«Şadam
ki, sözümə sadiq oldum, sözümü
tutdum»
Dövlət başçısı İlham
Əliyev son 21 ildə atdığı addımları ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini təsdiqlədi
«Mən bu
böyük etimadı
doğruldacağam, bu
vəzifənin öhdəsindən
layiqincə gələcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.» 2003-cü ildə xalqın böyük əksəriyyətinin
səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində onu da bildirmişdi ki, Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətirib. Bütün sahələrdə
Azərbaycan inkişaf
edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilib, Azərbaycanın
nüfuzu artıb. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana
hörmət edirlər.
Regionda bütün beynəlxalq, irimiqyaslı
layihələr Azərbaycanın
iştirakı, onun milli maraqlarının nəzərə alınması
ilə həyata keçirilir.
1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın bugunkü uğurlarını şərtləndirdi. Məhz bu imkanlara söykənərək cənab İlham Əliyev sözügedən andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inandığını bildirmişdi: «Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.»
Bu vədin verilməsindən
artıq 21 il keçir.
21 il zaman baxımından böyük
olmasa da uğurlarımızın,
zəfərlərimizin zənginliyi
ilə bir əsrə bərabərdir.
Bu illər Azərbaycanın
müstəqillik tarixinə
biri-birindən möhtəşəm
səhifələri yazdı.
Cənab İlham Əliyevin
qarşıdakı dövr
üçün verdiyi
vədlər sırasında
bu mühüm çağırış xüsusi
yer tutmuşdu: «Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir.
Neft strategiyasını
davam etdirərək, qısa müddət ərzində ölkəmizi
hərtərəfli inkişaf
etdirəcəyik.»
Ötən 21 il hər bir vədin konkret əməli işdə təsdiqinin təqdimatıdır.
Ulu Öndər Heydər
Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması,
iqtisadiyyatın inkişaf
etdirilməsi, müasir
iqtisadi sistemin yaradılması, cəmiyyət
həyatının bütün
sahələrini əhatə
edən köklü islahatların həyata keçirilməsi və sair kimi həllivacib
məsələlər idi.
Son 21 ildə Azərbaycanın
bütün sahələrdə
qazandığı uğurları
bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Çünki
hansı sahəyə
baxsaq Azərbaycanın
möhkəm təməl
üzərində inamla
irəlilədiyini görür,
təcrübəsi nümunə
göstərilir. Cənab
İlham Əliyevin jurnalistlərə
ilk müsahibəsini də
yada salmaq bir zərurət kimi qarşımızda dayanır.
Çünki dövlət
başçısı həmin
müsahibəsində üəzrinə
düşən çətin,
eyni zamanda, şərəfli missiyanı
yerinə yetirmək üçün xalqa arxalandığını bir
daha diqqətə çatdırdı. “Cənab
Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz”
sualına cənab
İlham Əliyevin cavabı
belə olmuşdu: “Gərək mən ümidləri doğruldam...
Qarşımda çoxlu
vəzifələr var, çoxlu
işlər görmək
əzmindəyəm. Bütün
bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm
işlər haqqında
düşünürdüm. Həyatımın artıq
növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki
bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir
ki, əlbəttə, mən
bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq
aləmdə təmsil
edəcəyəm. Əlbəttə,
bu mənim çiyinlərimə əlavə
məsuliyyət yükü
qoyur.»
Prezident
İlham Əliyev bu məsuliyyəti uğurlu
addımları ilə
gerçəkləşdirdi, Azərbaycana biri-birindən
əhəmiyyətli uğurlar
qazandırdı. Prezident
kimi fəaliyyətə
başladığı ilk gündən
iqtisadi inkişafı
hər bir ölkənin tərəqqisində
vacib amil kimi önə çəkərək
iqtisadiyyatın şaxələndirilməsini
vacib amil kimi önə çəkdi.
Bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Son 21 ildə
Prezident İlham Əliyevin
təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində
ölkəmiz dayanıqlı
və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi,
yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı
addımlar atdı.
“Biz son illər ərzində
aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən
cənab İlham Əliyev
bildirir ki, bizim xoşbəxtliyimiz ondadır
ki, müstəqil, azad
dövlətdə Azərbaycan
Respublikasının vətəndaşı
kimi yaşayırıq.
