“Milli
dəyərlərimizdən gələcəyə baxış”
Layihə çərçivəsində
ilk görüşün
qonağı Xalq yazıçısı
Anar olub
Aprelin 14-də ADA Universitetində “Milli dəyərlərimizdən gələcəyə
baxış” layihəsi
çərçivəsində tələbələrlə Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anarın
görüşü olub.
Tədbir Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA Universiteti və “Mədəniyyət”
telekanalının təşkilatçılığı
ilə keçirilib.
Tədbirdə çıxış edən
ADA Universitetinin prorektoru,
Milli Məclisin deputatı Fariz İsmayılzadə Dövlət
Komitəsinin ədəbiyyat
gecəsi təşəbbüsünü
yüksək qiymətləndirib.
O, Azərbaycanın ən
görkəmli qələm
adamlarından biri olan Xalq yazıçısı
Anarla tələbələrin
görüşünü nadir
və dəyərli bir fürsət kimi dəyərləndirib.
Prorektor bu görüşün tələbələr
üçün yazıçının
həyat və yaradıcılığı ilə
yaxından tanış
olmaq, eləcə də onunla birbaşa ünsiyyət qurmaq baxımından unikal imkan yaratdığını
vurğulayıb.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova çıxışında
"Milli dəyərlərimizdən
gələcəyə baxış”
layihəsi çərçivəsində
keçirilən bu cür görüşlərin
uşaqların dünyagörüşünün
formalaşmasına, onların
milli-mədəni irsimizə
bağlılığının gücləndirilməsinə xidmət
etdiyini deyib. Bildirilib ki, gənc nəslin söz sənətinin ustadları ilə birbaşa ünsiyyəti onların yaradıcılıq
potensialının üzə
çıxarılmasında mühüm rol oynayır.
Görüş zamanı Xalq yazıçısı Anar
tələbələrlə səmimi söhbət aparıb, özünün
ədəbi yaradıcılığı
və həyat yolu haqqında ətraflı məlumat verib. Yazıçı müxtəlif dövrlərdə
qələmə aldığı
əsərlər, onların
mövzuları, qəhrəmanların
daxili aləminin formalaşdırılması və
ümumilikdə yaradıcılıq
prosesinin incəlikləri
barədə fikirlərini
bölüşüb.
Tələbələr Xalq yazıçısına
əsərlərindəki əsas
ideya xətti, obrazların hansı prinsiplər əsasında
yaradıldığı, yazı
zamanı hansı hissləri keçirdiyi, ilham mənbələrinin
nədən ibarət
olduğu və uşaqlıq dövrünün
yazıçı təxəyyülünə
necə təsir etdiyi ilə bağlı suallar ünvanlayıblar. Suallara
öz yaradıcılıq
nümunələri əsasında
cavablar verən yazıçı qazandığı
təcrübələri, yaşadığı
hissləri və müşahidələrini də
onlarla bölüşüb.
Yazıçı vurğulayıb ki, hər bir əsərin
arxasında dərin müşahidə, daxili duyum və bəzən
də şəxsi həyat hadisələri dayanır. O, həmçinin
qeyd edib ki, ədəbiyyat yalnız bir sənət növü deyil, eyni zamanda,
insanı mənəvi
cəhətdən zənginləşdirən,
onu daha dərin düşünməyə
və hiss etməyə təşviq
edən mühüm vasitədir.
Qeyd edək
ki, bu gündən
etibarən Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və “Mədəniyyət”
telekanalının əməkdaşlığı
ilə “Milli dəyərlərimizdən gələcəyə
baxış” layihəsinə
start verilib. Layihənin məqsədi məktəblilərin, tələbələrin
maraqlarına toxunan məsələlərdə onların
iştirakının təmin
edilməsi, uşaq və gənclərin vətənpərvərlik ruhunda
tərbiyəsi, milli-mənəvi
dəyərlərə əsasən
maarifləndirilməsi, eləcə
də asudə vaxtlarının səmərəli
təşkili sahəsində
fəaliyyətin gücləndirilməsidir.
Layihə çərçivəsində
tanınmış ziyalıların
uşaq və gənclərlə görüşləri,
həmçinin bu mövzuda konfrans və forumların keçirilməsi nəzərdə
tutulur.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 15 aprel, №61.- S.7.