Professor Həmidulla Baltobayev:
Azərbaycan ədəbiyyatının sadiq
dostu
Mirzə Uluqbəy adına
Özbəkistan Milli Universitetinin
professoru Həmidulla
Baltobayevin cədidçi,
xüsusən Əbdurrauf
Fitrət ədəbi
şəxsiyyəti və
elmi yaradıcılığı
sahəsindəki xidmətləri
böyükdür. Müstəqillik
illərindən sonra
milli özünüdərk, milli özünəqayıdış ərəfəsində ədəbi
şəxsisyyətlərin, milli ideologiyanın gizlədilmiş,
ört-basdır edilmiş
səhifələri açıqlandığı
bir zamanda onun saya gəlməz
xidmətləri həm
yeni nəslin, həm türk xalqları ədəbiyyatları tarixi,
həm də ədəbi əlaqələr
kontekstində çox
qiymətli idi. Həmidulla Baltobayev Azərbaycan-özbək ədəbi
əlaqələr tarixində
xüsusi yeri, çəkisi olan alimlərimizdən biridir.
Xüsusən 2012-dən ildən
indiyə qədər
gördüyü işlər
təqdim olunmuş məqalədə
qismən qeyd edilmişdir.
2000-ci ildən Özbəkistan
Milli Universitetinin professoru
kimi pedaqoji fəaliyyət göstərən
alim son illərdə bu
qədər geniş və məhsuldar əməyinin nəticəsi
olaraq klassik ədəbiyyat kafedrası
yaradılmasına səbəb
olmuşdur və hazırda qurub-yaratdığı
kafedraya rəhbərlik
edir. Professor Həmidulla
Baltobayev mənim də çalışdığım
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun fəxri
nümayəndəsidir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı ildən
Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbəsi yaradıldı.
Bununla da Özbəkistan
elmi-ədəbi mühiti
ilə yaxından işləmək fürsəti
əldə edilmişdi.
Bu məqalə üzərində
işlərkən elektron
poçtuma bir də nəzər salıb professor Həmidulla
Baltobayevlə yazışmalarımıza
nəzər salıb bir çox işləri qələmə gətirilib.
2012-ci ildən hazırkı
vaxta qədər təxminən 200-dən çox
məktubdan təxminən
10-15-nə nəzər salınmışdırçıxdı.
Bu məktublar cəmi
bir neçə cümləlik olsa da, informasiya və məlumat yükü ağır çəkilidir.
Ilk məktublarda doktorant
və ya dissertantlarının məqalələrinin
Azərbaycan elmi dərgilərində nəşri,
yenə də ustadlıq etdiyi kadrların dissertasiya və ya onun
avtoreferatına rəy
yazmaq amaclı idisə, sonrakı məktubların daha ciddi elmi məsələlərə
ünvanlandı.
