Qulu Məhərrəmli
1978-ci ildə Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsini
bitirdikdən sonra təyinatla Azərbaycan Televiziyasının “Xəbərlər”
baş redaksiyasında
reportyor işləməyə
başlayıb. Sözü
irdələyə-irdələyə, sözü sözdən seçə-seçə, Azərbaycan
dilinin şəhd-şəkərini
seçdiyi sözlə
sevgilərlə ifadə
edə-edə “Xəbərlər”ə marağın
artmasında məsuliyyətini
səfərbər edib,
sözünü də
sevdirib, özünü
də. Bu sevgidə Azərbaycan dilinin mühafizəkarlığı da olub. Bu
mühafizəkarlıq sonralar
neşə-neçə lüğətin
ideya başlanğıcı
olacaqdı, Azərbaycan
və beynəlxalq jurnalistika sahəsində dəyərli lüğətlər
tərtib etməklə
Azərbaycan jurnalistikasının
beynəlxalq jurnalistikaya
inteqrasiyasında da xidmət göstərəcəkdi
Qulu Məhərrəmli.
Bir deyim düşür yadıma:
Haqq əmək itirmir. Qulu Məhərrəmli
“Xəbərlər”in redaktoru,
sonra böyük redaktoru vəzifəsinə
təyin edildi. Telejurnalistikamızın Qulu
Məhərrəmlisi 1982-ci ildə AzTV-də yeni yaradılmış “Beynəlxalq icmal” qrupunun rəhbəri oldu.
Bu və
ya digər sahədə fəaliyyəti
şərtləndirən amillər
çoxdu. Başlıcası
peşəkarlıqdı, peşəkarlığın
arqumenti sevgi deyilsə belə fəaliyyətə el arasında “buz üstə yazılıb gün altına qoyulmuş” yazı da
deyirlər; Qulu Məhərrəmli peşəkar
xəbərlər aparıcısı
kimi tanınırdı,
sevilirdi. 1991-ci ildən
etibarən “1000 saniyə”,
“24 saat” kimi yeni verilişlərin aparıcısı olub Qulu Məhərrəmli.
“1000 saniyə” məfhumunun
ifadə etdiyi məzmun ictimaiyyət-efir
münasibətlərində bir doğmalığın
mahiyyəti kimi tarixləşirdi. Bu tarixləşmə azərbaycançılığı
ilə tanınan (və sevilən!) Qulu müəllimin (o dövrlərdə ona belə müraciət edirdilər və onun televiziyada fəaliyyətində qeyri-rəsmi
pedaqoji çalarlar da vardı, bu baxımdan Qulu Məhərrəmli həqiqətən müəllim
idi!)...
Müstəqilliyimizin ilk illərində, konkret olaraq 1993-cü ildə Azərbaycan Televiziyasında yeni veriliş yarandı. Müəllifi Qulu Məhərrəmli, aparıcısı
Qulu Məhərrəmli.
Yeni yanaşma tərzi, yeni düşüncə, hadisələrə
daha gerçək, daha operativ və
daha səmimi münasibət “7 gün”ü tanıtdı,
tanıda-tanıda sevdirdi.
Qulu Məhərrəmli
təqdim etdiyi hadisəni (və faktı!) cəmiyyətin
ayrılmazlığı bilirdi
və hadisəni (faktı) tamaşaçının
düşüncələrinə yönəldirdi. Bu missiya istər dövlətçiliyin, istərsə
də xəlqiliyin fəlsəfi mahiyyəti kimi dəyərləndirilirdi.
Bu dəyərləndirilmə
həm rəhbərliyin,
həm də SÖZə, SÖZ vasitəsi
ilə dövlətçiliyə
daha yaxın olanların dəyərləndirməsi
idi. Bu vəhdətin
zəmanəti peşəkarlıq
idi, istedad idi, vətənsevərlik
idi, bir də səmimiyyət idi...
