Sənət daimidir…
Münasibət
Heydər Əliyev Sarayında bir müddətdir silsilə konsert proqramları təşkil olunur. Bayağılığı ilə seçilən, şit və ucuz musiqilərinin efrlərdən evlərimizi işğal, küçədən qulaqlarımızı kar etdiyi bir vaxtda bu cür əlçatan və çox mötəbər tədbirlərin keçirilməsi həm insanlarımızın musiqi zövqünün formalaşmasına müsbət təsir göstərir, həm də Azərbaycan söz və səs sənətinin çoxşaxəli, rəngarəngliyini nümayiş etdirir.
Damaq zövqümüzü
milli yeməklərimiz
formalaşdırdığı kimi, müsiqi zövqümüzə də
əsasən milli musiqilərimizin təsir etməsi danılmaz həqiqətdir. “Ulduzlu axşamlar” layihəsinin müəllifləri təşkil
etdikləri silsilə
konsertlər ilə ölkəmizdə həm
də əsl musiqinin dinləyicilərinin
yetərincə olduğunu
sübut etdilər. Bu layihə çərçivəsində təşkil olunan konsertlərə minlərlə
tamaşaçı bilet
aldı, uşaqdan böyüyə muğamın
sehrli dünyasına üz tutdular,dinlədilər,
duyğlandılar, ruhlarını
qidalandırdılar.
Bahar qoxulu
bu günlərdə sözün və səsin sehrinə düşənlərdən biri
də mən idim. “Beytüs Səfa” məclisinə təşrif buyuranlardan biriydim. Tamaşaçılar
arasında həm izləyici idim, həm də müşahidəçi. Səhnədə
xanəndələr növbəti Muğam xalısı toxuyurdular. İlmələr zəngulələrlə
vurulur, çalğıçılar
hər guşəni ahəngdarlıqla
bir-birinə bənd edirdilər. Gecədə Şirvan muğam məktəbinin davamçıları
- Xalq artistləri Mələkxanım Əyyubova,
Nazpəri Dostəliyeva,
Zabit Nəbizadə, Əməkdar artistlər Bəsti Sevdiyeva, Elnarə Abdullayeva, Fərqanə Qasımova, Bəyimxanım Vəliyeva,
Aytən Məhərrəmova,
Nigar Şabanova, xanəndələr Mütəllim
Dəmirov, Abgül Mirzəliyev, Mirələm
Mirələmov, Kamilə
Nəbiyeva, Nisbət Sədrayeva, İlahə Rüstəmova çıxış
etdilər. Onlar oxuduqca yarpızlı,
lilparlı bulaqların
şırıltısını eşidir, yarpaqların pıçıltısını duyur, axar sular
kimi hisslərimiz, duyğularımız axıb
durulurdu.
Bu gecə
həm də bir
çox tanıdıqlarımı
bir başqa yönündən də -muğama, sözə münasibətlərinə görə
tanıya bildim.Musiqi həm də bir bağ kimi
minləri bir-birinə
bağlaya bilmişdi.
Xanəndələr oxuyur,
Azərbaycan mənzərələri
lövhə-lövhə göz
önündən keçib
gedirdi. Şirvanın
yastı yolları, can Qarabağın obaları, oymaqları alqışlarla xatırlanırdı.
Bu gecədə “ana yurdum Qarabağ”
deyildi, Şirvana bağlı təsniflər
oxundu, şikəstələr
havalandı, ruhlar dalğalandı...Nazpəri
xanımın Muğam
kompozisiyası muğamımızın
çoxrəngliliyinibir daha
təsdiqlədi.Fərqanə
Qasımova, Bəsti Sevdiyeva, Elnarə Abdullayevanın zəngulələri
Heydər Əliyev Sarayında əks-səda
verdi. Zabit Nəbizadə Şirvan gözəlləməsi ilə
ulu Şirvanı tamaşaçıları ilə
birgə seyrə çıxdı...Və konsertin pik nöqtəsi
“Şirvan şikəstəsi”
oldu desəm yanılmarıq.
Konsertin aparıcıları-
tanınmış qiraət
ustası Xəzər
Süleymanlı və
aktrisa Sabirə Abdullayeva gecə boyunca ulduzlu qonaqları təqdim etməklə yanaşı,
musiqilərlə səsləşən
şeirlər də səsləndirdilər. Gecə
böyük anşlaqla
keçdi və tamaşaçıların da
zövqünü oxşadı.
“Ulduzlu axşamlar”ın
payına bir də sürəkli tamaşaçı alqışı
düşdü.
Elton Dünyamalıoğlu
İki
sahil.- 2025.- 4 aprel, №54.- S.5.