Zərifə xanım Əliyeva adını tarixdə
əbədiləşdirən unudulmaz şəxsiyyətdir
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb.
Onun elmi-pedaqoji
və ictimai fəaliyyəti həkimlərin
yeni nəslinin yetişməsinə və
Azərbaycanda oftalmologiya
elminin inkişafına
güclü təsir göstərib. Zərifə
Əliyevanın tədqiqatları
Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ
təşkil edir. Bu məqamı xüsusi qeyd etmək istərdik ki, 1940-1950-ci illərdə Azərbaycanda
göz xəstəlikləri,
xüsusən traxoma geniş yayılmışdı.
İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair
fundamental tədqiqatlar
aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım
idi. Məhz belə bir şəraitdə
Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın
müalicəsinə həsr
edir. Yorulmaz tədqiqatçı Zərifə
Əliyeva bu xəstəliyin daha geniş yayıldığı
rayonlara gedərək xəstəlik
ocaqlarını aşkarlayır,
göz həkimlərinə
mühazirələr oxuyur,
əhali arasında söhbətlər aparırdı.
Zərifə xanım Əliyeva qısa müddətdə traxoma
xəstəliyinin başlanğıc
dövründə sintomisinin
tətbiqində uğurlu
nəticələrə nail
oldu. Tədqiqatlarının
yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda
namizədlik dissertasiyasını
uğurla müdafiə
etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında
mühüm rol oynadı.
Zərifə xanım Əliyeva, eyni zamanda, uşaq
evlərində tərbiyə
alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını
almaqda xüsusi xidmət göstərib. Zərifə xanım traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi
ilə bağlı bir sıra tədqiqat
işləri aparıb.
Həmin tədqiqatların
nəticələrindən bəhs edən elmi işlərinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan
həkimlərin biliklərinin
genişlənməsinə kömək edib.
Bu fikirləri
Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında
bildirib.
Millət vəkili
qeyd edib ki, Zərifə xanım Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsini
- görmə orqanının
peşə patologiyasını
dərindən tədqiq
edib. Bu problemin aktuallığı
yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox
yeni kimyəvi birləşmələrin görmə
orqanına təsirinin
tədqiqi ilə əlaqədar idi. Bu sahənin ilk tədqiqatçısı
olan görkəmli oftalmoloq dünyada ilk dəfə olaraq görmə orqanının peşə
patologiyasını araşdıran
elmi-tədqiqat laboratoriyası
yaradıb və elm aləmində yeni bir istiqamətin
- peşə oftalmologiyasının
əsasını qoyub.
Bu sahəyə dair araşdırmalarının
ilkin nəticələrini
ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində
görmə orqanının
vəziyyəti” mövzusunda
doktorluq dissertasiyasını
ərsəyə gətirib.
1977-ci ildə bu mövzuda dissertasiyanı uğurla müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini
alıb. O, gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə
“Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Vüqar Rəhimzadə
onu da vurğulayıb
ki, doktorluq dissertasiyasını müdafiə
etdikdən sonra Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru
seçilib, 1983-cü ildə
isə həmin kafedranın müdiri olub. Bundan sonra
onun fəaliyyəti daha da genişlənib. Zərifə xanım Əliyevanın görkəmli alim olaraq elmi maraqları
yalnız görmə
orqanının peşə
patologiyası problemləri
ilə məhdudlaşmırdı.
Onun görmə orqanının virusla zədələnməsinə həsr
olunmuş silsilə işləri də elmi ictimaiyyət arasında ona dərin rəğbət qazandırmışdı. Həmin
elmi işlərin tətbiqi bir sıra xəstəliklərin
differensial diaqnostikasını
yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir.
