Zamana sığmayan həyat yolu

 

Hidayət Orucov-80

 

Dövlət xadimi, diplomat şair-dramaturq Hidayət Orucovun həyat yolu o qədər böyük uğurlarla, qürurverici anlarla zəngindir ki, onlara ayrı-ayrılqda diqqət yetirsək zamana sığmaz

 

Əbəs yerə ömür kitaba bənzədilmir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu fikirlərini xatırlatmaq istərdik: «Həyatda hər bir kəsin yerini taleyini tarix müəyyən edir. Odur ki, böyük, kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə olmalısan - bax, budur bizim həyatımız. Ona görə özgələrin rollarını obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən , dünyada yerin yeganə bənzərsizdir

Bu reallığı da xüsusi qeyd etməliyik ki, həyatın mənası çox yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək başqaları üçün nümunə olmaqdır. Ömür kitabımızın zənginliyi seçdiyimiz yoldan, fəaliyyətimizdən, ən əsası hər kəsin özünü cəmiyyətə təqdim etməsində əhəmiyyətli rol oynayan xarakterdən asılıdır. Ümumiləşdrilmiş şəkildə qeyd etsək, dünənimiz bugünümüz, bugünümüz isə sabahımız üçün bir güzgüdür. Bunların hər biri toplam olaraq ömür yolumuza bələdçilik edir.

Bu gün haqqında bəhs edəcəyimiz 80 illik yubileyini qeyd edən dövlət xadimi, diplomat şair-dramaturq Hidayət Orucovun həyat yolu o qədər böyük uğurlarla zəngindir ki, onlara ayrı-ayrılqda diqqət yetirsək zamana sığmaz.

Protokol qaydalarına uyğun olaraq hər kəs, həmçinin hər bir hadisə haqqında dolğun məlumat əldə edilməsində bizlərə yardımçı olan «Vikipediya»ya müraciət edərək Hidayət müəllimin həyat yolunun mühüm məqamlarına oxucularla birlikdə nəzər salmaq qərarına gəldik. Bu qısa təqdimatda 80 ilin zirvəsindən geri baxarkən yubliyar Hidayət Orucovun hansı hissləri keçirdiyini təxmin etmək olar.

Hidayət Orucov Qərbi Azərbaycanın Meğri rayonunun Maralzami kəndində anadan olub. O, vaxtilə Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Hidayət müəllimin təşəbbüsü bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri dəfələrlə İrəvan Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR-in əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət Orucov 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir. 1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini, sonra baş redaktoru vəzifələrində işləmişdir. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılmışdır. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir. Hidayət müəllimin təşəbbüsü rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra fantastika", 17 cildlik "SSRİ xalqları ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə həmin illərdə başlanmışdır.

Hidayət müəllim ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, eyni zamanda, tarixi keçmişimiz, türk xalqlarının deportasiyası soyqırımılarına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisistik qeydlərin müəllifidir. Onun "Heydər Əliyev Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində nəşr olunmuşdur. Pyesləri hal-hazırda Azərbaycanda xaricdə böyük teatrların səhnələrində uğurla oynanılır.

Hidayət Orucov Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri, Azərbaycan Respublikasının Milli Azlıqlarla Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləyib. Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Hidayət müəllim Azərbaycanın xarici siyasətinin əsas istiqamlərindən olan ikitərəfli əlaqələrin inkişafına öz töhfələrini verib. Belə ki, o, Prezdientin Sərəncamı ilə 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğız Respubikasında fövqəladə səlahiyyətli səfiri olub.

Göründüyü kimi, 1990-cı illərin əvvəllərindən etibarən Hidayət Orucov mühüm dövlət işlərində çalışıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən genişmiqyaslı milli dövlət quruculuğu prosesində fəal iştirak edib. 2004-cü ildə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hidayət Orucovun dövlət quruculuğu işlərində fəaliyyəti yüksək qiymətləndirilərək "Şöhrət" ordeni ilə təltif edilib.

Hidayət müəllim Azərbaycan ədədi mühilində öz dəstəi xətti, üslubu aktuallığı ilə seçilən sənətkarladandır. Onun yaradıcılığı ədəbi aləmdə öz orijinallığı ilə seçilir. Hidayət müəllimin yaradıcılığında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası, Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətləri, yaratdığı Lider modeli xüsusi olaraq önə çəkilir. Bu reallıq təsdiqlənir ki, ölkənin inkişafında, gələcəyinin müəyyənləşdirilməsində lider amilinin rolu böyükdür. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə azərbaycançılıq ideologiyasının təbliği, milli şüurun inkişaf etdirilməsi yönümündə atılan addımlar Hidayət Orucovun yaradıcılığında geniş şəkildə təbliğ edilir. Görkəmli dramaturq, eyni zamanda, Qərbi Azərbaycan mövzusuna xüsusi həssaslıqla yanaşır. Onun «Buradan min atlı keçdi» əsəri XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı Ulu Öndər Heydər Əliyevin kəskin barışmaz mövqeyini, Qərbi azərbayanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir. Sözügedən əsərdə Hidayət müəllim Sovetlər birliyi dövründə milli məsələ barədə düşünməyin qadağan olunduğu bir vaxtda məhz Ulu Öndər Heydər Əliyevin milli ideologiyamıza xidmət edən mühüm cəhətlərini göstərir. Həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyev Kremlin divarları arasında ermənilər tərəfindən əleyhimizə aparılan xəyanətkar əməlləri ifşa edir, Qarabağın Ermənistana verilməsi digər torpaq iddiaları məsələlərinin qarşısını İttifaq rəhbəri səviyyəsində öz prinsipial mövqeyi, milli təəssübkeşliyi Azərbaycan xalqının qüdrətli lideri kimi sarsılmaz gücü ilə alır.

