Qərbi Azərbaycan

Köksümüzdə qövr eyləyən Vətən həsrəti

 

Müsahibə

 

Bu gün Qərbi Azərbaycan mövzusu yalnız tarixi bir məsələ olmaqla qalmır, həm müasir Azərbaycanın siyasi milli iradəsinin təzahürüdür. Tarix boyu azərbaycanlılar bu torpaqlarda yaşayıb yaratmış, öz mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlamışlar. Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Musa Quliyev İki sahil.TV- müsahibəsində Qərbi Azərbaycan məsələsinin yalnız tarixi bir haqqın bərpası deyil, həm bugünkü müasir Azərbaycanın ərazi bütövlüyü milli kimliyinin qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.

 

- Musa müəllim, sizin üçünQərbi Azərbaycan deməkdir? Bu adı eşidəndə ilk növbədə nələri xatırlayırsınız?

- Qərbi Azərbaycan bizim tarixi ata-baba yurdumuzdur bütövlükdə türk dünyası üçün çox müqəddəs məkanlardan biridir. Qərbi Azərbaycan deyəndə biz, əlbəttə, tarix boyu orada yaşayan nəsilləri, onların maddi-mədəni irsini, abidələrini nəzərdə tuturuq.  1828-ci ildən, Türkmənçay müqaviləsindən sonra xalqımızın başına gələn faciələrin demək olar ki, mərkəzində çox təəssüf ki, Qərbi azərbaycanlıların acı taleyi oldu. Qərbi Azərbaycan deyəndə biz pozulmuş tarixi ədalətin bərpasının vacibliyini düşünürük. Bizi həsrətlə gözləyən o yurdlara qayıtmaq, bərpa etmək, gözəlləşdirmək tarixi ədalətin qələbə çalmasına inanırıq. Qərbi Azərbaycan məsələsi cənab Prezident İlham Əliyevin siyasətinin çox mühüm bir istiqamətidir. Bildiyimiz kimi, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü, tarixi faktlara söykənən çox mənalı tarixə yazılacaq çıxış etdi. İnzibati binada çıxışı zamanı cənab Prezident İlham Əliyev dedi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Qərbi Azərbaycan artıq BMT səviyyəsində tanınan bir terminologiyaya çevrilib bu illər ərzində Azərbaycan həqiqətləri, o cümlədən xalqımızın 200 il ərzində başına gətirilən faciələr bütün dünyaya bu gün Qərbi Azərbaycan icmasının səsi ilə çatdırılır. Bu gün Ermənistan hökumətinin cəmiyyətinin dərk etdiyi bir həqiqət var. Azərbaycanlılar heç bir zaman öz torpaqlarından,  öz ərazilərindən,  öz vətənlərindən vaz keçməyəcəklər.

- Şəxsi həyatınızda ya ailənizdə Qərbi Azərbaycanla bağlı hansı xatirələr var?

