Erməni vandalizmini
sübut
edən kütləvi
məzarlıqlar
Son 4 ildə 23 belə məzarlıq
aşkarlanıb
Zorla müharibəyə cəlb edilən,
işğala, əhalisi soyqırımına məruz qalan, qətlə
yetirilən bütün ölkələrdə gühahsız
insanların gömüldüyü toplu məzarlıqlar olub,
bu gün də var. Böyük dövlətlərin və
xaricdəki güc mərkəzlərinin dəstəyi ilə
Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü
nəticəsində həm torpaqlarımız işğal
olundu, həm də o ərazilərdə yaşayan insanlar
soyqırımına məruz qaldı, itkin düşdü, əsir
və girov götürüldü. O da məlumdur ki, Birinci
Qarabağ müharibəsi dövründə Azərbaycanın
4 minə yaxın vətəndaşı itkin düşüb
və bu gün onların taleyi Ermənistan hər hansı bir
informasiya verməkdən yayınır. 44 günlük Vətən
müharibəsi ilə Azərbaycan torpaqlarının
böyük hissəsini işğalçı Ermənistanın
tapdağından azad etdi və 2023-cü ilin sentyabr ayında
baş verən lokal antiterror tədbirləri nəticəsində
öz ərazilərində suverenliyini təmin etdi və ərazi
bütövlüyünə nail oldu. Müharibə nəticəsində
azad olunan ərazilərimizdə böyük və dəhşətli
mənzərələrlə qarşılaşdıq. Mətbuatda
2020-ci il dekabrın 1-nə olan məlumata əsasən, Birinci
Qarabağ müharibəsi nəticəsində aralarında 71
uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş
3890 azərbaycanlının, o cümlədən əsir və
girov götürüldüü müəyyən edilmiş
872 nəfərin sonrakı taleyi məlum deyil. 4 min nəfərə yaxın taleyi
məlum olmayan vətəndaşlarımız barədə
Ermənistanın hər hansı bir məlumat verməkdən
yayındığı məlumdur. Həm müharibəyə
qədər, həm də müharibədən sonra Ermənistan
bu istiqamətdə addım atmaq istəmir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin
müvafiq tapşırığına əsasən,
işğaldan azad edilmiş ərazilərdə I Qarabağ
müharibəsi zamanı itkin düşmüş Azərbaycan
vətəndaşlarının ehtimal edilən məzar yerlərinin
müəyyən edilməsi istiqamətində axtarış
tədbirləri hələ də davam etdirilir. O vaxt Ermənistanın
hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli
kəndində, Şuşanın Malıbəyli və
Quşçular kəndlərində, Xocavəndin
Qaradağlı kəndində, Xocalı şəhərində,
Kəlbəcərin Ağdaban kəndində və digər
yerlərdə dinc əhalinin amansız şəkildə
sistematik və kütləvi qırğınını,
soyqırımını törətməklə,
“Dağlıq Qarabağ”da yaşayan azərbaycanlı
mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv
etmək, qalan hissəsinin isə müqavimət əzmini
qırıb regionu onlardan təmizləmək məqsədi
güdürdü. 2024-cü ilin əvvəllərində
Xocalı şəhərinin mərkəzində
(keçmiş xalça fabrikinin yaxınlığında) əsaslı
bərpa-quruculuq işləri çərçivəsində
aparılan qazıntı işləri zamanı
basdırılmış vəziyyətdə kütləvi
insan qalıqlarının aşkar olundu. Baş
Prokurorluğun keçirilən prosessual hərəkətlər
nəticəsində daha 1 nəfərə aid insan
qalıqları aşkar olunub və bununla da kütləvi məzarlıqdan
tapılan qalıqlarının ən azı 14 nəfər
insana məxsus olması, onların işgəncələrə
məruz qalmaları, mənsub olduqları dinin tələblərinə
uyğun qaydada dəfn olunmamaları və xüsusiyyətlərinə
görə ən azı 25 il əvvəl
basdırılması müəyyən edilib. Əlbəttə,
bu, birinci və sonuncu kütləvi məzarlıq deyil,
neçə-neçə kütləvi məzarlıqlar
başqa ərazilərdən aşkarlanıb.
Onu da qeyd edək ki, ötən illərdə
Xocalı rayonunun Fərrux kəndi ərazisində
aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində
Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda
gedən döyüşlərdə şəhid olmuş
şəxs və ya şəxslərə aid olması ehtimal
edilirdi. Füzuli rayonunun Aşağı Seyidəhmədli,
Ağdam rayonunun Sarıcalı kəndlərində də
kütləvi məzarlıq aşkar olunub. Aparılan
qazıntı işləri nəticəsində Şuşa həbsxanası
ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən
insan qalıqları aşkarlanıb. Əvvəl də
Şuşa həbsxanasının ərazisində kütləvi
məzarlıq tapılmışdı. Kəlbəcər
şəhərində yenidənqurma və bərpa işləri
ilə bağlı aparılan qazıntı zamanı daha bir
kütləvi məzarlıq aşkarlanmışdı. Birinci
Qarabağ müharibəsi zamanı Kəlbəcərdə
bir çox qırğınlar törədilmişdi ki,
onların ən dəhşətlisi Başlıbel kəndində
olub. Başlıbelin işğalı zamanı erməni
quldurları 27 nəfəri güllələmişdilər.
Aşkarlanan insan qalıqlarının da o
qırğınların qurbanlarına aid olduğu ehtimal
edilirdi. 2022-ci ilin oktyabrında Xocavənd rayonunun Edilli kəndində
Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən
qətlə yetirilən 12 azərbaycanlının dəfn
olunduğu kütləvi məzarlıq barədə Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası məlumat
yaymışdı.
Müharibə cinayətləri və bəşəriyyətə
qarşı cinayətlər törətmiş bəzi şəxslər
bu gün Azərbaycanın ədalət mühakiməsi
qarşısında cavab versə də, Ermənistanda buna
görə hələ bir nəfər belə məsuliyyətə
cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.
Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi
canilər, komandirlər kütləvi məzarlıqlar barədə
məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq,
Ermənistan hələ də bu məzarlıqların, o
cümlədən Azərbaycanın Milli Qəhrəmanı
Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları
verməkdən imtina edir. Beləliklə, Ermənistan Azərbaycana
qarşı müharibə cinayətlərini davam etdirir. Onu
da qeyd edək ki, itkin düşmüş azərbaycanlıların
Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə
uyğun olaraq lazımi qaydada qeydə almamaqla və ya
araşdırmamaqla, onlar haqqında məlumat verməməklə
Ermənistan bu sənədin ən azı 4 maddəsini pozur.
Bundan başqa, itkin düşmüş şəxslərin dəqiq
siyahısı Beynəlxalq Qızıl Xaç Komitəsinin
xətti ilə Ermənistana təqdim edilib və mütəmadi
olaraq yenilənir. İndilikdə Ermənistanın itkin
düşmüş azərbaycanlıların taleyi ilə
bağlı heç bir məlumat verməməsi həmin azərbaycanlıların
Konvensiyanın 2-ci maddəsində nəzərdə
tutulmuş yaşamaq hüququnun kobud şəkildə
pozulduğu şəraitdə öldürülməsi
ehtimalını doğurur. Həmçinin itkin
düşmüş azərbaycanlıların
yaxınlarına, qohumlarına onlar haqqında məlumat verməməklə
Ermənistan bu insanlara mənəvi işgəncə verməkdə
davam edir.
Sevinc Azadi
İki sahil.- 2025.- 29 aprel, ¹71.- S.7.