15 oktyabr: Azərbaycan tarixində

böyük qələbələr dövrünün başlanğıcı

 

Ötən il Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdığı həmin an iki əsrdən artıq bir zaman kəsiyində ölkəmizə qarşı yeridilən məkrli siyasətin təhlükəli alətinə çevrilmiş erməni oyunlarının rəsmən bitdiyinin təsdiqi oldu

 

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri oktyabrın 15-nə təsadüf edir. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə ölkədə sabitliyin qorunmasına verdi.

Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. 21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Dövlət başçısı xalqa ilk müraciətindəMən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli milli maraqlara söykənən daxili xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə 2008-ci, 2013-cü, 2018-ci 2024-cü illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı.

2003-2024-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Bu gün ölkəmizə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli mahir siyasətçi rəhbərlik edir. Prezident İlham ƏliyevinAzərbaycanın müstəqilliyinin dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik liderimizin 21 illik fəaliyyəti dövründə Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi siyasi gücü Qarabağın Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə daha da möhkəmləndi. Ali Baş Komandanın qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan qurtuluş savaşına başladı dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Qələbəni şərtləndirən mühüm amillərdən biri Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

2023-cü il sentyabrın 19-20-də reallaşdırılan, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm tarixi Zəfərin məntiqi davamı olaraq, ölkəmizi əsas hədəfinə qovuşdurdu. Azərbaycan ərazilərində Ermənistanın formalaşdırdığı qanunsuz xunta rejiminin mövcudluğuna birdəfəlik son qoyuldu. Azərbaycanın hələ İkinci Qarabağ müharibəsi zamanı Xankəndini digər əraziləri Ermənistanın qanunsuz hərbi birləşmələrindən təmizləmək imkanı olsa da, rəsmi Bakı hərbi güc tətbiqinə üstünlük vermədi. Postmüharibə dövründə Qarabağ ermənilərinin sivil reinteqrasiyasına çalışan ölkə rəhbərliyi humanist yanaşma göstərdi, qarşı tərəfi dəfələrlə danışıqlara dəvət etdi. Lakin Ermənistanın Qarabağda süquta uğradılmış separatçı rejimin rəhbərliyi üç ilə yaxın müddətdə Azərbaycanın dayanıqlı sülh reinteqrasiya üçün təklif etdiyi bütün səmərəli təklifləri rədd etdi, hərbi təxribatlarla bölgədəki vəziyyəti gərginləşdirmək yolu seçdi. Bu, Azərbaycanın hərbi-siyasi, diplomatik gücünün adekvat dəyərləndirilməməsinin, revanş iddialarının nəticəsi idi. Bu lokal əməliyyat Azərbaycanın separatçılıqla heç zaman barışmadığını, zəbt edilmiş torpaqlarının azad olunması, suverenliyinin bərpası üçün sonadək mübarizə aparmaq, ədalətin tam bərpası naminə döyüşmək əzmini bütün dünyaya nümayiş etdirdi. Qarabağdakı separatçı rejimin təslim olaraq Azərbaycanın şərtlərini qəbul etməsindən dərhal sonra rəsmi Bakı lokal xarakterli antiterror tədbirlərini dayandırdı. Əldə olunmuş razılaşmaya uyğun şəkildə, silahı yerə qoymaqla tərksilah tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən Laçın-Xankəndi Kəlbəcər-Basarkeçər istiqamətində çıxışına imkan yaradıldı. Bu, rəsmi Bakının növbəti humanist addımı razılaşmalara sadiqliyinin göstəricisi oldu. Qanunsuz rejimin ideoloji-siyasi rəhbərlərininetnik-dini qarşıdurmanı təşviq etməkdə, ağır müharibə cinayətlərində təqsirli bilinən şəxslərin tutularaq Bakıya gətirilməsi göstərdi ki, ölkəmiz hərbi caniləri qətiyyən bağışlamır, hüququn aliliyini, tarixi ədaləti bərpa edir.

Dövlətimizin başçısı İlham ƏliyevinAzərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamı ilə sentyabrın iyirmisininXankəndi, Xocalı, Xocavənd Ağdərə şəhərləri günüelan edilməsi ölkəmiz üçün mühüm siyasi təbliğati əhəmiyyətə malikdir. Bu Sərəncam uğurla gerçəkləşdirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılmış uğurların miqyasını göstərirdi.

Beləliklə, 2020-ci ildə başlayan İkinci Qarabağ - Vətən müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi. Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırdıqdan sonra doğma xalqımıza müraciəti 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqıAllaha şükürdeyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi bir daha Qələbəmizə öz möhürünü vurmuş oldu. Azərbaycanın Xankəndi daxil olmaqla, suverenliyini bərpa etdiyi tarixi ərazilərində cəmi 1 il müddətində reallaşdırdığı genişmiqyaslı abadlıq-quruculuq işləri, Qarabağ Universitetinin fəaliyyətə başlaması, keçmiş məcburi köşkünlərin yurdlarına qayıtmaları revanş xülyasından əl çəkməyən Ermənistanın müəyyən hərbi-siyasi dairələrinəgözdağı sərt mesajdır. Bu gün artıq Xankəndidə tələbələrimiz təhsil alır. Burada həyat yenidən canlanır. Dövlət başçısı bu müddət ərzində Xankəndiyə bir neçə dəfə səfər edib. Bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib.

 

Sevinc Azadi

 

İki sahil.- 2024.- 15 oktyabr, ¹189.- S.7.