Gərək günəş dağları aşıb sönməyəydi...

 

30 aprel 2009 ADNA terroru

 

Çox istəyirdim ki, tanınmıș jurnalist, istedadlı yazıçı-publisist Afət  Sadiqoğlunun mənsur șerlərindən, sonədli povest xatirələrindən  ibarətMənim çiçəkli dünyamkitabı haqqinda isə yazam, qələmin  qüdrəti, sözün sehri ilə o “çiçəkli dünya”nın heykəlini yonam. Bunun  üçün müəllifin ömür-gün yoldaşı, müqtədir qələm sahibi Xuraman xanımdan bəzi məlumatlar əldə etməyə çalışırdım.

AncaqSən saydığını say, gör fələk sayırdeyib ulularımız. Kor tale, amansız fələk naşı karvanbașı kimi hər șeyin yolunu-yönünü dəyişdi. Afət müəllimin min bir əzabla araya-ərsəyə gətirdiyi  çiçəkli dünyası”nda güclü firtınalar qopdu. Bu firtına onun canından  çox sevdiyi, qoxlayıb sinəsinə basdığı Şəfa adlı tər çiçəyini, ətirli  bənövşəsini vaxtsız-vədəsiz soldurdu. Elə o gündən həmin çiçəkli dünya dəhşətli zimistana döndü...

Deyirlər ispaniyalı Kolumb yeni kəşflər etmək üçün Hindistana  üz tutub, ancaq onun əvəzinə sirli-sehirli Amerikaya gedib çıxıb. Taleyin  hökmü ilə mənim əlimdəki qələm yolunu azdı, səmtini dəyişdi.  Beləcə Xuraman Şəfanın ana fəryadından, harayından, övlad həsrətindən  binalanmıșZamansız amansız ölümlər. Analar yanar ağlar...” adlı bir  ünvana yön aldı qələm. O ünvana ki, orada Xuraman xanımın qəfil  namərd gülləsinə tuş gələrək əbədiyyətə qovuşan gül balası, ömrünün  mənası- Şəfanın nakam taleli əbədi dünyası vardır. “Zamansız amansız  ölümlər. Analar yanar ağlar...” kitabı 30 aprel 2009-cu ildə Azərbaycan  Dövlət Neft Akademiyasında törədilən terror zamanı həlak olanların  xatirəsinə həsr edilib. Həlak olanların arasında Xuraman  xanımın cıyərparası Şəfa Məmmədova da var idi.

...İndi bu kitabı yana-yana vərəqləyirəm. Bu, dərddən, ələmdən  nakam övladın həsrəti ilə yaşayan ananın hayqırtısından yonulmuş bir  abidə-kitabdır. Onu vərəqlədikcə fikirlərimin, düşüncələrimin  tənhalığında boğuluram. O gücsüz anlarında gözünün nuru, bașının tacı,  dizinin taqəti olan qızı-sirdaşı ilə sankihəmsöhbətolan ananın gücünə  heyran qalıram. Kitabın səhifələrindəHəyat qəribədir...bu qəribəliklərin  burulğanında yașayırıqdeyən, Xuraman  xanımın qələm yoldaşı, qəm yükünün ortağı Yeganə xanımın...”Şəfa qayıdacaq...anasını  necə xəbərsiz tərk etdisə, eləcə evinin qəfil qonağı olacaqtəsəllisi bu  tənhalıq girdabından çəkib çıxarır məni. Təsəllimiz yalnız ağrılı șer  misralarında, kədərli ifadələrdə deyil, bir Şəfanın pak, təmiz gəncliyə,  gələcək nəsillərə örnək olacaq keçdiyi șərəfli həyat yolundadır.  Bir anlığa gözüm kitabdakı şəkil-xatirələrə dikilir. Bu xatirələrin  işığında biz Şəfanı gəzir, yenidən tapırıq, təzədən kəşf edirik onu. İlahi, qısa, lakin mənalı ömrünü o tarix üçün deyil, əbədiyyət üçün yaşayıb. Tanrı onu yaradarkən bu mələk simalı bəndəsindən heç nəyi  əsirgəməyib. Yalnız bəxtdən, taledən savayı. Xeyirxahlıq, mehribanlıq, șəfqətlilik, səliqə-səhman, bütövlük, sədaqət... Elə cəmiyyətin təməli- “kiçik dövlətsayılan ailə, ailə tərbiyəsi... Coșğunluğu həyat eșqi ilə  birləşdirmək. Bəli, səmimiyyət, məhəbbəti ülviləşdirmək, ismət, həya- Şəfa adlı dünyamızın qütb ulduzu idi. O,  həm istedadı, qabiliyyəti ilə elm adlı dəryanın dərinliklərinə işıq  saçırdi. Ali məktəb, magistratura, dissertant... Ruhən ölmüş bir namərdin qəfil gülləsinə tuș gəlməsəydi bəlkə Şəfa elmimizin ən  yüksək zirvələrindən birini çox tezliklə fəth edəcəkdi.

