Azərbayacan milli mətbuatının

yaranmasının 150 ili tamam olur

 

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat, söz azadlığı sahəsində irəliyə doğru ciddi addımlar atılıb. Demokratikləşmə proseslərinin əsas atributlarından biri kimi mühüm əhəmiyyət kəsb edən azad mətbuat ölkəmizdə demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaq. Sənəddə göstərilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft sənaye mərkəzlərindən birinə çevrilmiş iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyiƏkinçiqəzeti milli mətbuatımızın ilk nümunəsi ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

Ölkəmizdə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuşƏkinçiqəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz məlumat azadlığının, fikir plüralizminin digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Müasir müstəqil Azərbaycanın memarı qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ümummilli LiderinJurnalist əməyi qeyri-adi, olduqca zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdirmüdrik kəlamı milli mətbuat nümayəndələrinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalananAzərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyihaqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çoxsaylı Sərəncam Fərman imzalayıb.

Bu gün müstəqil mətbuatın formalaşması inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət qayğı göstərilir.

Qırx dörd günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin onun havadarlarının saxta məlumatlarının ifşası üçün çalışmışdır.

Sərəncamda deyildiyi kimi, Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqındaQanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

 

Zahid Rza

 

İki sahil.- 2025.- 26 aprel, ¹70.- S.4.