Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli

Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi , ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.

Ümummilli Lider bu fikirləri ilə hər bir xalqın, dövlətin tanıdılmasında, varlığını təsdiqləməsində dilin böyük rola malik olduğunu bir daha sübut edir. Əbəs yerə deyilmir ki, bir xalqı, milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin, təbliğinin prioritet məsələlər sırasında olduğunu görərik. Buna əmin olmaq üçün Azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu fakt məlumdur ki, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. O vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR KonstitusiyasınaAzərbaycan SSR-in dövlət dili Azərbaycan dilidirmaddəsi əlavə olunmuşdur. Onu da qeyd edək ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ümummilli Lider bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinə diqqət qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti mövqeyiniMən hər bir dilə hörmət edirəm ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin adı tanınıb. Bu, reallıqdırfikirləri ilə ifadə etdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı qorunması işi daha da gücləndirildi.

Milli Məclisin deputatı bildirib ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu problemlərini daim diqqət mərkəzində saxlayıb bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ümummilli Liderin 2001-ci ilin 18 iyun tarixində imzaladığıDövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaFərman, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Həmçinin Ulu Öndərin 2001-ci il 9 avqust tarixliAzərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqındaFərmanı əsasında hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd edilir.

Təbii ki, atılan hər bir addım Azərbaycanın uğurlu gələcəyinə hədəfləndi. Bu baxımdan son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dilimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirləri, atdığı uğurlu addımları xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramıana dilimizin hərtərəfli inkişafı tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı 2018-ci ildə Azərbaycan dili ilə bağlı iki mühüm sənəd imzaladı. Onlardan biriAzərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaSərəncam oldu. Digər sənəd isə Prezident İlham ƏliyevinAzərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqındaFərmanı idi. Hər iki sənəd Azərbaycan dilinin bu günü gələcəyi naminə atılan uğurlu addım olmaqla yanaşı, ümumilikdə müasir müstəqil Azərbaycan dövlətinin, xalqının təqdimatı idi. Həmişə azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyev böyük qürur hissi ilə qeyd edirdi ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli bu dildə danışmağı ilə fəxr etməlidir. Ümummilli Lider Heydər ƏliyevinDil, dil, bir dil... Dili inkişaf etdirməliyik. Mən demişəm bu gün deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursanfikirləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilməlidir. Dilimizi sevək, qoruyaq, gələcək nəsillərə çatdıraq. Bu gün hər birimiz qalib, ərazi bütövlüyünü suverenliyini tam bərpa etmiş, yeni dövrə qədəm qoyan Azərbaycanın vətəndaşı olduğumuz üçün qürurluyuq. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Bu çağırış özündə azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizə sevgini ehtiva edir.

 

Vüqar Rəhimzadə 

 

İki sahil.- 2025.- 19 aprel, №65.- S.4.