Qərb bölgəsinin fəxri

 

Son onilliklər ərzində dünyada cərəyan edən lokal, regional qlobal ictimai-siyasi sosial-iqtisadi hadisələr elm təhsilə, mədəniyyət incəsənətə bilavasitə təsir göstərib. Bununla belə Azərbaycanda ölkə rəhbərliyinin məqsədyönlü daxili xarici siyasəti sayəsində humanitar sahənin inkişafı, zamanın nəbzinə müvafiq müasir standartların tələblərinə uyğun qurulub təşkil olunması üçün həm hüquqi, həm sosial, həm maddi-texniki baza gücləndirilib, onların iqtisadi səmərəliyinin artırılması üçün fundamental layihələr həyata keçirilib, ardıcıl tədbirlər görülüb.

Ölkə başçısı cənab İlham Əliyevin mədəniyyət incəsənətə göstərdiyi yüksək diqqət qayğı bədii təhsilin gələcək inkişafına mühüm şərait yaradıb. Xüsusilə gənc istedadların seçilməsində bölgə incəsənət məktəblərində böyük işlər görülür. Belə məktəblərdən biri Şəmkir Uşaq İncəsənət Məktəbidir. Ölkə incəsənətinə çoxsaylı töhfələr verən olan Şəmkir musiqi məktəbi bölgədə nailiyyətlərinə görə qabaqcıllar sirasındadır. Məktəbin rəhbəri Samirə Rüstəmova təcrübəsi, bilik bacarığı ilə məktəbdə bir çox müasir yeniliklərə imza atıb, tarixi ənənələri yenidən dirçəldib. Qısa vaxt ərzində məktəbdə çoxsaylı savadlı müəllim kollektivini bir araya gətirib. Bu gün bütün məktəb kollektivi birmənalı olaraq qeyd edirlər ki, Samirə müəllimənin rəhbərliyi ilə müsiqi məktəbi həqiqətən inkişaf dövrünü yaşayır.

Samirə Rüstəmova söhbət zamanı bildirdi ki, məktəbinin qazandığı unikal statusu incəsənət sahəsində daha böyük nümunəvi işlərin görülməsi üçün qarşımızda yeni vəzifələr qoyur. Çünki peşəkarlıq mütləq daimi inkişaf tələb edir. Məktəbin fəxri olan geniş kütlədə tanınan gənc tarzən Mirnofəl Həsənov Şəmkir musiqi məktəbinin yetirməsidirH ələ uşaq yaşlarından babası, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş məzunu Rəşid müəllimdən sənətin sirlərini öyrənən Mirnofəl qüsursuz ifaları bacarığı ilə seçilmişdir. Çoxsaylı unudulmaz konsert proqramları milli musiqi muğam ifaları ilə geniş şöhrət qazanmışdır. Mirnofəlin əldə etdiyi hər bir uğurda şübhəsiz ki, ilk müəllimi, eyni zamanda, babası Kərim müəllimin böyük gərgin əməyi var. Fitri istedada potensiala sahib olan Mirnofəl daha böyük uğurlara imza atmaq məqsədi ilə ilə bu gün təhsilini Bakı şəhər, Bülbül adına məktəbdə davam etdirir. Cəmiyyətin musiqiyə, sənətə həvəs göstərən gənclərə ehtiyac var. Çünki gələcəkdə mədəniyyətin qayəsini bədii auditoriyanı məhz bu insanlar təşkil edəcək. Bu böyük dəstənin isə yalnız bir qismi sonradan peşəkar fəaliyyət göstərəcək. Məhz bu seçilmiş istedadlar təhsillərini orta ixtisas, daha sonra ali təhsilin bakalavriat, magistratura doktorantura səviyyələrində davam etdirərək, ölkənin mədəniyyət incəsənət elitasının növbəti mütərəqqi nəslinin formalaşmasında iştirak edəcəklər.

 

Babək Əliyev

 

İki sahil.- 2025.- 22 aprel, №66.- S.8.