Mahmudxoca
Behbudi, Əbdulhəmid
Çolpan, Abdurauf Fitrət, Həmzə Həkimzadə Niyazi,
Abdulla Qədiri, Maqsud
Şeyxzadə, Xalid Səid Xocayev, Abdulla Qəhhar kimi XX əsr özbək ədəbiyyatı klassiklərinin
yaradıcılığını izləmək, onların elmi-ədəbi irsi ilə Azərbaycan ədəbi-fikir tarixində
müqayisələr aparmaq
həm də yeni dövrün tələblərindən
biri kimi zəruri oldu. İki qardaş xalqın ədəbiyyatşünaslığındakı
ortaq xüsusiyyətləri,
oxşarlığı və
mövzu ardıcıllığını
öyrənməklə onların
eyni tale ilə üz-üzə gəlmələrini
də ortaya qoymuş olduq. Repressiya dövrünə
qədər yazıb-yaradan
Azərbaycan klassik maarifçilərin elmi-ədəbi
taleyini eynilə özbək elmi-ədəbi mühitində
də – cədidçilərin
də taleyində göründüyünün şahidi
olduq. Deməli, imperiya rejimi düşünülmüş və öz məntiqlərinə uyğun
ideoloji “mükəmməl
siyasi iş” qurmuşlar və bunun bəlalarından, keçmiş SSRİ məkanında
olan türk xalqları hələ də qurtara bilibmi? Elə bu
sualın qarşılığında
Erkin Vahidov, Abdulla Aripov, Naim Kərimov,
Aziz Kayumov, Bəxtiyar
Nazarov, Zakirjon Maşrapov, Tura Mirzəyev,
Saidbek Həsənov,
İbrahim Haqqul, Şöhrət
Siracəddinov, Dilofrom
Salahi, Siracəddin Səyyid,
Şəmşəddin Abdunazimov,
Nurbay Cabbar, Dilşodbek Qayıbov, Maqsud Asadov, Zakirjon Mamajonov kimi şair və alimlərin elmi-ədəbi irsini də öyrənmək zərurəti ortaya gəldi. Bütün bu alimlərin tədqiqatlarını tələbələrimizə,
yeni dissertasiyalar yazan gənclərimizə aşılamaq
və qarşılıqlı
müqayisələr kontekstində
oxşar və eyni taleli ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın
öyrənilməmiş səhifələrini
yazmaq məsələsi
qoyuldu.
Belə
alimlərdən, biri də elmi və
maarifçi görüşlərini
izləmək istədiyimiz
görkəmli tədqiqatçı,
maarif xadimi, Mirzə Uluqbəy adına Özbəkistan
Milli Universitetinin professoru Həmidulla Baltobayevdir.
Həmidulla Baltobayev nəzəriyyəçi
alim kimi ədəbiyyatşünaslığa
qədəm qoymuşdur.
Onun “İstedad və üslub” adlı ilk elmi əsəri yeni və parlaq bir gəncin
elm aləminə qədəm
qoyması üçün
kifayət zəmanət
idi. Ardınca da namizədlik işini “Müasir özbək nəsrinin stilistik axtarışları (70-ci illər)”
kitab kimi nəşr etdirməsini alim cəsarətinin
rəmzi kimi dəyərləndirmək mümkündür.
Çünki sovetlər
dönəmində 27-28 yaşında
özünü kitab müəllifi
kimi ictimaiyyətə
təqdim etmək doğrudan da cəsarət
tələb edirdi. Repressiya görmüş bir xalqın gözünü elə qorxutmuşdular ki, o meydana
girmək üçün
hər şeyə hazır olmaq lazım idi.
Həmidulla Baltobayev doğulub
boya-başa çatdığı
Əndicanda orta təhsilini orada alıb. Sonra onun mərkəzdə – Daşkənd
Dövlət Universitetində
ali təhsil alması, universiteti bitirəndən sonra elmi-pedaqoji mühitdə çalışması, daim
böyük şəxsiyyətlərin
toplantılarında olması
əlbəttə bir gəncin, xüsusən elmə könül verən bir gəncin həyatında böyük izlər açmasına vəsilə
olmuşdur. Müstəqillik
illərində Həmidulla
Baltobayev artıq bütünlüklə bir
istiqamətdə özünü
– fikrini ifadə etməyə cəhd etdi. O, repressiya qurbanlarının – XX əsr
maarifçilərinin həyatını, elmi-ədəbi irsini öyrənməyə, tədqiq
etməyə qərar
vermişdi: O, Özbəkistan
Respublikası Elmlər
Akademiyası Əlişir
Nəvai adına Dil və Ədəbiyyat
İnstitutunda “XX əsr
özbək ədəbiyyatşünaslığı
və Fitrətin elmi irsi” mövzusunda
doktorluq dissertasiyası
müdafiə etmişdir.
