Abidələrimizin qorunmasının

konstitusional təminatı

 

Tarixi mədəni irsimiz

 

Müxtəlif dövrlərdə müxtəlif sivilizasiyalar tərəfindən yaradılmış qədim mədəniyyət abidələri cəmiyyətin keçmişdəki tarixi-mədəni irsini gələcək nəsillərə çatdırmaqla ümumbəşəri amallara xidmət etmişdir. Qədim Misir ehramları, Böyük Çin səddi, Roma Kolizeyi, Naxçıvan Duzdağı, Şuşa qalası, Bərdə türbəsi,  yerləşdikləri coğrafiyaları adlarında daşısalar da, əks etdirdikləri tarix-memarlıq xüsusiyyətləri, daşıdıqları məzmun baxımından ümumdünya tarixinin qiymətli inciləri sırasındadır.

Lakin zaman-zaman bu abidələrdən bir qismi təbii, bəzən süni olaraq dağıntılara məruz qalmışdır. Məqsədyönlü şəkildə mədəniyyət abidələrinin dağıdılması faktoru ilə biz işğal edilmiş torpaqlarımızdakı erməni vandalizminin izləri timsalında rastlaşmışıq. Qarabağ ərazisindəki Üzərliktəpə arxeoloji abidəsi, məscidlər, türbələr dəfələrlə yandırılmış, yaxud güllələnmişdir. Sədərək rayonundakı orta əsrlərə aid başdaşındakı güllə izləri bunun çoxsaylı sübutlarından, sadəcə, biridir. Bu cür vandalizm aktlarının qarşısının alınması üçün abidələrin qorunmasının beynəlxalq müstəviyə daşınması, ayrıca olaraq bununla bağlı xüsusi günün – 18 aprel tarixinin təsis olunması olduqca əhəmiyyətlidir.

1983-cü ildə Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurasının təklifi ilə UNESCO tərəfindən Beynəlxalq Abidələr Tarixi Yerlər Gününün təsis olunması insanların diqqətini bu dəyərli ümumbəşəri irsin qorunmasının vacibliyinə çəkmək məqsədi daşıyırdı. Təsis olunmasından keçən 42 il ərzində hər ilin 18 aprel tarixində müxtəlif ölkələrdə tarixi, arxeoloji, memarlıq mədəniyyət abidələri təkcə çoxsaylı ziyarətçi axını ilə məhdudlaşmır, eyni zamanda onların qorunmasının vacibliyi, hüquqi təminatı təbliği ilə bağlı məsələlər geniş işıqlandırılır.

Ölkəmizdə abidələrin qorunması hüquqi-konstitusional səviyyədə təmin edilmişdir. Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri olaraq zəngin abidələrə malikdir hər zaman onların qorunmasının hüquqi cəhətdən təminatına mühüm yer vermişdir. Ölkəmizdəki abidələrin konstitusional təminatı Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycanın mədəniyyət paytaxtıŞuşa şəhəri haqqındaAzərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə, həmçinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyamızın 77-ci maddəsində tarix mədəniyyət abidələrinin qorunmasının hər kəsin borcu olduğu xüsusi vurğulanmışdır. Bu qanunlardan irəli gələn tələblərə uyğun olaraq cəmiyyətin bütün üzvlərinin üzərinə tarix mədəniyyət abidələrimizi milli mənəvi dəyərlərimiz kimi qorumaq məsuliyyəti düşür.

Ümummilli Lider Heydər Əliyev mədəni irsimizə yüksək səviyyədə qayğı göstərmişdir. Abidələrimizin qorunmasının hüquqi təminatını daim diqqət mərkəzində saxlayan Ümummilli Lider mədəni tarixi irsimizin himayə edilməsinin vacibliyini vurğulamış, Azərbaycanda ilk hakimiyyəti illərində bir çox abidələrimiz məhv olmaqdan xilas edilmişdir. Müstəqilliyimizin qazanılmasından sonra bu sahə daha da inkişaf etdirilmiş, abidələrin qorunmasının hüquqi təminatı ilə bağlı xüsusi sənədlər imzalanmışdır. Bunun bariz nümunələrindən biri 1998-ci il 10 aprel tarixdə Heydər Əliyev tərəfindənTarix mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalanması olmuşdur. Həmin qanunun birinci fəsilində  qeyd olunmuşdur: “Tarix mədəniyyət abidələri xalqın milli sərvətidir”. Bu qanun abidələrin qorunmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti göstərməklə yanaşı, onun müxtəlif fəsillərində tarix mədəniyyət abidələrinin anlayışı təsnifatı, abidələr üzərində mülkiyyət, abidələrin dövlət qeydiyyatı, əhəmiyyət dərəcəsi digər məsələlər izah olunmaqla ictimaiyyətin bu sahədə hüquqi baxımdan maarifləndiriliməsinə töhfə verir.