Biz bunu qiymətləndirməliyik
və müstəqilliyi
hər şeydən üstün tutmalıyıq.
Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri
də neft kapitalının insan kapitalına çevrilməsi
oldu. Bu hədəfə
yüksək səviyyədə
nail olmaq üçün
regionların malik olduğu
iqtisadi potensialdan səmərəli istifadənin
zəruriliyi gündəmə
gətirildi. Cənab
İlham Əliyevin Sərəncamı
ilə Regional inkişaf
proqramı təsdiqləndi.
İlk proqramın əhatə
etdiyi 2004-2009-cu illər
üçün nəzərdə
tutulan bütün hədəflərin uğurlu
icrası növbəti
üç sənədin
qəbulunu zərurətə
çevirdi. Artıq dörd Dövlət Proqramı uğurla icra edilib və
tarixi Zəfərimizin
reallıqları əsasında
bütün regionları,
o cümlədən işğaldan
azad edilmiş əraziləri əhatə
edən «Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər»
təsdiqləndi.
Azərbaycanın hər bir uğurunun əsasında iqtisadi müstəqilliyimizin
təmin edilməsi dayanır. Ölkəmizin
malik olduğu təbii
resurslarından səmərəli
içtifadəsi, enerji
diplomatiyasını uğurla
həyata keçirməsi
bu sahədə biri-birindən mühüm
addımların atılmasını
təmin edir. Bu gün Azərbaycan regional
inkişafın aparıcı
qüvvəsinə, dünya
birliyinin fəal üzvünə çevrilib.
Azərbaycanın iştirakı
olmadan bölgədə
hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.
Bunun üçün Azərbaycanın
enerji sektorunda qazandığı uğurların
xronologiyasına diqqət
yetirmək kifayətdir.
Bircə faktı qeyd etmək kifayətdir ki, 2017-ci ildə
«Yeni əsrin müqaviləsi»
imzalandı. 2018-ci ilin
mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı
oldu. 2020-ci ilin dekabrında isə tam tərkibdə istifadəyə
verildi. Bu günün
əsas çağırışı
isə bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasıdır.
İşğaldan azad
edilmiş ərazilərimiz
bu sahədə böyük potensiala malikdir ki, bu da gələcəkdə həm
ölkəmizin, həm
də yeni layihələrdə
iştirak edəcək
ölkələrin enerji
təhlükəsizliyinin təminatına
böyük töhfə
olacaq.
İqtisadi müstəqillik Azərbaycanın
siyasi müstəqilliyini
şərtləndirdi. Dövlətimizin
başçısı İlham Əliyev 44 günlük müharibə dövründə
xalqa müraciətlərində,
eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə
xalqa təbrikində Qələbəmizdə iqtisadi
və siyasi müstəqilliyin rolunu da
xüsusi qeyd etdi. Azərbaycanın beynəlxalq münasibətlər
sistemində möhkəmlənən
mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün
möhkəm hüquqi
bazanın mövcudluğu
Azərbaycan Ordusunun döyüş meydanında
qələbəsinə yol
açdı. Azərbaycan
dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın
yeni xarici siyasətinin
formalaşmasında, yeni reallıqların
yaradılmasında əhəmiyyətli
rol oynadı.
Ərazi
bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifə
idi. Biz buna nail olmaq üçün böyük
səy göstərdik.
Ordumuz faktiki olaraq yenidən quruldu. Əvvəldə də qeyd etdiyimiz
kimi, iqtisadi dayanıqlıq bütün
sahələrdə təkmil
islahatlara geniş yol açdı. Ordu quruculuğu sahəsində atılan addımların nəticəsi
idi ki, Silahlı Qüvvələrimiz dünyanın
ən güclü 50 ordusu sırasında qərarlaşıb. Onu da
qeyd etmək istərdik ki, dünya Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu hələ
2016-cı ilin Aprel döyüşlərində, həmçinin
2018-ci ilin Günnüt
əməliyyatında şahidi
olmuşdu. Bu gün ordumuzun potensialı bütün dünyanın
gözü önündədir.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev üzərinə
düşən bu missiyanı da şərəflə
yerinə yetirdi. 44 gündə 30 ilin işğalına son qoyulması
Azərbaycanın bu illər ərzində necə gücləndiyini,
qüdrətləndiyini nümayiş
etdirdi. Ordumuz bütün döyüş
tapşırıqlarını qətiyyətlə yerinə
yetirməyə hazır
olduğunu 2020-ci il 27 sentyabar
tarixində Ermənistan
silahlı qüvvələrinin
Azərbaycan ərazilərini
müxtəlif istiqamətlərdən
raket atəşinə
tutan zaman Müzəffər
Ali Baş Komandanın
«Hücum!» əmrini yüksək
səviyyədə cavablandırması
ilə təsdiqlədi.
