Pirallahı adası”ndan başlayan tarix...

 

SOCAR-ınAzneftİstehsalat BirliyininAbşeronneft” NQÇİ-nin dənizdə neft hasilatı üzrə yüzillik təcrübəsi bugünkü nailiyyətləri

 

Azərbaycan neftçiləri dünya miqyasında dənizdə neftçıxarma sənayesinin  inkişafına mühüm  töhfələr verib. Qədim neft mədənləri ilə tanınan Pirallahı adası bir əsrdən artıqdır ki, Xəzərin sularında neft tarixinin canlı şahidinə çevrilib. Pirallahı 1935-ci ildə dənizdə ilk neft quyusunun istismarı ilə  dənizdə neftçıxarma sənayesində dünya üzrə birinciliyi əldə edib.

SOCAR-ınAzneftİstehsalat Birliyinin (İB) neft qazçıxarma idarələrindən olanAbşeronneftNeft-Qaz Çıxarma İdarəsi (NQÇİ) “Pirallahı adası”, “Darvin bankası”, “Abşeron bankası”, “Gürgan-dəniz”, “Qərbi Abşeronyataqlarında istismar işləri həyata keçirir.

Abşeron yarımadasında Şərqə doğru arxipelaqın Şimal-Qərb hissəsində Bakı şəhərindən 60 km məsafədə yerləşən "Pirallahı adası" qədim neft qaz yataqlarındandır. Tarixən istismar prosesi burada kustar üsullarla aparılıb. Tarixə qısa ekskurs etsək görərik ki, Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq əcnəbi əczaçı Vitte tərəfindən 1861-ci ildə kiçik neftayırma zavodu tikilib orada kerosin şam istehsal edilməyə başlanılıb. Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır neftdən istifadə edilirdi. Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci  ildə akademik Q. Abix verərək sübut edib ki, adada zəngin neft ehtiyatı vardır.

 

M.V.Abramoviç yazır:

Onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən...

 

1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyuları qazmağa başlayırlar. Arxipov, Kraft Sulukidzenin yazdıqlarına görə, Pirallahı adasında  hələ 1870-ci ildə neft quyusu olub. Bu barədə M.V.Abramoviç belə yazır: “Sulukidze, Kraft, Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 metr olan quyudan neft çıxarılırdı. Bu quyunun vaxt qazıldığı məlum deyildi. 1902-ci ilin dekabr ayında adada 44 saylı quyunun sınağı zamanı neft çıxıb.1928-1929–cu illərdə müəyyən edildi ki, adanın neft yataqlarının əsas hissəsi adanın şimal sərhədlərində Xəzər sularının altında yerləşir.”

 

Pirallahıda bir əsrdən çoxdur ki, neft yataqları istismar olunur

 

Neft tapılandan sonra Pirallahı adasında əsaslı dəyişikliklər baş verdi. Yaşayış evləri sənaye tikililəri, 50000 m3 həcmində anbar, 1420 KV gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar başqa sənaye obyektləri inşa edildi. 1935-ci ildə adada neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımladı, o vaxtdan başlayaraq adadan şimala doğru böyük bir sahədə qazma işləri başlanıldı. "Pirallahı adasıyatağından ilk sənaye əhəmiyyətli neft 1902-ci ilin dekabr ayında 44 saylı quyudan alınmışdır. Odur ki, həmin il "Pirallahı adasıyatağının işlənməsinin başlanğıcı sayılır.

1935-ci ildə sahildən 520 metr aralıda, polad dirəklər üzərində 775 metr dərinlikdə qazılmış 157 saylı quyu bu gün istismar olunmaqdadır. Qeyd edək ki, quyuda qazma işləri 52 gün davam etmişdi. Bu, təkcə dəniz üçün deyil, quru ərazisi üçün rekord müddət idi. Quyu fontanla 30 ton neft verdi. Dünyada ilk dəfə dənizdə 30 hektarlıq istismar olunan neftli sahə müəyyən edildi. Burada 30 quyunun qazılmasına qərar verildi. Bu məqsədləAbşeronneft” NQÇİ yaradıldı.

