Zəfərimizin formulu:

Güclü dövlətGüclü Lider

 

Azərbaycanın 44 günlük Vətən müharibəsi sonrakı bir günlük antiterror tədbirləri, müasir hərb tarixində nadir rast gəlinən strateji uğurlar sırasına daxildir. Bu döyüşlər təkcə hərbi əməliyyatların effektivliyi ilə deyil, eyni zamanda, diplomatik informasiya müharibəsində əldə edilən üstünlüklərlə seçilir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın suverenliyini bərpa etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı idi. Azərbaycan Vətən müharibəsində 30 il ərzində möhkəmləndirilmiş müdafiə xətləri müasir hərbi texnika ilə təchiz olunmuş Ermənistan ordusuna qarşı vuruşdu.

Ermənistan işğal etdiyi ərazilərdə güclü mühəndis-istehkam qurğuları yaratmışdı. Onların müdafiə strategiyası əsasən keçilməz səngərlər, beton istehkamlar, mina sahələri yüksək mövqelərdə yerləşən artilleriya batareyalarına əsaslanırdı. Lakin Azərbaycan Ordusu müasir texnologiyadan istifadə edərək bu istehkamları uğurla məhv etdi. Dronlar, yüksək dəqiqlikli raketlər mobil hərbi taktikalar sayəsində düşmənin müdafiə xətləri sürətlə yarıldı.  Xüsusilə Şuşa Hadrut əməliyyatları Vətən müharibəsinin ən strateji unikal döyüşlərindən biri kimi dünya hərb tarixində xüsusi yer tutur. Bu əməliyyatlar həm döyüş taktikası, həm icra üsulu baxımından nadir hərbi nailiyyətlər sırasına daxildir.

Hadrut qəsəbəsi Ermənistan ordusunun müdafiə sistemində mühüm dayaq məntəqəsi idi. Ermənistan buranı güclü istehkamlarla möhkəmləndirmişdi yüksəkliklərdə yerləşən postları sayəsində ətraf ərazilərə nəzarət edirdi. Azərbaycan Ordusu çevik gözlənilməz manevrlər edərək düşmənin müqavimətini qırdı Hadrutu qısa müddətdə nəzarətə götürdü.  Hadrutun azad olunması Ermənistanın cənub müdafiə xəttinin çöküşünü sürətləndirdi. Bu əməliyyat göstərdi ki, Azərbaycan yalnız ağır silahlardan deyil, həm çevik hərəkət xüsusi taktikalardan istifadə edərək düşmənin planlarını pozmağa qadirdir. Şuşa əməliyyatı isə müasir hərb tarixində xüsusi yeri olan nadir şəhər dağ döyüşü nümunəsidir. Şəhər hündür qayalıqlar üzərində yerləşir, yolları isə Ermənistan ordusunun nəzarətində idi. Düşmən burada tanklar, artilleriya möhkəmləndirilmiş müdafiə mövqeləri qurmuşdu. Döyüşçülər meşələr, dağ yolları qayalıq ərazilər vasitəsilə şəhərə daxil olaraq düşməni sürpriz vəziyyətdə yaxaladı. Ermənistan ordusu Şuşanın küçələrində binalarında şiddətli müqavimət göstərsə , Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı iradəsi nəticəsində şəhər qısa müddətdə azad edildi. Bu əməliyyatın unikallığı ondan ibarət idi ki, Şuşa ağır artilleriya zirehli texnikadan istifadə edilmədən, yalnız xüsusi təyinatlıların çevik hərəkəti döyüş bacarıqları ilə azad edildi. Bu, dünya hərb tarixində nadir hallarda rast gəlinən bir döyüş taktikasıdır. Şuşa əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığını döyüş ruhunu sübut etdi, eyni zamanda, Vətən müharibəsinin həlledici nöqtəsi oldu. Nəticədə, Ermənistanın 30 il ərzində qurduğu müdafiə mexanizmi cəmi 44 gün ərzində tamamilə çökdü Azərbaycan öz torpaqlarını azad edərək tarixi qələbə qazandı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat nəticəsində Ermənistanın kapitulyasiya etməsi işğal olunmuş digər ərazilərin Azərbaycana qaytarılması Vətən müharibəsinin tam qələbə ilə başa çatmasını rəsmiləşdirdi.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra baş verən müharibələrin çoxu aparıcı güclərin başladığı uzunmüddətli hərbi kampaniyalar olsa da, onların heç biri tam qələbə ilə nəticələnmədi. SSRİ-nin 1979-cu ildə Əfqanıstana müdaxiləsi onilliklər boyu davam edən bir münaqişəyə çevrildi sonda SSRİ geri çəkilməyə məcbur oldu. ABŞ isə Koreya (1950-1953), Vyetnam (1955-1975), İraq (2003-2011) Əfqanıstan (2001-2021) müharibələrinə müdaxilə etsə , bu münaqişələrin heç biri qalibiyyətlə başa çatmadı. Nəticədə bu dövlətlər böyük resurs itkiləri daxili siyasi problemlərlə üzləşərək həmin əraziləri tərk etməyə məcbur oldular. Azərbaycan isə tam əksinə, müharibəni başladan tərəf deyil, öz ərazilərini işğaldan azad edən ölkə kimi tarixə keçdi.  Bu kontekstdə Azərbaycan İkinci Dünya müharibəsindən sonra müharibəni tam qələbə ilə başa vuran yeganə dövlətdir. Ölkə yalnız hərbi cəhətdən qalib gəlmədi, həm beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini qoruyaraq siyasi, iqtisadi diplomatik sahələrdə üstünlük qazandı. Bu, Azərbaycanın milli birliyi, güclü rəhbərliyi strateji planlaması sayəsində əldə edilmiş tarixi uğurdur.