Azərbaycan beynəlxalq konvensiyalara qoşulmaqla tarix mədəniyyət abidələrinin ümumbəşəri dəyər kimi qorunmasına daim dəstək verir.  Ümumdünya mədəni təbii irsinin mühafizəsi haqqındakonvensiyaya daxil olmaq bu sahədə atılan mühüm addımlardan biri olmuşdur. Tarix-memarlıq abidələri ilə bərabər arxeoloji abidələrin diqqət mərkəzində saxlanılmasıArxeoloji irsin qorunması haqqındaAvropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədəxüsusi Qanunun qəbul edilməsində özünü göstərmişdir. Diqqətəlayiq addımlardan biri Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına dair İkinci Protokola Azərbaycan Respublikasının qoşulması barədə Qanunun qəbul edilməsidir.  Bu Konvensiyanın ən mühüm əhəmiyyətini işğal zonalarında hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklərin edilməsi, mədəni, tarixi elmi dəlillərin gizlədilməsi ya məhv edilməsinin qadağan olunması məsələsi təşkil edir. Bu maddə Azərbaycanın vaxtilə erməni işğalı altında olan ərazilərindəki abidələrin adlarının dəyişdirilməsinin, tarixi faktların saxtalaşdırılmasının qarşısının alınmasında istinad edilə bilən beynəlxalq hüquqi sənəd dəyərindədir. Tarix, mədəniyyət arxeoloji abidələrimizin təbliği, beynəlxalq ictimaiyyətə tanıdılmasının nəticəsi olaraq,  2000-ci ildə İçərişəhər Qız qalası Şirvanşahlar sarayı ilə birlikdə, 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu, 2019-cu ildə Şəki xan sarayı UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş, Ordubad Tarixi Şəhəri timsalında onlarla tarixi yerlərimiz UNESCO-nun təcili qorunmaya ehtiyacı olan maddi mədəni irsin ilkin siyahısına daxil edilmişdir.

Abidələrimizə göstərilən dövlət qayğısı bu gün daha intensiv mərhələyə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuşDaşınmaz tarix mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramıxalqımızın zəngin irsini özündə daşıyan abidələrin qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin genişləndirilməsinə stimul vermişdir. Bu proqram çərçivəsində görülən tədbirlər arxeoloji, mədəni, memarlıq abidələrinin, həmçinin tarixi ərazilərin qorunması məqsədilə ölkə başçısının Sərəncamı ilə bir sıra qoruqların yaradılmasında o cümlədənQədim Şəmkir şəhəri”, “Orta əsr Ağsu şəhəritarix-mədəniyyət qoruqlarının yaradılması timsalında davam etdirilməkdədir. Buna ən yaxın tarixdən misal olaraqOrdubadDövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını göstərmək olar. 240 hektar ərazini əhatə edən tarix-mədəniyyət kompleksini təşkil edən abidələrdən biri olan XVII əsrə aid Cümə məscidində aparılan təmir-bərpa işlərindən sonra yenidən istifadəyə verilməsi geniş ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.

Görülən tədbirlərin daha bir uğurlu istiqamətinin nəticəsi özünü arxeoloji abidələrin sayının artmasında da büruzə vermişdir. Ölkəmizin bütün bölgələrində bu sahə ilə bağlı tədqiqatların miqyası genişlənmişdir. Keçən il Naxçıvan Muxtar Respublikası ərazisində 5 arxeoloji ekspedisiya fəaliyyət göstərmiş, 6 abidədə qazıntılar aparılmışdır. Onlardan II Xələc yeni qeydə alınmış, ilk dəfə arxeoloji qazıntılara cəlb edilməklə elmi mədəni irsimizə qazandırılmışdır. Buradan aşkar edilən 1631 artefakt AMEA muzeyinə daxil edilməklə milli-mədəni irsimizi zənginlədirmişdir. Yeni maddi mədəniyyət nümunələri Albaniya Atropatena dövrü, işğalçılara qarşı mübarizəmizin Son antik Erkən orta əsrlər mərhələsinin işıqlandırılmasında xüsusi əhəmiyyət daşıyır. İlbəil artan arxeoloji tədqiqatlar yeni-yeni tarix mədəni abidələrimizin üzə çıxarılmasına xidmət edir.

Bütün bunlar abidələrimizə, mədəniyyətimizə, tarixi irsimizə yüksək dövlət qayğısının nəticəsi olmaqla yanaşı, onlara münasibət məsələsində vətəndaşlıq vəzifələrini bizlərə xatırladır. Vətəninə sədaqət, milli dəyərlərinə hörmət qədər o dəyərlərin bir parçası olan abidələrin qorunması  da vacib unudulmayan vətəndaşlıq vəzifələrindəndir.

 

Zeynəb QULİYEVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı,

tarix elmləri doktoru

 

İki sahil.- 2025.- 18 aprel, №64.- S.7.