Şəhidini qazisini uca tutan

dövlətin bayrağı enməz

 

Azərbaycanda bu kateqoriyadan olan insanlara qayğı davamlıdır

 

Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Xüsusilə aztəminatlı təbəqə dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub.  Belə ki,  2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər ötən ilə nisbətən 1 milyard 35 milyon manat ya 8 faiz çoxdur.  Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi Silahlı Qüvvələrin maddi-texniki təminatı da önəmli yer tutur.

Cari ildə xüsusilə ölkənin həssas qruplarına aid olan şəhid ailələrinə qazilərə dövlət dəstəyi, eyni zamanda, onlara ayrılmış pensiya təqaüdlərin artırılması nəzərdə tutulur. Təbii ki, belə artımlar hər il Prezident İlham Əliyevin  təşəbbüsünə göstərişlərinə əsasən reallaşır. Bu isə bir daha göstərir ki, ölkə başçısının sosial siyasətində ən önəmli istiqamətlərdən biri şəhid ailələrinin müharibə əlillərinin rifah halını yüksəltmək, onların sosial problemlərinin həllinə nail olmaqdır. Xüsusilə, onların mənzil-məişət şəraitləri hər il davamlı olaraq yaxşılaşdırılır. Belə ki, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə 4 minə yaxın, ümumilikdə isə  indiyədək 13500-dən çox şəhid ailəsi müharibə əlili mənzil ya fərdi evlə təmin edilib. Ötən müddətdə 7500 müharibə əlilinə  avtomobil verilib. Vətən müharibəsindən sonra avtomobillə təmin edilən əlillərin sayı isə 200 nəfər olub. Bunların davamı olaraq Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq bu kateqoriyadan olan insanlara 2021-2025-ci illərdə daha 11 min mənzil ya fərdi evin verilməsi nəzərdə tutulub.

Digər önəmli fakt isə odur ki, bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Heydər Əliyev Fondu tərəfindən yüksək diqqət qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Fond tərəfindən  yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya müavinətlər vaxtlı-vaxtında ödənilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.

Bundan başqa, Azərbaycan dövləti tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə yüksək səviyyədə diqqət qayğı  göstərilməkdədir. Belə ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edib. Artıq icrası başa çatmış bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğının ifadəsidir.

Eyni zamanda, 2023-cü ildən etibarən müharibə əlillərinin təqüdləri 15 faiz artırılmışdır. Belə ki, hazırda birinci qrup müharibə əlilləri 400 manat, ikinci qrup müharibə əlilləri 300 manat, üçüncü qrup müharibə əlilləri isə 300 manat məbləğində təqaüd alırlar.  Bundan başqa, birinci  dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə isə 80 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslər ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Həmçinin şəhid ailələrinin üzvləri müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son  iki ildə 50 minədək insan işlə təmin olunub, 8 min nəfərdən çox özünüməşğulluq proqramına, 56 mindən çox insan isə ictimai işlərə cəlb edilib. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 8-də imzaladığı Fərmanla yaradılan «YAŞAT» Fondu da müharibə əlillərinə şəhid ailələrinə önəmli maliyyə dəstəyi göstərir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Eyni zamanda, 2023-cü ilin aprelin 19-da dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan  «YAŞAT» fonduna 5 milyon manat ayırdı. Bu isə şəhid ailələrinin qazilərin sosial- məişət problemlərinin həllini sürətləndirmək üçün əlavə maliyyə mənbəyidir.

Bu da bir gerçəklikdir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə müharibə əlillərinə göstərdiyi yüksək diqqət qayğı bir çox ölkələrdə nümunə göstərilir. Məhz bu amili diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır: «Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır biz bunu təmin edirik».

Bir sözlə, şəhidlərə qazilərə verilən dəyər dövlətin millətin ləyaqət  simvoludur. Eyni zamanda, bu, bir həyat fəlsəfəsidir ki, şəhidini qazisini uca tutan  millət dövlət  yenilməz. Bu mənada, biz bir dövlət millət olaraq bundan sonra da  yeni  qələbələrimizlə şanlı tarixlər yazacağıq.

 

Elçin Zaman

 

İki sahil.- 2025.- 9 aprel, №57.- S.5.