Pirallahı adasının dənizə uzanan hissəsi – “Kürgan-dənizsahəsi idi. 1947-ci ildə burada yeniKürgan-dənizyatağı, 1950-ci ildəDarvin bankası”, 1965-ci ildə isəAbşeron bankasıkəşf olundu. İndiyədək Pirallahı adasında ona bitişik ərazilərdə yataqların istismarı dövründə ümumilikdə 50 milyon tondan çox neft çıxarılıb. Bir faktı da vurğulamaq yerinə düşər ki, 1952-ci ildə "Abşeronneft" NQÇİ-nin neft hasilatı rekord səviyyəyə - 1,5 milyon tona çatıb. Dünya üzrə dənizdə neftçıxarma sənayesində ilk olan Pirallahı adasında bir əsrdən çoxdur ki, neft yataqları istismar olunur.

 

Abşeronneft” NQÇİ- son 52 ilin tarixi hasilatı əldə edilib

 

HəmsöhbətimizAbşeronneft” NQÇİ-nin 4 saylı Neft Qaz Çıxarma Sahəsinin (NQÇS) rəis müavini  Ələsgər Cabarov bildirdi ki, yarandığı gündənAbşeronneft” NQÇİ-nin işlənməsini həyata keçirdiyi yataqlarda uğurlu əməliyyatlar icra edilib: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, son 1 ildə həyata keçirilən tədbirlər, yeni quyulardan alınan yüksək göstəricilər sayəsindəAbşeronneft” NQÇİ- son 52 ilin tarixi hasilatı əldə edilib. Neft hasilatı 2024-cü ilin oktyabrında 1730 ton/gündən cari dövrdə 1910 ton/günə (10 faiz) qədər artılıb.”

Qısa tanıtım: Ələsgər Cabarov 1999-cu ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Qaz-neft-mədən fakultəsininNeft qaz yataqlarının işlənməsi istismarıixtisasının bakalavr dərəcəsi Dənizdə neft qaz yataqlarının işlənməsi istismarıixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 16 iyun 1998-ci il tarixindən Yeraltı Qaz Saxlama İstehsalat İdarəsində fəhlə kimi başlayıb, həmin idarədə 1 oktyabr 1999-cu ildən usta vəzifəsində çalışıb. Sonradan Bakı şəhəri Baş İstehsalat Qaz Birliyinin Əzizbəyov Rayon Qaz İstismar İdarəsində Texniki şöbədə əməyin mühafizəsi təhlükəsizliyi texnikası üzrə mühəndis metrologiya şöbəsinin rəisi vəzifəsinə yüksəlib. 30 may 2007-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-ninAbşeronneft” NQÇİ- fəaliyyətinə başlayıb, 1 iyun 2018-ci il tarixindən bu günədək idarənin 4 saylı NQÇS-nin rəis müavini vəzifəsində çalışır.

Ə.Cabarov daha sonra 4 saylı NQÇS- 2025-ci il iyun ayı üzrə fəaliyyətdə olan istismar quyu fondu barədə məlumat verdi: “Hazırda 80 quyu istismar olunur, sahə üzrə hasilat bu gün 1000 ton neftdir. May ayı üzrə plan 103 % yerinə yetirilib. 1985-ci ildə açılmışQərbi Abşeronyatağı Xəzər dənizi akvatoriyasında Abşeron yarımadasından 40 km şimalda yerləşir. Ilk dəfə Qırışığın qərb hissəsində 35 saylı quyunun sınağının nəticələri üzrə yatağın neftliliyi təyin olunub.”