- Bizim əslimiz, nəslimiz, yeddi arxa dönənimiz Qərbi Azərbaycanda yaşamışlar. Babalarımın, nənələrimin, qohum-əqrabalarımızın hamısının məzarları oradadır. Mən orada doğulub, ilk təhsilimi  orada almışam. Gənclik illərimdə Bakıda Gəncədə yaşayan zaman da  doğma yurduma tez-tez gedib-gəlmişəm.  Təbii ki, orada təkcə xatirələr deyil, həyatımızın bir hissəsi qalıbdır. Allah qismət elədi ki, 2006-cı ildə doğma yurdumu bir günlük olsa ziyarət etdim. Onda  mən gördüm ki, doğrudan da yurd həsrəti, yurd itkisi deməkdir? Xatırlayıram ki, uşaq vaxtı babamdan tez-tez soruşurdum ki, 1918-1922-ci illərdə deportasiya vaxtı xalqımızın başına oyunlar gətirildi, deportasiya olundu, siz getdiniz Zəngilanda, Cəbrayılda, Qubadlıda yaşadınız. Sonra Sovet hökuməti qurulandan sonra niyə Azərbaycanda  qalmadınız qayıtdınız? Onda babam köks ötürüb bildirdi ki, ay bala, Vətən itkisi ayrı hissdir. Mən Qərbi Azərbaycanı, Zəngəzuru itirəndə 2006-  ildə bir günlük olsa oraya dönəndə onda hiss etdim ki, Vətən ayrı hissdir. Bu duyğuları yaşamadan heç kəsə izah etmək mümkün deyil. İndi Allaha çox şükür, dövlət başçımızın rəhbərliyi  ilə Qarabağ Şərqi Zəngəzur bərpa olunur. Demək olar ki, hər ay bir kəndə, bir qəsəbəyə, bir şəhərə köçkünlər dönür. Onların səsindəki həyəcanı, gözlərindəki parıltını, işığı, ürək çırpıntılarını, elə bil ki, görürəm öz damarımda hiss edirəm. Çünki doğrudan da Vətən əvəzolunmazdır! Aparılan siyasət, görülən işlər, ardıcıl fəaliyyət mübarizə bizdə inam yaradır ki, tezliklə yolumuz Qərbi Azərbaycana olacaq. Tarixdə belə hadisələr çox olub, deportasiya, etnik təmizləmə təkcə Azərbaycan xalqının başına gəlməyib.  Dünya təcrübələrində bunu yaşayan xalqlar var. Bunlardan biri yurd-yuvasından uzun illərdir dərgin düşən yəhudi xalqıdır. 2000 il ərzində onlar dünyanın hər yerinə səpələndi, amma yenə öz ata-babalarının yurdlarına qayıtmaq mübarizəsindən əl çəkmədilər. O vaxt yəhudilər 4T deyilən r konsepsiyadan: Tanımaq, tanıtmaq, təzminat torpaq istifadə etdilər. Biz bu gün o konsepsiyadan istifadə etməliyik.

- Qərbi Azərbaycanın mədəni irsi tarixi abidələrinin indiki vəziyyəti necədir onların bərpası üçün hansı addımlar atılmalıdır?

- Qərbi Azərbaycanın mədəni irsi tarixi abidələri uzun müddət ərzində erməni işğalı altında qalmış təəssüf ki, bu dövr ərzində ciddi şəkildə zərər görmüşdür. İşğal dövründə bir çox tarixi mədəni irs nümunələri, o cümlədən memarlıq abidələri, məscidlər, qədim şəhər qalıqları digər əhəmiyyətli mədəni obyektlər dağıdılıb, talan edilib ya məhv edilib. Bu, yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəniyyətinə qarşı bir cinayət idi.  Qərbi Azərbaycanın mədəni irsinin bərpası məsələsində beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq önəmlidir.

- Sizcə, Azərbaycan hökumətinin Qərbi Azərbaycan məsələsinin həlli istiqamətində atdığı addımlar gələcək planları nədən ibarətdir?

- Azərbaycan hökuməti Qərbi Azərbaycan məsələsinin həlli istiqamətində ciddi addımlar atır. Bu mövzu ölkənin xarici daxili siyasətində önəmli yer tutur. Həm beynəlxalq hüquq, həm milli maraqlar baxımından Azərbaycan dövləti bu məsələnin həlli üçün bir neçə mühüm addım atmışdır gələcəkdə daha da fəal olmağı planlaşdırır.  Azərbaycan hökuməti Qərbi Azərbaycan məsələsinin həlli istiqamətində ilk addımlardan biri olaraq, 2022-ci ildə Qərbi Azərbaycan İcmasını yaratmışdır. Bu icma erməni işğalından əziyyət çəkən əhalinin hüquqlarının müdafiəsi, onların mədəni irsinin bərpası digər müvafiq məsələlər üzrə fəaliyyət göstərir. İcma, həmçinin Qərbi Azərbaycandan olan azərbaycanlıların qayıdış hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq aləmdə səylərini gücləndirir.  Dövlətimiz Qərbi Azərbaycan məsələsini beynəlxalq müstəvidə gündəmə gətirmək bu məsələyə dair beynəlxalq hüququn müdafiəsi üçün diplomatik səylərini artırmışdır. Azərbaycan Qərbi Azərbaycan məsələsinin həlli üçün beynəlxalq səviyyədə daha çox hüquqi mübarizə aparmağı hədəfləyir. Gələcəkdə bu məsələnin həlli istiqamətində daha çox beynəlxalq dəstək qazanmaq Azərbaycanın mədəni irsini qorumaq məqsədilə əlavə tədbirlər görüləcək.

 

Şəmsiyyə Əliqızı,

Səbinə Qorxmaz

 

İki sahil.- 2025.- 8 aprel, №56.- S.4.