Fitrəti öyrənmək
bütün özbək
maarifçilərinin hər
səhifəsinə bələd
olmaq demək idi. Bu səbəbdən də professor hələ də cədidçilərin
(maarifçilərin) elmi
irsini öyrənməkdən,
nəşr etməkdən
nəinki yorulmur, hətta hər dəfə yeni cığırlar,
yeni problemlər ortaya
qoyur, tələbələrinə
aşılayır.
Onun mərkəzdə – elmin bütün qaymaqlarının
cəmləşdiyi Moskvada
– M.V.Lomonosov adına Moskva Dövlət
Universitetində iki dəfə (1987, 1990) təlim-tədris
və ixtisasartırma
kurslarına yiyələnməsi,
əlbəttə yeni elmi-ədəbi
mühit qazanmasına
vəsilə olmuşdur.
H.Baltobayev orada tanış olduğu həmkarları ilə əməkdaşlığını hələ bu gün də davam etdirir ki, bu da özbək aliminin üfüqlərinin
genişliyinə işarətdir.
Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndəsi
mərhum professor Şirindil
Alışanovla dostluğu,
əməkdaşlığı məhz həmin universitetdən başlamışdır.
2000-ci ildən Özbəkistan
Milli Universitetinin professoru
kimi pedaqoji fəaliyyət göstərən
alim son illərdə bu
qədər geniş və məhsuldar əməyinin nəticəsi
olaraq klassik ədəbiyyat kafedrası
yaradılmasına səbəb
olmuşdu və hazırda qurub-yaratdığı
kafedraya rəhbərlik
edir.
Özbəkistan Yazıçılar Birliyinin üzvü kimi daim ədəbi
tənqidçilərin, ədəbiyyatşünas
alimlərin yanındadır.
Professor Həmidulla Baltobayevin elmi əsərləri yalnız öz ölkəsində deyil, həm də xarici ölkələrdə
onlarla məqalə və tezisləri, kitabları – monoqrafiyaları
nəşr olunmuşdur.
“Nəsr və üslub”, “Fitrət və cədidçilik”, kimi
monoqrafiyaları Türkiyədə
nəşr olunub yayımlandı. “Fitrət”,
“Söz sehri” (Erkin Vahidov haqqında məqalələr), “Həyat.
Xəyal. Xiyaban”
(İbrahim Qafurov haqqında
məqalələr), Mehrlə
yoğrulan yaradıcılıq
(Primkul Kadırov haqqında məqalələr)
və bir çox kitablarının
adlarını bu sıradan qeyd edə bilərik.
Bəli,
Həmidulla Baltobayev tərcümə işi, nəşriyyat redaktorluğu
və naşirlik kimi ağır zəhmətli işlərin
müəllifidir.
Həmidulla Baltobayevin müstəqillik
illərində gördüyü
ən mühüm işlərdən biri də Əndican torpağında doğulub
boya-başa çatan
şah və şair oğlu, tarixi şəxsiyyət Zəhirəddin Məhəmməd
Babur elmi-ədəbi irsinə
can yanğısı ilə
diqqət göstərməsidir.
Beynəlxalq Babur Fondunun
rəhbəri professor Zakircan
Məşrəbovun yanında
gördüyü işlər
hesaba gəlməz:
“Babur və dünya” dərgisi, “Zəhirəddin
Məhəmməd Babur ensiklopediyası”
kimi mükəmməl
nəşrlərdə, hər
ənənəvi keçirilən “Zəhirəddin
Məhəmməd Babur və
onun ədəbi irsinin dünya elmində yeri” adlı beynəlxalq konfransların keçirilməsində
xidmətlərini qeyd
etməyə bilmərik.
Onun eləcə də Əlişir Nəvai ədəbi şəxsiy[yəti və irsi yönümündə
fəaliyyəti təqdirəlayiqdir
Professor Həmidulla Baltobayev çalışdığım Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
fəxri nümayəndəsidir.
