Yaradıcılığı ümumbəşəri sərvət
kimi əziz
tutulan Aşıq Ələsgər
Prezident İlham Əliyev Azərbaycan
aşıq sənətinin
görkəmli nümayəndəsi
Aşıq Ələsgərin
abidəsinin açılış
mərasimindəki çıxışında
bildirib ki Aşıq Ələsgərin abidəsinin
açılması doğrudan
da çox gözəl
hadisədir.
Üç il əvvəl Aşıq
Ələsgərin adının
əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladığını
xatırladan dövlətimizin
başçısı qeyd
edib: “Bir Sərəncam
əsasında Aşıq
Ələsgərin 200 illik
yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında
onun abidəsinin ucaldılması məsələsi
nəzərdə tutulurdu.
Bu gün şəhərimizin
bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin
mərkəzində, gözəl
parkda Aşıq Ələsgərin abidəsi
ucaldılır”.
Azərbaycan aşıq sənətinin
nəhənglərindən olan Aşıq Ələsgər 1821-ci ildə
əsrarəngiz təbiəti
ilə göz oxşayan qədim yurd yerlərimizdən olan İrəvan xanlığının Göyçə
mahalının Ağkilsə
kəndində anadan olub. Atası Alməmməd kişi əkin-biçinlə, dülgərliklə
məşğul olub,
uşaqları böyüdükdən
sonra güzəranını
yaxşılaşdırmaq üçün dəyirman
işlədib. Ələsgər
xüsusi təhsil almasa da, el məclislərində
hədislərə, nağıllara,
dastanlara böyük maraq göstərmiş, eşitdiklərini güclü
yaddaşında hifz edib saxlamışdı.
El aşıqlarının məclisləri, toy-şənliklər
onda saza, sözə ciddi maraq oyatmışdır.
Oğlunun istedadını görən
atası onu aşıq sənətinin
sirlərini öyrənmək
üçün Aşıq
Alının yanında
şəyirdliyə qoymuşdu.
Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin
sənətkar kimi püxtələşməsində böyük rol oynamışdı. Çox
keçməmiş Aşıq
Ələsgərin apardığı
məclislərin sorağı
hər tərəfə
yayılmış, o, Göyçə
ilə yanaşı, İrəvan, Naxçıvan,
Qazax, Qarabağ, Gəncə, Kəlbəcər
və digər yerlərə toy, şadlıq
məclislərinə dəvət
edilmişdir. Aşıq
sazı, sözü, ədəb-ərkanı ilə
el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanmışdır.
Ahıl yaşlarında
ailəsində baş
verən bədbəxt
hadisələr aşığa
ağır təsir etmişdir.
Erməni
daşnaklarının Göyçə
mahalında törətdiyi
qırğın nəticəsində
Aşıq Ələsgər
ailəsi ilə birlikdə Kəlbəcərin
Yanşaq kəndinə,
oradan da Tərtərə
köçüb. İki
il sonra doğma kəndinə qayıdan aşıq 1926-cı ildə
orada vəfat edib.
Böyük ustad çoxəsrlik
keçmişə malik aşıq
sənəti ənənələrinə
ən yüksək bədii-estetik meyarlarla
yeni məzmun qazandırmış,
xalq ruhuyla həmahəng əsərləri
ilə Azərbaycanın
mədəni sərvətlər
xəzinəsinə misilsiz
töhfələr bəxş
etmişdir. Sənətkarın
doğma təbiətə
məhəbbət və
vətənpərvərlik hisslərini vəhdətdə
aşılayan, ana dilimizin
saflığını, məna
potensialını və
hüdudsuz ifadə imkanlarını özündə
cəmləşdirən dərin
koloritli yaradıcılığı
Azərbaycan ədəbiyyatının
parlaq səhifələrindəndir.
Aşıq Ələsgər çox
sayda yetirmələrindən
ibarət bir məktəb formalaşdırmış
və gələcəyin
məşhur el şairlərinə qüvvətli
təsir göstərmişdir.
Azərbaycan aşıq
sənətinin ümumbəşəri
dəyərlər sırasında
qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması
həm də Aşıq Ələsgər
sənətinə ehtiramın
təzahürüdür.
Ustad Aşıq Ələsgərin
zəngin bədii irsi toy və şənlik məclislərində,
çeşmə başında,
yaylaqlarda bədahətən
dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə,
müxəmməs və
digər janrlarda olan əsərlərdən
ibarətdir. Şeirlərində
başlıca yeri məhəbbətin tərənnümü,
gözəllərin tərifi,
təbiətin təsviri,
əxlaqi-tərbiyəvi fikirlərin
təbliği, ictimai eyiblərin tənqidi tutur.
Aşıq Ələsgərin zəngin
poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm
mərhələsi mədəni-mənəvi
dəyərlərimizin bütün
daşıyıcılarına daim böyük qayğı göstərən
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın
yubileyləri məhz
Ulu Öndərin təşəbbüsü
ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar
hadisə baş vermiş, azərbaycanlıların
əzəli yurdlarından
olan qədim Göyçə mahalında,
doğulduğu kənddə
Aşıq Ələsgərin
qəbirüstü abidəsi
ucaldılmışdı. Həmin
əzəmətli büst
soydaşlarımız öz
dədə-baba torpaqlarından
didərgin salındıqdan
sonra erməni vandalları tərəfindən
dağıdılsa da, milli-mədəni varlığımızın
tərkib hissəsinə
çevrilmiş Aşıq
Ələsgər irsi
silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Prezident
İlham Əliyevin Sərəncamı
ilə Aşıq Ələsgərin 200 illik
yubileyinin keçirilməsi,
Birinci vitse-prezident
Mehriban Əliyevanın təşəbbüsü
ilə aşıq sənətinin UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının
ümumbəşəri dəyər
kimi əbədiləşdirilməsində
əvəzsiz rol oynayıb.
Qərbi
Azərbaycan İcması
bildirib ki, Aşıq
Ələsgərin poeziyası
Azərbaycan aşıq
sənətinin qorunan
dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynayıb: “Ürək ağrısı
ilə qeyd etmək lazımdır ki,
Ermənistan hökuməti
orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin
abidəsini də dağıdıb. Bu gün
biz-Ermənistandan qovulmuş
azərbaycanlılar, yaradıcılığı
ümumbəşəri sərvət
kimi əziz tutulan Aşıq Ələsgərin doğum
gününü fəxarətlə
qeyd etməklə bərabər, Qərbi Azərbaycanda dağıdılmış
mədəni irsimizi kədərlə anırıq.
Biz Aşıq Ələsgərin
məzarını və
Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs
yerlərimizi, qəbiristanlıqlarımızı
hələ də ziyarət edə bilmirik. Bu yerləri ziyarət edə bilməyimiz üçün
beynəlxalq ictimaiyyətə
etdiyimiz müraciətlər
cavabsız qalıb. Etimad quruculuğu tədbirlərinin həyata
keçirilməsi üçün
Ermənistana müvafiq
mandatla missiya göndərmiş Avropa İttifaqı Şurasının
sədri Şarl Mişelə bu məsələ barədə
göndərdiyimiz müraciətimizə
hələ də cavab gözləyirik”.
Zahid Rza
İki sahil.- 2024.- 4 oktyabr, ¹182.- S.5.