“BU DA BİR ÖMÜRDÜR...”
Qarşımda bir kitab var: bir ömürdən bəhs
edən kitab. “Ön söz” səhifəsində
qədimi dostum, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti İsa Həbibbəyli
yazır “ Mən Hüseyn Əsgərovu professional yurnalist
kimi tanıyıram. Onun Azərbaycan mətbuatında öz
imzası və yeri var. Müstəqillik dövrü Azərbaycan
mətbuatının, jurnalistikasının dəyərli
simalarından biridir. Həm televiziyada, həm də mətbuatda
Hüseyn Əsgərov böyük işlər görüb”.
Dilimizin, ədəbiyyatımızın tədqiqində,
inkişafında böyük işlər görmüş
akademik dostumuz, müstəqilliyimiz uğrunda həmfikir
olduğumuz İsa müəllimin Hüseyn Əsgərov
haqqında söylədiyi fikirlər onun jurnalistlik fəaliyyətinə
verilmiş qiymətdir. Mən çalışacağam H.
Əsgərovun bütövlükdə həyat və fəaliyyəti,
dost-tanışa münüsibəti, bir sözlə, həyat
yolunun inkişaf pillələrindən söz açam. Beləliklə...
Naxçıvanın isti avqust günlərinin sonu
idi. “Şərq qapısı” qəzeti redaksiyasının
foyesində yığışıb adətimiz üzrə
yeni ədəbiyyat nümünələrini, büynəlxalq
hadisələri müzakirə edirdik. Həmişəki kimi
şair Hüseyn Razi, yazıçı-jurnalist Möhsün
Möhsünov, Cəlil Vəzirov (Allah hər birinə rəhmət
eləsin) söz sahibiydilər. Bu ara pilləkənləri
qalxan gənc oğlan bizə yaxınlaşıb iddialı
baxışlarla, amiranə tərzdə “ redaktorun
otağı hardadı!” deyə soruşdu. Bir anlığa
söhbətə ara verildi. Otağı göstərdilər.
“Hə, təyinatla gəlmişəm. İndən belə
felyeton, tənqidi yazılar mənlikdir” - deyə redaktorun
otağına tərəf getdi.
Bir neçə gündən sonra mənimlə bir
yerdə işləməyə başladı. Az bir müddətdən
sonra kollektivə alışdı.Əmisi oğlu ilə dost
olduğumdan xarakteri mənə çox uyğun gəldi.
Yavaş-yavaş dostlaşdiq. Mollanəsrəddinçiydi.
Söhbətlərində universitet müəllimimiz rəhmətlik
Nəriman Zeynalovun izləri görsənirdi. Şirin söhbəti,
incə sarkazmı ətrafdakıları özünə cəlb
edirdi. Ancaq, yaşlı nəsil bu gənc jurnalisti
iddiasına görə qəbul etmirdi. İlyarım bir yerdə
işlədik. Hüseyn vilayət partiya komitəsinin köməkliyi
ilə Naxçıvan Muxtar Respublika Dövlət Radio və
Televiziya Verilişləri Komitəsinə redaktor vəzifəsinə düzəldi.(
O dövrdə informasiya vasitələrinə işə
düzəlmək üçün mütləq kommunust
partiya komitələrinə müraciət etməli olurdun).
H. Əsgərov televiziyada işləsə də bizlərlə
əlaqəsini kəsmədi. Naxçıvan radiosunda,
televiziyasında hazırladığı reportaj, oçerklərdə,hətta
xəbərlərdə Çəlil Məmmədquluzadə
ruhu, qələm nümunələri özünü göstərirdi.
Tamaşaçı, dinləyici verilişlərdə yeni bir
havanın yarandığını hiss edirdi. “ Şərq
qarısı” qəzetində çap olunan hekayələrində
Mollanəsrəddin məktəbinin, o zaman Azərbaycan gəncliyinin
yeni-yeni tanıdığı türk yazıçısı
Əziz Nesinin yaradıçılıq motivləri sezilirdi.
Ötən əsrin 80-ci illərinin əvvəllərindən
jurnalistlik fəaliyyəti ilə yanaşı,
Naxçıvan ədəbi mühitinə yeni nəfəs,
yeni ab-hava gətirən H.Əsgərov
yaradıcılığı Azərbaycan oxucusuna da təqdim
olunurdu. H.Əsgərov
Naxçıvan mühitində müstəqqilliyimiz
uğrunda mübarizəyə qoşulan az-az jurnalistlərdən idi. Öz qələmi,
verilişlərilə xalqa azadlıq fikirləri
aşılayan, “Sərhəd hərakatı”nın fəal
üzvü olan H.Əsgərov bu səpkidə
hazırladığı verilişlərdə Azərbaycanın
tarixinə ekskursiya edir, vaxtilə böyük, bütöv Vətən
törpağını vəsv edir, imperialist qüvvələri
tərəfindən ikiyə bölünmüş xalqı
birliyə, azadlığa səsləyirdi. Müəllifin
1988-ci ilin sentyabrında Naxçıvan Televiziyasında
nümayiş etdirilən “Ayrılıq” verilişi 200 ilə
yaxın bir dövrdə parçalanmış, bir-birinə həsrət
qalmış bacı-qardaşın, ana- balanın illər
uzunu qəlblərində daşıdıqları
yanğının atəşindən yaranmışdır.