Həkim-oftalmoloqlar üçün
nəzərdə tutulmuş
dərs vəsaitləri
məhz bu məsələlərə həsr
olunmuşdur. Elmi araşdırmalarının nəticəsində
Zərifə Əliyeva
bir neçə monoqrafiya, o cümlədən
“Şin istehsalında
gözün peşə
patologiyası”, “Xroniki
yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün
peşə xəstəliyinin
profilaktikası” monoqrafiyalarını
çap etdirdi. Görkəmli oftalmoloq alimin bir sıra
elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin
diaqnostikasına və
müalicəsinə həsr
olunmuşdur. Zərifə
Əliyevanın daktriologiyadan
bəhs edən “Göz
sulanmasının fiziologiyası”,
“Göz sulanmasının
müasir cərrahiyə
üsulları ilə
müalicəsi” monoqrafiyaları
təkcə oftalmoloqların
deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının
müəlliflərindən biridir. Bu kitab
bu gün də hər bir oftalmoloq üçün stolüstü
kitab olaraq qalır. Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva bütövlükdə
150-yə yaxın elmi
əsərin, 12 monoqrafiyanın,
dərslik və dərs vəsaitlərinin,
1 ixtiranın, 12 səmərələşdirici
təklifin müəllifi
və həmmüəllifi
olmuşdur.
Milli Məclisin
deputatı bildirib ki, 1981-ci ildə görmə orqanının
peşə patologiyası
sahəsində apardığı
elmi-tədqiqat işlərinin
uğurlu nəticələrinə
və oftalmologiyanın
inkişafına verdiyi
töhfələrə görə
Zərifə Əliyevaya
keçmiş İttifaqın
oftalmologiya sahəsində
ən mötəbər
mükafatı olan
SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax
adına mükafatı
verilib. Məşhur azərbaycanlı oftalmoloq
həmin mükafata layiq görülən ilk qadın alim idi. Zərifə
Əliyeva 1983-cü ildə
Azərbaycan Elmlər
Akademiyasının həqiqi
üzvü seçilib.
Görkəmli alimin əsərləri bu gün də aktuallığını qoruyub
saxlayır.
Vüqar Rəhimzadə
qeyd edib ki, akademik Zərifə
Əliyevanın fəaliyyətinə
verilən yüksək
dəyər onun layiq görüldüyü
mükafatlarda, fəxri
adlarda özünün
aydın ifadəsini tapır. Keçmiş
SSRİ Sülhü Müdafiə
Komitəsinin üzvü,
Azərbaycan Sülhü
Müdafiə Komitəsi
sədrinin müavini,
Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə
Heyətinin, Ümumittifaq
Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət
Heyətinin üzvü
olan akademik Zərifə Əliyevanın
həyat və fəaliyyəti barədə
çoxsaylı kitablar
nəşr edilib, məqalələr yazılıb.
Millət vəkili
qeyd edib ki, Zərifə Əliyeva çoxşaxəli
fəaliyyəti dövründə
səhiyyədə kadr
hazırlığına və
həkimlərin ixtisasının
təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Beynəlxalq səviyyəli oftolmoloq-alimin
rəhbərliyi altında
Azərbaycanda gənc
alimlərin və həkim-oftalmoloqların böyük
bir nəsli yetişmişdir. Zərifə
xanım tələbələrinə
zəngin həyat təcrübəsini öyrətmiş,
onlara hər zaman diqqət və qayğı ilə yanaşmışdır.
Zərifə xanımın
həkim kimi fədakarlığı, yüksək
vətəndaşlıq məsuliyyəti,
səmimiliyi və qayğıkeşliyi, insanlara
və onların problemlərinə göstərdiyi
diqqət, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin və
xəstələrinin dərin
hörmət və rəğbətini qazandırmışdır.
Vüqar Rəhimzadə bu məqamı da xüsusi önə çəkib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı,
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin anasıdır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan xanımının mənəvi
dəyərlərini özündə
təcəssüm etdirən
Zərifə xanım
bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim,
bir alim, bir ictimai xadim
olaraq elə sağlığında əfsanəviləşməyi
bacarıb və daşıdığı titulları
mərhəmət, şəfqət,
humanizm kimi ali hisslərlə bütövləşdirərək ən ali insanlıq
zirvəsinə yüksəlib.
Vüqar Rəhimzadə
İki
sahil.- 2025.- 15 aprel, №61.- S.4.