Həyatını musiqi sənətinə
bağlayan insan
Yubilyar
Dünya şöhrətıi bəstəkarlar, görkəmli musiqi xadimləri, adlı-sanlı sənətkarlar, müğənnilər, ustad ifaçılar, pedaqoqlar yetirən məhşur sənət ocağı. Azərbaycan Milli Konservatoriyası nəzdində Muisiqi Kolleci. Ölkəmizdə bu ilk professional təhsil məktəbinin musiqi mədəniyyətimizin, musiqi təhsilinin inkişafında xüsusi rolu vardır. Bu məktəb milli musiqi sənətimizə minlərcə ixtisaslı kadrlar, ifaçılarla bərabər, korifeyləri də bəxş etmişdir.
Nazim Kazım
oğlu Kazımovun bu tədris müəssisəsinin məzunları,
görkəmli musiqi xadimləri sırasında
adı iftixarla çəkilir. Bu gün Nazim Kazımovun 75 illik yubileyi, pedoqoji fəaliyətinin 55 illiyi münasibətilə onun ömür yoluna, həyat və fəaliyyətinə, sənət
yolunda qazandığı
nailiyyətlərə yenidən
nəzər salarkən
bir qələm sahibi kimi iftixar
və qürur hissləri ilə yazır və söhbət açıram.
...1974-cü
ilin payız günlərindən biri idi. Pəncərələri
dahi bəstəkar Üzeyir Hacıbəylinin
heykəlinə sarı
baxan otaqlardan həzin və lirik musiqi sədaları
eşidilirdi.O zaman gənc jurnalist kimi Konservatoriyaya ilk dəfə gəlmişdim.
Görkəmli bəstəkar,
Xalq artisti, professor Səid Rüstəmovun
tar sinifinin tələbələri
və uşaqlıq dostum Nazim Kazımov ilə görüşdüm.
O, yeni dərsə hazırlaşır,
məşq edir, tar çalırdı...Onunla
hal-.əhvaldan
sonra: “İstəyirsən,
sənin üçün
çalım...”, - deyə
tarı yenidən dilləndirdi... Onun nazik barmaqları tarın pərdələri
üzərində “içduqca”
“Şur” muğamının
şən və lirik duyğular yaradan musiqisi məni ehtizaza gətirdi...Bu görüşdən
sonra Nazimin bənzərsiz ifasının
təsiri ilə “Qaranquş barmaqlar” adlı yazının üzərində düşündükcə
xəyal məni yaxın keçmişə
apardı...
Nazim Kazımov 1950 –ci il aprelin
4-də Naxçıvan şəhərində
anadan olub. İlk həzin laylaları körpəsinə Həcər
ana oxuyub ərməğan
edib. Naxçıvanın
sayılıb- seçilən
ziyalılarından olan
atası Kazım kişi uşaq yaşlarından oğlunun
qavrama və duyma qabiliyyətinin yüksək olduğunu müşahidə edib. Şəhərin Sarvanlar məhəlləsində boy atıb,
bu məskəndə Üzeyir Hacıbəyli adına 1 saylı orta məktəbdə oxuyan Nazimi tar dərnəyinə üzv
yazdırıb.
...Yaxşı yadımdadır.Keçən
əsrin 60-ci illərinin
əvvəlində biz bir
qrup şagird Naxçıvan Şəhər
Pioner və Məktəblilər Evinin
tar dərnəyinin, həm
də “Əlvan çiçəklər” mahnı
və rəqs ansamblının üzvləri
idik.Tar müəllimimiz
uşaqlıqdan dünya
işığına həsrət
qalan, ustad sənətkar, tar, qarmon, qaval alətlərinin mahir ifaçısı,
toy şənliklərində oxuyan və mahnılar bəstələyən,
Naxçıvan MR-nin
Əməkdar artisti Səfər Rəcəbli
idi. Səfər müəllimin rəhbərlik
etdiyi dərnəyin üzvləri çox idi.
Bu dərnəkdə ilk müəllimindən
tar çalmağı, mahnı
və muğamları
öyrənən Nazim hələ
12 yaşında ikən
xalq çalğı
alətləri ansamblının
ən fəal üzvlərindən sayılırdı.
Uşaqlıqdan öz istedadını
göstərən Nazimin
sənət yolu məhz bu dərnəkdən
başladı.