44 günün hər
günü xalqımız
dövlət başçısı
İlham Əliyevdən qələbə
müjdələrini eşitdi.
Dövlət başçısının
xalqa hər müraciətində hansısa
kəndin, şəhərin,
qəsəbənin və
strateji yüksəkliyin
işğaldan azad edilməsi xəbəri çatdırıldı.
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində
Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı
şəhərləri, Zəngilan
rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd
rayonunun Hadrut qəsəbəsi
və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının
bir neçə kəndi daxil olmaqla, ümumilikdə
300-dən çox yaşayış
məntəqəsi, həmçinin
Ağdərə, Murovdağ
və Zəngilan istiqamətlərində mühüm
strateji yüksəkliklər
işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya
aktını imzalamağa
məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş
meydanında qazandığı
böyük qələbə
siyasi müstəvidə
də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər
və Laçın rayonlarını işğaldan
azad etmək məcburiyyətində qaldı
və bununla da tarixi ədalət bərpa olundu.
Bu gün əzəli torpaqlarına qovuşan Azərbaycan çal-çağırlı
günlərini yaşayır.
Xalqımıza qələbə
yaraşır. 30 ilə
yaxın müddətdə
torpaqlarımızın işğal
altında, bir milyondan çox soydaşımızın qaçqın
və məcburi köçkün vəziyyətində
yaşamasına baxmayaraq
Azərbaycan xalqı gələcəyə, ərazi
bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə
inamını itirmədi.
Bu inama əsas verən dövlətimizin
qətiyyəti, münaqişənin
həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi,
ən yüksək tribunalardan səsləndirilən
bəyanatların real həyatda
öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham
Əliyev bütün
çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz
və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma
yurd-yuvalarına qayıdacaq,
bu ərazilərimizdə
yeni həyat başlayacaq.
«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə
borcumu yerinə yetirməyə başlayanda
qarşıma bir nömrəli vəzifə
qoymuşdum ki, Azərbaycan
Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün
torpaqlarda, bütün
şəhər və
kəndlərdə qaldırılsın.
Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru
gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə
deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü
yaxınlaşdırmalıdır.» Dövlət başçısı İlham Əliyev ötən il oktyabın 15-də Xankəndi
şəhərində Azərbaycan
Bayrağını ucaltdıqdan
sonra çıxışında
onu da əlavə etdi ki, bu illər
ərzində Azərbaycan
gücləndi, dünya
miqyasında özünə
layiq yerini tuta bildi. Artıq
Azərbaycanla dünyada
hesablaşırlar. Ölkəmizin
mövqeyi, dövlətimizin
addımları nəinki
bölgədə, daha
da böyük coğrafiyada
böyük məna daşıyır: «Bir çox
hallarda Azərbaycan önəmli təşəbbüslərin
müəllifidir. Biz bu
illər ərzində
Ermənistan-Azərbaycan münaqişəsini
həll etmək üçün güclü
bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq… Bizim iqtisadiyyatımız dörd
dəfədən çox
artıb. Güclü
iqtisadiyyat müstəqillik
deməkdir. Müstəqillik
heç vaxt şərti olmamalıdır.
Əsl müstəqilliyə
nail olmaq üçün
güclü iqtisadiyyatın
olmalıdır, güclü
ordun olmalıdır.»
Azərbaycan xalqı həmişə
öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə
bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün
bərpasının memarı
kimi tarixə yazılan dövlətimizin
başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyimiz müraciətində
onu da bildirmişdir
ki, bu gün burada olmağımızın
əsas səbəbkarı
Azərbaycan xalqıdır,
Azərbaycan övladıdır.
