Erkən nikah:

Əvvəlixoş”, sonra isə boş

 

Münasibət

 

Son illər erkən nikaha qarşı mübarizə tədbirləri gücləndirilsə problem aktuallığını qoruyur.  Erkən nikahların qarşısının alınması ilə bağlı atılan ciddi addımlar keçirilən maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ bəzi valiyendlər hüquqi baxımda yetkinlik yaşına çatmayan qızlarını təhsildən yayındıraraq, ailə qurmağa məcbur edir.

 

Budəfəki araşdırmamızda erkən nikahın insan hüquq azadlıqlarının təmin edilməsinə cəmiyyətin sağlam gələcəyinə vurduğu fəsadlardan, yaratdığı uçurumlardan söz açacaq, sözügedən problemlə bağlı mühüm məqamlara aydınlıq gətirəcək, həlli istiqamətində çıxış yollarından bəhs edəcəyik.

Deputat: Neqativ hallarla bağlı məlumatlar elə verilməlidir ki, insanlar bundan ibrət alsınlar,  maariflənsinlər

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  mövzu ilə bağlıİki sahil”ə açıqlamasında  bildirdi ki, erkən nikahların yayılmasına təkan verən amillər müxtəlif mənşəlidir  fərqli əhəmiyyətə malikdirlər: “Bunlar əsasən mədəni (stereotiplər),  sosial, psixoloji amillərdir. Səbəbi olursa, olsun bu evliliklər yalnışdır. Çünki bu yaşda bir fərd böyüməni formalaşmanı heç bir baxımdan tamamlamış olmur. Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu həmin qızın sağlamlığına, fiziki, psixoloji reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə cəmiyyətdə ifadə etməsinə bir sıra problemlər yaradır fəsadları üzə çıxır. Bütün bunlar müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər yaradır. Bu ailələrin böyük hissəsi uğursuz olur. Əlbəttə ki, boşanma halları olduqda risklər artır. Çünki qızın heç bir savadı, təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi bu şəxsə arxa durmadığından özünün gündəlik tələbatlarını reallaşdıra bilmir. Bəzən olur ki, bu cür şəxslər cinayətkar insanların təsiri altına düşə bilirlər. Yaş azlığı, təcrübəsizlik məlumatsızlıqdan onlar hətta insan alverinin qurbanı ola bilərlər. dəfələrlə Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsi olaraq mövzu ilə bağlı ictimai dinləmələr keçirmişik, müzakirələr aparmışıq, təkliflər vermişik. Dövlət proqramları Fəaliyyət planları çərçivəsində hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yerinə yetirir. Vətəndaş cəmiyyəti KİV bu mövzu ilə bağlı çevik reaksiyalar verirlər”.

Deputat qeyd etdi ki, erkən nikahlar, qadın uşaqlara qarşı zorakılıq, kobud davranış halları ilə bağlı məlumatlar hazırlayanda  qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.  Müsbət obrazlar, uğurlu gənc qızların təbliğinə xüsusi yer verilməli, daha çox işıqlandırılmalıdır. Neqativ hallar  bağlı məlumatlar isə elə verilməlidir ki, insanlar bundan ibrət alsınlar,  maariflənsinlər.

Dövlət Komitəsinin nümayəndəsi: Erkən nikah yalnız bir ailənin yox, bütöv cəmiyyətin gələcəyinə zərbədir

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudovun sözügedən mövzu ilə bağlıİki sahil”ə açıqlamasında vurğuladı ki, erkən evliliyi mövcudluğu qanun ilə nəzərdə tutulmuş cəzaların yüngül olması ilə bağlı deyil, burda müşahidə olunan daha çox insan faktorudur, dəqiq desək, yetkinlik yaşına çatmayan övladlarının valideynləri cəmiyyətdə hələ mövcud olan stereotiplərdir: “Erkən evlilik ailədaxili münaqişələrə, cəmiyyətdə  sosial cəhətdən  həssas qrupların sayının artmasına səbəb olur bu kimi nikahların qarşısını alınması üçün bütün yükü təkcə dövlət qurumları üzəri atmaq olmaz burada, eyni zamanda, cəmiyyət aktiv rol oynamalıdır. Bu kimi evlilikləri qabaqcadan aşkar edilməsi çox vacibdir, bu ərə verilən ya evləndirilən uşağın taleyini ola bilsin ki, hətta həyatını xilas etməyə kömək edə bilər. Erkən nikahların davam etməsinin əsas səbəbləri dərinləşmiş sosial stereotiplər, ailə institutu gender rolları ilə bağlı köhnə düşüncə tərzidir. Bu hallar xüsusilə bölgələrdə daha geniş yayılıb bir çox hallarda ailə üzvlərinin təhsil səviyyəsinin aşağı olması, qadının ailədə sosial rolunun zəif olması ilə əlaqədardır. Əksər hallarda erkən evliliklər, “qız uşağının taleyi evləndirilməkdir yaailəyə yük olmamalıdırkimi yalnış baxışlarla əsaslandırılır”.

Erkən nikahla mübarizədə effektiv  nəticə almaq üçün çıxış yolunu, problemin həllini nədə görürsünüzsualına isə AQUPDK nümayəndəsinin cavabı belə oldu:” Problemin effektiv həlli kompleks yanaşma tələb edir. Əvvəla, Ailə Məcəlləsi Cinayət Məcəlləsinə uyğun olaraq erkən nikahlar qanunla qadağandır bu istiqamətdə hüquqi mexanizmlər mövcuddur. Lakin qanuni tədbirlərlə yanaşı, sosial maarifləndirmə vacibdir. Təhsil müəssisələrində erkən nikahın fəsadları ilə bağlı inklüziv tədris modulları hazırlanmalı, valideynlərlə sistemli maarifləndirmə işləri aparılmalı, dini ictimai liderlər bu prosesə aktiv şəkildə cəlb olunmalıdır. Bundan başqa, media vasitəsilə insanlara erkən evliliyin fiziki, psixoloji sosial zərərləri barədə davamlı emosional təsirli kampaniyalar təqdim olunmalıdır”.