Xalqımızın milli musiqi aləti olan tara sonsuz maraq
bəsləyən Nazim əvəllcə
Naxçıvan Şəhər
Uşaq Musiqi Məktəbində oxudu, sonra da Bakıda Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsilinə davam etdi. Texnikumun
xalq çalğı
alətləri şöbəsinin
tar sinifinə daxil oldu. Burada oxuya-oxuya
imtahan verib qiyabi yolla Azərbaycan
Dövlət Universitetinin
Filologiya fakültəsinə
qəbul olundu, filoloq təhsili aldı. Sonra ali musiqi təhsili almaq arzusu ilə
Azərbaycan Dövlət
Konservatoriyasııın Xalq çalğı alətəri şöbəsinə
qəbul olundu. Xalq artisti, Dövlət
mükafatı laureatı,
professor Səid Rüstəmovun
(tar ixtisası üzrə)
və Xalq artisti, professor Süleyman Ələsgərovun (dirijorluq
ixtisası üzrə)
tələbəsi oldu.Nazim sevib qəlbən bağlandığı
tar sənətinin nəzəri-paktiki
məsələlərini mükəmməl
mənimsədi, sənətin
incəliklərinə yiyələndi.
Görkəmli bəstəkarımız
Səid Rüstəmov
o vaxt öz kitabı üzərində
iftixar hissi ilə tələbəsi haqqında yazmışdı:
“ Çox qabiliyyətli, həssas musiqiçi, həm sənət, həm də taleyin gərdişi ilə mənim tələbəm
Nazim Kazımova ən
gözəl arzularla...”.
Nazim Kazımovun əmək həyatının 16 ili Əli Bayramlı şəhər Uşaq Musiqi Məktəbi ilə bağlıdır.
O, bu məktəbdə
əmək fəaliyyətinə
başlayaraq illər ötdükcə tar müəllimi,
direktor müavini və direktor vəzifələrində çalışdı.
Bu illərdə Əli
Bayramlı Şəhər
Sovetinin deputatı kimi məktəbin şöhrətinin artırılması
naminə bütün
bilik və bacarığını uşaqların
musiqi-estetik tərbiyəsinin
inkişagına həsr
etdi.
Yeni musiqi kollektivlərinin-xalq
çalğı alətləri
ansamblının və
orkestrinin, muğam məclislərinin yaradılmasına
nail oldu.Onun yetirmələri Ariz
Abdullayev, Fəxrəddin Qafarov,
Vaqif Abuzərov, Vüqar Nəzərov musiqi məktəbi şagirdlərinin ifaçılığı
üzrə Respublika müasbiqələrində
laureat adına layiq görüldülər.
Yetirmələrindən bir
çoxu hazırda müstəqil Azərbaycanın
musiqi təhsilinin inkişafı, müasir tələblər səviyyəsində
qurulması naminə böyük həvəslə
çalışır, pedaqoji
fəaliyyət göstərirlər.
Nazim müəllimi 1992- cu ildə
bilikli, bacarıqlı
və səriştəli
kadr kimi irəli çəkdilər.
Respublika Təhsil
Nazirliyinə işə
götürüldü. 10 il
ərzində inspektor,
aparıcı mütəxəssis,
rəis müavini vəzifələrində çalışdı.Təşəbbüskarlığını,
işgüzarlığını, qabiliyyətini nəzərə
alaraq Təhsil Naziliyinin Həmkarlar İttifaqı Komitəsinin
sədri seçildi, bu vəzifədə kollektiv üzvlərinin böyük hörmətini
qazandı.
Böyük təşkilatçılıq və pedaqoji bacarığı ildən
ilə Nazim müəllimə böyük
hörmət və uğurlar gətirdi.Azərbaycan
Dövlət Konservatoriyasında
müəllim, baş
müəllim, dosent, xalq çalğı alətləri kafedrasında
professor vəzifələrində
çalışdı.
2001-ci ildə Nazim Kazımovu Azərbaycan Milli Konservatoriyası tərkibində
Musiqi Kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü fəaliyyəti
və böyük təşkilatçılıq bacarığı sayəsində
qısa müddətdə
Musiqi Kolleci əvvəlki şöhrətini
qaytararaq ölkənin
ən nüfuzlu orta ixtisas musiqi
məktəbinə çevrildi.
Musiqi təhsili
sahəsindəki səmərəli
pedaqoji fəaliyyətinə
görə Nazım Kazımov müxtəlif illərdə Fəxri fərmanlara, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına,
“Qızıl qələm”
mükafatına layiq görüldü. Azərbaycan Respublikası
Ali Attestasiya Komissiyasının
qərarı ilə
(13 iyun 2008-ci il) ona
professor elmi adı verildi. 2006-ci ildə isə Nazim Kazımova ölkmizdə musiqi təhsilinin, musiqi mədəniyyətinin inkişaflnda
xidmətlərinə görə
möhtərəm Prezidentimiz
İlham Əliyevin Sərəncamı
ilə “Əməkdar
incəsənət xadimi”
fəxri adına layiq görüldü.