Sonralar “Təfsilat”,
“Gerçəklik” verilişləri
də eyni səmimiyyətlə, eyni
maraqla sevilib. Verilişə maraq, sevgi efir vaxtından
səmərəli istifadə
ilə, aktual mövzuları əhatələməklə,
mövzuların təqdimi
ilə, şərh ilə, şərhin hansı sözlərə
(hansı söz sırasına) istinadən
aparılması ilə
yaranır. Bunlar jurnalistikanın nəzəri
əsaslarına jurnalist
münasibəti ilə
yaranır. Qulu Məhərrəmli belə
bir jurnalistika ülgüsü yarada bilmişdi.
Və Azərbaycan Televiziyasının
“Səhər” musiqi-informasiya
proqramı. Qulu Məhərrəmlinin jurnalistlik
taleyinin səhəri
(buna dan yeri desək, daha insaflı səslənər) oldu “Səhər”. Bu proqramın
tamaşaçıları sevdikləri jurnalisti daha səmimiliklə sevdilər, tanımayanlar tanıdılar, sevdilər.
Bu gözəl sevgi bu gün də
xoş xatirələrlə,
gözəl könül
xoşluğu ilə xatırlanır. 12 il zaman üçün
qısa müddət deyil. Qulu Məhərrəmli
12 il “Səhər” misiqi-informasiya
proqramına rəhbərlik
elədi, proqramı tamaşaçılara dəruni
sevgilərlə sevdirə
bildi (mənə elə gəlir ki, Qulu müəllim bu sevgini taleyinin
şükranlıqlarından biri adlandırır, adlandırmasa, biz adlandıracağıq!
Biz – jurnalistlət, biz – televiziya
tamaşaçıları!)...
Qulu Məhərrəmli yüksək
erudisiyalı, geniş
dünyaduyumlu jurnalist
kimi tanınırdı,
sevilirdi, həm də onun siyasi
şərhlər qabiliyyəti
də diqqəti çəkibmiş. 1995-ci ilin
mart ayında istedadlı
(!) jurnalist Qulu Məhərrəmli Azərbaycan
Televiziyasının siyasi
icmalçısı (və
ilk siyasi icmalçısı!)
təyin olundu. Bu təyinat Azərbaycan jurnalistikasında bir mərhələ oldu və başlanğıcdan
uğurlar qazandı. Qulu Məhərrəmli dövlət tədbirlərindən,
beynəlxalq tədbirlərdən
canlı yayımlar aparırdı, belə yayımları aparmanın
şərtləri sırasında
zəngin söz ehtiyatına malik olma, faktlar arasında məntiqi bağlılığı,
siyasi və dünyəvi əlaqələri
görmə, onları
dövlətin, dövlətçiliyin
nüfuzu baxımından
ayırd etmə qabiliyyəti də vardı və Qulu Məhərrəmlinin
təqdimatında verilişlər
də, canlı yayımlar da maraqla izlənilirdi; gözəl
söz (fikir) düzümü həmişə
ehtiramla qarşılanıb.
Belə qarşılanma
müəllifə, müəllifin
timsalında jurnalistikaya
böyük ehtiramdır.
Qulu Məhərrəmlinin
müsahibələri həmişə
qarşılıqlı söhbətləşmə
biçimində maraqlı
olub. Müsahibin fikirlərinə jurnalist müdaxiləsi fikrin (fikirlərin) daha ifadəli olmasına xidmət edib, mövzunun əhatələnməsi
baxımından belə
müdaxilələri müsahiblər
xoş ovqatla dəyərləndirib.
Qulu Məhərrəmlinin müəllifi
olduğu verilişlərdə
Qarabağ ağrısı
həmişə olub.
Bu, təkcə Zəngilan
amili ilə bağlı deyil, Qulu müəllim üçün bir Azərbaycan dünyası
olub, o gözəl, o əsrarəngiz dünyanın
Zəngilanı olub. Nə deyibsə, Azərbaycan üçün
deyib, nə düşünübsə, Azərbaycan
üçün düşünüb.