Mama ginekoloq: Erkən yaşda (18 yaşdan aşağı) hamiləliklərlə mübarizə reproduktiv sağlamlıq cinsi təhsilin vacib hissəsidir

Ailə Planlanması Məsləhətxanasının həkim mama-ginekoloqu Afət Ərəbova  İki sahil”ə açıqlamasında yeniyetmə anaların üzləşə biləcəyi ciddi sağlamlıq problemlərdən bəhs etdi: “Erkən yaşda (18 yaşdan aşağı) hamiləliklərlə mübarizə reproduktiv sağlamlıq cinsi təhsilin vacib hissəsidir. Erkən yaşda ailə quran qızlardan tezliklə uşaq dünyaya gətirmək gözlənilir. Lakin onların çoxu reproduktiv orqanizmin fəaliyyəti, hamiləlik riskləri doğuşla bağlı məsələlərdən xəbərsiz olur. Onlar çox zaman kontrasepsiya (arzuolunmaz hamiləlikdən qorunma üsulu), doğuşa qədər baxım hamiləliklərin planlaşdırılmasının əhəmiyyəti barədə məlumatlı olmurlar. Bu da onu göstərir ki, gənc hamiləliklər həm gənc ana, həm körpə üçün ciddi sağlamlıq riskləri, o cümlədən hamiləlik doğuş zamanı yarana biləcək potensial çətinliklərə səbəb ola bilər”.

Yeniyetmə anaların üzləşə biləcəyi konkret risklər hansılardırsorğusuna cavab olaraq isə mama-ginekoloq bildirdi ki, yüksək qan təzyiqi, prematur (vaxtından öncə) doğuş, gestasional diabet, körpədə inkişaf gerilikləri əsas rast gəlinən problemlər sırasındadır.

Psixoloq: Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq, uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir çünki

Psixoloq Gövhər Məmmədova  vurğuladı ki, erkən nikahın bir çox mənfi tərəfi vardır, bunlardan ən önəmlisi  yeniyetməlik dövrünə təsədüf etməsidir. Bu dövr uşaqların fiziki, psixoloji, bioloji sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq, uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir ictimai inkişafını tamamlamamış olan bu uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. İstək daxilində olmasa da evlilikdən sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən problemi  yaranır.  Bu yaşda uşaq sahibi olduqda isə əlavə məsuliyyət ilə yüklənir, şəxsi inkişafını gözardı edir, zamanla həyat yoldaşından bağlı hala gəlir. Daha evlilik həyatına uyğunlaşmayan qız ana olmağa keçid edir, beləcə hər bir yaş dövrü yarımçıq qalır, həm öz gəncliyini yaşaya bilmir, həm ailə olmağı dərk edə bilmədən ailəsini böyüdür.

Psixoloqun sözlərinə görə, erkən evliliklərin daha bir səbəbi qızların konservativ ailədən qurtulmaq istəyidir, evliliyi çıxış yolu, azadlığın açarı kimi görməsidir.

Sosioloq: Təhsil maariflənmə səviyyəsinin aşağı olması insanların erkən evliliyə meyil etməsinə səbəb olur

Sosioloq Elnarə Orucova qeyd etdi ki, elə ailələr olur ki, niyə erkən ailə qurmalarının səbəbini özləri belə bilmirlər. Çünki bu qərar fərdi verilməmişdir. Bu cür nikahlar ailə, qohum, adət-ənənə yaxud dini adından istifadə edən bəzi qrupların təsirləri ilə həyata keçir. Azərbaycanın bəzi bölgələrində belə nikahlar hələ aktualdır. Şəhərlərdə isə nisbətən az rast gəlinir. Bu fərqliliklərin yaranmasında qloballaşma maariflənmə böyük rol oynayır. Demək buradan belə çıxır ki, təhsil maariflənmə səviyyəsinin aşağı olması insanların erkən evliliyə meyil etməsinə səbəb olur. Hazırda erkən nikahın fəsadları ilə bağlı maariflənmə çox zəifdir insanlar erkən nikahın fəsadları haqqında çox az bilgiyə malikdirlər. Bu səbəbdən erkən nikahlara yol verirlər.

Vəkil: Erkən evlilik hüquqi məsuliyyət doğuran bir məsələdir

Erkən nikah (uşaq evliliyi) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bəs, qanunvericilik bununla bağlı deyir? Mövzu ilə bağlı suallarımızı cavablandıran vəkil Nərmin Zülfüqarlı bildirdi ki, erkən evlilik yalnız sosial problem deyil, eyni zamanda, ciddi hüquqi məsuliyyət doğuran bir məsələdir: ”Bu hal birbaşa uşaq hüquqlarının pozulmasıdır qanununvericlikdə konkret şəkildə qadağan olunur.

Azərbaycan Respublikasının. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1-ci 176-2-ci maddələrinə əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə, o cümlədən on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi cinayət məsuliyyəti yaradır.  Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-2.1-ci maddəsinə görə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy digər mərasimlər) keçirilməsi inzibati məsuliyyətə səbəb olur”.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.- 17 aprel, №63.- S.6.