2020-ci ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı
ilə Azərbaycan
Milli Konservatoriyasının 20 illiyi münasibətilə,
ölkəmizdə milli musiqi
təhsilinin inkişafındakı
xidmətlərinə görə
Nazim Kazımov 2-ci dərəcəli
“Əmək” ordeni ilə təltif edildi.
Keçən əsrin 90-ci illərindən
başlayaraq Nazim müəllimin
respublika mətbuatında
məqalələri dərc
edildi, tezisləri, proqramları, dərslikləri
və monoqrafiyaları
müxtəlif nəşriyyatlarda
çap olundu. Beləliklə, Nazim müəllim
“Ümumtəhsil məktəblərində
şagirdlərin musiqi
qabiliyyətinin inkişaflnda
muğam nümunələrindən
istifadə üzrə
işin sistemi” mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edərək
pedaqoji elmlər namizədi alimlik dərəcəsini aldı.
N. Kazımovun müxtəlif
illərdə nəşriyyatlarımzda
çapdan buraxılan
“Səid Rüstəmov”,
“Asəf Zeynallı”,
“Musiqi kolleci-110”, “Adil Gəray
Məmmədbəyli” monoqrafiyaları
və bir sıra musiqi dərslikləri sənətşünaslar
tərəfindən yüksək
qiymətləndirilir.
Pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilovun “Sadiqlik nümunəsi” adlı kitabı görkəmli musiqi pedaqoqu, Əməkdar incəsənət xadimi,pedaqogika üzrə
fəlsəfə doktoru,
professor Nazim Kazımovun həyat
və yaradıcılığından
bəhs edir.
Bütün həyatını musiqi
sənətinə bağlayan,
ölkəmizdə ustad
tarzən və alim-pedaqoq kimi tanınan
Nazim müəllim Azərbaycan
musiqi mədəniyyəti
və təhsilində
böyük və mühüm tarixi yeri, şöhrəti və nailiyyəti olan Musiqi Kollecinin
direktoru vəzifəsini
şərəflə və
ləyaqətlə yerinə
yetirir.Onun Kollecdə yaratdığı
sağlam tədris mühiti,fəal iş şəraiti, səmimi münasibətlər sayəsində
uğurların sayı
getdikcə artır.
Son illər Musiqi Kolleci tələbələrinin
qazandığı nailiyyətlər
daha ürəkaçandır.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən muğam
müsabiqələrində Kollecin tələbələri
böyük uğurlara
imza atırlar.Muğam
müsabiqələrinin final mərhələsində yarışan
iştirakçıların əksəriyyəti Kollecin
məzunları və
tələbələri olurlar.
Onlardan Təyyar
Bayramov, Babək Niftəliyev,
Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə Ərəbova
və başqaları
müasbiqələrdə I –III və yüksək yerləri tutmuş, bir çoxları laureat adını qazanmışlar.
Kollektivin
sevimlisi olan Nazim Kazımov təşkilatçılıq
bacarığı, professionallığı,
pedaqoji təcrübəsi,
yüksək insani keyfiyyətləri, səmimiyyəti,
diqqətçilliyi, qəlbinin
genişliyi, həssas,
səmimi duyğuları,
sadiqliyi, xeyirxahlığı
ilə tanınır və kollektiv arasında sevilir. İnsanların xeyir-şərindən
qalmayan bir ağsaqqallıq nümunəsi
göstərir, ehtiyacı
olanlara kömək edir, əl tutur,
xeyirxahlıq göstərir,
sevincinə, dərdinə
şərik olur.
Bu günlər Nazim Kazımovun
anadan olmasının
75 illiyi münasibətilə
ünvanına gələn
çox saylı təbriklər, telefon zəngləri, söylənilən
ürək sözləri
və arzuların ardı-arası kəsilmir.
Biz də görkəmli
musiqi xadimini, alim-pedaqoqu və əziz dostumuzu təbrik edir, ona möhkəm cansağlığı, uzun
və mənalı ömür, yeni yaradıcılıq
uğurları arzulayırıq.
Afət Sadıqoğlu
İki
sahil.- 2025.- 4 aprel, №54.- S.5