Təsadüfi deyil
ki, onunla əməkdaşlığımızın
nəticəsi olaraq,
professor Həmidulla Baltobayev
2019-cu ildə Azərbaycanda
“İlin alimi” kimi elan edilmişdir.
2018-ci ildə ilk dəfə “Zəhirəddin Məhəmməd
Babur və Azərbaycan” adlı
beynəllxalq elmi konfrans təşkil etmişdik. Azərbaycanın
şah və şair oğlu Şah İsmayıl Xətainin yaxın dostu və silahdaşı
olan Şah Babur konfransını yüksək
səviyyədə keçirmək
üçün Özbəkistan,
Əfqanıstan və
Hindistan səfirləri
ilə yanaşı, ayrıca olaraq Özbəkistandan da nümayəndələr
dəvət etmişdik.
Həmin nümayəndə
heyətinə məhz professor Həmidulla
Baltobayev başçılıq
edirdi. Həmin tədbir ərəfəsində
iki nəfər Özbəkistan gəncini
də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna
təhsil haqqı bağışlanmaqla dissertantura
və doktoranturaya qəbul edildi, onlar “Zahirəddin Məhəmməd Babur və
Azərbaycan” Beynəlxalq
elmi konfransında iştirak etmək üçün Bakıya
dəvət olunmuşdular.
İnstitutumuzda 2016-cı ildən “Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsi yaradıldı.
Bununla da Özbəkistan
elmi-ədəbi mühiti
ilə yaxından işləmək fürsəti
əldə edilmişdi.
Bu məqalə üzərində
işlərkən elektron
poçtuma bir də nəzər salıb professor Həmidulla
Baltobayevlə yazışmalarımıza
nəzər salıb bir çox işlərimizi xatırlamaq və qələmə gətirmək
istədim. 2012-ci ildən
hazırkı vaxta qədər təxminən
200-dən çox məktub
rastıma çıxdı.
Bu məktublar cəmi bir neçə cümləlik olsa da, informasiya və məlumat yükü ağır çəkilidir.
Ilk məktublarda doktorant
və ya dissertantlarının məqalələrinin
Azərbaycan elmi dərgilərində nəşri,
yenə də ustadlıq etdiyi kadrların dissertasiya və ya onun
avtoreferatına rəy
yazmaq amaclı idisə, sonrakı məktubların daha ciddi elmi məsələlərə
ünvanlandı. Məsələn,
2019-cu ildə Cəlil Məmmədquluzadənin “Poçt
qutusu” (Osman Kuçkarın
tərcüməsində) kitabını
nəşrinə etdiyi
dəstək (kitaba “Cəlil Məmmədquluzadə və
özbək ədəbiyyatı”
adlı “Ön söz”lə birgə), hətta kitab nəşr olunandan sonra Özbəkistan Milli Universitetində
kitabın təqdimat və bu barədə xeyli yazışmalarımızı
təkrar oxuyuram.
Professor bu kitabı 10
gün içində
redaktə edib “Ön söz” yazaraq nəşr etmişdi. Əlbəttə
bu iş üçün ortaya çox əmək qoyduğu göz qabağında idi. Az sonra
akademik İsa Həbibbəyli
professor Həmidulla Baltobayevə
belə təşəkkür
məktubu ünvanladı:
“Daşkənd Milli Universitetinin
professoru, filologiya elmləri doktoru, “Mümtaz söz” nəşriyyatının direktoru
cənab Həmidulla Baltobayevə MƏKTUB Hörmətli
prof. Həmidulla Baltobayev!
Azərbaycan xalqının
böyük yazıçısı
və dramturqu, məşhur “Molla Nəsrəddin” jurnalının
baş mühərriri
və naşiri Cəlil Məmmədquluzadənin
seçilmiş əsərlərindən
ibarət “Poçt qutusu” kitabının bu günlərdə Özbəkistanda nəşr
edilməsi Respublikamızın
ədəbi və elmi ictimaiyyətini sözün əsl mənasında sevindirməkdədir.