Elə bir gənc nəsil yetişdirdik ki, Vətən,
torpaq uğrunda ölümə getməyə
hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu
qarşısında baş
əyirik. Azərbaycan
xalqı olaraq onlara əbədi borcluyuq. Təkcə Azərbaycan vətəndaşları
yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan
əsgəri və zabiti ilə, Azərbaycan dövləti
ilə haqlı olaraq fəxr edir.
Bu illər ərzində Qağlıq Qarabağ münaqişəsinin həlli
üçün möhkəm
hüquqi baza formalaşdı. Beynəlxalq
təşkilatların qərar
və qətnamələrində
Azərbaycanın haqlı
mövqeyi dəstəkləndi,
Ermənistanın işğalçılıq
siyasəti pisləndi.
Baxmayaraq ki, bu qətnamələr saralmış
kağız üzərində
qaldı, əsas olan budur ki, Qarabağın Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə
öz əksini tapdı. Azərbaycanın
döyüş meydanında
qələbəsində bu
illər ərzində
yaradılan möhkəm
hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız
belə düşmənə
verilməyəcək. Ermənistan
bunu nə qədər tez anlasa, bir o qədər
yaxşıdır.
30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh
yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini istəməyən
Azərbaycan dövləti
30 il qarşı tərəfdən
ədalətli mövqe,
beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində
münaqişənin həllini
gözlədi. Cənab
İlham Əliyevin vurğuladığı
kimi, artıq son illərdə münaqişənin
həlli ilə bağlı danışıqların
aparılması heç
bir məna daşımırdı.
Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları,
təhqiredici addımları
ilə açıq-aşkar
münaqişənin sülh
yolu ilə həllində maraqlı olmadığını bildirirdi.
Baxmayaraq ki, işğalçı
Ermənistana havadarlıq
edən dövlətlər
münaqişənin hərb
yolu ilə həllinin olmadığını
bildirirdilər, Ermənistanın
baş naziri bunun əksinə olaraq münaqişənin
diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti,
xalqı Ermənistan silahlı qüvvələrinin
sentyabrın 27-də müxtəlif
istiqamətlərdə hücumlarından
sonra artıq səbrin tükənməz
olmadığını nümayiş
etdirdilər. Müzəffər
Ali Baş Komandan «Azərbaycan əsgəri,
irəli!»
əmrini verdi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi.
Onların döyüş
ruhu, şücaəti
44 günlük müharibə
dövrünün gedişində
özünün aydın
mənzərəsini yaratdı.
Vətən müharibəsi Azərbaycan
tarixində, Azərbaycan
xalqının yaddaşında
möhtəşəm qələbələr,
tarixi anlar, təkrarolunmaz hadisələrlə
qalmaqdadır. Tarixi Zəfərimizdən 3 il sonra
oktyabrın 15-də Azərbaycan
Bayrağının Xankəndidə
ucaldılması tarixi
hadisədir. Dövlət
başçısının xalqa müraciəti bugünümüz və gələcəyimizlə bağlı
bütün məqamları
özündə ehtiva
edir. “Şadam ki, son
20 il ərzində verdiyim
bütün vədlər,
qarşıma qoyduğum
bütün vəzifələr
icra edildi» sözləri 21 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə
müdrik qərar verdiyini bir daha
ortaya qoydu.
Reallıq budur ki, məhz
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə
Prezident seçilmiş
cənab İlham Əliyev
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Onun yaratdığı möhkəm
təməl əsasında
dövlətimizi strateji
hədəflərə doğru
uğurla aparır. Cənab İlham Əliyev
yeni reallıqları yaradaraq
xalqın yüksək
etimadını və
sonsuz məhəbbətini
qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının
qəlbində özünə
əbədi yer etdi.
Cənab
İlham Əliyevin Xankəndi
şəhərindən xalqa
müraciətində Vətən
müharibəsinin Azərbaycanın
qələbəsi ilə
başa çatacağına
əminliklə yanaşdığını
bildirdi. Reallıq budur ki, Azərbaycan bütün istiqamətlərdə
üstünlüyə malik idi.
Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan
istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi.
Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük
müharibə sözün
əsl mənasında
həqiqət anı oldu. Xankəndidən ünvanladığı müraciətində
də «Əyilmədik,
sınmadıq, o boyda
böyük faciə ilə təkbaşına
üz-üzə qalmışdıq,
heç kim bizim yanımızda durmadı. Torpaqlarımız
işğal altına
düşəndə heç
bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün
əsas güclər Ermənistanın arxasında
idi və bugünkü tarix onu bir daha
göstərir. Baxın
görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən
hansı ölkələrdir»
söyləyən dövlət
başçısı İlham Əliyev onu da əlavə etdi ki, həmin ölkələr
o vaxt -1992-1993-cü illərdə
Ermənistanın yanında
idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və
onlara bəraət qazandırırdı. Bu 30 il ərzində
heç nə dəyişməyib. Xalqımız
böyük faciələrlə
üz-üzə qalmışdı.
Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz
gözləri ilə erməni vəhşiliyini
görür. Bir dənə
salamat bina qalmayıb.
Bizə qarşı etnik təmizləmə aparılmışdır. Xocalı
soyqırımı törədilmişdir.
Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb.
“Xocalıya ədalət!”
hərəkatı geniş
vüsət almışdır.
O çətin dövrdən
bu günə qədər keçdiyimiz
yol şərəf və ləyaqət yoludur.
«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini
unutmasınlar! Antiterror tədbirlərini
unutmasınlar!» söyləyən Müzəffər Ali Baş
Komandan İlham Əliyev
bu çağırışı
etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə,
bax, bu kadrlara
yaxşı baxsın.»
Bu missiyanın əsası
Ulu Öndər tərəfindən
qoyulmuşdu. O, bütün
çıxışlarında qaçqın və məcburi köçkünlərin
mütləq öz torpaqlarına qayıdacağını,
erməni qəsbkarlığının
uzun sürməyəcəyini
hər zaman bildirir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı.
Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur
ki, Ulu Öndər Azərbaycanı
müstəqilliyini itirmək
təhlükəsindən xilas
etdisə, Prezident
İlham Əliyev torpaqlarımızın
xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə
qaytaran Lider kimi tarixə yazıldı. Ümummilli
Lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi
“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın
ki, gedəcəyik. Şuşa
Azərbaycanın gözüdür,
hər bir azərbaycanlı üçün
bu, iftixar mənbəyidir. Şuşa
bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.
Amma tək Şuşa
yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız
yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,
Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin
o bulaqları, Kəlbəcərin
o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin
Müzəffər Ali Baş
Komandanı, Prezident
İlham Əliyev Şuşa
şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan
azad edildiyi gün xalqımıza bu müraciəti etdi: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı
azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın
olsun dünya azərbaycanlıları! Əziz
Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa,
biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»
Cənab
İlham Əliyevin müsahibələrinin
birində ona ünvanlanan «Müharibə
dövründə liderlər,
ali baş komandanlar həmişə
diqqət mərkəzində
olurlar. Sizin nə dərəcədə
sakit, təmkinli və eyni zamanda,
inamlı olmağınızı
hamı görürdü.
Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız
və təmkinliyiniz nəyə əsaslanırdı?
Bu müharibənin tarixən
ədalətli olmasını
başa düşməyinizə?
Sizin Ali Baş Komandan kimi regionda
ən yaxşı ordulardan birinə malik olmağınızı başa
düşməyinizə? Qarşı
tərəfin, yəni,
erməni tərəfin
“əl-qol atması” fonunda Sizin bu
cür müstəsna
dərəcədə ləyaqətli,
sakit, inamlı davranmağınızın əsası
bu idimi» sualına cavabını
da xatırlamamaq mümkün
deyil. Dövlətimizin
başçısı bildirmişdir
ki, bu suala dərhal cavab vermək mənim üçün çətindir.
Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə
dəfələrlə demişəm
ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə
birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik
vəzifələrindən kənarda saxlamalıdır.
Hər bir insanın emosiyaları var
və təbii ki, biz onları göstəririk.
Lakin görünür, uzun
illər ərzində
mən özümdə
bu emosiyaları üstələməyə imkan
verən müəyyən
keyfiyyətlər yaratmışam.
