Azad edilmiş ərazilərin bərpası:

Xarabalıqdan dirçəlişə doğru

 

Böyük Qayıdış

 

2025-2029-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır

 

İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, o cümlədən xidmət, ticarət, tikinti, nəqliyyat digərlərinin yaradılması inkişafı mühüm əhəmiyyət kəsb edir.

Artıq bununla bağlı həm dövlət tərəfindən atılan addımlar, həm cəlb edilən investisiyalar müəyyən edilib. Qeyd edək ki, müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. 2025-2029-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 30 faizini təşkil edəcək. Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Ümumiyyətlə, Azərbaycan dövlətinin əsas prioritetlərdən biri azad olunan ərazilərə Böyük Qayıdışı mümkün qədər tez gerçəkləşdirməkdir. Elə bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra bu yerlərdə geniş abadlıq, quruculuq bərpa işlərinə start verilib. O da olduqca önəmli məqamdır ki, Qarabağ Şərqi Zəngəzurun Azərbaycanın digər iqtisadi rayonları ilə əlaqələndirməsi istiqamətində zəruri addımlar atılır. Nəticə etibarı ilə azad edilmiş ərazilərin yenidən Azərbaycanın ümumi iqtisadiyyatına reinterqrasiyası reallaşır. Bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həm Azərbaycan iqtisadi bazisini gücləndirir, həm bu yerlərin özünün tərəqqisini daha dinamik hala gətirir.

Azad olunmuş ərazilərə köçürülən insanlarla bağlı daha bir mühüm məqam onların məşğulluq probleminin həllinə dövlət tərəfindən xüsusi diqqət yetrilməsidir. Azad olunan ərazilərdə məskunlaşan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, onların sosial təminatı dövlət siyasətinin prioritet məqamlardan biridir. Ümumiyyətlə, bu yerlərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri olaraq qəbul olunur. Bu da qayıdış prosesinin daha intensiv həyata keçirilməsinə əlavə zəmin yaradır. O da xüsusi qeyd olunmalıdır ki, prezident İlham Əliyevin azad olunan ərazilərimizə mütəmadi səfərləri fonunda bu yerlərdə məskunlamış şəxslərlə görüşlər keçirir, onların bütün istəklərini yerindəcə dinləyir. Beləliklə, həyata keçirilən məqsədyönlü genişmiqyaslı layihələr Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə bağlı layihələr Azərbaycanın növbəti illərdə həyata keçirdiyi ən böyük iqtisadi siyasət təşəbbüsləri sırasındadır. Eyni zamanda sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri həyata keçirməyə imkan verir. Ağdam Araz Vadisi İqtisadi Zonasısənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Bu sənaye parklarının rezidentləri qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq sadələşdirilmiş vergidən azaddırlar. Eyni zamanda müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq qurğuların, xammal materialların idxalı ƏDV gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, bölgədə vergi uçotuna alınan istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Bunlar fonunda ekspertlər qeyd edir ki, tezliklə Qərbi Azərbaycana qayıdış dövründə görəcəyik. Qeyd edək ki, son illər azərbaycanlıların tarixi yurdlarına qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edildiyini təsdiqləyir. “Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb olunur. Qərbi Azərbaycanda bizə məxsus tarixi abidələrin, mədəni irsin məhv edilməsinə dair faktlar müzakirəyə çıxarılır. Ermənistanın qarşısında Qərbi Azərbaycan strategiyasına əsaslanan tələblər qaldırılır. Bu ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsin qorunması, eləcə qaçqınların hüquq təhlükəsizliyinin təmin edilməsi beynəlxalq müstəvidə gündəmə gətirilir.

 

Sevinc Azadi

 

İki sahil.- 2025.- 17 aprel, №63.- S.4.