Bu gözəl və əlamətdar hadisənin
ölkəmizin Prezidenti
cənab İlham Əliyevin
Cəlil Məmmədquluzadənin
150 illik yubileyinin keçirilməsi haqqındakı
sərəncamı ilə
bir vaxta təsadüf etməsi bizim sevincimizi ikiqat artırmaqdadır. Hələ ötən yüzilin əvvəllərindən,
xüsusən, “Molla Nəsrəddin” jurnalının
nəşrə başlamasından
etibarən Cəlil
Məmmədquluzadə əsərlərinin
bütün Türküstanda
məlum və məşhur olması bu ölkə oxucularının qəlbində
təbii şəkildə
bu misilsiz yazıçı və dramaturq yaradıcılığını
nə vaxtsa kitab şəklində görmək
arzusunu oyatmışdı.
Bəli, Türküstan
oxucularının varisləri
– müstəqil və
azad Özbəkistan oxucularını da bu çoxdankı arzularına
çatmaları münasibəti
ilə təbrik etmək yerinə düşər.
Hörmətli prof. Həmidulla Baltobayev!
Cəlil Məmmədquluzadənin
“Poçt qutusu” kitabının tərcüməsi,
nəşrə hazırlanması
və işıq üzü görməsi prosesində Sizin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu, xüsusən, “Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin əməkdaşları
və şəxsən
mənimlə apardığınız
işgüzar müzakirələr
və əlaqələrimiz
diqqətəlayiqdir. Sizin
rəhbərlik etdiyiniz
“Mümtaz söz” nəşriyyatının Azərbaycan
ədəbiyyatının və
ədəbiyyatşünaslarının ən yaxşı əsərlərinin qardaş
ölkədə tərcüməsi
və nəşri sahəsindəki təcrübəsi
son dərəcə qiymətlidir.
Cəlil Məmmədquluzadənin
150 illik yubileyi mərasimlərinin və bilavasitə böyük sənətkar yaradıcılığına
həsr olunmuş Beynəlxalq Elmi konfrans və simpoziumların iştirakçıları
arasında Sizi görmək bizim arzumuzdur. Bir daha Azərbaycan ədəbi və mədəni ictimaiyyəti
və şəxsən
öz adımdan milli ədəbiyyatımızın bənzərsiz klassiki Cəlil
Məmmədquluzadənin seçilmiş
əsərlərindən ibarət
“Poçt qutusu” kitabının özbək
dilindəki yüksək
səviyyədəki tərcüməsinə
və nəşrinə
görə Sizə öz minnətdarlığımı
bildirirəm.
Hörmətlə, akademik İsa Həbibbəyli,
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru”.
Elə həmin günlərdə
akademik İsa Həbibbəylinin
70 illiyinə Yaşar
Qasımla həmmüəllif
olaraq yazdığımız
“Ustaz” kitabını “Mumtaz söz” nəşriyyatında
çapa hazırladılar.
Kitabın məsul redaktoru professor H.Baltobayev
“Müəllim” adlı
“Ön söz” yazmış dosent Obidjon Şəfiyevin tərcüməsində, akademik Naim Kərimov və Umarəli Normatovun rəyi ilə nəşr etdilər. Mənim üçün bu gözlənilməz təşəbbüs
də məhz nəşriyyat sahibi professordan gəlmişdi.
2019-cu ildə Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsərinin nəşri
və kitaba “Özbək dili və ədəbiyyatının
Azərbaycandakı böyük
nümayəndəsi” adlı
“Ön söz” yazmışdı. Professor H.Baltobayev məktublarının
birində yazdı ki,
bu əsəri oğlum Türkiyə türkcəsinə olan nəşrin üzərindən
özbəkcəyə çevirib.