Verilişdən-verilişə “Ayrılıq”ın
tamaşaçı auditoriyası genişlənirdi. Təəssüf
ki, Azərbaycan tamaşaçısının əksər
hissəsi Naxçıvan televiziyasını izləyə
bilmirdi. Ancaq cənublu qardaşlarımızın bir qismi
“Ayrılıq”ı seyr edirdilər. Şərqi və Qərbi
Azərbaycan vilayətlərinin Arazboyu kəndləri, Xoy, Mərənd,
Maku, Culfa, Ələmdar, Qaraziyyəddin və digər şəhər
və kəndləri Naxçıvan televiziyası jurnalistinin
verilişini səbirsizliklə gözləyirdilər.
“Ayrılıq” zamanında o tayla bu tay-cənublu
qardaşlarımızın təbirincə desək, “Şurəvi
Azərbaycanı ilə Cənubi Azərbaycan” arasında bir
körpü yaratdı. Milli-mənəvi birliyimizin ilkin
özül daşlarını düzdü. 1989-cu ilin 31
dekabrında bir milləti ikiyə bölən dəmir pərdə
ortadan götürüləndə o taydan gələn səslər
arasında “Ayrılıg”a baxırıq. Bizim əzizlərimiz
Naxçıvanda yaşayırlar. Artıq hər kəs
öz doğmasənın yerin-yurdun bilirdi, adbaad
çağırırdılar. Bu bizim qəhrəman, jurnalist
H. Əsgərovun ürək verdiyi yaradıcılıq zəhmətinin
bəhrəsi idi. Yaxşı yadımdadır İran
İslam Respublikası ilə gediş-gəliş
razılığı alınmışdı. Cənublu
qardaşlarımızın ilk görüşünə
Hüsenlə bir getmişdik. Bizi görənlər ətrafımıza
toplaşır, Hüseyndən Naxçıvanda yaşayan
qohum -əqrabalarını soruşur, təkidlə evlərinə
qonaq dəvət edirdilər. Deyərdim ki, o dövrün qəhrəmanına
çevrilmişdi. Deyim ki,Türkiyə körpüsü
açılanda da yaxın bölgələrdən gələn
insanlar televizyon spikeri Hüseyni axtarıb tapırdılar,,,
Bu da ömrün 70-i!!! Hüseyn Əsgərov geriyə
baxanda gözləri önündən nələr, nələr
gəlib keçir?.. 1955-ci ilin soyuq payızının son
günlərində Şərur rayonunun Şəhriyar kəndində
dünyaya göz açıb. İkinci Dünya müharibəsinin
vurduğu zədələrin sarılması illərində
uşaqlıq və gənclik dövrünü başa
vurub.1977-ci ildə Azərbaycanın mötəbər ali məktəbinin,
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika
fakültəsini bitirib. Təyinatını doğma
Naxçıvana alıb. İlk jurnalistlik fəaliyyətinə
“Şərq qapısı” qəzetindən başlayıb.
Sonralar Naxçıvan radio-televiziya komitəsində formalaşıb,
dinləyici, tamaşaçı, oxucu rəğbəti
qazanıb, tanınmış söz sahibi olub.
Naxçıvan teatrında, Naxçıvan kukla teatrında
tamaşaları oynanılıb. Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Molla Nəsrəddin” ensiklopediyasında görkəmli
mollanəsrəddinçilər arasında yer alıb. Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən
29 oktyabr 2024-cü il tarixində elan olunmuş “Fərdi
jurnalist müsabiqəsi”nin ən yaxşı köşə
yazısı nominasiyasının qalibi olub.
H.Əsgərov 10 il Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri, 11 il
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Mətbuat
xidmətinin rəhbəri vəzifəsində
çalışıb. Azərbaycan Yazıçılar və
Jurnalistlər birliyinin üzvü, Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalistidir. O, peşəkar
yazıçı kimi 2021-ci ilin Prezident təqaüdçüsü
olub.
Azərbaycan milli mətbuatının 150 illiyi
münasibətilə ölkə Prezidenti cənab İlham
Əliyev bu ilin 21 iyulunda Azərbaycanın öncül jurnalistlərinin
bir qrupunu dövlət mükafatları ilə təltif edib. Təltif
olunanlar arasında H. Əsgərov da vardır. Onun
çoxillik səmərəli fəaliyyəti “Tərəqqi” medalı ilə qiymətləndirilib.
Yazıçı-jurnalist, ictimai xadim Hüseyn Əsgərovun
bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən
oxuculara təqdim olunan “Bu da bir ömürdür...”
kitabından bir iqtibas gətirmək istəyirəm:
“N.Ostrovskinin “Polad necə bərkidi” romanında belə bir
deyim var: İnsan üçün ən qiymətli şey həyatdır.
Həyat insana bir dəfə verilir, o həyatı elə
yaşamalısan ki, səmərəsiz keçən günlər
üçün sonra əzab çəkib, heyifsilənməyəsən,
keçən günlərin rəzaləti və
alçaqlığı üçün utanmayasan...
Yaşamağa tələsmək lazımdır”.
H.Əsgərov 70 ilin astanasından geriyə
baxdıqda, sözün həqiqi mənasında
yaşamağa tələsib: Əlindəki qeyd dəftəri,
bir də bərəkətli qələmi ilə.
Həyatdolu,özünün sevgisi, yumoru ilə qəlblərdə
yer alan dostumuza-Hüseyn Əsgərova yaradıcılıq
uğurları, sağlam ömür yolu arzulayırıq!
Telman Quliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İki sahil .- 2025.- 1 avqust(¹133).- S.6.