 

Yüksək hasilatlı quyular qazılır, göstəricilər artır

 

Abşeronneft” NQÇİ-nin gənc əməkdaşı, Hasilatın idarə olunması xidmətinin quyuların təmiri üzrə böyük mühəndisi İsmayıl Səlimov ilə istehsalat sahəsində həmsöhbət olduq. Gənc mütəxəssis SOCAR tərəfindən istedadlı gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi təcrübi biliklərə yiyələnməsi istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açdı, bu proqramlardan birinin qalibi olduğunu bildirdi: “2015-ci il orta məktəbi  əla qiymətlərlə bitirib 656 balla Azərbaycan Dövlət Neft Sənaye Universitetinə qəbul olunmuşam. 2019-cu ildə universitetiNeft-qaz mühəndisliyiixtisası üzrə fərqlənmə diplomu ilə fakültə birincisi olaraq bitirmişəm. 2021-ci ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Neft-qaz yataqlarının dəniz şəraitində işlənilməsi hidrotexnikası ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşam. 2023-cü ildə yenə fərqlənmə diplomu ilə məzun olmuşam. 2019-cu ildəBahar Oil Enerji Company” şirkətində “Summer Scholarship”in qalibi olaraq 6 aylıq təcrübə proqramında iştirak etmişəm. 2022-ci ildə SOCAR-ın Ödənişli Yay Təcrübə Proqramının qalibi olaraqAbşeronneft” NQÇİ- 3 ay istehsalat sahəsində işlənmə, təmir istehsalat proseslərini dərindən mənimsəməyə çalışmışam. Təcrübə proqramının yekununda imtahan müsahibə nəticələrinə əsasən 32 iddiaçı içərisindən yeganə namizəd  olaraq mühəndis kimi həyatıma başlamışam. “Abşeronneft” NQÇİ-nin Hasilatın idarə olunması xidmətində quyuların təmiri üzrə mühəndis, hazırda quyuların təmiri üzrə böyük mühəndis olaraq kariyerama davam edirəm.”

İsmayıl Səlimov texniki-iqtisadi göstəricilər barədə məlumat verərək bildirdi ki, “Abşeronneft” NQÇİ-nin istismarını həyata keçirdiyiQərbi Abşeronyatağındakı 20 saylı özüldən 2024-2025-ci illərdə qazma işlərinə başlanılıb: “159, 160, 161, 162 164 saylı quyularda trayektoriyalar optimallaşdırılaraq yüksək maili horizontal qazma aparılıb, hazır süzgəclərin uzunluğu 200 metrə qədər uzadılıb. 159-160 saylı quyular 50-60 ton/gün, sonuncu qazılan 162 saylı quyu isə  80 ton/gün neftlə istismardadır. Yeni quyulardan ümumi olaraq 265 ton/gün neft hasil edilir. Bu rəqəmin 310 ton/günə qədər artırılması qarşıda duran hədəflər sırasındadır.”

 

Nəbati Əsgərova: Quyulardan neft nümunələri götürür,

tədqiqat aparılması üçün laboratoriyaya göndəririk

 

Pirallahı adasıyatağının ərazisində olarkən quyuların gündəlik hasilatını ölçənAbşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-nin Layların, quyuların tədqiqatı istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator Nəbati Əsgərovanın prosesi diqqətimizi çəkdi. 1997-ci ildənAbşeronneft” NQÇİ-nin 1 saylı NQÇS- quyuların tədqiqi üzrə operator kimi işə başladığını  deyən N.Əsgərova qeyd etdi ki, gündəlik olaraq quyulardan neft nümunələri götürülür, tədqiqat aparılması üçün laboratoriyaya göndərilir: “Bununla da neftin tərkibi ilə yanaşı, quyunun hasilatını da mütəmadi olaraq diqqətdə saxlayırıq. Əsas vəzifə öhdəliyim neft quyularının gündəlik hasilatının ölçülməsi, onların nəticəsinin ötürülməsidir.”

 

Orxan Vahidoğlu,

Yaqut Aslanova

 

İki sahil.- 2025.- 5 avqust,¹135.- S.5.