Ehtimallarında da Azərbaycanın
taleyi olub, təqdim etdiyi faktlarda da. Nə deyibsə, “bu dünyanın qara daşının göyərməsi”
üçün deyib,
işğalın sonlandırılması
üçün deyib.
Böyük dünyaya
çıxdığı Şuşanı ruhunun mehrabı bilərək deyib, Azərbaycan gerçəkliklərini yaşaya-yaşaya
deyib. Tanınmış
siyasətçilərdən müsahibələr almaqla
deyib və tarixə bir inamın vədini verərək deyib: Azərbaycanın ərazi
bütövlüyü tam bərpa
olunacaq!..
Qulu Məhərrəmli üçün
həmişə bir
SÖZ ucalığı olub,
SÖZün ucalığını
müqəddəsliyin zərrəsi
bilib, bu zərrəni düşüncələrə
yönəltməyi jurnalistin
mənəvi borcu. Bu borcu əsl
vətəndaşlıq borcu
kimi yaşayanların
sırasında olmağı
arzulayıb (və buna nail olub,
həm də sədaqətlə nail olub, Qulunun “Babaylıdan yer üzünə düşən
yoldu sözüm mənim, Sönən deyil, sönməyəcək
odum mənim, közüm mənim, Sözüm Vətən əsgəridi, bir əsgərəm özüm
mənim!..” dediyinə
zərrəcə şübhəm
yoxdu; ruhu rəvan jurnalistdi Qulu müəllim!..).
2005-ci ilin oktyabrından
“Xəzər” televiziyasında
işləyib. Yeni yaradılan, fəaliyyətə
başlayan telekanalın
tanınması, tamaşaçıların
ehtiramı ilə əhatələnməsi yaxşı
verilişlərin yaxşı
hazırlanmasından da
asılı idi. Bunu bədii təfəkkürə malik
jurnalistlər yerinə
yetirə bilərdi, belə jurnalistləri düzgün istiqamətləndirən
təşkilatçı jurnalistlər
yerinə yetirə bilərdi. Qulu Məhərrəmli bu vəzifələrin də
cəfakeşlərindən biri oldu. Həm
də 2007-2012-ci illərdə
“Dost məclisi”, “Gündəm” kimi proqramların aparıcısı
kimi tanındı. Bu proqramlar da
maraqla qarşılandı,
seçildi, sevildi; tele-jurnalistikada Qulu Məhərrəmli üslubu
var. Bu üslub
üslublar arasında
seçilən üslub
olub, maraq doğuran üslub olub. Bu üslubda
bir yaradıcılıq
ahənrübalığı da olub, var,
olacaq da. Rəsmi nə qədərdi deyə bilmərəm, Qulu müəllimin öyrəncilərinin,
ustadı olduqlarının
sayı onlarla ölçülür...
Güney Azərbaycan
ifadəsi hamımızın
ruhumuzun doğmasıdı.
Səsimiz eyni, nəfəsimiz eyni, ruhumuz eyni, düşüncələrimiz eyni.
Bu eyniliklər Azərbaycanın yaxın
sabahlarının ağ
işığı olacaq.
Bu inam hamımızın
sübh duamızın
təkbiridi. Gün (Güney) Az (Azərbaycan ) səs tərkiblərinin
vəhdəti ruh dünyamızın işıq
zərrələrindəndir: GünAz. Və Qulu Məhərrəmli bu adla fəaliyyət
göstərən televiziyada
(GünAzTV) da veriliş aparıb. “Mətbuat aynasında” verilişi də kifayət qədər tanınıb...
Qulu Məhərrəmli
jurnalistikanın nəzəri
problemləri ilə də məşğul olur. Həm də az qala
45 ildi! 1989-cu ildə
radio üçün
olduqca aktual olan bir problemi
araşdırıb. Problemin
nəzəri əsaslarının
həlli istiqamətlərini
göstərib, onun fəaliyyətə tətbiqi
yollarını müəyyənləşdirib.