«Üz tutaq tarixin dərin qatlarına. Üz tutaq İrəvən dediyimiz o ulu torpaqlara. O zamanlar ki, hələ sovetin bayrağı erməni başı üzərindəydi. Hələ erməni şovinizmi yenicə ayaq ayaq açırdı. Ancaq bizim üçün vacib olan o ulu torpaqlarda yaşayan həmvətənlərimizin erməni şovinistlərinə qarşı apardıqları intellekt mübarizəsidir» söyləyən müəllif diqqəti bu mübarizənin ön cərgəsində gedən Heydər Əliyev şəxsiyyətinə yönəldir. Qeyd etdtiyimiz kimi, Hidayət müəllim Ulu Öndər Heydər Əliyevlə təkcə qürur duymayıb, həm öz dərin zəkası ilə Onu millətinin, xalqının dövlətinin xilaskarı kimi görüb. Bunu onunHeydər Əliyev Azərbaycanda milli siyasət", "İrəvana 7 məktub", "Buradan min atlı keçdi" sair əsərlərində aydın görmək olur.

Hidayət müəllimin əsərlərində hansı mövzuya müraciət etməsinə baxmayaraq böyük maraq doğurur. Yazıçı həyat hadisələrini reallığın mürəkkəb qarşılıqlı əlaqələri ilə birlikdə araşdırır. Görkəmli şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov çoxşaxəli yaradıcılığı mükəmməl, fərqli poetik xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında ümumilikdə ictimaiyyətində özünəməxsus yerə malik bir şəxsiyyətdir.

Görkəmli dramaturqumuz bu gün yaradıcılığını yüksək səviyyədə davam etdirir, rəngarəng mövzuları özündə əks etdirən əsərləri ilə oxucularının görüşünə gəlir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi, Hidayət müəllim qürurlu sevinclidir. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız azad olub, tarixi sahibinə qovuşub. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gündə 30 ilin işğalına son qoyması Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin, öz tarixinə, torpaqlarına sahib çıxmasının göstəricisidir. Tarixi Zəfərimizin ardınca ötən ilin sentyabr ayında suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın qarşısında perspektivlər açır. Tarixi ədalətin bərpası bir daha onu təsdiqləyir ki, real faktlara, tarixi həqiqətlərə söykənən təbliğat sonda qalib olur. Ədalətin bərpası üçün səyləri artırmaq, diplomatik mübarizəni davam etdirmək gərəkdir. Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra dövlətimizin başçısı İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini gündəmə gətirdi. Qayıdış Konsepsiyası təsdiqləndi uğurla icra edilir. Cənab İlham Əliyev ötən ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi zamanı bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. O da məlumdur ki, 2022-ci ilin sonunda, doğum günündə cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Həmin görüşdə səsləndrilən çağırışlar bir daha belə bir əminliyi yaratdı ki, tezliklə Qərbi Azərbaycana qayıdacağıq. Dövlətimizin başçısı bildirmişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.» Bu fikirlərin davamı olaraq belə bir əminlik ifadə edilmişdir ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bu mövzuya belə geniş yer verməyimiz səbəbsiz deyil. Qədim Oğuz yurdunda dünyaya gələn, yaradıcılığında Qərbi Azərbaycan məsələsinə, azərbaycanlılara qarşı törədilən soyqırımı deportasiya siyasətinə həssaslıqla yanaşan Hidayət müəllimin yaradıcılığında bu tarixi torpaqlara qayıdımızın sevincini, qürurunu duyacağıq. Təbii ki, o gün uzaqda deyil.

Hidayət müəllimin 80 illik ömür yolunu bu illərə söykənərək növbəti illərlə bağlı arzularını təbii ki, bir yazıda əhatə etmək mümkün deyil. Ömrü sözə bənzədənlər yanılmırlar. Sözlər biri- birinə cilalanaraq yaratdıqları cümlələrlə nəyisə ifadə etdikləri kimi, illər biri-birini əvəzləyərək həyat yolumuzun mənzərəsini yaradır. Daim dövlətə, dövlətçiliyə xidməti özünün fəaliyyətində əsas amal, prinsip kimi qəbul edən Hidayət Orucovun həyat yolu indiki gələcək nəsillərə Vətənə, dövlətə, xalqa bağlılıqla yanaşı, bu sevgini əməldə sübut etməyin nümunəsidir. Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqillik tarixinin bələdəçilərindən biri kimi ölkəmizin haradan haraya gəlib çıxmasının şahidi olan Hidayət müəllim daim Heydər Əliyev kimi dövlətini, xalqını canından artıq sevən Liderlə birgə çalışmağı ömrünün ən qürurverici anı kimi qeyd edir.

Hidayət müəllimin mükafatlarına fəxri adlarına diqqət yetirdikdə çoxşaxəli fəaliyyəti, ən əsası dövlətə, dövlətçiliyə bağlılığı özünü aydın şəkildə nümayiş etdirir. Bu təltiflər arasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli «Vətənə xidmətə görə» orden özündə bütün məqamları ehtiva edir. Hidayət müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Yeganə Əliyeva

 

İki sahil.- 2024.- 5 sentyabr, ¹161.- S.4.