Bu tarixi uğurun təbii davamı olaraq 19-20 sentyabr 2023-cü ildə Azərbaycan öz ərazisində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğuna son qoymaq üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Ermənilər Qarabağda 500 kilometr uzunluğunda müdafiə xətti quraraq, təxminən 500 döyüş mövqeyi yaratmışdılar. Bu mövqelər böyük mina sahələri ilə qorunur, ağır texnika artilleriya sistemləri yerləşdirilir, yeraltı bunkerlər istehkamlar qurulurdu. Həmçinin xüsusi silah-sursat anbarları da mövcud idi. Bütün bunlar separatçıların uzunmüddətli müqavimət göstərməyə hazırlaşdığını göstərirdi. Lakin Azərbaycan Ordusu yüksək dəqiqlikli zərbələr, peşəkar taktiki manevrlər müasir döyüş texnologiyaları ilə separatçıları cəmi 24 saat ərzində təslim olmağa məcbur etdi. Azərbaycan bu əməliyyatlarla öz suverenliyini tam təmin etdi Qarabağda qanunsuz erməni silahlılarının mövcudluğuna son qoydu. Bölgədə yeni reallıq formalaşdıartıq Qarabağ məsələsi siyasi-hərbi müstəvidə qapanmış oldu.

Digər tərəfdən, Azərbaycan istər 44 günlük müharibədə, istərsə bir günlük antiterror əməliyyatları zamanıcentlmenmüharibəsi apardı. Mülki əhaliyə zərər vurulmadı, mülki infrastruktur dağıdılmadı. Hətta bir günlük antiterror əməliyyatlarında mülki əhaliyə çıxmaq üçün xüsusi şərait yaradıldı, onların təhlükəsiz hərəkəti təmin olundu. Əhali qabaqcadan radio, TV xüsusi yayımlanan vərəqələr vasitəsilə xəbərdar edildi. Ermənistan isə raket qurğularını mülki obyektlərdə yerləşdirsə , Azərbaycan qüvvələri həmin obyektlərə heç bir zərər vermədi. Bu yanaşma Azərbaycanın müharibə zamanı mülki əhalinin infrastrukturunun qorunmasına olan ciddi diqqətini humanist prinsiplərə əsaslanan hərbi strategiyasını göstərir. Digər tərəfdən, İkinci Dünya müharibəsindən sonra bir çox müharibələrdə mülki əhalinin hədəf alınması, mülki infrastrukturun məqsədli şəkildə dağıdılması geniş yayılıb. Məsələn, Rusiya-Ukrayna müharibəsi İsrailin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlarda minlərlə mülki şəxs həyatını itirib, şəhər kəndlər məhv edilib. Bu faktlar Azərbaycanın müharibə zamanı tətbiq etdiyi etik prinsiplərlə digər müharibələr arasında diqqətəlayiq bir fərq yaradır. Bu nümunə digər dövlətlərə mülki hərbi fəaliyyətlərin bir-birinə zidd olmadan necə uğurla həyata keçirilə biləcəyini