Bu gün elmə nəinki qapıdan, hətta pəncərədən deyil, bacadan  soxulmuş bəzilərinin dilinin dönmədiyi, adını kəkələyə-kəkələyə belə  söyləyə bilmədiyiHipooksiya ozon qazının  pastnatal ontogenezdə müxtəlif toxumalarda qanın laxtalanmasına təsiriadlı elmi-tədqiqat  işi Şəfanın fədakarlığı nəticəsində bəlkə artıq həyata vəsiqə ala bilmişdi.  Yenə düșüncələr... cümlə qırıqliğı, fikir dağınıqlığı. Yarımçıq qalmış  bir övlad ömrünün acısını, ağrısını əks etdirən kitabı-ağılarla dolu bir dastanı qələmin  mürəkkəbində, sözün sehrində, qəzet səhifələrində tarixləşdirmək necə  çətindir. Hələ qəlbimizin göynərtisinə cavab tapa bilmirik. Cavab  axtaranda da gözümüz göyə dikilir: “Sən bizim kimi göyə baxırsan? Dönüb bir yerə baxsan ay Allahfəryadı qopur içmizdən. Düşünürsən ki, bu əslində bir kitab deyil. Bir ananın övladının  namərd gülləsinin şaqqırtısı ilə yarımçıq qalmış ömür yolunun  müqəddəsliyinə ișıq tutan, körpü salan dastanı, həzin-həzin söylədiyi  layla balam”ıdır.

Bəli, budastandaana dərdini, ana böyüklüyünü, ana müqəddəsliyini  onun bir cüt dənizə bənzər yașlı gözlərində, titrək sözlərində gördük. O  dastanda Şəfasızlığın hər cür zillətinə, ağrı-acılarına dözən qardaş  dozümü, dəyanəti gördük. Yaralı qəlbinə sığınıb için-için ağlayan qəmli ata  gördük. Bu dastanda həyat eșqi ilə alıșıb- yanan qeybə çəkilən bir aşiq  gördük. O aşiq Şəfa adlı bir əfsanə idi. O, sanki bu işıqlı dünyamıza nağıllar  aləmindən gəlmişdi. İndi biz Şəfa adlı o əfsanənin adını ağılara  nağıllara çeviririk. Gün gələcək həsrətli nəğmələrə çevriləcək bu ad.

Ölüm... Bu elə qardır ki, hamimızın qapısında yağacaq. Ancaq vaxtsız  yağan qarın dondurduğu ürəklərin buzu isə asanlıqla əriməyəcək. Lakin bu  buzu əridərək gələcək üçün yaşamalıyıq, Xuraman ana!  Anar üçün, Aran üçün yaşamalıyıq. Yaxınlarımız, doğmalarımız naminə.  Bir həftənin beș günü min bir əziyyətlə ișıq üzü görənİki sahil”in  doğma kollektivi, sizin yazılarınızı səbirsizliklə gözləyən oxucularınız üçün ayaqda durmalıyıq. O zaman nakam gedənlərin ruhu da șad olar. Bu  bizin hamımızın Şəfaya əslmükafatımızolar. Şair necə gözəl deyib:

Nakam gedənlərə mükafat olsun:

Bir nəğmə, bir bayatı, bir hekayə,

Bir poema, bir roman

Bir xatirə gecəsi, bir görüş, bir təntənə.

Nakam gedənlərə mükafat olsun:

Əziz, doğma adlarının

Nəvələrə qoyulması,

Bir naxışlı baş dașı.

Bir anaların isti göz yașı,  qəlbimizin ağrısı

Əbədi ayrılıqlara dözümü

Birdə söyləmək ki, “Dərd içindəyik sizin yoxluğunuzdan

Qalanlara təsəlli, gedənlərə mükafat,

Gedənlərin xəbəri heç olmasa da bundan.

 

Zahid Rza

 

İki sahil.- 2025.- 30 aprel, ¹72.- S.6.