İndi nəşr üçün
oxuyanda çoxlu xatalar gördüm. Orijinal varianta mütləq ehtiyac olduğunu bildirirdi. Qısa bir vaxtda
imkan tapıb Azərbaycan Milli Kitabxanamıza
gedib həmin əsərin (1928-ci il nəşri)
PDF nüsxəsini alıb
göndərməklə yanaşı,
Azərbaycan dilində
yeni redaktə ilə də hazırlayıb göndərdik ki, kitab iki
dildə – Azərbaycan
və özbək dillərində nəşr
olunsun. Professorun razılığı ilə
Xalid Səidin Kanadada yaşayan 95 yaşlı qızı Bəhicə xanımdan
yeni çap olunacaq
kitab haqqında “Ön
söz” yazmasını
da xahiş etdik. Qısa müddətə Bəhicə xanım “Xoşbəxtəm ki, Xalid
Səid kimi şəəxsiyyətlər unudulmur:
O, mənim atamdır”
başlıqlı xatirə
dolu maraqlı və təsirli bir yazı göndərdi.
Hətta vatsapp üzərindən Bəhicə
xanımla görüntülü
söhbət edərkən
bildirdi ki, qızım,
illərdir bu kitabın yeni nəşrini
gözləyirəm. Bax,
deyirəm o əsər
təkrar nəşr olunmayınca bu dünyadan köçəsi
deyiləm (yeri gəlmişkən, Bəhicə
xanım bu arzusunu 2016-cı ildə I
Türkoloji Bakı Qurultayının 90 illik yubileyi zamanı da mənə bildirmişdi).
Bu məsələdən bir
ay keçməmiş Həmidulla
Baltobayev yazdı ki,
kitab artıq nəşr
olundu və kitabın üz qabığını PDF-lə
birgə mənə göndərdi. Mən gecə ilə xəbəri Bəhicə
xanıma çatdırdım.
O, çox sevindi, kövrəldi, içindən
gələn məhəbbət
dolu minnətdarlığını
bildir. Səhər tezdən Bəhicə xanımın
qızı Əfruz xanımın “Facebook” üzərindən
bir məlumatını
oxudum: “Bu gecə səhərə yaxın anam bu dünya
ilə vidalaşdı”.
Heyrət içində
qalmışdım. Həmin
gün “525-ci qəzet”də bu haqda bir məqalə
(“Xalid Səid Xocayev şəxsiyyəti
və ata həsrətli Bəhicə
xanım”) dərc etdirdim. Həmin kitabı 2021-ci ildə təkrar Azərbaycanda nəşr etdik.
Bir dəfə professor Şirindil
Alışanlı qardaşı,
ədəbiyyatşünas alim, şair Hüseyn Kürdoğlunun “Seçilmiş
şeirlər” kitabını
professor Həmidulla Baltobayev
“Mümtaz söz” nəşriyyatında çap
etdiyini sevinclə bildirmişdi. Şeirləri
Osman Kuçkar özbək
dilinə tərcümə
etmiş, professor Həmidulla
Baltobayev “Hüseyn Kürdoğlu – zaman və
millət şairi” adlı “Ön söz” yazmışdır.
Özbəkistan
Milli Universiteti özbək
filologiyasi kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor Həmiddulla
Baltobayevlə AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutu
arasındakı 14-15 illik
əməkdaşlığımız məhsuldar və ciddi elmi nailiyyətlərə
imza olmuşdur.
Professor Həmidulla Baltobayev
iki qardaş – dost xalq arasında tarixən salınmış
möhkəm bir körpünün bu günkü sütunlarından
biri kimi fəaliyyətini yüksək
dəyərləndirə bilərik.
O, gerçəkdən də
Azərbaycan elminin-ədəbiyyatının
ən yaxın dostu, arxadaşı və təəssübkeşidir.
Almaz Ülvi Binnatova,
filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun
Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələr şöbəsinin
müdiri
İki
sahil.- 2024.- 3 oktyabr, ¹181.- S.6.