göstərir. Bu yanaşma müharibə hüququna hörmət etməklə yanaşı, həm müharibə cinayətlərinə qarşı mübarizədə Azərbaycanın özünün prinsipial məsuliyyətli mövqeyini nümayiş etdirdi. Azərbaycan müharibə cinayətkarlarının saxlanılması məsuliyyətə cəlb olunmasını özü təmin etdi, bu da onun beynəlxalq hüquq insan haqları sahəsindəki öhdəliklərinə ciddi yanaşdığını göstərir. Digər tərəfdən, başqa müharibələrdə, məsələn, Yuqoslaviyada müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunması, beynəlxalq birliyin ümumi səyləri nəticəsində mümkün oldu. Azərbaycanın isə müharibə cinayətkarlarına qarşı mübarizədə tətbiq etdiyi milli yanaşma, həmçinin digər ölkələrə, xüsusilə müharibə şəraitində olan dövlətlərə, müharibə cinayətlərinə qarşı mübarizədə öz milli güclərini resurslarını işə salmağın vacibliyini göstərir.

Bu prinsipial yanaşma liderlik Azərbaycanın hərbi diplomatik sahələrdəki gücünü daha da artırdı. Nəticə etibarilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi antiterror tədbirləri zamanı yüksək sərkərdəlik məharəti nümayiş etdirdi. O, bütün proseslərə şəxsən nəzarət edərək, həm hərbi əməliyyatların, həm diplomatik informasiya müharibəsinin idarə olunmasını dəqiq şəkildə koordinasiya etdi. Cənab İlham Əliyev döyüş meydanında uğurun əsas amillərindən biri olan operativ qərar qəbul etməyi bacardı. O, hərbi əməliyyatların gedişatını incə detallarına qədər bilirdi verilən tapşırıqlar konkret məqsədlərə yönəlirdi. Azərbaycanın müasir hərbi texnologiyaları strategiyaları effektiv şəkildə tətbiq etməsi, eləcə beynəlxalq arenada haqlı mövqeyinin gücləndirilməsi onun liderliyinin nəticəsi idi. Dövlət başçısı eyni zamanda informasiya müharibəsində fəal iştirak edərək, dünya ictimaiyyətinə münaqişənin həqiqətlərini çatdırdı. Xarici medialara çoxsaylı müsahibələrində Azərbaycan həqiqətlərini qətiyyətlə inamla müdafiə edərək diplomatik sahədə qələbəyə nail oldu. Beləliklə, cənab İlham Əliyevin sərkərdəlik məharəti qətiyyətli rəhbərliyi Azərbaycanın tam mütləq qələbəsini təmin etdi. Güclü dövlətGüclü Lider anlayışı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi uğurların əsasını təşkil edir bu, həm ölkə daxilində, həm beynəlxalq səviyyədəki bütün uğurların təməl amili olaraq önə çıxır.

 

Nigar Orucova

 

İki sahil.- 2025.- 9 aprel, №57.- S.3.