Hərbi əməliyyatlar
aparılan dövrdə
bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi
bombalayanda, uşaqlarımızı
və qadınlarımızı
öldürəndə də
biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq.
Hərçənd, bizi
coşduran emosiyaları
başa düşmək
olardı. Biz hərbi
cinayətlər törətməmişik.
Hərbi əməliyyatın
elə ilk günündə
mən hərbi qulluqçulara çox sərt göstərişlər
vermişdim ki, hərbi
cinayətlər törətməyi
özünə rəva
görənlər ciddi
cəzalandırılacaqlar. Düşünürəm ki, sizin
söylədiyinizi səciyyələndirən
mənim dediyim bu amillər və bir də,
əlbəttə, özümün
haqlı olmağıma
inamımdır.» Cənab İlham Əliyev fəaliyyəti ilə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət,
əzm, prinsipiallıq,
dönməzlik rəmzinə
çevrilib. Dövlət
başçısı çıxışlarında
bu çağırışı
da edir ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə
bunu göstərib, həm siyasi müstəvidə, diplomatik
müstəvidə, eyni
zamanda, döyüş
meydanında. Nəyi ediriksə, dəqiqliklə
edirik.»
Dövlət başçısı İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin hər biri Azərbaycanı bu günü və gələcəyi üçün mühüm çağırışlarla zəngindir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə olaraq prezident və parlament seçkiləri keçirildi. Hər iki seçki xalqımızın həyata keçirilən siyasətə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasını inamını nümayiş etdirdi. Suverenlimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan təbii ki, yeni hədəflərini müəyyənləşdirməli idi. Keçirilən bu seçkilər həmin hədəflərə geniş yol açdı. Bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində «İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi» söylədi və ötən dövr ərzində görülən işlərin zəfərlərə yol açdığını böyük qürur hissi ilə qeyd edərək bu çağırışı etdi: « Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.»
Cənab İlham Əliyev Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazan 1 sentyabr parlament seçkilərindən sonra yeni formalaşan VII çağırış Milli Məclisin ilk iclasında da Azərbaycanın qarşısında dayanan hədəfləri açıqladı. Bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır: «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə.»
Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın bütün sahələrdə davamlı uğurlar qazanmasını şərtləndirir. Xarici siyasətdə əldə edilən nakiliyyətlərin miqyası göz qabağındadır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası genişlənir. Hazırda dünyanın diqqəti Azərbaycanın gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəlib. Tədbir ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Tezliklə COP29-un Azərbaycana qazandırdığı uğurlardan, yol açdığı yeni əməkdaşlıq formatlarından, beynəlxalq həmrəyliyin qlobal iqlim dəyişmələrinin yaratdığı problemlərin aradan qaldırılmasına göstərdiyi töhfələrdən bəhs edəcəyik.
Təbii ki, 21 ilin uğurlarını bir yazıda əhatə edə bilmərik. Hər günün Azərbaycanın müstəqillik tarixinə uğur səhifəsi kimi yazılmasını şərtləndirən Heydər Əliyev siyasətinə xalqın inamı, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyi, həmrəyliyi bundan sonra da Azərbaycanın daha mühüm zəfərlərlə diqqətdə olacağını təmin edəcək. Günümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin böyük inamla qeyd etdiyi «Nə qədər ki, Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» fikirlərinin aydın mənzərəsini yaradır. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünümüzün və gələcəyimizin əsasını qoydu. Bu tarixi müraciətdə inamın növbəti ünvanının dəqiq göstərilməsi dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın bundan sonra da zəfərlərə doğru inamla addımlamasına stimul verdi. Ümummilli Lider əminliklə bildirdi ki, cənab İlham Əliyevə özü qədər inanır və axıra çatdıra bilmədiyi işləri o, axıra çatdıracaq. Xalqı 2003-cü ildə etdiyi seçimində yanılmadığını, həyata keçirilən siyasətə dəstəyini bu günədək ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməklə ifadə etdi. Heydər Əliyev siyasətinin alternativinin olmadığı beynəlxalq səviyyədə də etiraf edilir.
Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir… Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum.»
Yeganə Əliyeva
İki sahil.- 2024.- 15 oktyabr, ¹189.- S.4-5.