“Radiodramaturgiya dili”
mövzusunda namizədlik
dissertasiyası Azərbaycan
Radiosunun inkişafında
istinad edilən nəzəri mənbələrdən
biri olub. Bu dəyərli elmi əsər radiojurnalistikanın inkişafında
metodoloji vasitə kimi bu gün
də gənc jurnalistlərin, araşdırıcıların
istifadəsində olan
əsrlərdədir. Qulu
Məhərrəmli təkcə
peşəkar jurnalist
kimi tanınmaqla kifayətlənməzdi, kifayətlənmədi,
elmdə də nəzəri jurnalistikanın
Qulu Məhərrəmlisi
oldu: cəmi 5 il sonra "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.
Ən yaxşı
müəllim öyrədən
müəllimdir; Qulu Məhərrəmli elmlər
doktoru olmaqla
2006-cı ildən Bakı
Dövlət Universitetində
işləyir, professordur.
Jurnalistikanın nəzəri
problemlərini, müxtəlif
dil sistemlərini, teleradionun tarixini, efirin də, ekranın da elmi, praktiki problemlərini, ... araşdırır.
Araşdırma aşkarlamadır,
aşkarlama öyrətmədir.
Qulu müəllim bu müqəddəs yolun yorulmazlarındandır...
40-a yaxın kitabın, bir neçə monoqrafiyanın,
dərsliyin, dərs vəsaitinin, bir neçə izahlı və etimoloji lüğətin müəllifi
olan professor Qulu Məhərrəmlinin
“Zamanın rəngləri”
və “Gələcəyə
ön söz” əsərlərini xatırlayıram.
Zamanın rənglərini
fərqləndirmək, bu
rənglərin harmoniyasını
müəyyənləşdirmək istedadın təzahürü
deyilmi? Və yaxud anlarla da
olsa gələcəyi
müəyyənləşdirmək, proqnozlaşdırmaq mümkün
deyil, buna baxmayaraq Qulu Məhərrəmli gələcəyə
ön söz yazmağa nail olub və gözəl
yazıb. Düşündürücüdür.
Bu əsərlər ümumən oxucular üçün, “Jurnalistikanın
əsasları”, “Televiziya
jurnalistikası”, “Radio dərsləri”,
“Kütləvi kommunikasiya
və dil”, “Radio jurnalistikası: təməl
biliklər” əsərləri
jurnalistika ilə məşğul olanlar üçündür...
Professor Qulu
Məhərrəmli Əməkdar
jurnalistdir, Presklub.TV You Tube
kanalının rəhbəridir,
BDU-nun kafedra müdiridir, AZLEKS elektron lüğətlər toplusunun
baş redaktorudur, Mətbuat Şurasının
İdarə Heyətinin
üzvüdür, Şuranın
komissiya sədridir. Xarici dövlətlərdə
elmi simpoziumlarda, konfranslarda jurnalistikamızı,
elmi jurnalistikamızı
böyük azərbaycançılıq
məsuliyyəti ilə
təmsil edib...
Professor Qulu
Məhərrəmli səmimidir,
insanlığın cəfakeşidir,
sözü bütövdür.
...Onu insaflılar, dünyaya ürəyinin gözü ilə baxanlar belə tanıyıb, belə sevib. 70 yaşın zəmanəti ilə hələ, neçə on illər də jurnalistikamızın,
elmimizin, milli-mənəvi
ruhumuzun cəfakeşləri
sırasında olacaq...
Bir şərqi
eşitmişdim: 60 yaş
nədir hələ. Bu kəlmələri Qulu müəllimin timsalında 70 yaş nədir hələ kimi də ifadə
etmək günah deyil. Heç günah deyil...
100-ə uğur üstəsən, Qulu Məhərrəmlimiz!..
Rəşid Faxralı
İki
sahil.- 2024.- 29 noyabr, ¹220.- S.6.